Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename

Dua nədir? 
Bizim istəyimizi yazıb, Allahın istədiyini pozan bir təsir vasitəsidirmi?
"Dua barədə insanların ilk problemi "Dua nədir?" sualına cavab tapmamalarıdır. Əksər insanlar - "siz deyirsiz ki, Allah bir şeyi təqdir edib (qədər olaraq yazıb) və mən dua etməklə Allahın bu təqdiri dəyişəcəkmi və ümumiyyətlə mən Allahın yazdığının pozulması üçün dua etməliyəmmi? Dua etsəm təsiri olacaqmı, əgər olacaqsa, necə və nə cür?" - deyirlər.
Bəziləri inanır ki, duanın heç bir təsiri yoxdur. Çünki Allah əzəldən bir şeyi müqəddər edib (təqdir edib və miqdarını müəyyən edib). Mənim dua etməyimlə Allah öz təqdirinin üzərindən xətt çəkməyəcək. 
Əvvələn, belə deyil ki, bizim həyatımızda baş verən hər bir şeyi Allah-Taala əzəldən belə yazıbmış. Bizim həyatımız öz əməllərimizin əsiridir. Həyatımızda rastlaşdığımız bir çox yaxşı və ya pislər öz əməllərimizin təbii nəticəsidir. 
Biz dua edərək öz səhv əməlimizin bağışlanmasını və o əmələ görə dünya və axirətdə cəzalandırılmamağımızı istəyirik. Çünki bilirik ki, Allah-Taala hər şeyə təsir qoya bilən və hər şeyin axarını dəyişə biləcək yeganə varlıqdır. 
İkincisi, dua bir növ Allaha qayıdışdır, tövbədir. Buna görə də əməllərin islahı ilə bahəm olmalıdır. İnsan əməlini də isla edərsə, qəbul edilir və öz müsbət təsirini qoyur. İnsan əməlini islah etdikdə, Allah da insanın çətin işlərini asanlıqla islah etməyə kömək edir.
Üçüncüsü ki, bir az irfani məsələdir, DUA etməklə insan yaradılışdan əvvələ qayıdır, Allahın bizim üçün təqdirindən öncə olan bir zamanda Allaha vəsl olur. Yəni hər şey yazılmamışdan öncəyə. Allah hər şeydən öncədir. Və sən xalis dua ilə Allaha vasil ola bilirsənsə, deməli zaman və məkan fövqündə bir məqama birləşibsən ki, hər şey oradan idarə olunur, orada sən bu sən deyilsən, orada nura birləşmiş bir varlıqsan və orada Allahın diqqətini cəlb edə bilirsənsə, çox şeyi dəyişməyə qadirsən, demli duanın qəbulu şübhəsizdir, əlbəttə Allah bunu sənin üçün istəyəcəksə. (Üçüncü hissə Ustad Hüseyn İlahi Qomşeinin çıxışından iqtibasdır -
t.me/mirmehemmed_beshir)
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))