Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename
Ayətullah Müctehidi Tehrani (r):

Ramazan ayının yeddinci gününün duasının təfsiri.


"İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol"


Allahdan istəyirik bizə kömək olsun oruc tuta bilək, gecə namazlarını qıla bilək. Bəziləri Ramazan ayı daxil olmamışdan narahat olurlar ki, oruc tuta bilməyəcəklər. Buna görə dua edin ki, Allah kömək olsun. Allah kömək olarsa orucluğun aclığını hiss etməzsən. Allah kömək olarsa həm oruc tuta bilərik, həm gecə namazı qıla bilərik, həm Əbu Həmzə Somali, həm İftitah duasını oxumağımız asan olar. Qumda Ayətullah İşraqi var idi, çox böyük alimlərdən idi. O Qumda olduğu müddətdə Ayətullah Fəlsəfini Quma dəvət etmirdilər. O dərsində bizə atası Ərbab ləqəbi ilə məşhur olan Ayətullah Məhəmməd Təqi İşraqinin dilindən nəql edirdi ki, Gecə Nəcəfdə Həzrət Əlinin (ə) hərəminə daxil oldum. Gördüm gecə namazı qılırlar. Vitr namazının qunutunda əzbərdən Əbu Həmzə Somali duasını oxuyurlar. Əbu Həmzə Somali duası 3-4 Kumeyl duası həcmindədir. O duanı qunutda əzbərdən oxuyub zar-zar ağlayırlar. Ay Allah, qəbrdə mən nə edəcəm? Qəbrə məni qoyanda nə edəcəm? Qəbrin qaranlığında nə edəcəm? Bu cür məzmunlu sözləri oxuyub ağlayırdılar. Əbu Həmzə Somali duası çox gözəl duadır. Gedin mütaliə edin o duanı. Mərhum Ərbab deyir mən namazda bu duanı oxuyanları başladım saymağa gördüm 70 nəfərə yaxın adam namazda bu duanı oxuyurdu. Təxminən 100 il əvvəl olub bu. Amma indi... İndi biz vitr namazının qunutunda 40 möminin adını çəkəndə yuxuya dalırıq. Kumeyl duasını oxuyanda vərəqləyib baxırıq ki, sonuna nə qədər qalıb. Bəli, qədimdə belə adamlar olub. Ona görə ömürləri bərəkətli olub. Ona görə Allaha dua edirik ki, bizə də kömək olsun, oruc tutub gecə namazı qıla bilək.


Sonra oxuyuruq:
"Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır"


Allahdan istəyirik Ramazan ayı bizi günah etməkdən qorusun. Bədbəxtdir o kəs ki, Ramazan ayında da günah edir. Çünki biz dedik ki, ancaq orucu pozmayan işləri görüb oruc tutanın orucu ümumi orucdur. Amma hədis buyurur ki, oruc tutanın gözü, qulağı, dili, dərisi, saçları bir sözlə bütün əzaları oruc olmalıdır. Yəni orucu xüsusinin xüsusi orucu olsun. Əgər istəyiriksə orucun bizdə təsiri olsun, gərək məhz bu cür oruc tutaq.
Daha sonra duada deyirik:
"Sənin daimi zikrini mənə qismət et"


Zikr həm dildə Allahı zikr etmək mənasındadır, həm də qəlbdə. Əsl zikr həm qəlbində, həm də dilində zikr etməkdir. Dillə zikr edib qəlblə zikr etməmək bədbəxtçilikdir. İnsan daim Allahı xatirində tutmalıdır. Amma dillə də zikr lazımdır. Gündə 100 dəfə "la ilahə illəllah" 100 dəfə "la hövlə və la qüvvətə illa billahil əliyyil əzim" deyin. Çoxlu salavat zikr edin. Xüsusilə cümə axşamı və cümə günləri salavat zikr edin. Hər məsuma 100 salavat hədiyyə edin. Əsasən də Ramazan ayında diliniz zikr etsin. Hədis buyurur ki, bütün varlıqlar zikr edir. Həmçinin daş, divar, dağlar, ağaclar hamısı Allahı zikr edir. Deyir xoruzu səhər banlayarkən söyməyin. Çünki banlamağı ilə namaza səsləyir ki, ey qafil dur namaza.


"Kömək və yardımına and verirəm, ey yolunu azmışların yol göstərəni"


Yolunu azmışların yəganə hidayətçisi olan Allahdan istəyək tovfiqi (yardımı) ilə həqiqi, yəni xüsusinin xüsusi orucunu tuta bilək. Gecəni qalxıb ibadət edə bilək. Bəziləri iftar edib biraz keçmiş yıxılıb yatır və obaşdana durur. Nə bədbəxt adamdır belə adam. Xəstəliyi səbəbindən oruc tuta bilməyənlər belə, bu gecələri və sübhləri əldən verməsinlər. Sübhlər İftitah duasını oxusunlar. Allah tövfiqat versin onu yad edib, zikr edə bilək. Çünki Allah tövfiqat verməsə bunları etmək mümkün deyil və Allah tövfiqi hər kəsə vermir.
Tərcümə: Tural Ceferi Ziyadxanov 
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))