Shia.az SonUmidTv media
sitename
 İnsan daima öz Pərvərdigarı ilə rabitədədir. Allah ilə rabitə yaratmaq elə də çətin bir iş deyildir. Allah Peyğəmbərinə (s) belə buyurur: "Şübhəsiz, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq”. ("Qaf” 16).Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır

Duanın əhəmiyyəti.
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır. İslam təlimlərində ona xüsusi diqqət edilmişdir. Quran həmişə bəndələrinə dua etməyi tövsiyə edir və duaları yerinə yetirəcəyini vəd edir. O, bəndələrin nidasını eşidər və cavab verər. Niyə Onunla münacat etməyək və Ona dua etməyək?! Allah buyurur: "Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar». ("Ğafir” 60).
Allahın elə nemətləri və bərəkəti vardır ki, bəndələrinin halına şamil olur. Ancaq şərtləri vardır. Şərtlərdən biri budur ki, Onun qapısına gedib, əlimizi dua üçün açaq. Ruhumuzu pak edək və Ona yaxınlaşaq. Dua sayəsində İlahi rəhmət hasil olar və Onun lütf yağışı yağmağa başlayar. (Tebyan)
Dua etməyin faydaları.
Dua ona görə həmişə diqqət mərkəzində olmuşdur ki, onun çox sayda faydaları vardır. Xüsusilə də Məsumların (ə) duası başdan-başa tərbiyəvi dərsdir. Duanın bəzi faydalarına toxunaq:
1. Mərifət əldə etmək. İmam Əli (ə) 46-cı xütbəsində buyurur: "Allahım! Sən səfərdə bizimlə bir yerdəsən. Vətəndə qalanlarımız üçün isə başçı və gözətçisən. Bu ikisinin cəminə Səndən başqa heç kim malik ola bilməz”.
2. Əxlaqi tərbiyə və mənəvi təkamül. Duanın faydalarından biri də mənəvi təkamül və əxlaqi tərbiyədir. Ərəfə duasında oxuyuruq: "Allahım! Mənim ehtiyacsızlığımı daxilimdə qərar ver”. Xarici ehtiyacsızlıq odur ki, sərvətə və rifaha malik olasan. Ancaq biz daxili ehtiyacsızlıq istəyirik. Bu zaman insanın canı və ruhu doymuş olar. Çünki əks halda əgər bütün dünyanı ona versələr, yenə də doymaz.
3. Təqva. Dua edən bəndə Allahın sonsuz himayəsindən və gücündən istifadə edərək, Onunla rabitəsini möhkəmləndirir. Onun Müqəddəs Zatına yaxınlaşır. İnsan "Kumeyl” duasında bu mənalı sözlərə çatanda deyir: "Allahım, günahlarımı bağışla”. Başa düşür ki, dualarının çoxunun yerinə yetməsinə günahları mane olur. Bu zaman Allahın bəyənmədiyi işlərdən uzaq olmağa çalışır. Qəflət pərdəsini kənara çəkər. Günahın və təqvasızlığın ən mühüm amili qəflətdir. Duanın faydası odur ki, insan qafil olduğu məsələlərə dua vasitəsilə diqqət edir.
4. Günahların bağışlanması. Duaların bəzisi insanlara tövbə yolunu öyrədir. "Kumeyl” duası da bu cür dualardandır. Bu dua bizə tövbə etməyi, nəfsi islah etməyi öyrədir. Həmçinin Həzrət Fatimənin (s.ə) təsbihini namazdan sonra demək bu cür dualardandır. Belə ki, bu haqda gələn hədisdə oxuyuruq: "Hər kim bu duaları və təsbihatı deyərsə, sanki anasından təzə dünyaya gəlmişdir və heç bir günahı yoxdur”. Əlbəttə diqqət etmək lazımdır ki, bu hədisdə haqqun-nas nəzərdə tutulmamışdır.
5. Bəlalar dəf edilər. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Haqq sahibi dua edən zaman Allah yerinə yetirər. Bəlanı ondan uzaq edər”.
6. Daxili rahatlıq tapar. Həyatdakı səylərin səmərə verməməsi bəzən insanı məyus edir. Yerdə qalan enerjisi də tükənər. Yeni düşüncələri silib aparar. Ancaq dua insana ümid verər. Həyatında olan naümidlik buludunu dağıdar. Bu da insana daxili rahatlıq hissi bəxş edər.

Allah Təala bizləri dua əhlindən qərar versin, inşəallah.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Depressiya və stressdən uzaq olmağın sirrləri
Depressiya və stressdən uzaq olmağın sirrləri
Allah Təala İmam Hüseyn (ə) məclislərinə nəzm və təravət verir.
Allah Təala İmam Hüseyn (ə) məclislərinə nəzm və təravət verir.
SALEHLƏR DUASI
SALEHLƏR DUASI
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
DUA VƏ HACƏTLƏRİN HƏYATA KEÇMƏSi
DUA VƏ HACƏTLƏRİN HƏYATA KEÇMƏSi
DUA VƏ HACƏTLƏRİN HƏYATA KEÇMƏSİ
DUA VƏ HACƏTLƏRİN HƏYATA KEÇMƏSİ
Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış
Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
ORUCUN FAYDALARI
ORUCUN FAYDALARI
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
İman
İman
Pulla olmayan 7 sədəqə növü
Pulla olmayan 7 sədəqə növü
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Quranın ən ümidverici ayəsi
Quranın ən ümidverici ayəsi
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Allah və Əhli-Beyt (ə) sevgisi
Allah və Əhli-Beyt (ə) sevgisi
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Ramazan ayında şeytan nə edir?
Ramazan ayında şeytan nə edir?
Daha çox oxumaq istəyirsən? )))