Uşaq portalı Rus Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename
(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)
 
Ayətullah Cavadi Amuli buyurur: “Qəlb riqqəti vardır və zəif qəlb vardır. Mümkündür ki, kimsə desin ki, mən ömrümdə bir qoyunun başının necə kəsildiyini görməmişəm. Bu qəlb riqqəti deyildir, bəlkə nəfsin zəif olmasıdır.
 
Çünki o kəs ki, deyər mən bir qoyunun başının kəsilməsini görməyə taqətim yoxdur, ancaq kabab yeyən zaman kababın iyinin yoxsullara çatmasından etinasızdır. Qəlbi bu işlər üçün titrəmir. Onları düşünmür.
 
Qəlb riqqəti – o fəzilətli insani sifətlərdəndir ki, nəfs zəif olan zaman fəzilət sayılmaz. O insan ki, Allahın əmri ilə yoxsul insanlara xidmət edər, qəlb riqqətinə malik olar. O şey ki, dini göstərişlərdən uzaqdır – qəlb riqqəti deyildir, bəlkə nəfsin zəif olmasıdır.
 
Qəlb riqqəti odur ki, insan yoxsulu görən zaman həqiqətən də qəlbi titrəsin. O zaman ki, Qiyamətdən və cəhənnəmdən danışarlar – təsirlənsin. Buna deyirlər qəlb riqqəti. Qəlb riqqətinə malik olmağın yolu isə günah etməməkdir.
 
İmam Əli (ə) buyurur: “Gözlər qurumağa düçar olmaz – məgər qəlb qəsavətinin təsirindən. Qəlb qəsavətə düçar olmaz – məgər çoxlu günahın təsirindən”". (Hədənə)/Deyerler.org/


www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))