Shia.az SonUmidTv media
sitename

Orucun vacib olması

Bütün mükəlləflərə hər il ramazan ayını, sonrakı məsələlərdə veriləcək şərhlər əsasında, oruc tutmaq vacibdir.

İnsanın Allah-taalanın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından qüruba qədər orucu batil edən şeylərdən (onların şərhi sonra qeyd ediləcək) çəkinməsinə oruc deyilir.

Niyyət

Oruc ibadətlərdəndir və niyyətlə icra edilməsi lazımdır. Niyyətin dilə gətirilməsi və yaxud qəlbdən keçirilməsi lazım deyil. Əgər nəzərində Allahın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından məğribə qədər orucu batil edən işlərdən çəkinmək olsa, kafidir.

Ehtiyat üçün, bu zamanın hamısında oruc olduğunu yəqin etməkdən ötrü bir az sübh azanından qabaq, həmçinin bir az da qürubdan sonra orucu batil edən işlərdən çəkinməlidir.

Mübarək ramazan aynının gecələrində sabahkı günün orucu üçün niyyət etməsi kafidir. Lakin, birinci gecədə bundan əlavə, bir ayın orucunu niyyət etməsi yaxşıdır.

Niyyətin əyyən vax yoxdur, sübh azanından qabaqkı vaxta qədər istədiyi vaxtda niyyət etsə, kafidir. Obaşdana durduğu zaman ondan, "Məqsədin nədir?” deyə sual edildikdə "Oruc tutmaq istəyirəmdesə, kafidir.

Bütün gün uzunu müstəhəb orucun niyyətini etmək olar. Hətta qüruba az bir vaxt qalmış olsa belə, orucu batil edən şeyləri yerinə yetirməyibsə, müstəhəb oruc niyyəti edə bilər və onun orucu düzgündür.

Əgər ramazan ayında niyyəti unutsa və zöhr azanından qabaq yadına düşsə, tez niyyət etməlidir və orucu batil edən şeyləri yerinə yetirməyibsə, orucu düzgündür. Lakin, zöhrdən sonra niyyət etsə, (orucu) düzgün deyil.

Ramazan aynının oruclarından başqa, oruc tutmaq istəyən şəxs onu əyyən etməlidir. Məsələn, qəza və yaxud nəzir orucu tutduğunu niyyət etməlidir. Lakin, ramazan ayında sabah oruc tutacağını niyyət etsə, kafidir. Əgər ramazan ayının olmasını bilməsə və yaxud bilib unutsa və ayrı orucu niyyət etsə, ramazan ayının orucundan hesab olunar. Lakin, bilərəkdən ramazan ayında başqa orucu niyyəti etsə (ramazan ayında başqa oruc tutmağın düzgün olmadığını bildiyi halda), onun orucu batildir. Yəni, nə ramazan və nə də ayrı (orucdan) hesab olmaz.

Niyyət halında birinci, ikinci və s. günlərin orucunu tutduğunu əyyən etməsi lazım deyil. Hətta, əgər günü əyyən etsə, məsələn, "ayın ikinci gününün orucunu tuturamdesə və sonra mə’lum olsa ki, üçüncü gündür, onun orucu düzgündür.

Əgər sübh azanından qabaq oruc niyyəti etsə və sonra huşdan getsə və ya məst olsa və gün ərzində huşa gəlsə və heç bir xilaf görmədiyi halda, vacib ehtiyata görə, o günün orucunu tamam etməli və qəzasını da yerinə yetirməlidir.

Əgər ramazan ayı olduğunu bilmədiyindən, yaxud unutduğundan oruc tutmasa və zöhr namazından sonra, yaxud zöhrdən qabaq iftar etmiş haldabər tutsa, ramazan ayına ehtiram edərək qüruba qədər orucu batil edən şeylərdən pəhriz etməli və ramazan ayından sonra həmin günün qəzasını tutmalıdır.

Sübh azanından qabaq həddi-büluğa çatan uşaq oruc tutmalıdır. Əgər azandan sonra həddi-büluğa çatsa və orucu batil edən şeyləri yerinə yetirməyibsə, vacib ehtiyata əsasən, oruc tutmalı və sonra qəzasını da yerinə yetirməlidir.

Ramazan ayının və yaxud başqa vacib orucun qəzası boynunda olan şəxsin müstəhəb oruc tutması caiz deyil. Əgər unutqanlıq üzündən müstəhəb oruc tutsa və zöhrdən qabaq yadına düşsə, niyyətini vacib orucla əvəz edə bilər. Lakin, zöhrdən sonra yadına düşsə, orucu batildir.

Ölü bir şəxsin orucunu tutmaq üçün əcir olan şəxs özü üçün müstəhəb oruc tuta bilər.

Mübarək ayın orucundan başqa bir oruc insana vacib olsa, məsələn, əyyən bir gündə oruc tutmağı nəzir edibsə, əgər bilərəkdən sübh azanına qədər niyyət etməsə, orucu batildir lakin, bunu unutsa və zöhrdən qabaq yadına düşsə, niyyət edə bilər.

Əgər əyyən olmayan vacib oruc boynunda varsa (ramazan ayının qəza orucu və yaxud kəffarə kimi) zöhrə qədər niyyət edə bilər. Yəni, orucu batil edən şeyləri yerinə yetirmədiyi halda, zöhrdən qabaq niyyət etsə, orucu düzgündür.

Əgər ramazan ayında, zöhrdən qabaq kafir bir şəxs müsəlman olsa və bu vaxta qədər orucu batil edən şeyləri yerinə yetirməyibsə, vacib ehtiyata əsasən, oruc tutmalıdır və qəzası da yoxdur. Habelə, zöhrdən qabaq sağalanstə orucu batil edən şeyləri yerinə yetirməyibsə, oruc niyyəti etməli və ehtiyat üçün qəzasını da yerinə yetirməlidir. Əgər, zöhrdən sonra sağalsa, həmin günün orucu vacib deyil, sonra yalnız qəzasını tutmalıdır.

Yəvmuş-şəkdə, yəni insanın tərddüd etdiyi gün - şaban ayının axırı və ya ramazan ayının ilk günü oruc tutmaq vacib deyil. Əgər (yəvmuş-şəkdə) oruc tutmaq istəsə, şaban ayını niyyət etməlidir və yaxud boynunda qəza orucu olsa, qəzanı niyyət etməlidir. Belə ki, sonradan ramazan ayı olduğu mə’lum olsa (orucu) ramazan ayından hesab olar. Lakin, əgər gün ərzində (ramazan ayı olduğunu) başa düşsə, tez öz niyyətini ramazan ayının orucu ilə əvəz etməlidir.

: Əgər ramazan ayında, yaxud hər hansı əyyən bir vacib orucda oruc tutmaq niyyətindən dönsə və yaxud oruc tutub-tutmamasında tərddüd etsə, orucu batil olur. Həmçinin, orucu batil edən bir şeyi yerinə yetirməyi niyyət etsə, məsələn, nəsə yemək qərarına gəlsə, hətta yemək yeməsə belə, orucu batil olur. Əgər qərara gəldiyi zaman o əməlin orucu batil etməsinə diqqət yetirməyibsə, istisnadır.

Müstəhəb və vax əyyən olmayan orucda ( qəza orucu kimi), orucu batil edən şeylərdən birini yerinə yetirməsi qərarına gəlsə və yaxud o işi yerinə yetirib-yetirməməsində tərddüd etsə, əgər (o işi) yerinə yetirməsə, zöhrdən qabaq yenidən niyyət etsə, orucu düzgündür.

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Ramazan sözünün üç mənası və üç hədəfi
Ramazan sözünün üç mənası və üç hədəfi
Ramazan ayının 1-ci gününün duası:
Ramazan ayının 1-ci gününün duası:
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir:
İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir:
"Mövlud Günü"nün əməlləri:
"Mövlud Günü"nün əməlləri:
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
Əhli-sünnə alimi Şeyx Muhəmməd Nəsr: "Aşura orucu böyük yalandır!"
Əhli-sünnə alimi Şeyx Muhəmməd Nəsr: "Aşura orucu böyük yalandır!"
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Məhərrəmlik ayında toy etmek olar? Aşura günü oruc tutmaq olar? Səfər ayı niyə ağır aydır?
Məhərrəmlik ayında toy etmek olar? Aşura günü oruc tutmaq olar? Səfər ayı niyə ağır aydır?
QƏDİR XUM  BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
QƏDİR XUM BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
Ayat namazının hökmləri
Ayat namazının hökmləri
Fitrə zəkatı
Fitrə zəkatı
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Böyük oruc neməti
Böyük oruc neməti
İstiğfarın əhəmiyyəti - Ramazanda
İstiğfarın əhəmiyyəti - Ramazanda
Oruc tutan şəxsə məkruh olan işlər
Oruc tutan şəxsə məkruh olan işlər
Qəza və kəffarə vacib olan yerlər
Qəza və kəffarə vacib olan yerlər
İnsanın özünü tərbiyəsi ilə bağlı 5 üsul
İnsanın özünü tərbiyəsi ilə bağlı 5 üsul
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
«Ramazan»ın mə`nası
«Ramazan»ın mə`nası
Ramazan ayının 1-ci gününün duası
Ramazan ayının 1-ci gününün duası
Ayətullah Xameneinin ofisi: "Çox ehtimal ki, 4-cü gün Ramazan ayı başlayır" Mənbə : İslamazeri
Ayətullah Xameneinin ofisi: "Çox ehtimal ki, 4-cü gün Ramazan ayı başlayır" Mənbə : İslamazeri
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Əyyamul-biz gecəsinin əmələri
Əyyamul-biz gecəsinin əmələri
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Vacibi-kifayi nə deməkdir?
Vacibi-kifayi nə deməkdir?
Ayət namazını vacib edən şəri səbəblər
Ayət namazını vacib edən şəri səbəblər
Qadının iddəsi :
Qadının iddəsi :
Mövlüd təbtiki və bu günün əməlləri:
Mövlüd təbtiki və bu günün əməlləri:
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
NAMAZIN Qılınma qaydası
NAMAZIN Qılınma qaydası
Daha çox oxumaq istəyirsən? )))