Shia.az SonUmidTv media
sitename

RAMAZAN - YÜKSƏLİŞ ÜÇÜN FÜRSƏT

Ramazan ayı mənəvi xəstəlikləri aradan qaldırmaq üçün əlverişli fürsətdir
RAMAZAN - YÜKSƏLİŞ ÜÇÜN FÜRSƏTRamazan ayı ilə bağlı əsas məsələ budur ki, Allahdan, onun yolundan qəflətin səbəbləri, amillərinin mühasirə etdiyi, müxtəlif stimulların tənəzzülə, süquta çəkdiyi bəşər fürsət tapır. Fürsət əldə edir ki, ruhunu – insan ruhu, bəşərin batini yüksəlişə meyllidir – meraca, yüksəlişə doğru sövq etsin, Allaha yaxınlaşsın, ilahi əxlaqa yiyələnsin. Ramazan ayı belə bir fürsətdir.

MƏNƏVİ FƏLAKƏT

Ramazan ayı mənəvi xəstəlikləri aradan qaldırmaq üçün əlverişli fürsətdir.

Əgər aradan qaldırmasaq, bu xəstəliklər həlakedici, öldürücü olacaq. Bu həqiqi və mənəvi ölümdür. Cismani ölüm deyil. Əgər bizdə öldürücü xəstəlik olsa, yaxud olması güman edilsə, nə qədər əl-ayağa düşərik? Gecə gözümüzə yuxu getməz. Ən yaxşı doktorları taparıq. Düşünərik ki, olmaya bədənimizdəki, əlimizdəki, dərimizin altındakı bu şiş xərçəngdir? Təsəvvürü belə bizi dəhşətə salar. Sonu nədir? Sonu ölümdür. Əgər olmadısa, bir il sonra, iki il sonra, on il sonra olacaq. Nizami Gəncəvi demişkən:

Yüz il ömür sürüb, yaşasan belə
Bu saraydan gərək çıxasan yenə.


Əbədi olaraq qalası deyilik. Bir neçə gün, bir az orda, bir az burda bitib gedəcək. Cismani məhv budur və bu qədər qorxuruq ondan. Mənəvi məhv isə əbədi olaraq ilahi əzaba düçar olmaqdır. Yəni, əbədi həyatda, Allahın sənin və mənim üçün nəzərdə tutduğu bütün nemətlərdən, ləzzətlərdən, məhrum qalmaq. İnsan qiyamətə baxır və görür ki, Allah-Taala bəzi bəndələrinə – gündəlik münasibətdə olduğumuz, küçədə, bazarda gördüyümüz insanlara – iş həmkarlarımıza, təhsil zamanı dostluq etdiyimiz insanlara, səmimi dostumuza bir sıra işlərinə görə, mübarizələrinə görə yüksək məqamlar verir, onları behiştə aparır, əzabdan uzaq edir, qiyamət əzabından uzaq edir, biz isə tənbəlliyimizə, özümüzlə məşğul olmadığımıza, qəflətdə olduğumuza görə bütün bunlardan məhrum qalırıq. O zaman həsrət, əfsus insanı yaxalayır. "(Ya Peyğəmbər!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin cənnətə, kafirlərin isə cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!” ("Məryəm", 39) Artıq iş-işdən keçmişdir. Əfsus, həsrətə yer yoxdur. Bu, mənəvi məhv, mənəvi fəlakətdir.

Ayətullah Seyid Əli Xamenei
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
ORUCUN NƏTİCƏSİ
ORUCUN NƏTİCƏSİ
Orucun kəffarəsinin hökmləri
Orucun kəffarəsinin hökmləri
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
İMAM XOMEYNİ VƏ RAMAZAN AYI
İMAM XOMEYNİ VƏ RAMAZAN AYI
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Ramazan sözünün üç mənası və üç hədəfi
Ramazan sözünün üç mənası və üç hədəfi
Mübarək ayın astanasında
Mübarək ayın astanasında
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
İman
İman
İlahi sevgi
İlahi sevgi
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
Hacı Rza Mənəvi Həyatin 4 xususiyyəti merac hədisi (cümə xütbəsi)
Hacı Rza Mənəvi Həyatin 4 xususiyyəti merac hədisi (cümə xütbəsi)
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
Münafiq kimdir və onu necə tanımalı?
Münafiq kimdir və onu necə tanımalı?
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Nəfsi saflaşdırmaq - Ramazan ayında
Nəfsi saflaşdırmaq - Ramazan ayında
Ayətullah Xameneinin ofisi: "Çox ehtimal ki, 4-cü gün Ramazan ayı başlayır" Mənbə : İslamazeri
Ayətullah Xameneinin ofisi: "Çox ehtimal ki, 4-cü gün Ramazan ayı başlayır" Mənbə : İslamazeri
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Allah və Əhli-Beyt (ə) sevgisi
Allah və Əhli-Beyt (ə) sevgisi
Şəban  ayinin  gündəlik  əməlləri  (1-2-3-cü günlər)
Şəban ayinin gündəlik əməlləri (1-2-3-cü günlər)
Qadının insani məqamı
Qadının insani məqamı
Duada Allahdan nə istəyək?
Duada Allahdan nə istəyək?
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin əvvəli və sonu:2
Əbu Hureyrənin əvvəli və sonu:2
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Süd verən ananın vəzifələri
Süd verən ananın vəzifələri
Daha çox oxumaq istəyirsən? )))