Shia.az SonUmidTv media
sitename

 

Böyük Əhli-beyt (ə) alimlərindən olan Feyz Kaşani bizlərə özümüzü və nəfsimizi tərbiyə ilə bağlı bəzi tövsiyələr vermişdir ki, onlara nəzər salaq:

 


1. Gündəlik namazları qorumaq. Gündəlik beş vacib namazı əvvəl vaxtında və ədəbi ilə qılmaq insan nəfsinin tərbiyəsinə böyük təsir göstərər. Əgər səbəbsiz yerə əvvəl vaxtda qılmazsa və ya camaat namazında hazır olmazsa, ya hansısa qaydasına əməl etməzsə – İlahi suluk yolundan çıxar və səhralarda avara olan avam və cahillərlə, məqsədini və hədəfini bilməzlərlə bərabər olar.

 


2. Cümə namazını, bayram və ayət namazını qorumaq. Əgər müsəlman üç həftə dalbadal cümə namazlarını səbəbsiz yerə tərk edərsə, qəlbi pas bağlayar və nəfsi islah olunmaz.

 


3. Müstəhəb namazları qorumaq. Gündəlik 34 rükət müstəhəb namazları qılmaq nəfsin tərbiyəsində mühüm rola malikdir.

 


4. Ramazan ayının orucunu qorumaq. Ramazan ayının orucunu qorumaq və onu təkmil etmək, o cümlədən dili qeybətdən, yalandan, yersiz sözlərdən, söyüşdən və başqa bədən üzvlərini xəyanətdən və orucu batil edən şeylərdən, haramdan qorumaq kimi.

 


5. "Təzkirətul-müttəqin” kitabını mütaliə etmək. Bu kitab böyük rəbbani arif olan mərhum Şeyx Həsənəli Noxudəki tərəfindən yazılmışdır və bizlərə nəfsi tərbiyə etməyin bir çox yollarını tanıdır. O cümlədən: tövbə, müraqibə, ziyarət, ürfani göstərişlər…


Mənbə:http://www.erfan.ir/azari/


www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))