Shia.az SonUmidTv media
» » Qonşunun ac olduğunu bildiyin halda kömək etməsəydin müsəlman olmazdın
Русская версия сайта Русская версия сайта
sitename

Qonşunun ac olduğunu bildiyin halda kömək etməsəydin müsəlman olmazdınQonşunun ac olduğunu bildiyin halda kömək etməsəydin müsəlman olmazdın

Ustad sizi çağırıb və şam yeməyi də önündə hazırdır. Ancaq siz gələnə qədər süfrəyə əl uzatmayacaq.
Tanınmış müctəhid Seyid Cavad Amili gecə şam yeməyinə məşğul idi. Bu vaxt qapı döyüldü. Qapını döyən, onun ustadı Seyid Mehdi Bəhrül-Ülumun xidmətçisi idi. O, dərhal yerində qalxıb qapıya tərəf qaçdı. Ustadın xidmətçisi dedi: - Ustad sizi çağırıb və şam yeməyi də önündə hazırdır. Ancaq siz gələnə qədər süfrəyə əl uzatmayacaq. 
Artıq gecikmək olmazdı. Seyid Cavad yeməyini qurtarmadan dərhal Seyid Bəhrül-Ülumun evininə yollandı. Ustad, Seyid Cavadı görən kimi, indiyədək görünməmiş bir qəzəblə dedi: - Seyid Cavad, Allahdan qorxmursan? Allahdan utanmırsan?
Seyid Cavad heyrətə qərq oldu və öz-özünə fikirləşdi ki, görəsən, nə hadisə baş verib ki, ustadım bu qədər qəzəblənmişdir və məni belə danlayır?! Özlüyündə nə qədər düşünsə də səbəbini tapa bilmədi. Məcbur olub ustaddan soruşdu: - Mümkündürmü, mənim təqsirimin nə olduğunu buyurasınız? 
Ustad dedi: - Bir həftədir qonşun filankəs və ailəsi buğda, düyü üzünə həsrətdir. Bu müddət ərzində küçədəki dükandan nisyə "Zahidi” xurması alaraq onunla günlərini başa vurublar. Bu gün yenə də xurma almağa gedib, ancaq mağaza sahibi onun danışmasına imkan vermədən deyib ki, sənin borcun çoxdur. O da bu sözü eşidəndən sonra xəcalət çəkərək nisyə heç nə almayıb və ailəsi şamsız qalıb. 
Seyid Cavad dedi: - And olsun Allaha, mənim bu işdən xəbərim olmayıb. Yoxsa, onların köməyinə yetərdim.
Ustad dedi: - Mənim hay-küy salmağımın səbəbi də elə budur ki, nə üçün öz qonşunun vəziyyətindən xəbərin olmayıb? Nə üçün onlar yeddi gün, yeddi gecə bu vəziyyətdə qalıblar, amma sənin bundan xəbərin olmayıb? Əgər xəbərdar olub kömək etməsəydin, onda sən heç müsəlman sayılmazdın, yəhudi olardın. 
Sonra ustad hazırlanmış bir qədər xorəyi göstərərək dedi: - Mənim xidmətçim bu xörəkləri onun evinə aparacaq. Sən də onunla birlikdə o kişinin evinin qapısına qədər get. Xidmətçi ora çatdıqdan sonra geri qayıtsın, sən isə qapını döy, bu xörəkləri on aver və ondan xahiş et ki, səninlə birlikdə şam yeməyini yesin. 
Ustad bir qədər də pul verib dedi: - Bu pulu da al, onun evindəki döşənəcəyin altına qoy və qonşuluqda səhlənkarlıq etdiyin üçün ondan üzr istə, sonra geri qayıt. Mən burada oturmuşam və sən qayıdıb o mömin kişi barəsində mənə xəbər çatdırana kimi şam yeməyəcəyəm. 
Xidmətçi cürbəcür və ləzzətli xörəklərlə dolu olan böyük bir sinini götürüb Seyid Cavadla birlikdə həmin qonşunun evinə tərəf yollandı. Xidmətçi qapıya çatanda sinini Seyid Cavada verib qayıtdı. Seyid Cavad da icazə alıb içəri daxil oldu. Ev sahibi də Seyid Cavadın üzrxahlığı və xahişindən sonra süfrəyə əl uzadıb bir az yemək yedi. Xörəyi ləzzətli və fərqli gördükdə, başa düşdü ki, o, ərəb deyil. Dərhal yeməkdən əlini çəkib dedi: - Bu yemək ərəblərin bişirdiyi xörəklərdən deyil. Əgər bu yeməyin haradan gətirildiyini deməsən, ona əl uzatmayacağam. 
Qonşu düz başa düşmüşdü. Xörək Bəhrül-Ülumun evində hazırlanmışdı. Onların əsli İranın Bürucerd şəhərindən idi və həmin xörək ərəb xörəklərindən deyildi. Seyid Cavad nə qədər israr etdi ki, sən xörəyini ye, kimin evində hazırlanması ilə işin olmasın, ancaq o kişi qəbul etməyib dedi: - Deməyənə qədər yeməyə əl uzatmayacağam.
Seyid Cavad çarəsiz qalıb məsələni əvvəldən axıra qədər qonşusuna danışdı. O kişi bunu eşitdikdən sonra xörəyi yedi. Ancaq çox təəccübdə qalmışdı və deyirdi: -Mən öz sirrimi bir nəfərə də olsun deməmişəm və ən yaxın qonşularımdan belə gizli saxlamışam. Bilmirəm bu məsələni Seyid (Bəhrül-Ülum) haradan xəbər tutmuşdur?!
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Sən qaş görürsən, mən qaşın işarəsini
Sən qaş görürsən, mən qaşın işarəsini
Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm
Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
Müqəddəs Ərdəbilidən (r.ə) belə nəql edirlər:
Müqəddəs Ərdəbilidən (r.ə) belə nəql edirlər:
Ayətullah Bürucerdi (r) və orta səviyyəli ruhanilər
Ayətullah Bürucerdi (r) və orta səviyyəli ruhanilər
Ayətullah seyid Həsən Amili ➡ Qəlblərə məhəbbət salmaq Allahın işidir
Ayətullah seyid Həsən Amili ➡ Qəlblərə məhəbbət salmaq Allahın işidir
Ayətullah seyid Həsən Amili     Vaxtın dəyəri
Ayətullah seyid Həsən Amili Vaxtın dəyəri
Bu gecə hərəmə daxil olmağa icazən yoxdur!
Bu gecə hərəmə daxil olmağa icazən yoxdur!
Seyid Mircəfər ağa Hz.Peyğəmbərin (s) və İmam Sadiq (ə)-ın mövludları məclisi
Seyid Mircəfər ağa Hz.Peyğəmbərin (s) və İmam Sadiq (ə)-ın mövludları məclisi
Həccacın məclisində cəsur qadın
Həccacın məclisində cəsur qadın
İmam Həsənin (ə) səxavətindən üç nümunə
İmam Həsənin (ə) səxavətindən üç nümunə
QONAĞA HÖRMƏTİN VACİBLİYİ
QONAĞA HÖRMƏTİN VACİBLİYİ
Həzrət Rüqəyyənin (ə) şəhadəti
Həzrət Rüqəyyənin (ə) şəhadəti
Həzrət Süleyman (ə) və sərçə
Həzrət Süleyman (ə) və sərçə
Anaya hörmət gör onu hansı məqama ucaltdı!
Anaya hörmət gör onu hansı məqama ucaltdı!
Ana qarğışı
Ana qarğışı
Alim fəqirin izzətini belə qorudu!
Alim fəqirin izzətini belə qorudu!
İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri
İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri
İmam Cavadın (ə) fətva verməsi və saray fəqihlərinin rüsvay olması
İmam Cavadın (ə) fətva verməsi və saray fəqihlərinin rüsvay olması
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
Ayətullah Mərəşi Nəcəfinin oxuduğu rövzə
Ayətullah Mərəşi Nəcəfinin oxuduğu rövzə
"Hacı Cavad" məscidində bayram namazı qılınıb.
"Hacı Cavad" məscidində bayram namazı qılınıb.
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
Ayatullah Şeyx Cavad Nardarani Molla Talib oğlu Qafqaz məntəqəsinin böyük alimlərindən olub
Ayatullah Şeyx Cavad Nardarani Molla Talib oğlu Qafqaz məntəqəsinin böyük alimlərindən olub
Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
Tövbə qapısı
Tövbə qapısı
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?
Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Qunutda dünyasını dəyişən Ayətullah
Qunutda dünyasını dəyişən Ayətullah
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Ustad Əhliman Rüstəmov haqqında qısa məlumat
Ustad Əhliman Rüstəmov haqqında qısa məlumat
Daha çox oxumaq istəyirsən? )))