Shia.az SonUmidTv media
sitename


Zülhiccə ayının 18-nə keçən gecə xüsusi namazın qılınması tövsiyə edilir. Bu namaz 12 rəkətdən ibarətdir. Bütün 12 rəkət namazın hamısı ardıcıl qılınır və sonda bir salam deyilir. Namazdan sonra isə dua edərək Allahdan hacətlərini istə.

Bayram gününün də məxsusi əməlləri var:

1) Oruc tutmaq (bu günün orucu 60 ilin günahının kəffarəsinə bərabərdir; bəzi hədislərə görə, bu gün oruc tutan şəxsin savabı ömrü boyu tutduğu orucun savabına və həmçinin 100 həcc və 100 ümrə ziyarətinə bərabərdir).

2) Bayram gününün qüslünü almaq;

3) «Nüdbə» duasını oxumaq;

4) Məsumları (ə) ziyarət etmək və ya Məsumların (ə) ziyarətnaməsini oxumaq;

5) Həzrət Əlini (ə) ziyarət etmək üçün məşhur olan "Əmin Allah” ziyarətnaməsini oxumaq;

6) Zöhrdən yarım saat qabaq 2 rükətli namaz qılmaq. Birincü rükətdə «Həmd»dən sonra "Qədr surəsini, ikinci rükətdə "Həmd”dən sonra «İxlas» surəsini oxumaq. Yaxşıdır ki, bu namaz günorta azanına yaxın vaxtda qılınsın. Namazı qurtardıqdan sonra səcdəyə gedib, 100 dəfə Allaha şükür edib, səcdədən durub "Məfatihul-cinan”da göstərilən məxsusi duanı oxumaq. Sonra səcdəyə gedib, 100 dəfə "əlhəmdulilləh”, 100 dəfə də "şukranlillah” desin.

7) Möminlərlə görüşəndə aşağıdakı zikri demək:

Əlhəmdulilləhilləzi cəəlnə minəl-mutəməssikinə biviləyəti Əmiril-mumininə vəl-əimməti ələyhimus-səlam.

6) Sədəqə vermək;

7) Sileyi-rəhim - qohum-əqrəbaya baş çəkmək;

8) Yeni libas geyinmək;

9) Möminlərlə bu günün yad edilməsi ilə bağlı yığışmaq;

10) 2 rükətli namaz qılmaq. Hər rükətdə «Həmd»dən sonra 10 dəfə «İxlas» surəsi, 10 dəfə «Ayətəl-Kürsi», 10 dəfə «Qədr» surəsi oxumaq, namazdan sonra bu duanı demək: «Rabbənə innənə səmi’nə munadiən əd-dua bitəvlihi». Hədislərdə qeyd olunur ki, bu namazın 100 min həcc və 100 min ümrə savabı var, eləcə də, dünya və axirət hacətlərinin Allah tərəfindən asanlıqla qəbul edilməsinə səbəb olur və insana salamatlıq nəsib olur;

11) Məsumlara (s) salavat göndərmək.

Bu günlə bağlı digər əməllər də var ki, müfəssəl kitablarda göstərilmişdir.

Allahım, ölmüş qəlblərimizi Həzrət Əmirəlmöminini (ə) tanımaqla əhya elə! Allahım, bizləri dünya və axirətdə Həzrət Əli (ə) ilə məşhur elə! Amin!

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))