Shia.az SonUmidTv media
sitename

Bu barədə çoxlu hədislərin vücuduna və onların hər birini yazmaq məqsədimiz olmadığına görə qeyd edilən miqdarla kifayətlənib sağlam düşüncə sahibi olan əzizlərimizə bir neçə sual ünvanlayırıq:

1) Əgər Peyğəmbər (s) həqiqətən, Əbu Bəkri camaat namazı qılmağa göndərmişdisə, bəs nə üçün özündə azacıq yüngüllük hiss edən kimi iki nəfərin köməyi ilə məscidə gedir və özü namaz qılır?

2) Belə hədisləri uyduranlar əslində Əbu Bəkri rüsvay etmirlərmi? Peyğəmbər (s) məscidə Əbu Bəkri təsdiqləməyə getmişdisə, nə üçün onun kənara çəkib özü namaz qılır?

3) Nəql etdikləri kimi əgər Əbu Bəkr Peyğəmbərə (s) iqtida etdisə, Əbu Bəkrin imamətinin nə mənası var idi? Mümkündürmü ki, bir şəxs bir namazda həm imam olsun, həm də məmum?

4) Əgər bu "müqəddəs imamət" Əbu Bəkrin xilafət məqamında birinci olmasına dəlalət edirdisə, belə olan halda nə üçün mühacirlər və ənsar, hətta Əbu Bəkr özü belə Səqifədə bunu öz xilafətinə bir dəlil olaraq gətirmədi?

5) Əgər Əbu Bəkrin Peyğəmbərin (s) yerində namaz qılması xilafət üçün ən layiqli bir şəxs olmasına səbəbdirsə, elə isə nə üçün Əbdürrəhman ibn Ovf xəlifə olmadı? Məgər əhli-sünnənin mühəddisləri Əbdürrəhman ibn Ovf barəsində nəql etmirlərmi ki, "صلي خلفه - Peyğəmbər (s) (Əbdurrəhman ibn Ovfun) arxasında namaz qıldı" ? Nə üçün bu imamət Əbdürrəhman ibn Ovfun xilafəti üçün yox, məhz Əbu Bəkrin xilafəti üçün səbəb oldu?

Məgər Buxari öz səhihində rəvayət etmirmi ki, Əbu Huzeyfənin qulu Salim səhabələrə imamlıq etdi?

حَدَّثَنَا عُثْمَانُ بْنُ صَالِحٍ، حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ، أَخْبَرَنِي ابْنُ جُرَيْجٍ، أَنَّ نَافِعًا، أَخْبَرَهُ أَنَّ ابْنَ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا، أَخْبَرَهُ قَالَ: كَانَ سَالِمٌ مَوْلَى أَبِي حُذَيْفَةَ يَؤُمُّ المُهَاجِرِينَ الأَوَّلِينَ، وَأَصْحَابَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي مَسْجِدِ قُبَاءٍ فِيهِمْ أَبُو بَكْرٍ، وَعُمَرُ، وَأَبُو سَلَمَةَ، وَزَيْدٌ، وَعَامِرُ بْنُ رَبِيعَةَ

"Əbu Huzeyfənin qulu (azad edib,oğulluğa götürdüyü) Salim Quba məscidində ilk hicrət etmiş müsəlmanlara və Həzrət Peyğəmbərin (s) səhabələrinə imamlıq etdi. Onların arasında Əbu Bəkr, Ömər, Əbu Sələmə, Zeyd və Amir ibn Rəbiə də var idi".(Səhih Buxari c.9). Elə isə, nə üçün Salimin imaməti onun xilafətə layiqli olmasına səbəb olmadı? Bütün bunlar düzgün və sağlam düşüncə sahiblərinin həqiqətləri araşdırıb qərəzsiz və insafla fikir yürüdərək düzgün və dolğun nəticələr alması üçün müəyyən qədər təsirlidir. Əgər biz səmimi şəkildə həqiqət axtarışında olsaq, Allah dərgahına bizim üçün təyin edilmiş yollar və üslublar ilə getmək istəsək, şübhəsiz ki, bu suallar barəsində düşünərək ən azından müqəddəratımızı həll edəcək qədər önəmli olan dinimizi öyrənib araşdırmalıyıq. Bəli, dinimizi dinsizlərdən deyil, əsl müsəlman və islami qanunlara riayət edən və Allah itaətlərini özünə itaət etməklə eyni tutduğu şəxslərdən öyrənməliyik.

6) Fərz edək ki, sözü gedən imamət sübut olunub. Həzrət Peyğəmbər (s) necə oldu ki, Əbu Bəkri öz əvəzində məscidə imam göndərəndə sayıqlamadı, amma "Mənim üçün kağız qələm gətirin, sizin üçün elə bir şey yazım ki, heç vaxt yolunuzu azmayasınız" deyərkən o Həzrətə (s) "xəstəlik güc gəlib” deyərək bu qədər əhəmiyyətsiz yanaşılır?!

Əgər Peyğəmbərə (s) xəstəlik güc gəlmişdisə, nə üçün onun sözü Əbu Bəkrin namazında qəbul edilir və xilafətə digərlərindən daha layiqli olmasına dəlil gətirilir? Əgər xəstəliyin ilahi vəhyi çatdırmaqda Peyğəmbərə (s) heç bir təsiri olmamışdısa, nə üçün Ömər o Həzrətə (s) belə bir iftira atmağa cəsarət etmişdi?

 

عن ابن عباس قال : لما حضر رسول الله صلى الله عليه و سلم وفي البيت رجال فيهم عمر ابن الخطاب فقال النبي صلى الله عليه و سلم )هلم أكتب لكم كتابا لا تضلون بعده ) فقال عمر إن رسول الله صلى الله عليه و سلم قد غلب عليه الوجع وعندكم القرآن حسبنا كتاب الله فاختلف أهل البيت فاختصموا فمنهم من يقول قربوا يكتب لكم رسول الله صلى الله عليه و سلم كتابا لن تضلوا بعده ومنهم من يقول ما قال عمر فلما أكثروا اللغو والاختلاف عند رسول الله صلى الله عليه و سلم قال رسول الله صلى الله عليه و سلم ( قوموا )

قال عبيدالله فكان ابن عباس يقول إن الرزية كل الرزية ما حال بين رسول الله صلى الله عليه و سلم وبين أن يكتب لهم ذلك الكتاب من اختلافهم ولغطهم

İbn Abbasdan rəvayət olunur ki, buyurdu: Allahın Rəsulu

(s) can verən zaman, evdə çoxlu şəxslər var idi. Ömər ibn Xəttab da onların arasında idi. Peyğəmbər (s) buyurdu: (Kağız və qələm) Gətirin, bir şey yazım sizin üçün daha yolunuzu azmayasınız”. Ömər dedi: Allahın Rəsuluna (s) xəstəlik guc gelib. Sizin əlinizdə Quran var. Allahın kitabı bizə kifayətdir. Orada olan şəxslər arasında ixtilaf düşdü və bir-biri ilə mübahisə etdilər. Bəziləri deyirdilər: (Kağız və qələm) Gətirin, Allahın Rəsulu (s) sizin üçün bir şey yazsın ki, daha heç vaxt yolunuzu azmayasınız. Bəziləri Ömərin dediyini deyirdilər. Allahın Rəsulunun (s) yanında yersiz və mübahisəli sözlər daha da çoxaldıqda, O Həzrət (s) buyurdu: Ayağa qalxın (və onları qovur). Ubeydullah, ibn Abbasın belə buyurduğunu deyir: Həqiqətən, ən böyük müsibət o idi ki, Allahın Rəsulunun (s) ixtilaf və səs-küy edərək bu yazını yazmasına mane oldular. (Səhih Muslim, kitabul-vəsiyyəh c.3, Səhih Buxari, kitabul-elm, babu-mərəzin-nəbiyy və vəfatih, kitabul-cihad və s.).

Doğrudan da çox qəribədir, Allah Təala həzrət Peyğəmbərin (s) dilə gətirdiyi və danışdıqlarının istisnasız olaraq vəhy olduğunu bildirir, amma Ömər o Həzrətin (s) xəstəliyin təsirindən belə danışdığını deyərək Allahın kitabının bizlərə kifayət etməsini bir söz sahibi olaraq göstəriş verir.

وَمَا يَنْطِقُ عَنِ الْهَوَى , إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى

Və O (həzrət Peyğəmbər ), həvayi-nəfsdən heç nə deməz, nə deyirsə yalnız və yalnız vəhydir (Allah tərəfindəndir). (Nəcm surəsi 3-4-cü ayələr).

Görəsən Ömərin bu Quran ayəsindən xəbəri yox idi ? Bəlkə bu ayə Ömərə kifayət edəcək Qurana daxil deyildi ?

Bu deyilənlərin bir hissəsi ətraflı şəkildə araşdırma aparmağımız üçün kifayət etmirmi ? Bəlkə təəssübdən uzaq olub Allahın bizə verdiyi ağıl adlı nemətindən istifadə edək və "həqiqət” adlı vahid bir nöqtədə birləşək?

7) Həzrət Peyğəmbər (s) şəhadət yatağında olan zaman, səhabələrə Üsamənin qoşununa qoşulmağı əmr etmiş və əksər əhli-sünnə mühəddislərinin nəzərinə görə Əbu Bəkr də o qoşunda olmuşdur. Böyük əhli-sünnə alimi İbn Həcər Əsqəlani "Fəthul-Bari" kitabının 8-ci cildində Usamənin qoşununda Əbu Bəkrin də iştirak etdiyin qeyd edir:

وَكَانَ مِمَّنْ نُدِبَ مَعَ أُسَامَة كِبَار الْمُهَاجِرِينَ وَالْأَنْصَار ، مِنْهُمْ أَبُو بَكْر وَعُمَر وَأَبُو عُبَيْدَة وَسَعْد وَسَعِيد وَقَتَادَةُ بْن النُّعْمَان وَسَلَمَة بْن أَسْلَمَ

"Mühacir və Ənsarın böyükləri də Üsamə ilə birlikdə döyüşə göndərilmişdilər. Əbu Bəkr, Ömər, Əbu Ubeydə, Səd, Səid, Qətadə ibn Noman və Sələmə ibn Əsləm də onlardan idi".

İbn Həcər Əsqəlani bir neçə cümlədən sonra yazır:

ذَكَرَ ذَلِكَ كُلّه اِبْن الْجَوْزِيّ فِي " الْمُنْتَظِم " جَازِمًا بِهِ

"Bütün bunları İbn Couzi "Əl-Müntəzim" kitabında qəti şəkildə bildirir".

(Fəthul-Bari Bişərhi-Səhih-Buxari, c. 8. Əbu Bəkrin Üsamənin qoşununda olduğu aşağıdakı mənbələrdə rast gəlmək olar: Mu'cəmul-Kubra, Kənzul-Ummal ,Tarixi-Təbəri, və s...).

Əl-Miləl vən-nihəl, Şəhristani, Şərhi-Nəhcul-Bəlağə, İbn Əbil Hədid və s...).

Bütün tarixçilərin nəzərinə görə Üsamə hətta Peyğəmbərin (s) şəhadətinə qədər döyüşdən qayıtmadı. İndi görək Əbu Bəkr Üsamənin qoşununda iştirak etdi, ya yox?

Əgər iştirak etməmişdisə Peyğəmbərin (s) əmrindən boyun qaçırmışdı, yox əgər iştirak etmişdisə Mədinədə olmamalı idi. ( Necə ki, Əhli-Sünnənin əksər alimləri bu fikirdədirlər. Misal ünvanında bir hədis və bir neçə kitab adı qeyd edirik: وَإِنَّ هَذَا" أَيْ أُسَامَةَ " بَعْدَهُ" أَيْ بَعْدَ أَبِيهِ زَيْدِ بْنِ حَارِثَةَ، وَفِيهِ جَوَازُ إِمَارَةِ الْمَوْلَى وَتَوْلِيَةِ الصِّغَارِ عَلَى الْكِبَارِ وَالْمَفْضُولِ عَلَى الْفَاضِلِ لِأَنَّهُ كَانَ فِي الْجَيْشِ الَّذِي كَانَ عَلَيْهِمْ أُسَامَةُ أَبُو بَكْرٍ وَعُمَرُ

"Və həqiqətən, bu (yəni, Üsamə) atasından sonra (yəni, Zeyd ibn Harisədən) qoşun başçısıdır. Burada mövlanın (yəni, gənc bir yeniyetmənin) rəhbərliyinin icazəli olduğu aydınlaşır. (Yaşda) Kiçik böyüyə, fəzilət əhli olmayanın (üstün olmayan şəxsin) fəzilətliyə (üstün şəxsə) rəhbərlik etməsi mümkündür və burada heç bir maniə yoxdur. Çünki Üsamənin başçılıq etdiyi qoşunda Əbu Bəkr və Ömər də var idi".

( Tuhfətul-Əhvəzi bişərhi-camiit-tirmizi c.10 və s....).

Bəli, bu bir daha sübut və təsdiq edir ki, Əbu Bəkrin Peyğəmbərdən (s) sonra xəlifə olması və ya ümmətə başçılıq etməsi onun digərlərindən üstünlüyünə dəlalət etmir və bir daha təsdiq edir ki, öz sözləri ilə desək, fəzilətdə üstün olmayan, fəzilətdə üstün olan bir şəxsə başçılıq edə bilər. Necə ki, Həzrət Əli (ə) olduğu təqdirdə Əbu Bəkr, Ömər və Osman müxtəlif vasitə və yollarla xilafət kürsüsünü qəsb edərək Peyğəmbərdən (s) sonra özlərini xilafətə daha layiqli bildilər. Halbuki, bunlar ilk növbədə özləri özlərinə bu üstünlüyü vermişdi, eyni zamanda əhli sünnənin öz alimləri də rəhbərliyin üstünlüyə dəlalət etmədiyini qəbul edir.

Bütün bunlar onu göstərir ki, burada şəxsi maraq və təəssüb rol oynayır. Çünki Əbu Bəkrin rəhbərliyindən və namazda imamətliyindən danışarkən (əlbəttə, bu imamətin olmaması isbat edildi) üstünlük kimi qəbul olunur, amma digərlərinin rəhbərliyindən və namazda imamətindən danışarkən isə onlar üçün üstünlük hesab olunmur. Ağıl sahibi olan hər kəs bu barədə düşünərsə, şübhəsiz ki boş və əsassız iddia olduğunu anlayacaqdır.

Əziz oxucular, hər şey göründüyündən də sadə və aydındır. Sadəcə bir az təəssübdən kənar və qərəzsiz şəkildə araşdırıb düşünmək lazımdır.

وَالسَّلَامُ عَلَى مَنِ اتَّبَعَ الْهُدَى

"Və Salam olsun hidayət olunmuşlara”.( Taha surəsi: 47 ).

 

Şiə Elmi Araşdırmalar Mərkəzi

www.Shia.az

Müəllif: Müslüm Müslümov

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))