Shia.az SonUmidTv media
» » » Müfrədə ümrənin 7(yeddi) əməli və onun tərtibi
Русская версия сайта Русская версия сайта
sitename

Həzrət İmam Səccadın(ə)  bəyanı ilə həcc və ümrənin bərəkəti

Ümrənində həcc kimi çoxlu bərəkət və təsirləri var, həmçinin ümrənin fəzilətləri barəsində çoxlu xəbərlər(hədislər) gəlib:Müfrədə ümrənin 7(yeddi) əməli və onun tərtibi

 İmam Səccad (ə) hədislərin birində buyurur:

حُجُّوا و اعتَمِرُوا تَصِحّ اجسامُکُم و تتَّسِع ارزاقُکُم و یَصلُح اِیمانُکم و تُکفَوا مَؤُونَةَ الناس و مَؤُونَةَ عِیالاتِکُم 
(Vəsailuş şiə; c 11, bab, vücubul həcc və şəraitihi)
Həcc və ümrə ziyarətinə gedin! Bədənləriniz möhkəm olsun, ruziniz çoxalsın, imanınız möhkəmlənsin, camaatın və ailənizin dolanışığını ödəyə biləsiniz"
İmamın(ə) buyuruğuna əsasən, həcc və ömrəni ziyarət eləmək, cismə sağlamlıq, ruzinin çoxalmağını, imanın möhkəmlənməyini, ailənin və insanların (işçilər, kasıb qonşular və s) dolanışığını təmin eləməkdə çox böyük təsiri var.
Müfrədə Ümrə( həccdən qeyri vaxtı olunan ümrə ziyarəti) Məkkədə yaxud Məkkəyə yaxın yaşayanlara ömürlərində bir dəfə vacib olur. Müfrədə ümrə, təməttö həcci ilə eyni ildə olan təməttö ümrəsinin qisimlərindəndir.
Ümrə, həcc kimi vacibi əsli və ərəzi və müstəhəbbi qisimlərə bölünür.
Əsl- müqəddəs islam şəriətində həccdə mötəbər olan şərtlərlə, hər bir mükəlləfə ömründə bir dəfə vacib olduğu kimi, vacib olur və onun vücubu (vacibliyi) dərhaldır. Ümrənin vacib olmağında həcc üçün istitaət (qüdrəti çatmaq) şərt deyil və əgər bir nəfər ancaq ümrə üçün müstəti' ola (qüdrəti çata) ona ümrə vacib olacaq. Hərçənd həccə qüdrəti olmasa belə.
Həmçinin əksi kimi. Yəni əgər bir nəfər yalnız həccə istitaəti ola və ümrəyə müstəti' olmaya vacibdir ki, həcci yerinə yetirsin. Bu hökmlər o kəslər üçündür ki, Məkkədə və Məkkəyə yaxın ərazilərdə yaşayır və onların vəzifəsi həcci qiran (Həcc) və əfrad (Müfrədə Ümrə) ola.
Lakin Məkkədən uzaqda yaşayanlar üçün müfrədə ümrə müstəhəbdir, vacib deyil. 
Amma o kəslər ki, Məkkədən uzaqdılar və onların vəzifəsidə həcci təməttö olsa, hökm eyni olmayacaq. Onlar üçün təməttö ümrəsi eləmək ümreyi müfrədə üçündə kifayət edir.
Müfrədə ümrənin 7(yeddi) əməli və onun tərtibi:
Müfrədə ümrəni yerinə yetirənə yeddi əməl vacibdir ki, hamısı ibadətdir və sira ilə, qürbət qəsdi ilə (qürbətən iləllah) yerinə yetirilir. Ümrənin hər bir əməli vacibdir və şərtləri var. Onların cüziyyatı fiqhi kitablarda bəhs olunub, biz burda ancaq kulliyyatı (ümumi hökmləri) deməklə kifayətlənəcəyik.
1-ci vacibat:
 Miqatların birində və müfrədə ümrə niyyətilə gərək ehram bağlana və ondan sonra Məkkeyi mükərrəməyə tərəf yola düşülə. Müfrədə ehramı bağlayan şəxsə, təməttö ehramında haram olan şeylərin hamısı bunada haramdır. Buna ehramın mühərrəmatı deyilir.
2 və 3- cü vacibatlar:
İki və üçüncü vacibatlar, ümrənin təvafı, ziyarəti və onun namazıdır ki, bunları gərək təharətli halda yerinə yetirəsən və hədəs və xəbəsdəndə pak olasan.


4-cü vacibat:
Səfa və Mərvə arasında 7 dəfə səy eləmək vacibdir.
Quran bunu şəairəllah (Allahın nişanəsi) adlandırıb:
إِنَّ الصَّفَا وَ الْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ فَمَنْ حَجَّ الْبَیْتَ أَوِ اعْتَمَرَ فَلاَ جُنَاحَ عَلَیْهِ أَنْ یَطَّوَّفَ بِهِمَا وَ مَنْ تَطَوَّعَ خَیْراً فَإِنَّ اللَّهَ شَاکِرٌ
"Həqiqətən Səfa və Mərvə Allahın əlamətlərindəndir. Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsində heç bir günah yoxdur. Hər kəs könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır(əvəzini verəndir) (onu) biləndir"
(Bəqərə 158)
5-ci vacibat:
Səy sona çatandan sonra Allah-Təalanın əmrini yerinə yetirmək qəsdi ilə kişilər gərək həlq yaxud təqsir, qadınlar isə təqsir edə. Həlq, başın tüküna qırxmağa deyilir, təqsir isə odur ki, bir miqdar dırnaqdan, başın ya bığın,ya saqqalın tükündən kəsələr.
Əlbətdə daha yaxşı və əhvət budur ki, dırnağı tutmaqla kifayətlənməyəsən.
Mu'təmir (ümrə edən şəxs) həlq ya təqsir edəndən sonra ehram səbəbilə haram olan şeylərin hamısı halal olur, yalnız qadınlardan başqa.
6 və 7 ci vacibatlar:
Həlq ya təqsirdən sonra nisa təvafı və nisa namazı yerinə yetirilir. Qaydası eynilə ziyarətin təvaf və namazı kimidir.
Nisa təvafı və nisa namazı təkcə kişilərə vacib deyil, eyni zamanda qadınlara, müməyyiz uşaqlara (yaxşını pisdən ayıra bilən) və xonsələrədə vacibdir.
Bu (nisa təvafı və namazı) ümrənin axırıncı vacib əməlidir. Bu əməl vasitəsilə ehram səbəbilə haram olan şeylərin hamsısı, qadınlarda daxil olmaqla halal olur.
Bunu oxuyan və əməl edən möminlərdən təveqqemiz budur ki, bizədə Məkkədə dua eləsinlər.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Tural Ceferi
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))