Shia.az SonUmidTv media
sitename
Duanın qəbulu üçün yeganə çıxış yolu
Mirməhəmmədhüseyn Xatunabadinin irfani tövsiyəsi
Səfəvilər dövrünün məşhur alimi Mirməhəmmədhüseyn Xatunabadi (vf.1151 hq) şagirdlərindən biri üçün "rəvayət icazəsi" yazarkən ona irfani və əxlaqi tövsiyələr də yazır. Həmin tövsiyələrdə zikr və dua göstərişləri də var. Qeyd edilən "icazənamə"dən dua etmək və duanın qəbul olunmasının sirri barədə bir hissəni təqdim edirəm: 


"Son olaraq vəsiyyət edirəm ki, məni və ustadlarımı dualarında, xüsusilə də xüsusi zaman və məkanlarda, unutmasın. Onu Allaha and verirəm ki, bu işə (məni və ustadlarımı dua etməyə) yüngül yanaşmasın. Məni gizlində namazlarından sonra yad etsin. Çünki ölümdən sonra əməl ipi qırılır. Dostların hədiyyələri və dualarından başqa bir şey ona (mərhuma) fayda vermir. Ümid edirəm ki, o, bu işə əhəmiyyət verəcək, Allah-Taala günahlarımı və səhvlərimi bağışlayacaq. Bu işdə savab var və Ərşdən bir mələyin duanın qəbul olması barədə müjdə sədası və onun duası (müsəlman qardaşı barədə) yəqinən qəbuldur. 
"Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatı çox gözəl mənəvi bir halda gördüm. Elə bir halda idi ki, Ərəfatda ondan gözəl mənəvi bir hal görməmişdim. Əlləri səmaya ucalmış, göz yaşları yanaqlarına axır və yerə süzülürdü. Camaat Ərəfatdan qayıtdıqdan sonra mən ona dedim: Ey Əba Məhəmməd, Ərəfatda dayananlar arasında sənin ibadətindən gözəl bir ibadət görmədim?
İbn Cündəb cavab verdi:  Ey Əba Həsən! Allaha and olsun ki, müsəlman qardaşlarımdan başqa heç kim üçün dua etmədim. Buna gödə ki, mövlam Əbəl-Həsən İmam Musa Kazim (ə) mənə buyurmuşdu: 
"Hər kəs müsəlman qardaşının qiyabında (gizlində) onun üçün dua edərsə, Ərşdən nida gələr: "Qardaşların üçün istədiklərinin 100 min bərabəri sənin üçün olsun!"
Mən də istəmirəm ki, qəbul olub-olmayacağını bilmədiyim bir dua üçün 100 min qəbul edilmiş duanı itirim." 
Bu barədə hədisimiz çoxdur. Buna görə də ümid edirəm ki, o, bu hədisləri nəzərə alacaq, məni və ustadlarımı, xüsusi ilə də atamı və babamı xəlvət bir guşədə ibadət edərkən ayada salacaq və məni öz qəbul edilmiş dualarında şərik edəcək...".   


Dastanın mənbəsi:
"Şiənin Hədis İrsi" məcmuəsi, 4-cü dəftər: Xatunabadi, "Mənaqibul-Füzəla", s. 508-518 (hədis nəqli icazənaməsi). 


Hədisin Ərəbcə mətni və mənbəsi:
علی بن ابراهیم عن ابیه: رَأَيْتُ عَبْدَ اللَّهِ بْنَ جُنْدَبٍ فِي الْمَوْقِفِ فَلَمْ أَرَ مَوْقِفاً كَانَ أَحْسَنَ مِنْ مَوْقِفِهِ مَا زَالَ مَادّاً يَدَيْهِ إِلَى السَّمَاءِ وَ دُمُوعُهُ‏ تَسِيلُ‏ عَلَى‏ خَدَّيْهِ‏ حَتَّى‏ تَبْلُغَ الْأَرْضَ فَلَمَّا صَدَرَ النَّاسُ قُلْتُ لَهُ يَا أَبَا مُحَمَّدٍ مَا رَأَيْتُ مَوْقِفاً قَطُّ أَحْسَنَ مِنْ مَوْقِفِكَ قَالَ وَ اللَّهِ مَا دَعَوْتُ إِلَّا لِإِخْوَانِي وَ ذَلِكَ أَنَّ أَبَا الْحَسَنِ مُوسَى ع- أَخْبَرَنِي أَنَّ مَنْ دَعَا لِأَخِيهِ بِظَهْرِ الْغَيْبِ نُودِيَ مِنَ الْعَرْشِ وَ لَكَ مِائَةُ أَلْفِ ضِعْفٍ فَكَرِهْتُ أَنْ أَدَعَ مِائَةَ أَلْفٍ مَضْمُونَةً لِوَاحِدَةٍ لَا أَدْرِي تُسْتَجَابُ أَمْ لَا.
Şeyx Kuleyni, "əl-Kafi", c.2, s.508, "qardaşlar üçün dua fəsli", hədis:6.
Şeyx Səduq, "əl-Əmali", s.456, 70-ci məclis, hədis:2.
Şeyx Tusi, "Təhzibul-Əhkam", c.5, s.184, 13-cü fəsl, hədis : 19.


t.me/mirmehemmed_beshir
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))