Shia.az SonUmidTv media
» » Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Русская версия сайта Русская версия сайта
sitename

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.[1] 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur.[1] 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır.[1]

Hərbi illəri[redaktə | əsas redaktə]

Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib.[1] Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.[1] Bir müddət "İnter Sekyuriti” MMC-də[2] mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb.[1] Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.[1]

Qəhrəmanlığı[redaktə | əsas redaktə]

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir.[3] Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir.[4] Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Atası Ağakərim İbrahimovun dediklərindən:

Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar....[5]
2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması.

2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması:

Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin.[6]

Həmin ildə Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalamışdır.[3][7] Gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.[3][7] Prezidentin başqa bir sərəncamı ilə İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.[8]
 
İlham Əliyev

Ölümü[redaktə | əsas redaktə]

Mübariz İbrahimovun II Fəxri Xiyabandakı məzarı

Mübariz İbrahimovun ölməsinə baxmayaraq, Ermənistan onun cəsədini 141 gün saxlamışdır. Ermənilər İbrahimovun cəsədinin şəkillərini internet saytlarında yayımlamışdır.[9]

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqların nəticəsində, İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında Ermənistan tərəfdən alınmışdır.[10]Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikası Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.[11]

2010-cu il noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb və nitq söyləmişdir.[12][13]Sonra şəhid, qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.[14]. 2010-cu il noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər İbrahimov və "İgidliyə görə" medalıyla təltif olunmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilmişdir.[15]

Şəxsi həyatı[redaktə | əsas redaktə]

Boksla məşğul olmağı sevirdi.[16] Mübarizin cəbhə yoldaşı Rəşad Həsənlinin sözlərinə görə, İbrahimov namaz qılan idi və onun ən böyük arzusu səngərdə namaz qılanların olması idi.[17]

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Kərbəla meydanının qadın qəhrəmanı
Kərbəla meydanının qadın qəhrəmanı
20 Yanvar Qanlı Faciə
20 Yanvar Qanlı Faciə
PEYĞƏMBƏR (S) SƏHABƏSİ HÜZEYFƏ İBN YƏMAN
PEYĞƏMBƏR (S) SƏHABƏSİ HÜZEYFƏ İBN YƏMAN
5 noyabr = 5 Səfər imam Hüseyn əleyhissalamın kiçik qızı həzrət Rüqəyyənin səhid olduğu gündür!
5 noyabr = 5 Səfər imam Hüseyn əleyhissalamın kiçik qızı həzrət Rüqəyyənin səhid olduğu gündür!
İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
Qurban kəsmək Allaha yaxınlaşmaq üçün ən böyük fürsətdir - ilahiyyatçı
Qurban kəsmək Allaha yaxınlaşmaq üçün ən böyük fürsətdir - ilahiyyatçı
"Azərbaycan biz "ƏHL-BEYT"ə lazımdır" hədisi .
"Azərbaycan biz "ƏHL-BEYT"ə lazımdır" hədisi .
"Azərbaycan biz "ƏHL-BEYT"ə lazımdır" hədisi ...
"Azərbaycan biz "ƏHL-BEYT"ə lazımdır" hədisi ...
Ayatullah Şeyx Cavad Nardarani Molla Talib oğlu Qafqaz məntəqəsinin böyük alimlərindən olub
Ayatullah Şeyx Cavad Nardarani Molla Talib oğlu Qafqaz məntəqəsinin böyük alimlərindən olub
Ayətullah Nuri Həmədani: "Azərbaycan İslam ölkəsidir və ..."
Ayətullah Nuri Həmədani: "Azərbaycan İslam ölkəsidir və ..."
Ayətullah Xameneinin ofisi: “Qarabağda son günlər döyüşlərdə..”
Ayətullah Xameneinin ofisi: “Qarabağda son günlər döyüşlərdə..”
Ölkə ruhaniləri cəbhədə baş verənlərə münasibət bildirib
Ölkə ruhaniləri cəbhədə baş verənlərə münasibət bildirib
İlahiyyatçılar cəbhədə baş verən hadisələrə münasibət bildirdi
İlahiyyatçılar cəbhədə baş verən hadisələrə münasibət bildirdi
İlahiyyatçı alim Hacı Əhliman Rüstəmov bu torpaqlar Azərbaycan xalqına məxsusdur:
İlahiyyatçı alim Hacı Əhliman Rüstəmov bu torpaqlar Azərbaycan xalqına məxsusdur:
Kəlbəcərin işğalı günü
Kəlbəcərin işğalı günü
Bolşeviklər tərəfindən təqib olunan, xalqımıza xidmət edən böyük alim Ayatullah Mirzə Cəfərqulu Suraxanlı (1858-1930)
Bolşeviklər tərəfindən təqib olunan, xalqımıza xidmət edən böyük alim Ayatullah Mirzə Cəfərqulu Suraxanlı (1858-1930)
Mərhum Hacı Mirəziz Ağa Talıblının dəfn mərasimi - FOTO
Mərhum Hacı Mirəziz Ağa Talıblının dəfn mərasimi - FOTO
Həzrət Zəhra (s) nə vaxt şəhid olacağından xəbərdar idi?
Həzrət Zəhra (s) nə vaxt şəhid olacağından xəbərdar idi?
Xanım Məsumə(s.ə)-nın həyatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
Şeyx Nimr kimdir?
Şeyx Nimr kimdir?
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
Bayraq haqqında
Bayraq haqqında
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
Yezid: fateh, yoxsa müsəlman torpaqlarını rüşvətlə satan xəyanətkar?
Yezid: fateh, yoxsa müsəlman torpaqlarını rüşvətlə satan xəyanətkar?
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
31 MART SOYQIRIMI
31 MART SOYQIRIMI
Ayətullah Xameneinin tərcümeyi-halı
Ayətullah Xameneinin tərcümeyi-halı
Xocalı faciəsi Soy qırım
Xocalı faciəsi Soy qırım
Eşq Səfəri - Karbala (Azərbaycan dilində) Full HD
Eşq Səfəri - Karbala (Azərbaycan dilində) Full HD
20 Yanvar 1990 -ci il(Qanlı Yanvar)
20 Yanvar 1990 -ci il(Qanlı Yanvar)
AZADLIĞA  GEDƏN YOLUN ŞƏHİDLƏRİ
AZADLIĞA GEDƏN YOLUN ŞƏHİDLƏRİ
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Ustad Əhliman Rüstəmov haqqında qısa məlumat
Ustad Əhliman Rüstəmov haqqında qısa məlumat
Daha çox oxumaq istəyirsən? )))