Shia.az SonUmidTv media
» » » ŞƏVVAL AYININ BİRİNCİ GÜNÜ – FİTR BAYRAMI (MƏXSUS ƏMƏLLƏR)
Русская версия сайта Русская версия сайта
sitename
Fitr bayramının Bir neçə əmələ malikdir:
1. Sübh və bayram namazından sonra, həmin günün gecəsi vacib namazdan sonra oxuduğu təkbirləri oxusun.

2. Seyidin rəvayət etdiyi duanı "Əllahummə inni təvəccəhtu iləykə bi Məhəmmədin əmami...” sübh namazından sonra oxusun. Şeyx bu duanı bayram namazından sonra gətirmişdir.

3. Fitrə pulu çıxarmaq. Hər adama bir "sa”(təxminən 3 kq) bayram namazından sonra, necə ki, təfsilatı ilə fiqhi kitablarda gəlmişdir, fitrə cıxarmaq vacibdir. Fitrə pulu təkid olunmuş vaciblərdəndir. Ramazan ayının qəbul olma şərtlərindəndir və gələn ilə qədər bəlalardan qorunmağa səbəb olar. Allah taala zəkatı (o cümlədən fitrə zəkatını) ayədə namazdan qabaq gətirmişdir. – "Qəd əfləhə mən təzəkka və zəkərəsmə rəbbihi fəsəlla.”

4. Qüsl almaq. Əgər mümkün olsa çayda qüsl alsa yaxşıdır. Vaxtı, dan yeri söküləndən bayram namazı qılınana kimidir. Necə ki, Şeyx belə buyurub: "Hədisdə deyilir ki, qüslü, tavanı olan yerdə al. Qüsl alarkən belə de:
İlahi, Sənə iman gətirdiyimə, kitabını təsdiq etdiyimə və peyğəmbərin Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) sünnəsinə tabe olduğuma xatir!
Sonra Bismillah deyib qüsl al. Aldıqdan sonra belə de:
İlahi, onu (qüslü) günahlarımın kəffarəsi qərar ver və dinimi pakla! İlahi, çirkinliyi məndən uzaqlaşdır!

5. Təmiz geyimlər geyinmək, gözəl ətirlərdən istifadə etmək və namaz qılmaq üçün Məkkədə olmasa, səhraya açıq səmanın altına getmək.

6. Bayram namazından qabaq birinci iftar elə (yaxşı olar ki, xurma, ya şərbətlə edə). Şeyx Mufid yazır ki, bütün dərdlərə şəfa olan İmam Hüseyn (ə)-ın türbətindən bir az yemək müstəhəbdir.

7. Elə ki, bayram namazına getməyə hazırlaşdın, gün çıxmamış evdən çıxma və Seyidin "İqbal”da nəql etdiyi bu dualardan oxu. O cümlədən Əbu Həmzə Sumali, İmam Baqirin(ə) belə buyurduğunu nəql edir:- "Fitr, qurban bayramlarında və cümə günündə namaza getməyə hazır olduqda bu duanı oxu:
İlahi, hər kəs bu gündə məxluqun ümidi ilə, ondan bir bəxşiş almaq üçün hazırlaşıb səfər yükü bağladısa, ey mənim sərvərim, mənim də ümidim, mükafat və bəxşiş almağım, tədarük görüb hazırlaşmağım Sənə doğrudur. Peyğəmbərin Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) bayramlarından birinə qədəm qoymuşam və bu gün Sənə təqdim etmək üçün yaxşı əməlimə ümid bəsləyib, ona arxalanmaqla dərgahına üz tutmamışam, məxluqatından da heç kimə üz tutub bel bağlamamışam. Əksinə təvazökarlıq, günahlarımı etiraf və özümə zülm etməklə Sənin dərgahına gəlmişəm. Belə isə, ey böyük Allah, ey böyük Allah, ey böyük Allah, mənim böyük günahlarımı bağışla ki, Səndən başqa heç kim böyük günahları bağışlamaz! Ey Səndən başqa heç bir tanrı olmayan, ey mehribanların ən mehribanı!

8. Bayram namazı qılmaq və o iki rükətdir. Birinci rükətdə "Həmd” surəsi ilə "Əla” surəsini oxumaq. Qurtardıqdan sonra beş təkbiri var, hər təkbirdə qunutda belə deyirsən:
İlahi, Sən calal və əzəmət, bəxşiş və qüdrət, əfv və rəhmət, təqva və məğfirət sahibisən! Səndən istəyirəm ki, müsəlmanlar üçün bayram və Məhəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) üçün zəxirə, şərəf və yüksək məqam təyin etdiyin bu günə xatir, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərəsən, Məhəmməd və Məhəmmədin Əhli-beytini daxil etdiyin hər bir xeyir və səadətə məni də daxil etdirəsən, Məhəmməd və Məhəmmədin Əhli-beytini (Allahın salamı olsun ona və onlara) çıxartdığın hər bir şərdən məni də çıxarasan! İlahi, mən Səndən saleh bəndələrinin Səndən istədiklərini istəyir, saleh və xalis bəndələrinin Sənə pənah gətirdikləri ilə Sənə pənah gətirirəm!
Altıncı təkbiri dedikdən sonra rükuya gedir. Rüku və səcdədən sonra isə ayağa qalxıb ikinci rükətə başlasın. Qiyamda "Həmd” surəsindən sonra "Şəms” surəsini oxusun. Qunutu isə dörd təkbirdir. Qunutda yuxarıda deyilən duanı oxusun. Elə ki, beşinci təkbiri qurtardı, rükuya gedib namazı bitirsin. Salamdan sonra Fatimə Zəhranın (s)-nın təsbihatını desin.
Bayram namazından sonra çoxlu dualar zikir olunmuşdur. Bunların ən yaxşısı Səhifətun Səccadiyyənin 46-cı duasıdır. 
Bayram namazının açıq səma altında, yerdə, torpağın üstündə heç bir şey olmadan qılmaq və evə qayıdarkən gəldiyi yoldan qayıtmamaq müstəhəbdir. Yaxşı olar ki, bütün mömin qardaş və bacıların əməllərinin qəbul olması üçün dua eləsin.

9. İmam Hüseyn əleyhissalamın ziyarəti.

10. "Nüdbə” duasını oxusun. (İmam Zaman (ə.c)-ə aid olan fəsildə gələcək. Seyid ibn Tavus buyurur ki, duanı bitirdikdən sonra səcdəyə gedib bu sözləri desin:
(İlahi,) mən Sənə hərarəti sönməyən, təzəliyi köhnəlməyən, susuzluğu aradan qalxmayan cəhənnəmin odundan sığınıram!
Sonra sağ üzünü yerə qoyub desin:
İlahi, mən Sənə minnət qoymadan, əksinə Sənin mənə minnətin olduğu halda, Sənə səcdə etdikdən və Sənə xatir üzümü torpağa sürtdükdən sonra üzümü cəhənnəmə atma!
Daha sonra sol üzünü yerə qoyub desin:
Pislik edən, itaət etməyən, çarəsiz qalan və (onları) etiraf edən şəxsə rəhm et!
Yenidən səcdə halına qayıdıb desin:
Əgər mən pis bəndəyəmsə, Sən isə yaxşı Rəbsən! Sənin bəndənin günahı böyükdür, belə isə, Sənin əfv və güzəştin yaxşı olmalıdır, ey kəramət sahibi!
Sonra yüz dəfə desin:” Əl-əfvə əl-əfvə”
Daha sonra Seyid buyurur: 
Sən əməllərinin qəbul və ya rədd olunmasını bilmədiyin halda, bu gününü boş-boşuna və əyləncə ilə keçirmə! Əgər əməllərinin qəbuluna ümid edirsənsə, yaxşı şükürlə onun əvəzini ver və əgər əməllərinin rədd olunmasından qorxursansa, uzun kədərə qapıl!

اللَّهُمَّ إِيمَانا بِكَ وَ تَصْدِيقا بِكِتَابِكَ وَ اتِّبَاعَ سُنَّةِ نَبِيِّكَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ 
اللَّهُمَّ اجْعَلْهُ كَفَّارَةً لِذُنُوبِي وَ طَهِّرْ دِينِي اللَّهُمَّ أَذْهِبْ عَنِّي الدَّنَسَ 
اللَّهُمَّ مَنْ تَهَيَّأَ فِي هَذَا الْيَوْمِ أَوْ تَعَبَّأَ أَوْ أَعَدَّ وَ اسْتَعَدَّ لِوِفَادَةٍ إِلَى مَخْلُوقٍ رَجَاءَ رِفْدِهِ وَ نَوَافِلِهِ وَ فَوَاضِلِهِ وَ عَطَايَاهُ فَاِنَّ إِلَيْكَ يَا سَيِّدِي تَهْيِئَتِي وَ تَعْبِئَتِي وَ إِعْدَادِي وَ اسْتِعْدَادِي رَجَاءَ رِفْدِكَ وَ جَوَائِزِكَ وَ نَوَافِلِكَ وَ فَوَاضِلِكَ وَ فَضَائِلِكَ وَ عَطَايَاكَ وَ قَدْ غَدَوْتُ إِلَى عِيدٍ مِنْ أَعْيَادِ أُمَّةِ نَبِيِّكَ مُحَمَّدٍ صَلَوَاتُ اللَّهِ عَلَيْهِ وَ عَلَى آلِهِ وَ لَمْ أَفِدْ إِلَيْكَ الْيَوْمَ بِعَمَلٍ صَالِحٍ أَثِقُ بِهِ قَدَّمْتُهُ وَ لا تَوَجَّهْتُ بِمَخْلُوقٍ أَمَّلْتُهُ وَ لَكِنْ أَتَيْتُكَ خَاضِعا مُقِرّا بِذُنُوبِي وَ إِسَاءَتِي إِلَى نَفْسِي فَيَا عَظِيمُ يَا عَظِيمُ يَا عَظِيمُ اغْفِرْ لِيَ الْعَظِيمَ مِنْ ذُنُوبِي فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ الْعِظَامَ إِلا أَنْتَ يَا لا إِلَهَ إِلا أَنْتَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

اللَّهُمَّ [أَنْتَ أَهْلُ‏] أَهْلَ الْكِبْرِيَاءِ وَ الْعَظَمَةِ وَ أَهْلَ الْجُودِ وَ الْجَبَرُوتِ وَ أَهْلَ الْعَفْوِ وَ الرَّحْمَةِ وَ أَهْلَ التَّقْوَى وَ الْمَغْفِرَةِ أَسْأَلُكَ بِحَقِّ هَذَا الْيَوْمِ الَّذِي جَعَلْتَهُ لِلْمُسْلِمِينَ عِيدا وَ لِمُحَمَّدٍ صَلَّى اللَّهِ عَلَيْهِ وَ آلِهِ ذُخْرا وَ شَرَفا وَ مَزِيدا أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تُدْخِلَنِي فِي كُلِّ خَيْرٍ أَدْخَلْتَ فِيهِ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ وَ أَنْ تُخْرِجَنِي مِنْ كُلِّ سُوءٍ أَخْرَجْتَ مِنْهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَيْهِمْ أَجْمَعِينَ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَ مَا سَأَلَكَ مِنْهُ عِبَادُكَ الصَّالِحُونَ وَ أَعُوذُ بِكَ فِيهِ مِمَّا اسْتَعَاذَ مِنْهُ عِبَادُكَ الصَّالِحُونَ الْمُخْلِصُونَ
أَعُوذُ بِكَ مِنْ نَارٍ حَرُّهَا لا يُطْفَى وَ جَدِيدُهَا لا يَبْلَى وَ عَطْشَانُهَا لا يُرْوَى 
إِلَهِي لا تُقَلِّبْ وَجْهِي فِي النَّارِ بَعْدَ سُجُودِي وَ تَعْفِيرِي لَكَ بِغَيْرِ مَنٍّ مِنِّي عَلَيْكَ بَلْ لَكَ الْمَنُّ عَلَيَّ
ارْحَمْ مَنْ أَسَاءَ وَ اقْتَرَفَ وَ اسْتَكَانَ وَ اعْتَرَفَ 
إِنْ كُنْتُ بِئْسَ الْعَبْدُ فَأَنْتَ نِعْمَ الرَّبُّ عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ يَا كَرِيمُ 
وَ لا تَقْطَعْ يَومَكَ هَذا بِاللَّعْبِ وَ الِْإهْمالِ وَ أَنْتَ لَا تَعْلَمُ أَ مَرْدُودٌ أَمْ مَقْبُولُ الأعْمَالِ فَإِنْ رَجَوْتَ الْقَبُولَ فَقَابِلْ ذَلِكَ بِالشُّكْرِ الْجَمِيلِ وَ إِنْ خِفْتَ الرَّدَّ فَكُنْ أَسِيرَ الْحُزْنِ الطَّوِيلِ.

Oxunuş

Əllahummə imanən bikə və təsdiqən bikitabik, vəttibaə sunnəti nəbiyyikə Muhəmmə-din səlləllahu ələyhi və alih.
Əllahumməc`əlhu kəffarətən lizunubi və təhhir dini, Əlla-hummə əzhib ənnid dənəs.
Əllahummə mən təhəyyəə fi hazəl yəvmi əv təəbbəə əv əədd, vəstəəddə livifadətin ila məx-luqin rəcaə rifdihi və nəvafilihi və fəvazilihi və ətayah, fəinnə iləykə ya səyyidi təhyiəti və tə`biyəti və i`dadi, vəsti`dadi rəcaə rifdikə və cəvaizik, və nəvafilikə və fəzailikə və əta-yakə və qəd ğədəutu ila iydin min ə`yadi umməti nəbiyyikə Muhəmmədin sələvatullahi ələyhi və əla alihi və ləm əfid iləykəl yəvmə biəməlin salihin əsiqu bihi qəddəmtuhu və la təvəccəhtu biməxluqin əmməl-tuhu və lakin ətəytukə xaziən muqirrən bizunubi və isaəti ila nəfsi fəya əzimu ya əzimu ya əzimu iğfir liyəl əzimə min zu-nubi fəinnəhu la yəğfiruz zunu-bəl izamə illa əntə ya la ilahə illa əntə ya ərhəmər rahimin.
Əllahummə (əntə) əhləl kib-riyai vəl əzəməti və əhləl cudi vəl cəbəruti və əhləl əfvi vər rəhməti və əhlət təqva vəl məğ-firəti əs`əlukə bihəqqi hazəl yəumil ləzi cəəltəhu lilmusli-minə iydən və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən (və şərəfən) və məzidən ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən tudxi-ləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və ali Muhəm-mədin və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəm-mədən və ali Muhəmmədin sə-ləvatukə ələyhi və ələyhim (əc-məinə) Əllahummə inni əs`əlu-kə xəyrə ma səələkə (minhu) ibadukəs salihunə və əuzu bikə (fihi) mimməstəazə minhu iba-dukəs salihun (muxlisun).
Əuzu bikə min narin hərru-ha la yutfa, və cədiduha la yəb-la, və ətşanuha la yurva
İlahi la tuqəllibu vəchi fin nari bə`də sucudi, və tə`firi lə-kə biğəyri mənnin minni ələyk, bəl ləkəl mənnu ələy
İrhəm mən əsaə vəqtərəfə vəstəkanə və`tərəf
İn kuntu bi`səl əbdu fəəntə ni`mər rəbb, əzuməz zənbu min əbdikə fəlyəhsunil əfvu min indikə ya kərim
Və la təqtə` yəvməkə haza bil lə`bi vəl ihmal, və əntə la tə`ləmu əmərdudun əm məqbu-lul ə`mal, fəin rəcəvtəl qəbulə fəqabil zalikə biş şukril cəmil, və in xiftər rəddə fəkun əsirəl huznit təvil.
Qunutda oxunan dua

اللَّهُمَّ أَهْلَ الْكِبْرِيَاءِ وَ الْعَظَمَةِ وَ أَهْلَ الْجُودِ وَ الْجَبَرُوتِ وَ أَهْلَ الْعَفْوِ وَ الرَّحْمَةِ وَ أَهْلَ التَّقْوَى وَ الْمَغْفِرَةِ أَسْأَلُكَ بِحَقِّ هَذَا الْيَوْمِ الَّذِي جَعَلْتَهُ لِلْمُسْلِمِينَ عِيدا وَ لِمُحَمَّدٍ صَلَّى اللَّهِ عَلَيْهِ وَ آلِهِ ذُخْرا وَ شَرَفا وَ کَرامَتاً وَ مَزِيدا أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تُدْخِلَنِي فِي كُلِّ خَيْرٍ أَدْخَلْتَ فِيهِ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ وَ أَنْ تُخْرِجَنِي مِنْ كُلِّ سُوءٍ أَخْرَجْتَ مِنْهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَيْهِمْ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَ مَا سَأَلَكَ مِنْهُ عِبَادُكَ الصَّالِحُونَ وَ أَعُوذُ بِكَ مِمَّا اسْتَعَاذَ مِنْهُ عِبَادُك الْمُخْلصُونَ


Duanın oxunuşu:


Əllahummə əhləl kibriyai vəl əzəməh, və əhləl cudi vəl cəbərut, və əhləl əfvi vər-rəhməh, və əhlət-təqva vəl məğfirəh, əs`əlukə bihəqqi hazəl yəvm, əlləzi cəəltəhu lilmusliminə iyda, və li Muhəmmədin səlləllahu ələyhi və alih, zuхrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmməd, və ən tudхiləni fi kulli хəyrin ədхəltə fihi Muhəmmədən və alə-Muhəmməd, və ən tuхricəni min kulli suin əхrəctə minhu Muhəmmədən və alə-Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə, inni əsəlukə хəyrə ma səələkə bihi ibadukəs-salihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muхləsun.


Duanın tərcüməsi:


İlahi, Sən calal və əzəmət, bəxşiş və qüdrət, əfv və rəhmət, təqva və məğfirət sahibisən! Səndən istəyirəm ki, müsəlmanlar üçün bayram və Mühəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) üçün zəxirə, şərəf və yüksək məqam təyin etdiyin bu günə xatir, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam göndərəsən, Mühəmməd və Mühəmmədin Əhli-beytini daxil etdiyin hər bir xeyir və səadətə məni də daxil edəsən, Mühəmməd və Mühəmmədin Əhli-beytini (Allahın salamı olsun ona və onlara) çıxartdığın hər bir şərdən məni də çıxarasan! İlahi, mən Səndən saleh bəndələrinin Səndən istədiklərini istəyir, saleh və xalis bəndələrinin Sənə sığındıqları ilə Sənə sığınıram!


Hazırladı: Vüsal Əli

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Əbu Bəsirin imam Sadiqdən (ə) nəql etdiyi mübarək Ramazan ayı ilə vida duası
Əbu Bəsirin imam Sadiqdən (ə) nəql etdiyi mübarək Ramazan ayı ilə vida duası
Ramazanla necə vidalaşırlar?
Ramazanla necə vidalaşırlar?
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Ramazan ayının 24-cü gününün duası
Ramazan ayının 24-cü gününün duası
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ
QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ
Mübarək Ramazan ayının birinci gecəsinə məxsus əməllər və dualar aşağıdakılardan ibarətdir:
Mübarək Ramazan ayının birinci gecəsinə məxsus əməllər və dualar aşağıdakılardan ibarətdir:
Nimeyi-Şəban gecəsinin əmələri
Nimeyi-Şəban gecəsinin əmələri
ZİKRLƏRİN TƏRCÜMƏSİ
ZİKRLƏRİN TƏRCÜMƏSİ
Bu duanı İmam Sadiq(ə) Rəcəb ayında hər gün oxuyardı:
Bu duanı İmam Sadiq(ə) Rəcəb ayında hər gün oxuyardı:
Bu dua Rəcəb ayının bütün günlərində oxunur
Bu dua Rəcəb ayının bütün günlərində oxunur
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
Novruz Bayramının əmələri
Novruz Bayramının əmələri
Hz.Peyğəmbərin uzaqdan ziyarəti.
Hz.Peyğəmbərin uzaqdan ziyarəti.
Imam Həsən Əsgəri (ə)-ın Duası
Imam Həsən Əsgəri (ə)-ın Duası
Cümə günün duası
Cümə günün duası
“Əşərat duası”  Ərəbcə Mətini və transkiripsiyası
“Əşərat duası” Ərəbcə Mətini və transkiripsiyası
“Ərbəin” gününə məxsus əməlləri
“Ərbəin” gününə məxsus əməlləri
QƏDİR XUM  BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
QƏDİR XUM BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
Qurban bayramının namazı
Qurban bayramının namazı
Qurban bayramı və həmin günün əməlləri haqqında qısa məlumat.
Qurban bayramı və həmin günün əməlləri haqqında qısa məlumat.
Ərafə gününün əməllri və duaları
Ərafə gününün əməllri və duaları
Zi-hiccə ayının 9-cu gəcəsi "Ərafə" axşamının  əməllərli
Zi-hiccə ayının 9-cu gəcəsi "Ərafə" axşamının əməllərli
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Dəhvul-ərz”gecəsinin əməlləri
Dəhvul-ərz”gecəsinin əməlləri
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ
QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ
99 dərdin dərmanı!
99 dərdin dərmanı!
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Peyğəmbərin (s) şərə qarşı duası...
Peyğəmbərin (s) şərə qarşı duası...
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
Gecə namazı
Gecə namazı
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Cəfəri Təyyar namazı
Cəfəri Təyyar namazı
Salavatın fəziləti
Salavatın fəziləti
Daha çox oxumaq istəyirsən? )))