Uşaq portalı Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
» » » QƏZA VƏ QƏDƏRİN İNSANIN İXTİYARI İLƏ OLAN ƏLAQƏSİ| Əqaid dərsi #44-cü hissə Ustad Hacı Əhliman
Русская версия сайта Русская версия сайта
sitename

QƏZA VƏ QƏDƏRİN İNSANIN İXTİYARI İLƏ OLAN ƏLAQƏSİ Məlum oldu ki, Allahın eyni qəza və qədərinə etiqad bəsləmək bunu gərəkli edir ki, varlıqların vücudunun yarandığı ilk vaxtdan inkişaf etdikləri və ömürlərinin axırına qədər, hətta uzaq müqəddimələrin yaranıdğı vaxtdan belə Allahın hikmətli tədbiri altında olduğunu bilək, yekun mərhələyə çatmağın və vücuda gəlməyin şərtlərinin hazırlanmasını da Allahın iradəsinə istinad edək.  Başqa sözlə desək, hər bir varlığın özü Allahın təkvini iradəsinə və izninə mənsub edildiyi və Onun izni olmadan heç bir şeyin vücuda gəlmədiyi kimi, hər bir şeyin vücuda gəlməsi də ilahi təqdir və qəzaya istinad verilir, bu olmadıqda heç bir varlıq özünəməxsus hədd-hüdud və formaya malik olmur, özünün yekun mərhələsinə çatmır. Bu mənsubedilmənin bəyanı həqiqətdə təsirdə müstəqillik mənasında olan tövhidin tədrici təlim verilməsidir ki, bu da tövhidin ən yüksək mərtəbələrindən olub insanların ruhi-mənəvi baxımdan qurulmasında əzəmətli rol oynayır. Amma varlıqların və hadisələrin Allahın izninə və hətta məşiyyətinə istinad verilməsi daha asan dərk olunasıdır. Son mərhələnin və onların qəti şəkildə təyin olunmasının ilahi qəzaya istinad verilməsi isə belə deyildir. O çox çətin dərk olunduğuna görə daha artıq araşdırılmışdır. Çünki belə bir etiqadla insanın özünün taleyində həlledici rola malik olan ixtiyarını qəbul etməyin bir yerə cəm olunması çox çətindir. Buna görə də mütəkəllimlərdən bəziləri (əşərilər) ilahi qəzanın insanların rəftarına şamil olmasını qəbul etdiklərinə görə cəbrə meyl etmişlər. Digər bir qrupu isə (mötəzililər) cəbr və onun acınacaqlı, qorxulu nəticələrini qəbul edə bilmədiklərindən ilahi qəzanın insanın ixtiyari fellərinə şamil olmasını inkar etmişlər və hər iki dəstə öz nəzəriyyələri ilə müxalif olan ayə və rəvayətləri başqa mənalara yozmuşlar. Belə ki, müfəssəl kəlam kitablarında, eləcə də cəbr və təfviz barədə yazılan xüsusi risalələrdə bu məsələ qeyd olunmuşdur. İradın ümdə yeri bundan ibarətdir ki, əgər insanın işi doğrudan da ixtiyari olsa və onun iradəsinə nisbət verilsə, onu ilahi qəza və iradəyə necə aid etmək olar? Əgər ilahi qəzaya istinad verilirsə, onu insanın ixtiyar və seçkisinə tabe olduğunu necə demək olar? Buna əsasən bu iradın aradan qaldırılması və işlərin insanın ixtiyar və iradəsinə nisbət verilməsi ilə bərabər, onun ilahi qəza və iradəyə də istinad verilməsi arasında cəm etmək üçün vahid bir məlulun bir neçə illətə nisbət verilməsinin növlərini bir qədər izah etməliyik ki, ixtiyari işin insana və Mütəal Allaha istinad verilməsi növü aşkar olsun. MÜXTƏLİF İLLƏTLƏRİN TƏSİR NÖVLƏRİ Bir neçə illətin bir məlulun yaranmasındakı təsiri bir neçə cür təsəvvür olunur: 1.Bir neçə illət birlikdə təsir edir, məsələn, toxum, su, enerji və s. kimi şeylər toxumun cücərib bitki olmasına təsir göstərir. 2.Onlardan hər biri növbə ilə təsir edir, məsələn, bir neçə motor növbə ilə işə düşərək təyyarənin hərəkətinin davam etməsinə səbəb olur. 3.Onların təsiri bir-birinə əlaqəli (mütərəttib) şəkildə olur. Məsələn, bir neçə topun bir-biri ilə toqquşması zamanı, yaxud zəncirvari yol qəza hadisələrində bu mülahizə olunur. Onun digər nümunəsi insan iradəsinin əlin hərəkətində, əlin isə qələmin hərəkətində, qələmin də yazının yaranmasındakı təsiridir. Belə ki, varlıqların ömrünün uzunluğu onların sayına bölünür və onların hər bir hissəsi amillərdən birinin məluludur. 4.Bir neçə amilin mütərəttib təsiri. Yəni onlardan hər birinin vücudu digərinin vücuduna bağlı olsun. Bu, əvvəldə fərz olunanın əksinədir. Belə ki, qələmin varlığı əlin varlığına, əlin varlığı da insan iradəsinə bağlı deyildir. Bu növlərin hamısında vahid məlulun yaranması üçün bir neçə illətin toplanması mümkün, hətta, zəruridir. İxtiyari işdə də insanın iradəsi ilə ilahi iradənin təsiri sonuncu qismdən olacaqdır. Çünki insanın varlığı və onun iradəsi ilahi iradəyə bağlıdır. Amma iki illətin vahid bir məlula cəm olmasının mümkün olmadığı hal isə iki varlıq bağışlayan illətin bir yerdə cəm olması, yaxud eyni zamanda bir-birininə bərabər tərzdə və növbə ilə təsir edən, bir-birinin bir yerə yığışması qeyri-mümkün olan iki illət kimidir. Məsələn, iradə sahibi olan iki faildən vahid bir iradənin baş verməsi, yaxud iki vahid varlığın iki illət məcmuəsinə (iki tam illət) istinad verilməsi kimi.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))