Shia.az SonUmidTv media
» » » Bəlanı, qəmi dəf edən, ölümü təxirə salan, yoxsulluğu aradan aparan zikr
Русская версия сайта Русская версия сайта
sitename

1. Bəlanın və qəm-qüssənin dəf olması. İmam Sadiq (ə) buyurur: "Hər kim gün ərzində yüz dəfə   لا حول و لا قوة الا بالله  ("Lə həvlə və lə quvvətə illə billəh") deyərsə, Allah 70 növ bəlanı insandan uzaq edər. Onların ən azı - qəm-qüssədir.

 

2. Ölüm zamanını təxirə salar. İmam Sadiq (ə) buyurur: "O kəs ki,    لا حول و لا قوة الا بالله ("Lə həvlə və lə quvvətə illə billəh") 1000 dəfə deyər, Allah Təala Həcc evini ruzisi qərar verər və əgər ölümü yaxın olarsa, Allah onu təxirə salar ki, həcci ruzisi etsin”.

 

3. İmam Hüseynin (ə) kəsilmiş mübarək başının zikri. Dəməşqdə eşidilib ki, İmamın (ə) kəsilmiş mübarək başı deyirmiş: "لا حول و لا قوة الا بالله” 
("Lə həvlə və lə quvvətə illə billəh")

 

4. Behiştdən bir xəzinə. Həzrət Peyğəmbər (s) buyurur: " لا حول و لا قوة الا بالله" ("Lə həvlə və lə quvvətə illə billəh")zikrini çox deyin ki, behişt xəzinəsindəndir”.

 

5. 70 bəlanı uzaq edər. Hədisi nəql edən yazır ki, İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurub: "O kəs ki, deyər:   ("Lə həvlə və lə quvvətə illə billəh")

لا حول و لا قوة الا بالله , Allah-Təala ona xatir 70 növ bəlanı ondan uzaq edər ki, onların ən kiçiyi boğulmaqdır”.

 

6. Ağrını dəf edər. Həzrət Peyğəmbər (s) buyurur: "لا حول و لا قوة الا بالله" ("Lə həvlə və lə quvvətə illə billəh") - behişt xəzənəsindəndir ki, 99 dərdə şəfa verər”.

 

7. 72 növ dərdə şəfadır. Həzrət Peyğəmbər (s) buyurur: "O kəsə ki, çoxlu nemət çatar, "Əlhəmdulilləhi Rabbil-Aləmin” zikrini çox desin. O kəsə ki, yoxsulluq üz verər,

"لا حول و لا قوة الا بالله” ("Lə həvlə və lə quvvətə illə billəh") zikrini çoxlu desin ki, o, behişt xəzinəsidir. 72 növ bəlanın şəfasıdır”.

 

8. Nə zaman qəmgin olsan. İmam Sadiqdən (ə) nəql edilir ki, buyurub: "Ey Süfyan! Nə zaman Allah sizlərdən birinə nemət verər, dayan və Allah Təalaya şükür et. De: "Əlhəmdulilləh”. Nə zaman ruzin geciksə, tövbə et. De: "Əstəğfirullah”. Nə zaman qəmgin olsan, de: "لا حول و لا قوة الا بالله"("Lə həvlə və lə quvvətə illə billəh")

 

9. Bəlanı dəf edər. İmam Sadiq (ə) buyurur: "Nə zaman sübh və məğrib namazlarını qıldın, 7 dəfə de:  بسم الله الرحمن الرحیم  لا حول و لا قوة الا بالله” ("Lə həvlə və lə quvvətə illə billəh. Bismilləhir-Rahmənir-Rahim"). Hər kim belə deyərsə, onu cüzam, dəlilik kimi xəstəliklər yaxalamaz. Nə də 70 növ bəla”.

 

10. Yoxsulluğa dərman olar. İsmayil ibni Əbdülxaliq deyir: "Həzrət Peyğəmbərin (s) səhabələrindən biri Həzrətin (s) xidmətinə gec gəlir. Peyğəmbər (s) ona buyurur: "Mənim yanıma gec gəlməyinə səbəb olan şey nədir?" Dedi: "Yoxsulluq və xəstəlik". Buyurdu: "Sənə elə bir dua öyrədim ki, onun vasitəsilə Allah yoxsulluğu və xəstəliyi səndən aparsın". Həzrət (s) buyurdu:

«لا حول و لا قوة الا بالله العلى العظیم ، توکلت على الحى الذى لا یموت و الحمد لله الذى لم یتخذ (صاحبة و لا) ولدا و لم یکن له شریک فى الملک و لم یکن له ولى من الذل و کبره تکبیرا.»

 

11. Sübh namazından sonra 100 dəfə demək. İmam Rza (ə) buyurur: "Hər kim sübh namazından sonra yüz dəfə

بسم الله الرحمن الرحیم ، لا حول و لا قوة الا بالله العلى العظیم

("Bismilləhir-Rahmənir-Rahim. Lə həvlə və lə quvvətə illə billəhil-'aliyyil-'azim")deyərsə, Allahın Əzim adları içərisində gözün qarasından ağına yaxın olar və həqiqətən Allahın əzim adlarının çevrəsində qərar tutar”.

 

12. İmam Əlinin (ə) Kumeylə tövsiyəsi. İmam Əli (ə) Kumeylə xitab edərək, buyurur: "Ey Kumeyl! Hər gün Allahın adını dilinə gətir. De: "لا حول و لا قوة الا بالله” ("Lə həvlə və lə quvvətə illə billəh"). Allaha təvəkkül et, bizi yada sal və bizə salam göndər. Ey Kumeyl! Hər çətinliyə düşəndə də bu zikri de”.

 

13. Evdən çıxan zaman. Əbu Həmzə nəql edir ki, İmam Baqir (ə) evdən çıxan zaman deyərdi: ("Bismilləhi xarəctu, və aləlləhi təvəkkəltu və lə həvlə və lə quvvətə illə billəh")   سم الله خرجت ، و على الله توکلت ، و لا حول و لا قوة الا بالله

14. İmam Cavada (ə) təvəssül etmək. Xəstəlikdən şəfa tapmaq üçün 2 rükət hacət namazı qılın və Həzrət Cavada (ə) təvəssül edin. Sonra 146 dəfə de: ("Məşəallah lə həvlə və lə quvvətə illə billəh")

ما شاء الله لا حول و لا قوة الا بالله

Bu əməli əsr namazının vaxtından başlayaraq, iki saat sonraya qədər etsəniz, daha yaxşı olar.

 

15. Həccə getmək üçün. İmam Sadiq (ə) buyurur: "Hər kim 1000 dəfə  لاحول و لا قوة الا بالله  ("Lə həvlə və lə quvvətə illə billəh") zikrini desə, həcc onun ruzisi olar. Əgər əcəli yaxın olarsa, Allah əcəlini təxirə salar ki, həcci ruzisi qərar versin”.

 

16. Çətinliyi aradan aparar. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: "Nə zaman çətinliyə düşsən, bu duanı çoxlu oxu:  ("Bismilləhir-Rahmənir-Rahim, lə həvlə və lə quvvətə illə billəhil-'aliyyil-'azim iyyəkə nə'budu və iyyəkə nəstə'in")

بسم الله الرحمن الرحیم ، لا حول و لا قوة الا بالله العلى العظیم ایاک نعبد و ایاک نستعین

 

17. Şeytan vəsvəsinə qarşı. İmam Sadiq (ə) buyurur: "Şeytanın vəsvəsisini aradan aparmaq üçün əlini sinənə qoy və de:

«بسم الله و بالله محمد رسول الله و لا حول و لا قوة الا بالله العلى العظیم ، اللهم امسح عنى ما احذر (Bismilləhi və billəhi Muhəmmədur rəsulullah və la həvlə və lə quvvətə illa billahil əliyyil əzim. Allahummə əmsəh ənnə məhzər)

Sonra əlini qarnının üzərinə qoyub, bu zikri 3 dəfə deyirsən”.

 

Bismillaahi wa billaahi muh’ammadur rasoolillaahi wa laa h’aula wa laa quwwata illaa billaahil a’leeyil a’z’eem. Allaahumma amsah’ a’nnee maa ah’dhar.
( Tebyan/ Deyerler )

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Gündəlik gələ biləcək bəlaları uzaqlaşdıra bilən zikr
Gündəlik gələ biləcək bəlaları uzaqlaşdıra bilən zikr
İmam Sadiqin (ə) nəzərində həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti
İmam Sadiqin (ə) nəzərində həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti
Fatimeyi-Zəhra (s) zikrini deməyin vaxtı
Fatimeyi-Zəhra (s) zikrini deməyin vaxtı
Məgər Kufəyə getmirsən?
Məgər Kufəyə getmirsən?
Kamilə namazı
Kamilə namazı
Təsbih, yəni Allah-Taalanı zehnimizə və dilimizə gələ biləcək bütün pis və aşağı sifətlərdən uzaq bilməkdir
Təsbih, yəni Allah-Taalanı zehnimizə və dilimizə gələ biləcək bütün pis və aşağı sifətlərdən uzaq bilməkdir
“Qəlblər paslanar, necə ki, dəmir paslanar”.
“Qəlblər paslanar, necə ki, dəmir paslanar”.
Niyə namazda özümüzə salam göndəririk?
Niyə namazda özümüzə salam göndəririk?
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Tasua  və aşura gününün əməlləri.
Tasua və aşura gününün əməlləri.
ŞƏRAFƏTLİ "İLƏLUŞ-ŞƏRAYE" KİTABINDAN ƏHLİ-BEYT SEVGİSİ HAQQINDA DƏYƏRLİ HƏDİSLƏR
ŞƏRAFƏTLİ "İLƏLUŞ-ŞƏRAYE" KİTABINDAN ƏHLİ-BEYT SEVGİSİ HAQQINDA DƏYƏRLİ HƏDİSLƏR
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
Nimeyi-Şəban gecəsinin əmələri
Nimeyi-Şəban gecəsinin əmələri
Pulla olmayan 7 sədəqə növü
Pulla olmayan 7 sədəqə növü
ZİKRLƏRİN TƏRCÜMƏSİ
ZİKRLƏRİN TƏRCÜMƏSİ
Məbəs gününün əməlləri
Məbəs gününün əməlləri
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
Tasua  və aşura gününün əməlləri.
Tasua və aşura gününün əməlləri.
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
99 dərdin dərmanı!
99 dərdin dərmanı!
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Şəban  ayinin  gündəlik  əməlləri  (1-2-3-cü günlər)
Şəban ayinin gündəlik əməlləri (1-2-3-cü günlər)
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Məbəs gününün və gecəsinin əməlləri
Məbəs gününün və gecəsinin əməlləri
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının gündəlik namazları
Rəcəb ayının gündəlik namazları
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Gecə namazı
Gecə namazı
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Salavatın fəziləti
Salavatın fəziləti
"Bəqərə" surəsinin fəziləti
"Bəqərə" surəsinin fəziləti
Daha çox oxumaq istəyirsən? )))