Shia.az SonUmidTv media
sitename

“SƏCDƏ” AYƏLƏRİNİ OXUDUQDA SƏCDƏ ETMƏK
Qur`ani-Kərimin on beş ayəsi var ki, onlara “Səcdə ayələri” deyilir. Qur`an oxuyan şəxs bu ayələrin bə`zilərinə yetişdikdə, ona vacibdir ki, ayə qurtardıqdan sonra səcdə etsin. 15 ayədən yalnız dördündə səcdə etmək vacibdir. Yerdə qalan 11 ayədə isə səcdə vacib olmasa da, lakin səcdə etməyin çoxlu savabı vardır. Vacib səcdəsi olan ayələri insan başqalarından eşitdikdə də, səcdəni yerinə yetirməlidir. Vacib olan səcdələr aşağıdakı surələrdədir:
1. ”Səcdə” surəsi, 15-ci ayə;
2. ”Fussilət” surəsi, 37-ci ayə;
3. “Nəcm” surəsi, 62-ci ayə;
4. “Ələq” surəsi, 19-cu ayə.
Ayələrində səcdə müstəhəbb olan surələr:
1. “Əraf” surəsi, 206-cı ayə;
2. “Rəd” surəsi, 15-ci ayə;
3. “Nəhl” surəsi, 50-ci ayə;
4. “İsra” surəsi, 109-cu ayə;
5. “Məryəm” surəsi, 58-ci ayə;
6. “Həcc” surəsi, 18-ci ayə;
7. “Həcc” surəsi, 77-ci ayə;
8. “Furqan” surəsi, 60-cı ayə;
9. “Nəml” surəsi, 26-cı ayə;
10. “Sad” surəsi, 24-cü ayə;
11. “İnşiqaq” surəsi, 21-ayə.
Səcdə ayələrinin ümumi əhkamını aşağıdakı şəkildə bəyan etmək olar:
1. Hər kəs səcdə vacib olan ayələri (dörd ayəni) özü oxusa, yaxud qulağı ilə eşitsə, ayə tamam olduqdan sonra tez səcdə etməlidir. Əgər səcdəni unutsa, onda hər vaxt yadına düşsə, onu yerinə yetirməlidir.
2. Əgər bu ayələri radio və televizordan birbaşa canlı şəkildə eşitməsə, səcdə vacib deyil. Amma əgər birbaşa canlı yayımda eşitsə, səcdə vacibdir.
3. İnsan səcdə etdikdə alnını səcdə niyyəti ilə yerə qoymalıdır. Əgər zikr deməsə də, səcdə səhihdir. Amma yaxşı olar ki, bu zikri desin:
“La İlahə İlləllahu həqqən həqqa. La İlahə İlləllahu imanən və təsdiqa. La İlahə İlləllahu ubudiyyətən və riqqa. Səcədtu ləkə ya Rəbbi! Təəbbüdən və riqqa. La müstənkifən və la müstəkbirən, bəl ənə əbdün, zəlilun, zəifun, xaifun, müstəcirun!”

Ali Aleskerov

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))