Shia.az SonUmidTv media
sitename
"Səlvətul-Həzin"
Qəmliləri xoşhal edən dua


İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: 
Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni sinəsinə sıxaraq dedi: 
- Oğlum, bu duanı məndən öyrən və istəyin olanda, kədər, qəm və qüssəyə tutulanda, hanısa bəla və çətin hadisə ilə qarşılaşanda oxuyarsan. Bu duanı mənə anam Fatimə (ə) öyrədib. Ona (s) isə atası Rəsulullah (s) öyrədib. Peyğəmbərə (s) də Həzrət Cəbrayil (ə) xəbər verib.
Dua belədir: 

(اللهم) بِحَقِ‏ يس وَ الْقُرْآنِ الْحَكِيمِ وَ بِحَقِ‏ طه‏ وَ الْقُرْآنِ الْعَظِيمِ يَا مَنْ يَقْدِرُ عَلَى حَوَائِجِ السَّائِلِينَ يَا مَنْ يَعْلَمُ مَا فِي الضَّمِيرِ يَا مُنَفِّسُ‏ عَنِ‏ الْمَكْرُوبِينَ‏ يَا مُفَرِّجُ عَنِ الْمَغْمُومِينَ يَا رَاحِمَ الشَّيْخِ الْكَبِيرِ يَا رَازِقَ‏ الطِّفْلِ الصَّغِيرِ يَا مَنْ لَا يَحْتَاجُ إِلَى التَّفْسِيرِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ افْعَلْ بِي كَذَا وَ كَذَا 

Oxunuşu:
(Əllahumə) Bi-həqqi Yasin, vəl-Quranil-Həkim. Və bi-həqqi Taha vəl-Quranil-əzim. Ya mən yəqdiru əla həvaicis-sailin. Ya mən yə`ləmu ma fiz-zəmir. Ya munəffisu ənil-məkrubin. Ya müfərricu ənil-məğmumin. Ya rahiməş-şeyxil-kəbir. Ya raziqət-tiflis-səğir. Ya mən la yəhtacu ilət-təfsir. Səlli əla Muhəmmədin və ali Muhəmməd. - (və hacətlərini istə).
Tərcüməsi:
"İlahi, səni and verirəm Yasin və Qurani-Həkimə, Taha və Qurani-Əzimə. Ey istəyənlərin hacətlərini verməyə qadir olan, ey batində (gizlində, sinə və ürəkdə) olan gizli sirləri bilən, ey qəmlilərin qəmini və qüssəsini aradan aparan, ey qocalara rəhm edən, ey südəmər uşaqlara ruzi verən, ey izah olunmağa ehtiyacı olmayan Allahım, Məhəmməd və Ali-Məhəmmədə (s) salam və salavatını göndər" - (sonra hacətlərini istə: mənim istəklərimi əta elə, mənə problemlərdən çıxış yolunu göstər, ürəyimdəki qəmimə təskinlik ver).     

Qütbüddin Ravəndi, "əd-Dəvat" (Səlvətul-Həzin), s.54, hədis (dua): 137 (1-ci nəşr, Qum, 1407 hq.);
Əllamə Məclisi, "Biharul-Ənvar", c.92, s.196, bab:106 (Beyrut çapı). 
t.me/mirmehemmed_beshir
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))