Shia.az SonUmidTv media
» » Əllamə Məhəmmədtəqi Məclisi (1003 – 1070 hq) Əxbari alimləri ilə tanışlıq -3
Русская версия сайта Русская версия сайта
sitename

Əllamə Məhəmmədtəqi Məclisi (1003 – 1070 hq) Əxbari alimləri ilə tanışlıq -3Hüzur dövründən sonra (yəni 11-ci məsum İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər. Buna görə də hədis raviləri və mühəddislər çoxlu hədis kitabları yazdılar. Bunun kənarında üsul elmi və ictihad da inkişaf edirdi. Bu məsələ Səfəvilər dövrünə qədər bu minvalla irəli gedirdi. Səfəvilər zamanında şiələr arasında hədisə meyilli olan alimlər tapıldılar ki, onlar üsul elmini və ictihadı qəbul etmir, filosof və müctəhidləri tənqid edirdilər... Şiə aləmində bu alimlərə "əxbarilər” deyildi. Əxbarilər ciddi nöqsanları ilə birgə bir sıra müsbət işlər də gördülər ki, bunlardan biri də itib-batmaqda olan hədis ədəbiyyatını nüsxələyərək və bir yerə toplayaraq yenidən həyata qaytarmaqları idi… 

Biz bir sıra silsilə yazılarımıza sizləri "əxbari” alimlərimiz ilə tanış edəcəyik. Bundan məqsədimiz budur ki, əxbarilərin kitablarını oxuyarkən çox diqqətli olmaq lazımdır ki, zəif hədislərə də əməl etmiş olmayaq, həmçinin unutmayaq ki, onlar saleh və fəzilətli insanlar olmuşlar və şiə məzhəbi üçün çəkdikləri zəhmətlər əvəzsizdir və bir-neçə mənfi hala görə onları təhqir etməməliyik…

 

Əllamə Məhəmmədtəqi Məclisi (1003 – 1070 hq)

"1-ci Məclisi” adı ilə məşhur olan Molla Məhəmmədtəqi ibn Məqsudəli hicri-qəməri tarixi ilə 11-ci əsrin əvvəlində İsfahanda anadan olmuşdur. İsfahanda dini elmləri öyrənmiş və bu şəhərdə də dünyadan köçmüşdür.

Dini elmləri öyrənməyi Molla Abdullah Şüştəri (1021 hq) və Şeyx Bəhai (1030 hq) kimi böyük alimlərində hüzurunda başladı. Sonra Nəcəf-Əşrəf şəhərinə getdi. Burada böyük alim və mühəddislərdən elm öyrəndi. İmam Əlinin (ə) hüzurunda nəfsini pakladı, 40 dəfə Həcc ziyarətinə piyada getdi və o qədər "riyazət” ilə məşğul oldu ki, hətta bəziləri onun sufiləşdiyini də dedilər. Əlbəttə bu ehtimal və gümandan başqa bir şey deyildi. Çünki həm onun əsərlərində sufilik gözə dəymir və həm də müasirlərinin çoxu Əllamənin sufi olmadığına şəhadət vermişlər. Həmçinin oğlu Əllamə Məclisi (2-ci Məclisi) atasının bəzi sufilər ilə dostluq etdiyini demişdir və bu isə həmin dostları sufilikdən çıxardıb Əhl-beyt (ə) yoluna qaytarmaq hədəfi ilə olmuşdur.

Əllamə Məhəmmədtəqi Məclisi (1-ci Məclisi) əxbariliyi və hədisçiliyi yayan ilk alimlərdən biridir. Əlbəttə alimlər onu bu cərəyanda mötədil və orta həddi tutan bir hədisçi hesab edirlər. O, Molla Məhəmməd Əmin Əstərabadinin əxbari fikirlərini təsdiq etsə də bəzən tənqid də etmişdir. Məsələn o, Əstərabadinin əskinə olaraq "vahid xəbər”i mütləq şəkildə səhih bilməmiş, bəlkə Şeyx Tusi (vf. 460 hq) kimi "səhihlik və doğruluq əlamətlərinə bürünmüş vahid xəbər”i səhih saymışdır.

Əllamə Məhəmmədtəqi Məclisi Şeyx Səduqun (fv. 381 hq) "Mən La Yəhzuruhul-Fəqih” kitabına yazdığı farsca şərhdə əxbariliyin yaranması və yayılması səbəblərinə işarə edərək Molla Məhəmməd Əstərabadin tutduğu yolu tərifləyərək yazır: "... Şiə alimlər arasında ixtilaflar çoxaldı, hər kəs Quran və Hədisdən özü dərk etdiyinə əməl edir (və onun əsasında hökm verir) və digərləri də onlara (müctəhidlərə) təqlid edirdilər. Bu məsələ 30 il bundan əvvələ qədər davam etdi və 30 il öncə məharətli alim, fəzilətli insan Mövlana Məhəmməd Əmin Əstərabadi məsum imamlarımızın hədislərini mütaliə etdi, fərqli və məzəmmət olunmuş fikirləri (fiqhdə işlənən əqli qaydaları) araşdırdıqdan sonra doğru yolun məsum imamlarımızın (s) hədislərinə əməl etmək olduğunu dərk etdi. Bu yolu yaymaq üçün Hicazda "Fəvaid əl-Mədəniyyə” kitabını yazdı və bizim diyara (İran) göndərdi. Nəcəf və Kərbəla alimləri onun yolunu bəyəndilər, onlar da hədisə qayıtdılar. Və həqiqətən də Mövlana Məhəmməd Əmin Əstərabadinin "dediklərinin çoxu” haqq sözdür”.

Sonra Əllamə Məhəmmədtəqi sözünün davamında özünün bu yolda (əxbarilik) orta bir hədd seçdiyini qeyd edir və qısa bir izah ilə "ictihad” və "təlid” məsələsini də bir hədd qəbul etdiyini vurğulayır. Müctəhid üçün "hədis”i, "hədis elmləri”ni və və Əhl-Beytin (ə) şəriət hökmlərini bəyan etmə qaydalarına arif olmağını vacib sayır, müctəhidin ədalətli və zahid (tərki-dünya) olmağını təqlid üçün şərt bilir. Belə olan halda isə müctəhidin sözünə əməl etməyi həqiqətdə Allah, Peyğəmbər və İmamların sözünə əməl etmək kimi dəyərləndirir.

Əllamə Məhəmmədtəqi Məclisinin şagirdləri:

1). Əllamə Məhəmmədbaqir Məclisi (oğlu)

2). Ağa Camal Xansari

3). Ağa Hüseyn Xansari

4). Məhəmməd Sadiq Kərbasi

5). Seyid Əbdül-Hüseyn Xatunabadi

6). Seyid Nemətullah Cəzairi

Əllamə Məhəmmədtəqi Məclisinin əsərləri:

1). "Rövzətul-Müttəqin” – "Mən la yəhzurul-fəqih” kitabının ərəbcə şərhi, 14 cild.

2). "Ləvamiu Qüdsiyyə” (Ləvamiu Sahib Qərani) - Şeyx Səduqun (fv. 381 hq) "Mən La Yəhzuruhul-Fəqih” kitabına yazdığı farsca şərh. Bu kitabı 2-ci Şah Abbas Səfəvinin sifarişi ilə yazmışdır. Şah Abbasın ləqəbi "sahib qəran” olduğu üçün bu kitabı da "Ləvamiu Sahib Qərani” adlandırmışdır. – ("Əz-Zəriə”, 18/368, n: 497 və 500; "Təbəqatu ə`lamuş-şiə”, 5/101);

3). "Hədiqətul-Müttəqin” – öz müqəllidləri üçün fars dilində yazdığı risalə.

4). "Cameətul-Kəbirə” ziyarətnaməsinin farsca şərhi.


Hazırladı: Mirməhəmməd Bəşir

www.ehlibeyt.info



www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Xanım Məsumə(s.ə)-nın həyatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
12 İmamın adı
12 İmamın adı
Hacı Ələmdar İmam Huseyn (ə) ərbəin məclisi
Hacı Ələmdar İmam Huseyn (ə) ərbəin məclisi
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Mübahilə günü
Mübahilə günü
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
“ Vəli ” kəlməsi şəriətdə
“ Vəli ” kəlməsi şəriətdə
İmam Baqir (əleyhissəlam) alimlər baxımından
İmam Baqir (əleyhissəlam) alimlər baxımından
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Qunutda dünyasını dəyişən Ayətullah
Qunutda dünyasını dəyişən Ayətullah
DÖRD MÜHÜM VƏZİFƏ
DÖRD MÜHÜM VƏZİFƏ
Ayətullah Xameneinin tərcümeyi-halı
Ayətullah Xameneinin tərcümeyi-halı
Müqəddəs Ərdəbili
Müqəddəs Ərdəbili
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
“Nə çox hədis danışırsan” tənəsi:
“Nə çox hədis danışırsan” tənəsi:
Əbu Hureyrənin əvvəli və sonu:3
Əbu Hureyrənin əvvəli və sonu:3
Əbu Hureyrənin əvvəli və sonu:2
Əbu Hureyrənin əvvəli və sonu:2
Əbu Hureyrənin əvvəli və sonu: 1
Əbu Hureyrənin əvvəli və sonu: 1
Yuxunun Şərhi
Yuxunun Şərhi
Şeyx Səduqun Hz. Peyğəmbərin (s) məsumluğuna etiqadının olması:
Şeyx Səduqun Hz. Peyğəmbərin (s) məsumluğuna etiqadının olması:
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Ayətullah Behcət Ağanı tanıyaq
Ayətullah Behcət Ağanı tanıyaq
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Quranda Təkəbbür, İblisin sifəti sayılır:
Quranda Təkəbbür, İblisin sifəti sayılır:
Daha çox oxumaq istəyirsən? )))