Shia.az SonUmidTv media
sitename
Allah-təala, hər hansı bir pis əməlimizi də cavabsız qoymayacaqdır
Əllamə Təbatəbai belə nəql edir:
Kiçik yaşlarımda olarkən Təbrizdə çox qəribə bir əhvalat baş vermişdi.
Təbriz şəhərində "Bidar Əli” adlı bir dərviş yaşayırdı. Bu buğdayı rəngli, arıq cüssəli dərvişin əlində həmişə bir təbərzin olardı. Onun Bidar Əli adlı kiçik bir oğlu da var idi. Bu dərviş ara-sıra iştirak etdiyi rozə məclis-lərində təbərzinini göyə qaldırıb camaata deyərdi:
"Bidari Əli baş!” (Əlidən qafil olma) Mən özüm dəfələrlə onu belə məclislərdə görmüşdüm.
Bir axşam Bidar Əlinin uzaq kəndlərin birində yaşayan dostlarından biri onun evinə qonaq gəlir. Bidar Əlinin arvadı qonağı layiqincə qarşılayır. Dostu həmin axşam onu çox gözləyir. Amma Bidar Əli gəlib çıxmır. Qonağın getməyə bir yeri olmadığı üçün gecə onun bir otağlı evində qalmalı olur. Qonaq üçün yataq sərilmiş otağın bir küncündə Bidar Əlinin balaca oğlu yatmışdı. Ev sahibinin arvadı uşağı yuxudan oyatmaq istəmədiyi üçün həmin gecə balaca Bidar Əli qonaqla bir otaqda yatır. Qadın evdə tək olduğu üçün qonaqdan ehtiyat edib otağın qapısını arxadan qıfıllayır. 
Gecənin bir aləmində qonaq ayaq yoluna getmək üçün yuxudan ayılır. Əl atır qapını açsın, görür ki, qapı arxa tərəfdən bağlıdır. Nə qədər qapını döyüb çığırsa da, gəlib qapını açan olmur. Eyvanda yatmış qadın qonağın pis niyyəti olmasından xoflanıb özünü yatmışlığa vurur. Bir tərəfdən də qonaq artıq özünü saxlaya bilmirdi. Öz-özünə fikirləşir ki, neyləyim, necə eləyim? Birdən ağlına belə bir fikir gəlir: Uşağı öz yerimə qoyum və mən də onun yerində yatıb xarablıq edərəm. Səhər açılanda da ev sahibi elə biləcək ki, uşaq yerini isladıb.
O, bu cür də edir. Amma uşağı öz yatağına qoyan kimi uşaq onun yerini tamamilə batırır. Qonaq uşağın yerində uzanır. Amma xəcalətindən səhərəcən gözünə yuxu getmir. Çünki, səhər ev sahibi onun yatağını bu vəziyyətdə görəndə nə deyəcəkdi? Axı mən bunu onlara necə başa salacağam? Qaş düzəldən yerdə vurub gözünü də çıxartmışdım.
Sübh azanında ev sahibinin arvadı qonaq yatan otağın qapısını açır ki, dəstəmaz almaq üçün çölə çıxsın. Qonaq xəcalətindən başını aşağı salıb sağollaşmadan evdən gedir.
Həmin şəxs Təbriz şəhərində olarkən çalışırdı ki, Bidar Əli ilə heç vaxt üz-üzə gəlməsin. Elə buna görə də küçə və bazarda uzaqdan Bidar Əlini görər-görməz tez bir küncə çəkilib gizlənərdi.
Amma iş elə gətirdi ki, bir gün bazarda Bidar Əli ilə rastlaşır. Onun gözündən yayınıb gizlənmək istəyəndə Bidar Əli dostuna deyir:
"Ay gədə! O gecə nə hadisə baş vermişdi, məni başa sal.” Qonaq utanaraq deyir: "And olsun Allaha, mən heç nə eləməmişdim.” Sonra həmin gecə başına gələnləri Bidar Əliyə danışır.
Bu çox ibrətamiz bir əhvalatdır. Burada demək istəyir ki, günahını başqasının boynuna atmaq istəyən hər bir kəsi Allah-təala daha da pisinə mübtəla edər. Hər bir şəxs üçün abır-həya əhəmiyyətli olduğu kimi, başqalarının da abır həyası özləri üçün qiymətlidir. Heç kim öz mənafeyinə görə başqasının abır-həyasını apara bilməz. Hətta həmin şəxs kiçik yaşlı bir uşaq olsa belə.
Bunu da yaddan çıxarmamalıyıq ki, bizim bütün əməllərimizə nəzarət edən Allah-təala, hər hansı bir pis əməlimizi də cavabsız qoymayacaqdır. ("Mehri-taban”, Əllamə Hüseyn Hüseyni (Tehrani), səh. 96.)

"Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.” ("Fəcr” surəsinin 14-cü ayəsinə iqtibas olunmuşdur.)
ahlibeyt.ge
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Behişt qapısının zəngi hansı səsi çıxardır?
Behişt qapısının zəngi hansı səsi çıxardır?
Kərbəla meydanının qadın qəhrəmanı
Kərbəla meydanının qadın qəhrəmanı
QEYBƏT QURAN BAXIMINDAN
QEYBƏT QURAN BAXIMINDAN
Bu gecə hərəmə daxil olmağa icazən yoxdur!
Bu gecə hərəmə daxil olmağa icazən yoxdur!
Günahı yüngül saymaq
Günahı yüngül saymaq
QONAĞA HÖRMƏTİN VACİBLİYİ
QONAĞA HÖRMƏTİN VACİBLİYİ
Allah Təala İmam Hüseyn (ə) məclislərinə nəzm və təravət verir.
Allah Təala İmam Hüseyn (ə) məclislərinə nəzm və təravət verir.
Həzrət Rüqəyyənin (ə) şəhadəti
Həzrət Rüqəyyənin (ə) şəhadəti
5 noyabr = 5 Səfər imam Hüseyn əleyhissalamın kiçik qızı həzrət Rüqəyyənin səhid olduğu gündür!
5 noyabr = 5 Səfər imam Hüseyn əleyhissalamın kiçik qızı həzrət Rüqəyyənin səhid olduğu gündür!
NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR
NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR
ÇƏTİNLİKLƏR QARŞISINDA SƏBR
ÇƏTİNLİKLƏR QARŞISINDA SƏBR
HZ ƏLİNİN(Ə) ŞƏCƏRƏSİ
HZ ƏLİNİN(Ə) ŞƏCƏRƏSİ
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatının vacib olma şərtləri
Fitrə zəkatının vacib olma şərtləri
Şeyx Ənsari və Şeytanın toru
Şeyx Ənsari və Şeytanın toru
Günahdan necə xilas ola bilərəm?  Əllamə Təbatəbainin cavabı:  “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
Günahdan necə xilas ola bilərəm? Əllamə Təbatəbainin cavabı: “Həşr” surəsini oxu. İnşəallah ki, müvəffəq olarsınız”.
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Vay halına çəkidə və ölçüdə aldadanların!
Vay halına çəkidə və ölçüdə aldadanların!
Xanım Məsumə(s.ə)-nın həyatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Fitrə zəkatı
Fitrə zəkatı
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Kamil insan - İmam Əli (ə)
Kamil insan - İmam Əli (ə)
Qunutda dünyasını dəyişən Ayətullah
Qunutda dünyasını dəyişən Ayətullah
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
Qadının iddəsi :
Qadının iddəsi :
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
Yuxunun Şərhi
Yuxunun Şərhi
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))