Shia.az SonUmidTv media
sitename
Hədislərdə buyurulur ki, əməllərin ən üstünü fərəcin intizarıdır. İntizar ruhiyyəsinin aşılanması və dövrün imamı həzrət Mehdi (ə) ilə mənəvi rabitənin yaranmasında isə, Nüdbə duası əvəzsizdir. Bu dua nəfis bədii üsulla tərtib olunmuş bir münacat olmaqla yanaşı, İslamın tarix fəlsəfəsi bəyanı və ilahi vilayətin manifestidir. Dua öz işarə dili ilə insanı düşünməyə vadar edir. Keçmişin təhlili, bugünün dərki və gələcəyə ümid onun hər kəlməsinə hopub. “Nüdbə” “ayrılıqdan ürək yanğısı ilə ağlamaq” mənasını verir. Adından da bəlli olduğu kimi, bu dua imamından ayrı düşmüş bir insanın və cəmiyyətin fəryadıdır. İmam Sadiqin (ə) öyrətdiyi bu duanı Fitr, Qurban və Qədir-Xum bayramları ilə yanaşı hər cümə günü səhər çağı oxumaq tövsiyə olunur.
Ərəbcə yazılışı
Bismilləhir rahmənir rahim.
 Əlhəmdu lillahi Rabbil-aləmin,və salləllahu əla seyyidina Muhammədin nəbiyyihi və əlihi vəsəlləmə təslima.
 Əllahummə ləkəl-həmdu əla ma cəra bihi qəzaukə fi-əvliyaikəl-ləzinə istəxləstəhum li-nəfsikə və dinikə izəxtərtə ləhum cəzilə ma indəkə minən-nəimil-muqim,əlləzi la zəvalə ləhu və ləzmihlal,bədə ən şərədtə ələyhimuz-zuhdə fi-dərəcati hazihid-dunyəd-dəniyyəti və zuxrufha və zibriciha,fəşərətu ləkə zalikə və əlimtə minhumul-vəfaə bihi fəqabiltəhu və qarrabtəhum və qaddəmtə ləhumuz-zikrəl-əliyyə vəs-sənaəl cəliyy,və əhbəttə ələyhim məlaikətək,və kərramtəhum bi-vəhyik,və rafəttəhum bi ilmik,və cəəltəhumuz-zəriətə iləykə vəl-vəsilətə ila rizvanik,fə bəzun əskəntəhu cənnətəkə ila ən əxractəhu minha,və bəzun həməltəhu fi fulkil,və nəccəytəhu və mən amənə məəhu minəl hələkəti birahmətik,və bəzun ittəxəztəhu li nəfsikə xəlila,və səələkə lisanə sidqin fil-axirin,fəəcəbtəhu və cəəltə zalikə əliyya,və bəzun kəllətəhu min şəcəratin təklima və cəəltə ləhu min əxihi radən və vəzira,və bəzun əvlədtəhu min ğəyri əb və ayətəhul-bəyyinati və əyyədtəhu bi ruhil qudus,və kullun şəratə ləhu şəriətən və nəhəctə ləhu minhaca və təxəyyərtə ləhu əvsiyaə mustəhfizən bədə mustəhfizin,min muddətin ila muddətin iqamətən lidinik,və huccətən əla ibadik və li-əlla yazuləl-həqqu ən məqarrih və yəğlibəl batilu əla əhlih və la yəqulə əhədun ləvla ərsəltə iləyna rasulən munzira və əqamtə ləna ələmən hadiyən fənəttəbiə ayatikə min qabli ən nəzillə və nəxza,ila ənintəhəytə bil-əmri ila habibikə və nəcibikə Muhammədin səlləllahu ələyhi və alih,fə kanə kəməntəcəbtəhu səyyidə mən xələqtəh,və səfvətə mənistəfəytəhu və əfzələ mənictəbəytəhu və əkramə mənitə-mədtəh,qaddəmtəhu əla ənbiyaik,və bəəstəhu iləs-səqələyni min ibadik və əvtətəhu məşariqakə və məğaribək və səxxərtə ləhu-buraq,və əvdətəhu ilmə ma kanə və ma yəkunu ilənqizai xəlqik,summə nəsərtəhu bir-rub və həfəftəhu bi-Cəbrailə və Mikailə vəl musəvviminə min məlaikətik və vəədtəhu ən tuzhirə dinəhu ələd-dini kullihi vələv kərihəl-muşrikun,və zalikə bədə ən bəvvətəhu mubəvvə sidqin min əhlih və cəəltə ləhu və ləhum əvvələ bəytin vuziə linnasi ləlləzi bi-Bəkkətə mubarəkən və hudən lil-aləmin,fihi ayətun bəyyinatun məqamu İbrahimə və mən dəxələhu kanə aminə,və qultə:İNNƏMA YURİDULLAHU LİYUZHİBƏ ƏNKUMUR-RİCSƏ ƏHLƏL-BƏYTİ VƏ YUTƏHHİRAKUM TƏTHİRA.Summə cəaltə əcrə Muhammədin səlavatukə ələyhi və alihi məvəddətəhum fi kitabik,fə-qultə:QUL LƏ ƏSƏLUKUM ƏLƏYHİ ƏCRƏN İLLƏL-MƏVƏDDƏTƏ FİL-QURBA.və qultə:MA SƏƏLTUKUM MİN ƏCRİN FƏHUVƏ LƏKUM,və qultə:MA ƏSƏLUKUM ƏLƏYHİ MİN ƏCRİN İLLA MƏN ŞAƏ ƏN YUTTƏXİZƏ İLA rABBİHİ SƏBİLA;Fəkanu humus-səbilə iləykə vəl-məslək ila rizvanik,fələmmənqazət əyyamuhu əqamə vəliyyəhu Əliyyəbnə Əbi Talibin səlavatukə ələyhima və alihima hadiya,iz kanə huvəl-munzira və li-kulli qavmin had,fə qalə vəl-mələu əmaməh.MƏNKUNTU MƏVLAHU FƏ ƏLİYYUN MƏVLƏH,ƏLLAHUMMƏ VALİ MƏN VALAH VƏ ADİ MƏN ADAH,VƏNSUR MƏN NƏSƏRƏH,VƏXZUL MƏN XƏZƏLƏH,və qalə:MƏN KUNTU ƏNA NƏBİYYƏHU FƏ ƏLİYYUN MİN ŞƏCƏRATİN VAHİDƏH VƏ SAİRUN-NAS MİN ŞƏCƏRİN ŞƏTTA,və əhəlləhu məhəllə Harunə min Musa,fə qalə:LƏHU ƏNTƏ MİNNİ Bİ-MƏNZİLƏTİ HARUNƏ MİN MUSA İLLA ƏNNƏHU LA NƏBİYYƏ BƏDİ,və zəvvəcəhubnətəhu səyyidətə nisail-aləmin və əhəllə ləhu min məscidihi ma həllə ləhu və səddəl-əvbabə illa babəh,summə əvdəəhu ilməhu və hikmətəh,fə qalə:ƏNA MƏDİNƏTUL-İLMİ VƏ ƏLİYYUN BABUHA,FƏMƏN ƏRADƏL-MƏDİNƏTƏ VƏL-HİKMƏTƏ FƏLYƏTİHA MİN BABİHA,summə qalə:ƏNTƏ ƏXİ VƏ VƏSİYYİ VƏ VARİSİ,LƏHMUKƏ MİN LƏHMİ VƏ DƏMUKƏ MİN DƏMİ VƏ SİLMUKƏ SİLMİ VƏ HƏRBUKƏ HƏRBİ,VƏL-İMANU MUXAHTUN LƏHMƏKƏ VƏ DƏMƏKƏ KƏMA XALƏTƏ LƏHMİ VƏ DƏMİ VƏ ƏNTƏ ĞƏDƏN ƏLƏL-HƏVZİ XƏLİFƏTİ VƏ ƏNTƏ TƏQZİ DİNİ VƏ TUNCİZU İDATİ VƏ ŞİƏTUKƏ ƏLA MƏNABİRA MİN-NURİN MUBYƏZZƏTƏN VUCUHUHUM HƏVLİ FİL-CƏNNƏTİ VƏ HUM CİRANİ,VƏLƏV LA ƏNTƏ YA ƏLİYY,LƏM YURAFİL-MUMİNUNƏ BƏDİ,və kanə bədəhu hudən minəz-zəlal və nurən minəl-əma və həbləllahil-mətin və siratəhul-mustəqim la yusbəqu bi qərabətin fi rahim və la bi-sabiqatin fi din,vəla yulhəqu fi mənqabətin min mənaqibih,yəhzu həzvər-rasuli səlləllahu ələyhima və alihima.Və yuqatilu ələt-təvil və la təxuzuhu filləhi ləvmətu laim,qad vətəra fihi sənadidəl-ərəb və qatələ əbtaləhuç və navəşə zubanəhum fə əvdəə qulubəhum əhqadən bədriyyətən və xəybəriyyətən və huneyniyyətən və ğəyrahunnə fəəzzəbbət əla ədavətih və əkəbbət əla munabəzətih,hətta qətələn-nakisinə vəl-qasitinə vəl-mariqin,və ləmma qəza nəhbəhu və qatələhu əşqal-axirinə yətbəu əşqal-əvvəlin,ləm-yumtəsəl-əmru Rasulillahi səlləllahu ələyhi və alihi fil-hadinə bədəl-hadin,vəl-ummətu musirratun əla məqtih,muctəmiətun əla qatiəti rahimih və iqsai vələdihi illəl-qalilə mimmən vəfa li-riayətil-həqqi fihim fə-qutilə mən qutil,və subiə mən subi və uqsiyə mən uqsi,və cərəil qəzau ləhum bima yurca ləhu husunul-məsubəti iz kanətil-ərzu lillahi yurisuhə mən yəşau min ibadihi vəl-aqibətu lil-muttəqin və subhanə rabbina in kanə vədu rabbina lə-məfula və lən yuxlifəllahu vədəhu və huvəl-əzizul-həkim,fə-ələl-ətaibi min Əhli-bəyti Muhammədin və Əliyyin səlləllahu ələyhima və alihima fəl-yəkbil bakun,və iyyahum fəl-yəndubin-nadibun və li-mislihim fəl-tuzrifid-dumu,vəl-yəsruxis-sarixun,və yəziccəz-zaccun,və yəiccul-accun,əynəl-Həsənu əynəl Huseyn?Əynə-əbnaul-Huseyni Salihun bədə salih,və sadiqun bədə sadiq?Əynəs-səbilu bədəs-səbil?Əynəl-xiyəratu bədəl-xiyərah?Əynəl-şumust-taliəh?Əynəl-əqmarul-munirah?Əynəl-əncumuz-zahirah?Əynə-əlamud-dini və qavəidul-ilm?Əynə bəqiyyətullahil-ləti la təxlu minəl-itratil-hadiyəh?Əynəl-muəddu li-qati dabiriz-zələməh?Əynəl-muntəzəru li-iqamətil əmti vəl-ivəc?Əynəl-murtəca li-izalətil-cəvri vəl-udvan?Əynəl-muddəxəru li-təcdidil-fəraizi vəs-sunən?Əynəl-mutə-xəyyəru li-iadətil-milləti vəş-şəriəh?Əynəl-muəmməlu li-ihyail-kitabi və hududih?Əynə muhyi məalimid-dini və əhlih?Əynə qasimu şəvqatil-mutədin?Əynə hadimu əbniyətiş-şirki vən-nifaq?Əynə mubidu əhlil-fusuqi vəl-isyani vət-tuğyan?əynə hasidu furul-ğəyyi vəş-şiqaq?Əynə tamisu asariz-zəyği vəl-əhva?Əynə qatiu həbailil-kizbi vəl-iftira?Əynə mubidul-utati vəl-məradəh?Əynə mustəsilu əhlil-inadi vət-təzlili vəl-ilhad?Əynə muizzul-əvliyai və muzillul-əda?Əynə camiul-kəliməti ələt-təqva?Əynə babullahil-ləzi minhu yuta?Əynə vəchullahil-ləzi iləyhi yətəvəccəhul-əvliya?Əynəs-səbəbu muttəsilu bəynəl-ərzi vəs-səma?Əynə sahibu yəvmil-fəthi və naşiru rayətil-huda?Əynə muəllifu şəmlis-səlahi vər-riza?Əynət-talibu bi zuhulil ənbiyai və əbnail-ənbiya?Əynət-talibu bi-dəmil-məqtuli bi-kərbəla?Əynəl-mənsuru əla mənitəda ələyhi vəftəra?Əynəl-muztərulləzi yucabu iza dəa?Əynə sədrul-xəlaiqi zul-birri vət-təqva?Əynəbnun-nəbiyyil-Mustəfa,vəbnu Əliyyil-Murtəza,vəbnu Xədicətəl-ğərra,vəbnu Fatimətul-Kubra?Bi-əbi əntə və ummi və nəfsi ləkəl-viqau vəl-hima,yəbnəs-sadətil-muqarrabin,yəbnən-nucəbail-əkrəmin,yəbnəl-hudatil-Məhdiyyin,yəbnəl-xiyərətil-muhəzzəbin,yəbnəl-ğətarifətil-əncəbin,yəbnəl-ətaibil-mutəhhərin,yəbnəl-xəzarimətil-muntəcəbin,yəbnəl-qaməqimətil-əkramin,yəbnə buduril-munirəh,yəbnəs-surucil-muziyəh,yəbnəş-şuhubis-saqibəh,yəbnə əncumiz-zahirah,yəbnəs-subulil-vazihəh,yəbnəl-əlamil-laihəh,yəbnəl-ulumil-kamiləh,yəbnəs-sunənil-məşhurəh,yəbnəl-məalimil-məsurah,yəbnəl-mucizatil-məvcudəh,yəbnəd-dəlailil-məşhudeh,yəbnəs-siratil-mustəqim,yəbnən-nəbəil-əzim,yəbnə mən huvə fi umumil-kitabi lədəəllahu əliyyun həkim,yəbnəl ayəti vəl-bəyyinat,yəbnəd-dəlailiz-zahirat,yəbnəl-bərahinil-vazihətil-bahirat,yəbnəl-hucəcil-baliğat,yəbnən-niəmis-sabiğat,yəbnə Taha vəl muk=hkəmat,yəbnə Yasin vəz-Zariyat,yəbnət-Turi vəl-adiyat.Yəbnə mən dəna fətədəlla fə kanə qabə qəvsəyni əv ədna dunuvvən vəqtirabən minəl-əliyyin əla,ləytə şiri əynəstəqarrat bikən-nəva?Bəl əyyu ərzin tuqillukə əv səra?Əbi rəvzaəv ğəyriha əm Zi-tuva?Əzizun ələyyə ən ərəl-xəlqa və la tura.və la əsməə ləkə həsisən və la nəcva,əzizun ələyyə ən tuhtə bikə duniyəl-bəlva,və la yənaləkə minni zəcicun və la şəkva,bi nəfsi əntə min muğəyyəbin ləm yəxlu minna,bi nəfsi əntə min nazihin ma nəzəhə ənna,bi-nəfsi əntə umniyyətu şaiqin yətəmənna min muminin və muminətin zəkəra fəhənna,bi-nəfsi əntə min əqidi izzin la yusama,bi-nəfsi əntə min əsili məcdin la yucara,bi-nəfsi əntə min tiladi niəmin la tuzaha,bi-nəfsi əntə min nəfisi şərəfin la yusava,ila məta əharu fikə ya Məvlayə və ila məta?Və əyyu xitabin əsifu fikə və əyyə nəcva?Əzizun ələyyə ən ucabə dunəkə və unağa,əzizun ələyyə ən əbkiyəkə və yəxzuləkəl-vəra,əzizun əvila vəl-buka?Həl min cəzuin fə-usaidə cəzəəhu iza xəla?Həl qaziyət əynun fəsaədəduha əyni ələl-qəza?Həl iləykə yəbnə Əhmədə səbilun fə tulqa?Həl-yəttəsilu yəvmuna minka bi-idətin fənəhza?Məta nəridu mənahiləkər-raviyyətə fənərva?Məta nəntəqiu min əzbi maikə fəqəd taləs-səda?Məta nuğadikə və nuravihukə fə nəqirru əyna?Məta təranə və nəraka və qəd nəşərtə li vaən-nəsri tura,ətəranə nəhuffu bikə və əntə tə-ummul-mələə və qad mələtəl-ərzə ədla,və əzaqtə ədaəkə həvanən və iqaba,vəəbərtəl-utatə və cəhədətəl həqqi və qatəətə dabirəl-mutəkəbbitin,vəctəsəstə usuləz-zalimin və nəhnu nəqulu:Əlhamdu lillahi rabbil-aləmin.Əllahummə əntə kəşşaful-kurabi vəl-bəlva,və iləykə əstədi fə indəkəl-ədva,və əntə rabbul axirəti vəd-dunya,fə-əğis yağiyasəl mustəğisinə ubəydəkəl-mubtəla,və ərihi səyyidəhu ya şədidəl quva,və əzil ənhu bihil əsa vəl-cəvaa,və bərrid ğəliləhu ya mən ələl-ərşistəva,və mən iləyhir-ruca vəl muntəha.Əllahummə və nəhnu əbidukət-taiqunə ila vəliyyikəl muzəkkiri bikə və binəbiyyik,xələqtəhu ləna ismətən və məlaza,və əqəmtəhu ləna qivamən və məaza,və cəəltəhu lil mumininə minna imama,fə bəlliğhu mina təhiyyətən və səlama,və zidna bi-zalikə ya rabbi ikrama,vəcəl mustəqərrahu ləna mustəqarran və muqama,və ətmim nimətikə bi-təqdimikə iayhu əmaməna hətta turidəna cinanəkə və murafəqətəş-suhədai min xuləsaik.Əllahummə səlli əla Muhammədin və ali Muhamməd və səlli əla Muhammədin cəddihi və Rasulikəs-səyyidil-əkbəri və əla əbihis-səyyidil-əsğəri və cəddətihis-siddiqətil-kubra Fatimətə binti Muhammədin səlləllahu ələyhi və alih və səlləmə və əla mənistəfəytə min əbaihil-bərərəti və ələyhi əfzələ və əkmələ və ətəmmə və ədvəmə və əksəra və əvfəra ma səllətə əla əhadin min əsfiyaikə və xiyəratikə min xəlqikə və səlli ələyhi səlatən la ğayətə li-ədədiha,və la nihayətə li-mədədiha,və la nəfadə li-əmədiha.Əllahummə və əqim bihil-həqq,və ədxiz bihil-batil,və ədil bihi əvliyaək,və əzlil bihi ədaək,vəsililləhummə bəynəna və bəynəhu vuslətən tuəddi ila murafəqəti sələfih,vəcəlna mimmən yəxuzu bihuczətihim,və yəmkusu fi zillihim,və əinna əla tədiyəti huquqihi iləyh,vəl-ictihadi fi taətih,vəctinabi məsiyətih,vəmnun ələyna bi rizah,və həbləna rafətəhu və rahmətəhu və duaəhu və xəyrahu ma nənalu bihi səətən min rahmətik,və fəvzən indək,vəcəl səlatəna bihi məqbuləh və zunubəna bihi məğfurəh,və duaəna bihi mustəcaba,vəcəl ərzaqana bihi məbsutəh və humuməna bihi məkfiyyəh,və həvaicəna bihi məqziyyəh,və əqbil iləyna bi-vəchikəl-kərim,vəqbəl təqarrubəna iləyk,vənzur iləyna nəzratən rahimətən nəstəkmilu bihəl-kəramətə indək,summə la təsrifha ənna bi-cudik,vəs-qina min havzi cəddihi səlləllahu ələyhi və alihi bi-kəsihi və biyədihi rayyən raviyyən həniən saiğən la zəmmə bədəh,ya ərhəmər-rahimin.
Tərcüməsi
Bağışlayan və mehriban Allahın adı
ilə Həmd olsun aləmlərin rəbbi olan Allaha!
Allahın salamı və xeyir-bərəkəti Onun peyğəmbəri ağamız Məhəmmədə və onun Əhli-Beytinə (ə) olsun!
İlahi, Sənə həmd olsun ki, Özün və dinin üçün sayıb-seçdiyin övliyalar barədə verdiyin hər qərar baş tutdu. Onlar üçün Özünün tükənməz xəzinəndən bolluq əta etdin – Sənin nemətlərin isə nə azalar, nə bitər. Lakin, bunun müqabilində onlara şərt qoydun ki, bu dəyərsiz dünyanın rütbələrindən, bər-bəzəyindən və cazibəsindən özlərini gözləsinlər. Onlar da bu şərti qəbul etdilər. Vəfalı olacaqlarını bilirdin deyə, onları təsdiqlədin və Özünə yaxın etdin, adlarını uca tutdun, açıq-aşkar tərif etdin, mələklərini yanlarına yolladın, onları vəhyinlə şərəfləndirdin, elminlə dəstəklədin, Sənə aparan yol və razılığına çatdıran vasitə qərar verdin. Onlardan birini cənnətində sakin etdin, sonra oradan çıxartdın. Başqasını gəminə mindirdin, sonra onu və onun yanındakı möminləri rəhmətinlə həlakətdən xilas etdin. Bir başqasını Özünə yaxın dost tutdun, sonra da sonuncu ümmət arasında tanınması barədə duasını qəbul etdib, onun adını ucaltdın. Bir başqası ilə ağac vasitəsilə danışdın, sonra da qardaşını ona yardımçı və canişin təyin etdin. Bir başqasını da atasız dünyaya gətirdin, sonra ona aşkar nişanələr verdin və Müqəddəs Ruhla dəstəklədin. Onların hamısına şəriət göndərdin, yol göstərdin, hər dönəmdə dini hifz edən və bir-birini əvəzləyən vəsilər seçdin. Bunlar onun üçün idi ki, dinin möhkəmlənsin, bəndələrinin istinad yeri olsun, haqq aradan getməsin, haqsızlıq edənlər qalib olmasın və bir nəfər də deyə bilməsin: “Əgər bizə xəbərdarlıq edən bir elçi göndərsəydin, bizim üçün bir yolgöstərən təyin etsəydin, biz də Sənin ayələrinə tabe olardıq və xar hala düşməzdik”.
İşini sevimli və nəcabətli bəndən Məhəmmədlə (s) tamamladın. Allahın xeyir-bərəkəti ona və Əhli-Beytinə olsun! Təyin etdiyin kimi, o, bütün yaradılışın ağası, seçilmişlərin seçilmişi, fəzilətlilərin fəzilətlisi, üstünlərin üstünü oldu. Onu digər peyğəmbərlərindən uca tutdun, insan və cinlərdən olan bəndələrinin arasına yolladın, şərqlə qərbi onun ixtiyarına verdin. Buraqı onun üçün ram etdin, ruhunu göylərə ucaltdın, olub-keçmişlərdən və yaradılışın sonuna qədər olacaqlardan xəbərdar etdin, düşmənlərinin canına xof salmaqla yardım etdin, Cəbrayılla Mikayılı yanına göndərdin, mələklərlərin dövrəsinə aldın, müşriklər istəməsə də dinin bütünlüyü ilə qalib olacağını söz verdin.
Bundan qabaq isə onu öz adamları arasında düzgün bir mövqe ilə möhkəmləndirdin, ona və xalqına ilk evi (Kəbəni) verdin. Bu, insanlar üçün ilk tikilən Məkkədəki evdir ki, bütün aləmlərdən ötrü bərəkət və istiqamətdir. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Habelə, buyurdun: “Allah siz Əhli-Beytdən bütün çirkinliyi yox etməyi və sizi tərtəmiz etməyi iradə edir!” Sonra Məhəmmədə (Sənin xeyir-bərəkətin ona və soyuna olsun!) qarşılıq vermək üçün Kitabında insanlara tapşırdın ki, Əhli-Beyt (ə) məhəbbətini büruzə versinlər. Bununla bağlı Özün peyğəmbərinə buyurdun ki, desin: “Mən sizdən bunun müqabilində yaxınlarıma məhəbbətdən başqa bir şey istəmirəm…” Yenə də Özün peyğəmbərinə buyurdun ki, desin: “Sizdən istədiyim mükafat elə özünüz üçündür”. Yenə də Özün peyğəmbərinə buyurdun ki, desin: “Mən bunun əvəzində sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan yolu tutsunlar”. Beləliklə də, Sənə tərəf aparan yol və Sənin razılığına çatdıran vasitə Əhli-Beyt (ə) oldu. Ömrü sona çatanda peyğəmbər (s) Əli ibni Əbu Talibi (ə) öz vəlisi və hidayət yolunun bələdçisi təyin etdi (Sənin xeyir-bərəkətin hər ikisnə və hər ikisinin soyuna olsun!). Peyğəmbər (s) çəkindirəndir, lakin hər bir xalqın (sağ) bələdçiyə ehtiyacı var. Buna görə də peyğəmbər (s) xalqın qarşısında buyurdu: “Hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır. İlahi! Onu dost tutana dost, ona düşmən kəsilənə isə düşmən ol. Ona yardım edənə yardım, onu xar etmək istəyəni isə xar et!” Bir yerdə isə buyurmuşdu: “Məni peyğəmbər bilənin əmiri Əlidir”. Başqa bir yerdə isə: “Mən və Əli bir şəcərədənik, qalanları isə müxtəlif şəcərələrdən,” – deyə buyurdu. Sonra peyğəmbər (ə) onunla münasibətini Harunla (ə) Musanın (ə) münasibətinə bənzətdi və buyurdu: “Sənin mənə nisbətin Harunun Musaya nisbəti kimidir, lakin məndən sonra peyğəmbər gəlməyəcək”. Sonra xanımlar xanımı olan qızını onunla evləndirdi. Sonra məscidində ona xüsusi bir icazə verdi – onun qapısından başqa hamının qapısını bağladı. Sonra ona öz elm və hikmətindən öyrətdi və buyurdu: “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır. Kim həmin şəhəri və hikməti arzulasa, gərək qapıdan keçsin”. Sonra ona demişdi: “Sən mənim qardaşım, canişinim və varisimsən. Canın canımdan, qanın qanımdandır. Sülhün mənim sülhüm, savaşın mənim savaşımdır. İman ətinlə qanına qarışıb, necəki mənim ətimlə qanım imanla qarışıb. Sabah Kövsər bulağı yanında mənim xəlifəm olacaqsan. Görməli olduğum və söz verdiyim işlər sənin öhdəndədir. Tərəfdarların nur minbərlərində əyləşəcək, üzləri parıyldayacaq və cənnətdə qonşularım olacaq. Ya Əli, sən olmasaydın, məndən sonra möminlər tanınmazdı”.
Beləliklə, Əli (ə) peyğəmbərdən (s) sonra azğınlıqdan çıxardan bir bələdçi, korluqdan qurtaran nur, Sənə bağlanan möhkəm ip və Sənə aparan düz yol oldu. Heç kəs qohumluqda peyğəmbərə (s) ondan daha yaxın olmadı, dində onu qabaqlamadı, fəzilətdə ona çatmadı. Yolu peyğəmbər (s) yolu idi (Sənin xeyir-bərəkətin hər ikisnə və hər ikisinin soyuna olsun!). Savaşı Quranın düzgün tanıdılması üçün idi. Heç kəsin məzəmməti onu Allah yolundan döndərmədi. Bu yolda ərəbin qoçularını yıxdı, lovğalarını öldürdü, pəhləvanlarını məğlub etdi. Onlar da Bədr, Xeybər, Hüneyn və digər savaşların heyfini çıxmaq istədi, onun əleyhinə birləşib silaha əl atdılar. O da əhdlərini pozanlarla, zülm edənlərlə və dindən çıxanlarla vuruşdu. Ömrü sona çatanda isə, keçmişdəki ən bədbəxtlərin yolunu tutmuş sonrakıların ən bədbəxti onu öldürdü. Bundan sonra özünü və soyunu salamladığın peyğəmbərinin (s) bir-birini əvəzləyən hidayətçilər barədə tapşırığı yerinə yetirilməmiş qaldı. Ümmətin böyük qismi onunla düşmənçilikdə birlik göstərdi, onunla əlaqəni kəsdi və onun övladlarını qəribçiliyə saldı. Yalnız az bir qism onlara qarşı vəfalı oldu, buna görə də ya öldürüldü, ya əsir düşdü, ya sürgün olundu. Buna görə də onları ən gözəl mükafat gözləyir.
Şübhəsiz ki, yer üzü Allahındır. O, bəndələrindən istədiyini onun varisi edər. (Gözəl) aqibət təqvalılarındır. Heyranıq Rəbbimizə, onun vədi mütləq yerinə yetiriləcək! Allah öz vədinə əsla xilaf çıxmaz. O, izzət və hikmət sahibidir. *
Qoy ağlayanlar Məhəmmədlə (s) Əlinin (ə) məsum balalarına (Allahın salamı olsun onlara!) və onlar kimilərinə ağlasın! Hicrandan yananlar onların hicranından yansın, göz yaşları onlara axıdılsın, qəmlənənlər onlar üçün qəmlənsin, nalə çəkənlər onlar üçün nalə çəksin, sızıldayan ürəklər onlar üçün sızıldasın:
Hanı Həsən? Hanı Hüseyn? Hanı Hüseynin bir-birini əvəzləyən saleh və sadiq balaları? Hanı bir-birini tamamlayan yollar? Hanı bir-birinin ardınca gələn seçilmişlər? Hanı şəfəqlənən günəşlər? Hanı nur saçan aylar? Hanı parlaq ulduzlar? Hanı dinin öndərləri, elmin sütunları? Hanı hidayət soyuna mənsub Bəqiyyətullah**? Hanı zülmün kökünü kəsmək üçün seçilən? Hanı əyrilik və səhvləri düzəltmək üçün gözlənilən? Hanı haqsızlıq və düşmənçiliyi aradan aparamaq üçün arzulanan? Hanı qanun və adətləri yeniləmək üçün qorunan? Hanı kimliyi və yolu qaytarmaq üçün vəzifələnən? Hanı Quranı və onun hökmlərini dirçəltmək üçün həsrəti çəkilən? Hanı dinin təlimləri və əhlini dirçəldən? Hanı zülmkarların təkəbbürünü sındıran? Hanı şirk və nifaq binalarını yıxan? Hanı pozğunluq, günah və qarışıqlıq yararadanları aradan aparan? Hanı azğınlıq və ixtilaf torunu dağıdan? Hanı sapqınlığa və nəfskarlığa sürükləyən yolları bağlayan? Hanı yalan və iftira zəncirlərini qoparan? Hanı tərsləri və lovğaları məğlub edən? Hanı höcətləşənləri, zəlilliyə sürükləyənləri, şiddət yayanları məhv edən? Hanı övliyaları izzətləndirən və düşmənləri zəlil edən? Hanı bütün fikirləri təqva üzərində birləşdirən? Hanı Allahın hüzuruna açılan qapı? Hanı övliyaların üz tutduğu ilahi sima? Hanı göylə yer arasında əlaqəni qoruyan? Hanı qələbə gününün sahibi və hidayət bayrağını dalğalandıran? Hanı düzgünlük və məmnunluğu bir araya gətirən? Hanı peyğəmbərlərin və onların övladlarının haqqını qaytaran? Hanı Kərbəla şəhidlərinin qisasını alan? Hanı böhtançı və yalançıların qaralaya bilmədiyi? Hanı duaları cavabsız qalmayan məzlum? Hanı məxluqatın xeyirxah və təqvalı rəhbəri? Hanı peyğəmbəri-Müstafanın (s) balası? Hanı Əliyyi-Mürətzanın (ə) balası? Hanı Xədiceyi-Ğərranın (s) balası? Hanı Fatimeyi-Kübranın (s) balası?
Atam-anam sənə qurban olsun! Qada-balan mənə gəlsin! Ey Allaha yaxın sərvərlərin oğlu! Ey Allahın əziz tutduğu nəciblərin oğlu! Ey Allahın yönəltdiyi hidayətçilərin oğlu! Ey Allahın saf yaratdığı xeyirxahların oğlu! Ey Allahın ucaltdığı izzətlilərin oğlu! Ey Allahın pak yaratdığı məsumların oğlu! Ey Allahın seçdiyi mərd-mərdanələrin oğlu! Ey Allahın uca tutduğu comərdlərin oğlu! Ey bədrlənib nur saçan ayların oğlu! Ey alovlanan məşəllərin oğlu! Ey işıqlanan çırağların oğlu! Ey parıldayan ulduzların oğlu! Ey aydın yolların oğlu! Ey aşkar nişanələrin oğlu! Ey kamil biliklərin oğlu! Ey məhşur sünnənin oğlu! Ey tanınan nişanələrin oğlu! Ey xəbər verilən əlamətlərin oğlu! Ey aləmdəki möcüzələrinin oğlu! Ey inkarolunmaz dəlillərin oğlu! Ey düz yolun oğlu! Ey əzəmətli xəbərin oğlu! Ey uca və hikmətli Allahın xas kitabında*** göstərilən şəxsin oğlu! Ey ayə və bəyanların oğlu! Ey açıq-aşkar sübutların oğlu! Ey aydınlıq gətirən bürhanların oğlu! Ey tutarlı sözlərin olğu! Ey dolub-daşan nemətlərin oğlu! Ey “Ta-ha” və möhkəm ayələrin oğlu! Ey “Ya-Sin” və “Zariyat”ın oğlu! Ey “Tur” və “Adiyat”ın oğlu! Ey meraca ucalıb sonra yerə enənin, Ucalardan Ucaya iki ox və ondan da yaxın məsafəyə yaxınlaşanın oğlu!
Kaş biləydim uzaqdasan, yaxındasan? Qədəmlərin hansı torpağa dəyib, harada iz buraxıb? Görəsən, Mədinədəsən, Məkkədəsən yoxsa başqa yerdə?**** Gözüm axtara-axtara səni görə bilməməyim, nə pıçıltını, nə də heç olmasa uzaqdan səsini eşidə bilməməyim mənə ağır gəlir. Dərd çəkməyin məni yandırır, axı nə səni qoruya, nə də sənə ürək-dirək verə bilirəm. Sənə qurban olum, qeybdə olsan da, bizi unutmursan. Sənə qurban olum, uzaqda olsan da, bizim yanımızdasan. Sənə qurban olum, ayrılığından qəm yeyən möminlər şövqlə yolunu gözləyir. Sənə qurban olum, izzətlə rəhbərlik etməkdə tayın yoxdur. Sənə qurban olum, şan-şöhrət qazandırmaqda bənzərin yoxdur. Sənə qurban olum, rifaha çatdırmaqda bərabərin yoxdur. Sənə qurban olum, şərafət bəxş etməkdə oxşarın yoxdur.
Ağacan, nə vaxta kimi gözüm səni gəzəcək? Heç bilmirəm səni necə təsəvvür edim, necə vəsf edim? Bu nə dərddir, hamıyla danışa bilirəm, səndən başqa?! Bu nə dərddir, qəmini çəksəm də, başqaları səni unudub?! Bu nə dərddir, heç kəsin başına gəlməyən, sənin başına gəlir?! Dərdimi kimə deyim, səsimi kimin səsinə qoşub ağlayım? Sənin dərdindən əldən düşən varmı ki, onun qəminə şərik olum? Kimin ağlar gözündə səni görüb ağlayım? Ey peyğəmbər (s) balası, səni görmək üçün neynəyim? Görəsən, ömür çatacaq ki, sənin gəlişinlə xoşbəxt olaq?
Haradadır dolub-daşan bulaqlarına tərəf qaçıb doyunca su içəcəyimiz gün? Haradadır uzun çəkən teşnəliyimizə son qoyub bizi sirab edəcəyin gün? Haradadır gecə-gündüz başına dolanmaqla gözümüzə işıq gələcək gün? Haradadır sən zəfər bayrağı ilə irəliləyəndə görüşəcəyimiz gün? O günü görəcəyik ki, hamılıqla başına toplaşacağıq, sən də xalqa sərvər olacaqsan; sonra dünyanı ədalətlə dolduracaqsan; düşmənlərini yıxıb cəzalandıracaq, haqqla savaşan inadkarları aradan aparacaqsan; özlərini hamıdan üstün bilənlərin kökünü kəsəcək və zülmün dayaqlarını dağıdacaqsan; biz də aləmlərin rəbbi olan Allaha həmd edəcəyik?
İlahi, giriftarlıq və bəlaları dəf edən Sənsən. Səndən kömək istəyirəm, çünki köməyim Sənsən. Dünyanın da, axirətin də rəbbi Sənsən. Bu dərdli bəndənə yardım et, ey dara düşənlərin dadına çatan! Ey sonsuz qüdrət sahibi, ağamı görməyə kömək ol! Ağama qovuşdurmaqla qəm-qüssəmi dağıt, qəlbimin atəşini söndür, ey ərşi hökmü altına alan, ey qayıdışımızın hədəfi və nəhayət muradımız! İlahi, biz Səni və peyğəmbərini (s) xatırladan vəlini arzulayan bəndələrinik. Özün onu bizim üçün himayədar və dayaq yaratmısan, qayğıkeş bir rəhbər təyin etmisən və aramızdakı möminlərin imamı seçmisən. Odur ki, salamımızı və xeyir-duamızı ona çatdırmaqla bizi daha da şərəfləndir, ya Rəbb. O harada olsa, bizi orada qərar ver. Onu başımızın üstündə ucaltmaqla nemətini bütövləşdir. Onun vasitəsilə bizi Öz cənnətinə apar və şəhid olmuş xalis bəndələrinə qovuşdur. İlahi, peyğəmbərə və onun soyuna xeyir-bərəkətini nazil et! Onun babası, Sənin isə peyğəmbərin – böyük sərvər Məhəmmədə (s), atası – kiçik sərvər Əliyə (ə), anası – Siddiqeyi-Kübra Fatiməyə (s), peyğəmbər soyundan sayıb-seçdiyin pak ata-babalarına və onun özünə xeyir-bərəkət nazil et! Onlara ən fəzilətli, ən üstün, ən dolğun, ən davamlı, ən bol və ən geniş xeyir-bərəkətini nazil et! Onlara heç bir seçilmiş övliyana əta etmədiyin, saya-hesaba gəlməyən, bitmək bilməyən, zamana sığmayan xeyir-bərəkət nazil et! İlahi! Onun sayəsində haqqı bərqərar, batili isə məhv et. Onun vasitəsilə övliyalarını müzəffər, düşmənlərini isə məğlub et. İlahi! Onunla aramızda elə bağlar yarat ki, ata-babalarına da bağlanmış olaq. Qoy əllərimiz onların ətəyindən çəkilməsin, kölgələri başımızın üstündən əskik olmasın. Bizə yardım et ki, onun haqqını əda edək, ona canla-başla tabe olaq və onun sözündən çıxmayaq. Onu bizdən razı salmaqla bizi sevindir. Onun nəvazişi, mehribanlığı, duası və yaxşılığı ilə bizi Öz rəhmət və feyzinə qovuşdur. Ona xatir namazlarımızı qəbul et, günahlarımızı bağışla, dualarımızı eşit, ruzimizi çoxalt, qəmlərimizi dağıt, hacətlərimizi rəva et; Öz kərim üzünü bizə göstər, Sənə yaxınlaşmaq cəhdimizi qəbul et; Öz rəhmətinlə bizə nəzarət et ki, Sənin yanında kamil məqama çataq. Sonra da, səxavətinə xatir, verdiklərini əlimizdən alma! Qoy o, dayanmadan öz kəsasını babası Məhəmmədin (ona və soyuna Öz xeyir-bərəkətini nazil et!) bulağından ləzzət və firəvanlıq suyu ilə doldursun və öz əli ilə bizi içizdirsin ki, bir daha teşnə qalmayaq.
Ey rəhimlilərin ən rəhimlisi!
*Duada qeyd olunan ayələr: 1. Ali-İmran surəsi, ayə 96-97; 2. Əzhab surəsi, ayə 33; 3. Şura surəsi, ayə 23; 4. Səba surəsi, ayə 47; 5. Furqan surəsi, ayə 57; 6. Əraf surəsi, ayə 128; 7. İsra surəsi, ayə 108; 8. Həcc surəsi, ayə 47.
** “Allahın yer üzündə saxladığı” mənasına gələn “Bəqiyyətullah” həzrət Mehdinin (ə) ləqəblərindəndir.
*** Duanın orijinalında “Kitabın anası” mənasını verən “Ümmül-kitab” kəlməsi işlənib. Dini mənbələrdə bu sözlə Lövhi-məhfuz, səmavi kitabların ümumi mənşəyi, Quran, möhkəm ayələr və Fatihə surəsi ifadə olunub.
**** Orijinalda Rəzva və Zi-Tuva adları işlənib. Rəzva Mədinə yaxınlığında bir dağ, Zi-Tuva isə Məkkə yaxınlığında bir dərədir. Hədislərə əsasən, qeyb dövründə bu məntəqələrdə həzrət Mehdiyə (ə) rast gəlmək mümkündür.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))