Shia.az SonUmidTv media
sitename

QURAN VƏ RƏVAYƏTLƏRDƏ DUA (2) 

Seyid Haşim Rəsuli Məhəllati

Günah bir mənfi amil kimi ilk növbədə dua etməyi insanın əlindən alır, sonra isə duanın qəbuluna mane olur. Dinin dahi şəxsiyyətləri də bu həqəqəti bir çox rəvayətdə bəyan etmişlər. Biz burada onların buyurduqlarını sizə nəql etməzdən öncə dua haqqında, onun inasın ruhu və cismində qoyduğu müsbət təsiri, ümumiyyətlə, duanın insan həyatının bütün sahələrindəki əhmiyyətini qısa şəkildə qeyd edirik. Beləliklə, onların bu haqda buyurduqları daha da aydınlaşacaq, habelə bəzilərinin "Nə üçün dualarımız qəbul olunmur?" – deyə soruşduğu sual da müəyyən qədər məlum olacaq.
Çox vaxt insan üçün dua şəraiti mövcud olsa da, günah duanın qəbuluna mane olur. Bu barədə imamlardan çoxlu hədis var " "Kumeyl" duasında belə bir ibarət gözə çarpır: "İlahi! Duanın qəbuluna mane olan günahlarımı bağışla!"
Həmin duanın başqa bir hissəsində oxuyuruq: "(İlahi!) Öz izzətinə xatir səndən istəyirəm ki, pis əməl və rəftarım duamın Sənin dərgahında qəbuluna mane olmasın."
İmam Baqir (ə) buyurmuşdur: "Bəndə Allahdan bir hacət diləyir və istəyir ki, həmin hacət tez və ya gec qəbul olunsun. Sonra o bəndə bir günaha düşür. Allah-taala hacət mələyinə deyir: "Hacətini qəbul etmə və onu məhrum et! Çünki o, mənim qəzəbimə və dərgahımdan məhrum olmağa özü səbəb olmuşdur." [1]
İmam Əli (ə) buyurmuşdur: "Günah duanın qəbuluna manedir." [2]
Rəvayətlərin birində nəql olunur ki, Əmirəlmöminin Əli (ə) cümə günü bəlağətli bir xütbə söylədi və xütbənin sonunda buyuurdu: "Ay camaat! Biz yeddi müsibətdən Allaha pənah aparırıq: əməlsiz alimdən, ibadətdən yorulan abiddən, yoxsul mömindən, əmanətə xəyanət etməkdən, sərvətlinin fəqirliyə düçar olmasından, izzətli insanın xar olmasından və yoxsulun xəstələnməsindən."
Bu zaman bir nəfər ayağa qaxıb, imam Əli (ə)-ı tərifləyib dedi: "Allah-taalanın "Məni çağırın ki, dualarınızı qəbul edim!" – buyurduğu ayə barəsində bir sulım vardır: "Nə üçün biz dua edirik, lakin qəbul olunmur?"
Əli (ə) buyurdu: "Sizin qəlbləriniz səkkiz yerdə xəyanət (və vəfasızlıq) edir:
1. Allahı tanıyıb iman gətirdiyiniz halda, haqqını əda etmirsiniz. Buna görə də, bu mərifətin faydası yoxdur.
2. Allahın Peyğəmbərinə iman gətirdiyiniz halda, Onun qanunlarına əks çıxıb şəriəti unudursunuz. Bəs, imanınızın səmərəsi nədir?
3. Allahın Kitabı sizə nazil olsa da, əməldə ona laqeydsiniz. Dediniz ki, canla-başla qəbul edirik, lakin onunla müxalifsiniz.
4. Dediniz ki, biz cəhənnəm odundan qorxuruq, lakin həmişə məsiyət və günahlarınızla cəhənnəmə doğru gedirsiniz. Bəs, sizin qorxunuz hanı?
5. Dediniz ki, biz behişt istəyirik, lakin gördüyünüz işlər sizi behiştdən uzaqlaşdırır. Deməli, behiştə olan şövq və rəğbətiniz yoxdur!
6. Allahın nemətini yeyir, amma şükür etmirsiniz.
7. Allah-taala sizə şeytanla düşmən olmağı əmr edir və buyurur: "Şeytan sizin düşməninizdir, siz də onunla düşmən olun!" [3] Lakin siz, dildə şeytanla düşmən olub, əməldə onunla dostluq edirsiniz.
8. Camaatın eyiblərini görür, öz eyiblərinizi isə unudursunuz. Nəticədə başqalarını pisləyir, özünüz isə ona daha layiqsiniz. Belə isə sizin hansı duanız qəbul olunar? Halbuki məğfirət və isticabət qapılarını, onun yollarını üzünüzə bağlamısınız. Allahdan qorxun, əməllərinizi islah edin, əmr be məruf və nəhy əz münkər edin ki, Allah-taala da dualarınızı qəbul etsin." [4]
GÜNAHKAR, ALLAH DƏRGAHINA NECƏ ÜZ TUTMALIDIR?
Bizə verilən göstərişlərə əsasən, hər vaxt dua etmək istədikdə, ilk növbədə etdiyimiz günahları dilə gətirib tövbə etməli və Allah-taaladan onların bağışlanmasını diləməliyik.
İMAM SADİQ (Ə)-IN BU HAQDA GÖSTƏRİŞİ
Qurandan iki ayənin mənasını başa düşməyən bir şəxs imam Sadiq (ə)-dan onların mənasını soruşduqda, o həzrət buyurdu: "Hansı ayələrdir?"
Dedi: "Biri "Məni çağırın ki, dualarınızı qəbul edim!", digəri isə "Hər nə qədər infaq etsəniz, Allah onun əvəzin verəcək. O, ən yaxşı ruzi verəndir!" [5] – ayəsidir. Mən isə infaq edirəm, lakin əvəzini görmürəm."
Həzrət buyurdu: "Sən elə güman edirsən ki, Allah Öz vədinə əməl etməmişdir?"
Dedi: "Xeyr!"
Həzrət buyurdu: "Bəs, necə?"
Dedi: "Bilmirəm." 
Həzrət buyurdu: "Qulaq as, mən onun sirrini sənə deyim. Əgər sən Allahın əmrlərinə itaət etdikdən sonra Ondan hər nə istəsən, qəbul olunacaq. Sən isə Onunla müxalifətçilik edir, əmrindən çıxırsan və Allah-taala da sənin duanı qəbul etmir. Amma infaq edib əvəzini görmədiyinə gəldikdə, malı halal yoldan qazanıb, yerində infaq etsən, sözsüz, Allah onun əvəzini verəcək."
Sonra əlavə edərək buyurdu: "Belə isə, əgər Allahı düzgün yolla çağırsan, günahkar olsan da belə, O, sənin duanı qəbul edəcək." 
O şəxs soruşdu: "Duanın düzgün yolu nədir?" 
Həzrət buyurdu: "Namaz qılan zaman, əvvəl Allahı uca bil, Onu böyüklüyünə görə təriflə və bacardığın qədər sitayiş et. Sonra Peyğəmbərə (s) salam göndər və onun risalətinə şəhadət ver. Daha sonra məsum imamlara salam göndər. Bu zaman Allahın nemətlərini yada sal və şükür et. Sonra isə günahlarına bir-bir etiraf et; hansı yadındadırsa, ona iqrar et, hansı yadında deyilsə, ümumi şəkildə günahları dilə gətir və onlardan Allahın dərgahına tövbə et. Həmçinin, qəti qərara gəl ki, bir daha günah etməyəcəksən. Peşmançılıq və xalis niyyətlə, ümid və qorxu içində günahlarına görə tövbə et və Allahdan bağışlanmaq istəyərək belə de: "İlahi! Mən günahlarım üzündən Sənin dərgahına üz tutub bağışlanmaq istəyir və tövbə edirəm. Sən də məni Öz itaətinə sövq et! Vacib etdiyin və Sənin razılığına səbəb olan işlərdə məni müvəffəq et! Çünki mən elə bir kəs görmədim ki, Sənə itaətdə uğur qazansın və Sən itaətdən qabaq bu uğura səbəb olan neməti ona verməmiş olasan. Bəs, mənə də nemət ver ki, onun vasitəsilə behiştə nail olum. Bundan sonra həcətini istə. Ümüd edirəm ki, Allah-taala bu vaxt səni naümid etməz." [6]
Bu barədə rəvayət çoxdur və onlar bütünlüklə günahkara ümid verir ki, duanın qəbuluna görə naümid olmasın.
Bu hədisə diqqət edin: İmam Sadiq (ə) buyurmuşdur: "Bəni-İsrail tayfasında bir kişi üç il dua etdi ki, Allah-taala ona bir oğul versin. Allah dərgahında duasının qəbul olunmadığını gördükdə, dedi: "İlahi, ya Səndən uzağam və səsimi eşitmirsən, ya da Sən mənə yaxınsan və cavabımı vermək istəmirsən?"
Bir nəfər onun yuxusuna gəlib dedi: "Sən üç ildir ki, Allahı günahkar dillə, itaətsiz qəlblə və ixlassız niyyətlə çağırırsan. Əvvəl dilini pislikdən qorumalı, qəlbini saflaşdırmalı və niyyətini xalis etməlisən (yoxsa, istədiyin dua Allah dərgahında qəbul olunmaz)."
O kişi bu göstərişə əməl edib dua etdi. "Allah-taala da onun duasını qəbul edib, ona bir oğul verdi." [7]
Bu rəvayətlərdən məlum olur ki, dua və onun qəbul olunmasında ən böyük maneələrdən biri günahdır.
İndi isə bəzi günahları, imamların buyurduqları əsasında, xüsusilə, duanın qəbuluna mane olan günahların bəzilərini qeyd edirik. İmam Səccad (ə) buyurmuşdur: "Duanı geri qaytaran və havanı zülmətə döndərən günahlardan biri valideynə ağ olmaqdır." [8]
Yenə də buyurmuşdur: "Duanı geri qaytaran günahlar pis niyyət, xəbis xasiyyət, mömin qardaşlarla nifaq saxlamaq, duanın qəbul olunmasına inanmamaq, vacib namazları vaxtında qılmamaq, yaxşılıq və sədəqə vasitəsilə Allaha yaxınlaşmamaq, acı dil və söyüşdür." [9]
Ümumiyyətlə, günahın duanın qəbul olunmasına böyük təsiri vardır.
DUANIN QƏBUL OLUNMASININ DİGƏR ŞƏRTLƏRİ
Belə təsəvvür olunmasın ki, yalnız günah duanın qəbuluna mane olur. Buna görə də, soruşa bilərik ki, nə üçün bəzən günahsız və məsum insanların duaları da qəbul olunmur və yaxud gec qəbul olunur? Qeyd etmək lazımdır ki, duanın qəbul olunması üçün başqa şərtlər də mövcuddur. Bu haqda ayə, rəvayət və din rəhbərlərinin sözü çoxdur. Onların hamısını burada qeyd etmək mümkün deyil. Çünki bu özü ayrıca bir kitab olar. Buna görə də, burada qısa olaraq bu mövzuya toxunuruq: 
1-DUA SƏMİMİ QƏLBDƏN OLMALIDIR
Duanın qəbul olunmasındakı şərtlərdən biri insanın öz hacətini yalnız Allahdan diləməsidir. Dua dil lağlağasına çevrilməməlidir. Bəzi alimlərin dediyi kimi, insanın vücudunda həqiqi istək yaranmalı və bütün varlığı ilə Allahdan istəməlidir. İnsanın istəyi həqiqi mənada onun hacəti olmalıdır. Başqa sözlə desək, ürəklə dilin istəyi bir-birilə uyğun gəlməlidir. Allah-taala buyurur: "Əli hər yerdən üzülüb darda qalan bir kimsə Ona dua etdiyi zaman onun duasını qəbul edən, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varsiləri edən kimdir?" [10]
Qurani-Kərimdə dua bir növ qanun xarakteri daşıyır və insanlar buna təşviq olunur. Belə ki, buyurulur: "(Ya Mühəmməd!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edirəm. Gərək onlar da mənin çağırışımı qəbul edib, Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər." [11]
Müasir təfsir alimlərindən birinin dediyinə görə, ayədə qeyd olunan "Hər vaxt məni çağırsalar..." şərti cümlədir və göstərir ki, duanın qəbul olunması dua edənin həqiqi istəyindən asılıdır. Dua edən dildə deyil, qəlbən və fitri hisləri ilə istəməli, dua etməlidir. İmam Sadiq (ə) buyurmuşdur: "Allah-taala qafil və xəbərsiz qəlbdən qalxan duanı qəbul etməz. Dua edərkən, qəlbinlə Allah dərgahına üz tut (dilin qəlbinlə bir olsun). Sonra onun qəbul olunmasına arxayın ol." [12]
Həmçinin başqa bir rəvayətdə buyumuşdur: "Hər vaxt dua etsən, səmimi qəlbdən dua et və bil ki, hacətin qapı ağzındadır (yəni, arxayın ol ki, duan qəbul olunmuşdur)." [13]
Yenə də o həzrət buyurmuşdur: "Hər vaxt sizlərdən biri istəsə ki, Allah onun hər hacətini qəbul etsin, gərək bütün insanlardan ümidini qırsın və Allahdan başqa kimsəyə ümid bağlamasın. Allah bəndənin bu halını bilsə, bəndə hər nə istəsə, ona əta edər." [14]
2-DUA İŞ VƏ HƏRƏKƏTİN YERİNİ ƏVƏZ ETMİR
Duanın başqa bir şərti budur ki, istəyimizə əlimiz çatmasın və onun açarı öz əlimizdə olmasın. Amma bir işin açarı öz əlimizdə olarsa, burada dua yararsızdır. Çünki dua bacarıq və qüdrət əldə toplamaq üçündür. Başqa sözlə desək, dua iş və çalışmağın yerini əvəz etmir. Dua ondan ötəri deyil ki, biz dizlərimizi qatlayıb oturaq və gözləyək ki, dua bütün işləri öz yoluna salsın. 
Peyğəmbər (s) buyurmuşdur: "Dua edib (onun ardınca) çalışmayan insan kamansız ox atmaq istəyənə bənzəyir." [15]
Buna görə də, Allah-taalanın bütün işləri səbəb-nəticə üzrədir. Biz elə başa düşməməliyik ki, dua təbii səbəblərin ziddinə olaraq həyata keçir. Əgər hər hansı bir şəxs evlənmədən Allah-taaladan övlad istəyirsə, o, buna nail ola bilməz. Çünki evlənmək onun öz ixtiyarında olan bir işdir. Bəli, evlənəndən sonra artıq öz qüdrətindən kənar işi, yəni övlad sahibi olmaq üçün bunu Allahdan istəməlidir. Yaxud əkinçi payızı evində oturub torpağı şumlamırsa, toxum əkmirsə, onu suvarmırsa və yalnız hər gün dua edirsə, yay fəslində bir məhsul gözləməməlidir. Buna görə də, rəvayətlərdə deyilir ki, Allah-taala bir neçə dəstənin duasını qəbul etməz. İmam Sadiq (ə) buyurmuşdur: "Dörd tayfanın duası qəbul olunmaz:
1. O kəslər ki, evdə oturub deyərlər: "İlahi! Mənə ruzi ver." Allah-taala cavabında buyurar: "Sənə əmr etməmişəm ki, ruzinin ardınca get və onu əldə et?
2. Bir şəxs evində arvadının əlindən təngə gəlib, Allahdan onun şərindən qurtarmağını istəsə, Allah-taala buyurar: "Məgər onu boşamaq sənin ixtiyarında deyilmi? 
3. Əgər mal-dövlətli bir şəxs sərvətini faydasız yerə xərclədikdən sonra "İlahi! Mənə ruzi ver!" – desə, Allah-taala buyurar: "Mən sənə əmr etmişdim ki, sərvətini xərcləyəndə, israf etmə?
4. Bir şəxs malını, pulunu şahidsiz və sənədsiz başqasına verdiyi borcu ala bilmədiyi təqdirdə Allaha yalvarsa, Allah-taala buyurar: "Mən sənə tapşırmışdım ki, kimsəyə şahidsiz və sənədsiz borc vermə?"
Rəsuli-Əkrəm (s) buyurmuşdur: "Duası qəbul olunmayan şəxslərdən biri də uçuq divarın altında oturub, divarın onun başına tökülməməsini dua edəndir."[16]
Bir sözlə, ümumi nəticə bundan ibarətdir ki, dua işi əvəz etmir. Buna görə də insan öz məqsəd və hədəfinə əməl və işlə çatmağa qadirdirsə, işləməli, dua ilə kifayətlənməməlidir. Bəli, dua insanın işində yardım rolunu oynayır, insana əhval-ruhiyyə bağışlayır və onun əməlini tamamlayır. İnsan işini yerinə yetirməklə Allahdan onun xeyrini də istəməlidir. Məsələn, əkinçi torpağı şumlamalı, toxumu əkməli və suvarmalıdır. Sonra isə onun qüdrətindən xaric olan işləri, məsələn, məhsulun artımı, onun təbii bəlalardan amanda qalması və bərəkətli olmasını Allahdan diləməlidir.
Ümumiyyətlə, Allaha güvənmək, dua, təvəssül və bu inamlar iş və əməli əvəz etmir. İnsan bacardığı işi görməli və əlindən gəlməyən işdə dua edərək Allahdan xeyir istəməli və Ona güvənməlidir.
Biz Peyğəmbər (s) və imamların həyatına nəzər sadıqda görürük ki, edə biləcəkləri işlərdə yalnız dua ilə kifayətlənmir və hər vaxt bir iş ixtiyarlarından xaric olduqda, dua edirdilər. Peyğəmbər (s) "Bədr" döyüşündə üç yüz nəfər yoxsul və kifayət qədər silahlanmamış döyüşçü ilə doqquz yüz əlli nəfər sərvətli və silahlanmış düşmənlə üzləşir. Burada Allahın Rəsulu (s) müharibə şəraitindəki bütün taktikaları həyata keçirtdi. Özü də döyüş paltarını geyib müharibə meydanına daxil oldu. Əlbəttə, bütün tədbirlərdən sonra qələbə üçün Allaha dua etdi. Allah-taala da ən böyük qələbəni ona nəsib etdi.
Həmçinin o həzrət "Xəndək", "Xeybər" və digər müharibələrdə, eləcə də imam Əli (ə) qarşılaşdığı mühüm hadisələrdə ilk növbədə qüdrət və ixtiyarında olan bütün işləri görür, var qüvvəsi ilə öz səyini göstərir və sonra dua edirdi.
3-DUA XALİS VƏ PAK NİYYƏTLƏ OLMALIDIR
Duanın şərtlərindən biri də dua edənin halı ilə əlaqədardır, yəni dua edən xalis və pak niyyətlə, imanla Allah tərəfindən duanın qəbul olunacağına ümid bəsləməli, Allahın dərgahına eşq və məhəbbətlə üz tutmalıdır. Necə ki, keçən rəvayətlərdən bizə məlum oldu ki, duanın qəbuluna mane olan amillərdən biri də onun qəbul olunmasına inanmamaqdır. Məsələn, rəvayətlərdə deyildiyi kimi, namazdan sonra edilən dualar qəbul olunur. Allahın Rəsulu (s) buyurmuşdur: "Hər vacib namazdan sonra bəndənin Allah dərgahında bir duasının qəbul olunması qətidir." [17]
İmam Sadiq (ə) buyurmuşdur: "Qəlbiniz sındığı vaxt dua edin ki, ürək pak və xalis olduğu zaman sınar." [18]
Rəsuli-Əkrəm (s) buyurmuşdur: "Ürəyiniz sınan zaman duanı qənimət bilin ki, o bir rəhmətdir." [19]
İmam Sadiq (ə) buyurmuşdur: "Dua etdiyin vaxt hacətini qapı ağzında hazır olduğunu təsəvvür et." [20]
Rəsuli-Əkrəm (s) buyurmuşdur: "İnsanın üç duasının qəbul olunması şübhəsizdir: Məzlumun, müsafirin və atanın övladı üçün duası." [21]
O həzrət başqa rəvayətlərdə oruc tutanların, Allah yolunda cihad edənlərin, xəstələrin və hacıların da duasını ayrıca bəyan etmişdir. Bunların hamısından məqsəd odur ki, dua üçün qəlb saf və xalis olmalıdır. Çünki rəvayətlərdə adı çəkilənlər, məsələn, xəstələr, hacılar, oruc tutanlar, məzlumlar və s. pak və xalis niyyətlə Allah dərgahına üz tutur və dua üçün daha çox hazırlıqlı olurlar.
BİR NEÇƏ MÜHÜM YADDAŞ
1. Bəzən bizim nəzərimizdə duanın bütün qəbul şərtləri mövcud olduğu zaman, yenə də özümüzlə əlaqədar bir sıra məsləhətlər üzündən dua qəbul olunmur. Çünki biz özümüzün və yaşadığımız cəmiyyətin bütün zərər və məsləhətlərindən agah deyilik. Buna görə də, bəzən işin sonunu düşünmədən israrla ondan əl çəkmək istəmirik. Halbuki əgər həqiqət bizə aydın olsa, istəyimizdən daşınardıq. Allah-taala buyurur: "Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz."[22]
2. Bəzən də Allahdan bir şey istəyirik, eyni zamanda başqası isə onun tam əksini diləyir. Bu arada Allahın vəzifəsi necə ola bilər? Bizim istədiyimizə əməl etsin, yoxsa onun əksini diləyən şəxsin hacətini versin? İmam Baqir (ə) buyurmuşdur: "Bəni-İsraildən olan bir kişinin iki qızı var idi. Onlardan birini əkinçiyə, o birisini isə səhəng düzəldənə ərə vermişdi. Bir gün öz qızlarını görmək fikrinə düşdü. Əvvəl əkinçi ilə evləndirdiyi qızının yanına getdi və soruşdu: "Qızım, vəziyyətiniz necədir?"
Qızı dedi: "Bu il həyat yoldaşım çox taxıl əkmişdir. Əgər Allah-taala göydən Öz rəhmət yağışını nazil etsə, vəziyyətimiz Bəni-İsrailin hamısından yaxşı olacaq."
Kişi ondan ayrılıb, o biri qızının yanına getdi və ondan soruşdu: "Qızım, vəziyyətiniz necədir? "
Qız dedi: "Həyat yoldaşım bu il çoxlu səhəng-saxsı düzəltmişdir. Əgər Allah-taala göydən yağış nazil etməsə və havalar isti keçsə, bu il Bəni-İsrailin hamısından varlı olacağıq."
O kişi qızı ilə xudafizləşdikdən sonra öz-özünə dedi: "Hər ikisinin Allahı var, Özü bilən məsləhətdir." [23]
3. Bəzən də biz dua edirik, qəbul da olunur. Lakin bir sıra məsləhətlərə görə gec həyata keçir Halbuki biz səbirsizliklə duanın o saat kerçəkləşməsini istəyirik. Buna çoxlu misal göstərmək olar. O cümlədən, Musa (ə) və Harun (ə) Allah dərgahına dua edib dedilər: "Ey Rəbbimiz! Sən Firon və əyan-əşraflarına dünyada zinət və mal-dövlət verdin. Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə ki, şiddətli əzabı görməyincə, iman gətirməsinlər!" [24]
Allah-taala həmin an onların cavabını verib buyurdu: "Hər ikinizin duası qəbul oldu." [25]
İmam Sadiq (ə) buyurur: "Bu duadan sonra Firon qərq olana qədər qırx il ötüb keçdi. [26]
İBRAHİM (Ə)-IN BŞINA GƏLƏN BİR HADİSƏ
İmam Sadiq (ə) buyurmuşdur: "İbrahim peyğəmbər Beytül-Müqəddəsin dağlarında qoyunlar üçün otlaq axtarırdı. Bu zaman bir səs eşitdi. Sonra bir kişini ibadətlə məşğul olduğunu görüb dedi: "Ey Allahın bəndəsi! Kimə ibadət edirsən?"
Dedi: "Allaha!"
İbrahim (ə) soruşdu: "Səndən başqa qohum-əqrəbandan qalan varmı?"
Dedi: "Xeyr!"
İbrahim (ə) soruşdu: "Azuqə necə toplayırsan?"
Dedi: "Yay fəslində bu ağacın meyvəsini dərib qışa saxlayıram."
İbrahim (ə) soruşdu: "Evin haradadır?"
O kişi bir dağı göstərdi. İbrahim (ə) ona dedi: "Bu gecə sənin yanında qalmaq üçün məni də özünlə apara bilərsənmi?"
O kişi dedi: "Bizim yolumuz üstə bir çay axır ki, ondan keçmək qeyri-mümkündür."
İbrahim (ə) soruşdu: "Bəs, sən oranı necə keçirsən?"
Dedi: "Mən suyun üstündən keçib gedirəm."
Buyurdu: "Məni də özünlə apar, bəlkə, Allah-taala sənə verdiyi ruzini mənə də nəsib etdi."
Abidlə İbrahim (ə) yola düşüb, həmin çaya çatdılar. Abid suyun üstündən keçərkən, İbrahim də onunla birlikdə keçdi. Abidin evinə çatanda, İbrahim ondan soruşdu: "Hansı günlər böyükdür?"
Abid dedi: "Qiyamət günü! Həmin gün camaat bir-birindən öz haqlarını tələb edəcək."
İbrahim buyurdu: "İstəyirsənmi, dua edib Allahdan diləyək ki, həmin günün şərindən bizi qorusun?"
Abid dedi: "Mənim duamla nə işin var? Allaha and olsun, otuz ildir ki, Allah dərgahında dua edirəm, lakin qəbul olunmur.
İbrahim (ə) buyurdu: "Bilirsən nə üçün duan qəbul olunmur?"
Abid dedi: "Xeyir!"
İbrahim (ə) buyurdu: "Allah-taala istədiyi bəndəsinin duasını gec qəbul edər ki, Allahla raz-niyaz etsin. Amma bəndəsindən xoşu gəlməsə, onun duasını tez qəbul edər və yaxud onun qəlbində ümidsizlik yaradar." Sonra ondan soruşdu: "İndi isə de görüm, duan nədir?"
Abid dedi: "Bir dəfə bir dəstə qoyun sürüsü mənim yanımdan keçdi. Uzunsaçlı bir cavan oğlan qoyun sürüsünü otarırdı. Mən ona dedim: "Bu qoyunlar kimindir?" Dedi: "Allahın dostu İbarahimindir." Bu vaxt mən dua etdim: "İlahi! Əgər yer üzündə bir xəlilin (dostun) varsa, onu mənə göstər."
İbrahim (ə) buyurdu: "Allah sənin duanı qəbul etmişdir və İbrahim Xəlilullah mənəm." Sonra ayağa qalxıb bir-birini qucaqladılar. [27]
Bu və bu kimi hədislərdən belə nəticəyə gəlirik ki, insan heç vaxt məyus olmamalı və Allaha dua etməlidir; istər duası qəbul olunsun, istərsə də (qeyd etdiyimiz kimi,) müəyyən maneələrə görə duası qəbul olunmasın və yxud onun qəbulu bir müddət təxirə düşsün. Elə bu fəslin əvvəlində qeyd etdiyimiz kimi, dua özü bir növ ibadətdir. Bundan əlavə, dua hər bir halda, hətta günahkar insanın cisim və bədən üzvlərində öz müsbət təsirini qoyur. Qəbul olunmayan duaların da müsbət təsirləri var. Çünki dua özü də bu dünyanın təsirəmalik hadisələrindən biridir və öz təsirini itirmir. Rəsuli-Əkrəm (s) buyurmuşdur: "Allah rəhmət etsin o bəndəyə ki, hacətini Allahdan istəyir və duadan əl çəkmir, istər hacəti qəbul olsun, istərsə də qəbul olmasın." [28]
Başqa bir hədisdə buyurmuşdur: "Elə bir müsəlman yoxdur ki, Allaha dua etsin və duası qəbul olunmasın. Bundan sonra ya istədiyini elə dünyada ona verər, ya axirətə saxlayar, ya da günahlarından çıxar." [29]
Aleksis Karl "Münacat" kitabında alimlərdən birinin dilindən belə nəql edir: "Elə bir şəxs yoxdur ki, dua etdikdən sonra əlinə bir şey çatmasın." [30]
Başqa bir səhifədə yazır: "Ümumiyyətlə, dua etdikdən sonra hər kəs bədən üzvündə olan bir xəstəliyə görə şəfa tapmasa da, bilməlidir ki, dua onun ruhunda, canında və əxlaqında öz dərin təsirini qoyur." [31]
O deyir: "Kişi, yaxud qadının bir an belə, duaya məşğul olaraq, onun müsbət və faydalı nəticəsinə çatmaması qeyri-mümkündür." [32]
Rəvayətlərdə deyilir ki, Allah-taala öz mömin bəndəsinin duasını gec qəbul edir; çünki onun dua səsini sevir və istəyir ki, bəndəsi daha çox Onun dərgahına əl açsın.
Deməli, duanın gec qəbul olunması duanın təkrarına səbəb olur və nəticə etibarilə dua edənin ruh və imanını möhkəmləndirir. Bir sözlə, Allah-taala istədiyi hər bəndəni Öz dərgahına möhtac edər ki, onun "Ya Rəbbim!", "Ya Allah!" – zikri və Allahla öz arasındakı əlaqəsi sabit qalsın. Amma istəmədiyi bəndənin hacətini tez verər ki, səsi və əlaqəsi kəsilsin.
İmam Sadiq (ə) buyurmuşdur: "Allahın istəkli bəndəsi qarşısına çıxdığı hadisələrdə Allah dərgahına dua edər və Allah-taala isə hacət mələyinə buyurar: "Bəndəmin hacətini qəbul et, amma onu həyata keçirtməkdə tələsmə ki, onun səsini və raz-niyazını çox eşitmək istəyirəm. Allahın pis bəndəsi isə qarşısına çıxan hadisələrdə Allah dərgahına dua edərkən, hacət mələyinə əmr olunar ki, onun hacətini ver və bu işdə tələs ki, onun səsini eşitmək istəmirəm."[33]
Bəzi rəvayətlərdə belə qeyd olunur: "Möminin imanı çoxaldıqca, bir o qədər bəla və müsibəti çoxalar." Və yaxud "Allah-taala sevdiyi bəndəsini bəlaya salar."
Bu rəvayətlərdə qeyd olunduğu kimi, möminin müsibətlərinin sirlərindən biri bu ola bilər ki, Allah-taala bu yolla sevimli bəndəsini Öz dərgahına çəkmək və onu həmişə Öz dərgahına üz tutduğunu görmək istəyir.
Böyük alimlərdən biri deyir: "Əgər bəndənin bütün arzu və istəyi yerinə yetirilsə, Haqqın bəndəçiliyindən çıxa bilər. Elə buna görə də, bəndəyə əmr olunur ki, daim dua etsin və bəndəlik həddini aşmasın, yoxsa Allah nə istəsə, o da olacaq." [34]
"Günahın acısı” kitabından / Müəllif: Seyid Haşim Rəsuli Məhəllati - Mütərcim: Rza Zevinli
1. "Üsuli-kafi", 3-cü cild, səh. 373.
2. "Qürərül-hikəm", səh. 32.
3. "Mömin" surəsi, ayə: 60.
4. "Biharül-ənvar", 93-cü cild, səh. 376-377.
5. "Səbə" surəsi, ayə: 39.
6. "Fəlahüs-sail", səh. 38-39.
7. "Üsuli-kafi", 4-cü cild, səh. 16.
8. "Məaniyül-əxbar", səh. 270.
9. " Məaniyül-əxbar", səh. 271.
10. "Nəml" surəsi, ayə: 62.
11. Bəqərə" surəsi, ayə: 186.
12. "Biharül-ənvar", 93-cü cild, səh. 305.
13. "Biharül-ənvar", 93-cü cild, səh. 305.
14. "İddətüd-dai", səh. 97.
15. "Biharül-ənvar", 93-cü cild, səh. 312.
16. "Xisal", Şeyx Səduq, 1-ci cild, səh. 199.
17. "Biharül-ənvar", 93-cü cild, səh. 344.
18. "Məkarimul-əxlaq", səh. 315.
19. "Məkarimul-əxlaq", səh. 315.
20. "Məkarimul-əxlaq", səh. 315.
21. "Məkarimul-əxlaq", səh. 315.
22. "Bəqərə" surəsi, ayə: 216.
23. "Rovzeyi-kafi", 1-ci cild, səh. 122.
24. "Yunus" surəsi, ayə:88.
25. "Yunus" surəsi, ayə: 89.
26. "Biharul-ənvar", 93-cü cild, səh. 375.
27. "Əmali" Şeyx Səduq, səh 297.
28. "Üsuli-kafi", 4-cü cild, səh. 224.
29. "Biharul-ənvar" 93-cü cild, səh. 378.
30. "Münacat", səh. 2-51.
31. "Münacat", səh. 2-51.
32. "Həyatın güzgüsü", səh. 186.
33. "Üsuli-kafi",4-cü cild, səh. 246.
34. "Mixlatu Şeyx Bəhai", səh. 77.

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
ALLAHLA BƏNDƏLƏR ARASINDA VASİTƏ
ALLAHLA BƏNDƏLƏR ARASINDA VASİTƏ
QAFİL ÜRƏK
QAFİL ÜRƏK
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Rədd edilməyən dua
Rədd edilməyən dua
QURANDA DUA
QURANDA DUA
Üç mühüm istək
Üç mühüm istək
Xalis ibadət və İlahi məsləhət
Xalis ibadət və İlahi məsləhət
CAMAATIN HAQQI DUANIN QƏBUL OLUNMASINA MANE OLUR
CAMAATIN HAQQI DUANIN QƏBUL OLUNMASINA MANE OLUR
Günahların gizlədilməsi
Günahların gizlədilməsi
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
ALLAHA ŞƏRİK QOŞMAQ
ALLAHA ŞƏRİK QOŞMAQ
Mən Əlini (ə) sevir və onun vilayətini qəbul edirəm
Mən Əlini (ə) sevir və onun vilayətini qəbul edirəm
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
DUA VƏ HACƏTLƏRİN HƏYATA KEÇMƏSi
DUA VƏ HACƏTLƏRİN HƏYATA KEÇMƏSi
DUA VƏ HACƏTLƏRİN HƏYATA KEÇMƏSİ
DUA VƏ HACƏTLƏRİN HƏYATA KEÇMƏSİ
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
İman
İman
Allah hansı işləri qəbul edir?
Allah hansı işləri qəbul edir?
Tövbə qapısı
Tövbə qapısı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Mübahilə günü
Mübahilə günü
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
DÖRD MÜHÜM VƏZİFƏ
DÖRD MÜHÜM VƏZİFƏ
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Allahın adları və sifətləri ilə təvəssül
Allahın adları və sifətləri ilə təvəssül
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Daha çox oxumaq istəyirsən? )))