Shia.az SonUmidTv media
sitename


Bu kiçik məqalədə Hz.Fatimənin (salamullahi əleyha) məqamı və onu qəzəbləndirənin aqibəti barədə əhli-sünnə mənbələri əsasında araşdırmanı əziz oxuculara təqdim edəcəyik.

"Səhihül-Buxari”, => "kitabu-fardil-xums”, => "babu-ədail-xumsi minəd-deyn”, hədis: 2926:

أَنَّ عَائِشَةَ أُمَّ الْمُؤْمِنِينَ ـ رضى الله عنها ـ أَخْبَرَتْهُ أَنَّ فَاطِمَةَ ـ عَلَيْهَا السَّلاَمُ ـ ابْنَةَ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم سَأَلَتْ أَبَا بَكْرٍ الصِّدِّيقَ بَعْدَ وَفَاةِ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم أَنْ يَقْسِمَ لَهَا مِيرَاثَهَا، مَا تَرَكَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم مِمَّا أَفَاءَ اللَّهُ عَلَيْهِ‏.‏ فَقَالَ لَهَا أَبُو بَكْرٍ إِنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم قَالَ ‏ "‏ لاَ نُورَثُ مَا تَرَكْنَا صَدَقَةٌ ‏"‏‏.‏ فَغَضِبَتْ فَاطِمَةُ بِنْتُ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم فَهَجَرَتْ أَبَا بَكْرٍ، فَلَمْ تَزَلْ مُهَاجِرَتَهُ حَتَّى تُوُفِّيَتْ

Aişədən belə nəql olunur: "Peyğəmbərin qızı Fatimə Əbu Bəkrə xəbər göndərib, ondan Allahın Peyğəmbərə (s) müharibəsiz bəxş etdiyi şeylərdən öz payına düşən mirasını istədi. Əbu Bəkr dedi: "Allah Rəsulu, "Biz özümüzdən sonra irs qoymuruq, bizdən geriyə qalanlar sədəqədir”, - deyə buyurmuşdur.”

Fatimə Əbu Bəkrə qəzəbləndi və onu danışdırmadı. Fatimənin bu mövqeyi (Əbu Bəkri danışdırmaması) ta ki vəfat edənə qədər davam etdi...”

Fatimənin (s.ə) qəzəbi

1. "Səhihül-Buxari”, => "kitabu-fadailis-səhabə”, => "babu-mənaqibi-Fatimə əleyhəssəlam”, hədis: 3556:

عن المسور بن مخرمة رضي الله عنهما أن رسول الله صلى الله عليه وسلم قال فاطمة بضعة مني فمن أغضبها أغضبني

Misvər ibn Məxrəmədən belə nəql olunur: Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) dedi: "Fatimə mənim bir parçamdır; kim onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir.”

2. "Əl-Mucəmul-kəbir”, => "müsnədün-nisa”, => "bənatu-Rəsulillah”, => "Fatimə bintu Rəsulillah”, hədis 1001

حدثنا بشر بن موسى ، ومحمد بن عبد الله الحضرمي قالا : ثنا عبد الله بن محمد بن سالم القزاز ، قال : ثنا حسين بن زيد بن علي ، وعلي بن عمر بن علي ، عن جعفر بن محمد ، عن أبيه ، عن علي بن الحسين ، عن الحسين بن علي ، عن علي قال : قال رسول الله صلى الله عليه وسلم لفاطمة : ” إن الله يغضب لغضبك ويرضى لرضاك" .

Bizə Bişr ibn Musa və Muhəmməd ibn Abdullah əl-Həzrəmi nəql edib dedilər: bizə Abdullah ibn Muhəmməd ibn Salim əl-Qəzzaz nəql edib dedi: bizə Hüseyn ibn Zeyd ibn Əli və Əli ibn Ömər ibn Əli Cəfər ibn Muhəmməddən, o, atasından, o, Əli ibn Hüseyndən, o, Hüseyn ibn Əlidən, o da Əlidən nəql edib dedi:

Allah Rəsulu Fatiməyə (sallallahu əleyhi [və alihi] və səlləm) dedi: "Allah sənin qəzəbinə görə qəzəblənir, razılığına görə razı qalır”.

Bu hədis Hüseyn ibn Zeyddən müxtəlif sənədlərlə nəql olunmuşdur:

Heysəmi "Məcməüz-zəvaid” kitabında (9/203) bu hədis üçün"bunu Təbərani nəql etmişdir, sənədi həsəndir”,- demişdir.

Süyuti "Əs-Suğurul-basimə” kitabında (səh.15)"bu hədis Əlidən həsən bir sənədlə nəql olunmuşdur”, - demişdir.

Salehi əş-Şami "Sübulul-huda vər-rəşad” kitabında (11/44)"bunu Təbərani həsən sənədlə nəql etmişdir”,- demişdir.

Hakim "Əl-Müstədrək” kitabında (3/167)"sənədi səhihdir”,- demişdir.

"Əl-Mucəmul-kəbir” kitabının mühəqqiqi Həmdi Əbül-Məcid əs-Sələfi eyni kitabın haşiyəsində (1/108) demişdir:"Bu, səhih sənədli hədisdir. Bu hədis Əlidən bir neçə sənədlə nəql edilmişdir. Haris də bu hədisi Əlidən nəql etmişdir. Bu hədis mürsəl şəkildə də nəql olunmuşdur. Bu hədis mənim gördüyüm ən yaxşı hədis, (onun sənədi) oxuduğum ən səhih sənəddir.”

Mənavi "İthafus-sail” kitabında (səh. 8) demişdir:"Bu hədisi Təbərani həsən sənədlə nəql etmişdir”.

"Məqtəlül-Hüseyn” (Xarəzmi), səh.33:

عن أحمد بن الحسين الحافظ ، أخبرنا أبوالقاسم الحسن بن محمّد بن حبيب بن المعزا ، أخبرنا أبوبكر محمّد بن عبدالله ، أخبرنا أبوالقاسم عبدالله بن أحمد بن عامر الطائي في البصرة قال : حدثني أبي قال : حدثني عليّ بن موسى ، حدثني موسى بن جعفر ، حدثني أبي جعفر بن محمّد ، حدثني أبي محمّد بن عليّ ، حدثني أبي عليّ بن الحسين ، حدثني أبي الحسين بن علي ، حدثني أبي عليّ بن أبي طالب (عليهم السلام) قال : قال رسول الله (صلى الله عليه وآله وسلم) : إنّما سمّيت ابنتي فاطمة لأنّ الله عزّوجلّ فطمها وفطم من أحبّها من النّار . وقال رسول الله (صلى الله عليه وآله وسلم) : إنّ الله عزّوجلّ يغضب لغضب فاطمة ويرضى لرضاها.

Bizə Əhməd ibn Hüseyn əl-Hafiz nəql edib dedi: bizə Əbül-Qasim Həsən ibn Muhəmməd ibn Həbib ibn əl-Məza nəql edib dedi: bizə Əbu Bəkr Muhəmməd ibn Abdullah xəbər verib dedi: bizə Əbül-Qasim Abdullah ibn Əhməd ibn Amir ət-Tai Bəsrədə xəbər verib dedi: mənə atam nəql edib dedi: mənə Əli ibn Musa nəql edib dedi: mənə Musa ibn Cəfər nəql edib dedi: mənə atam Cəfər ibn Muhəmməd nəql edib dedi: mənə atam Muhəmməd ibn Əli nəql edib dedi: mənə atam Əli ibn Hüseyn nəql edib dedi: mənə atam Hüseyn ibn Əli nəql edib dedi: mənə atam Əli ibn Əbu Talib (əleyhimussəlam) nəql edib dedi:

"Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) demişdir: Qızım Fatimə ona görə "Fatimə” (ayıran) adlanıb ki, Allah-taala onu və onu sevənləri Cəhənnəmdən ayırmışdır. Həmçinin, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) demişdir ki: Allah Fatimənin qəzəbinə görə qəzəblənir, onun razılığına görə razı qalır.”

Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) qəzəbi

1. "Səhihü-Müslim”, => "kitabus-siyam”, => "babu-istihbabi-siyami-səlasəti-əyyamin min kulli şəhr”, hədis: 1162:

عَنْ أَبِي قَتَادَةَ، رَجُلٌ أَتَى النَّبِيَّ صلى الله عليه وسلم فَقَالَ كَيْفَ تَصُومُ فَغَضِبَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم فَلَمَّا رَأَى عُمَرُ - رضى الله عنه - غَضَبَهُ قَالَ رَضِينَا بِاللَّهِ رَبًّا وَبِالإِسْلاَمِ دِينًا وَبِمُحَمَّدٍ نَبِيًّا نَعُوذُ بِاللَّهِ مِنْ غَضَبِ اللَّهِ وَغَضَبِ رَسُولِهِ ‏.‏ فَجَعَلَ عُمَرُ - رضى الله عنه - يُرَدِّدُ هَذَا الْكَلاَمَ حَتَّى سَكَنَ غَضَبُهُ

Əbu Qətadədən belə nəql olunur: "Bir nəfər Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) yanına gəlib dedi: "Sən necə oruc tutursan?” Peyğəmbər qəzəbləndi. Ömər Peyğəmbərin qəzəbləndiyini görüncə, "Allahdan rəbb, islamdan din və Muhəmməddən peyğəmbər olaraq razı qaldıq, Allahın qəzəbindən və Peyğəmbərinin qəzəbindən Allaha sığınırıq”, - dedi. Ömər bu sözü o qədər dedi ki, nəhayət Peyğəmbər sakitləşdi.

2. "Səhihü-Müslim”, => "kitabul-həcc”, => "babu-bəyani-vucuhil-ihram və ənnəhu yəcuzu ifradul-həcci vət-təməttui vəl-qiran”, hədis: 1211:

عن عائشة رضي الله عنها أنها قالت قدم رسول الله صلى الله عليه وسلم لأربع مضين من ذي الحجة أو خمس فدخل علي وهو غضبان فقلت من أغضبك يا رسول الله أدخله الله النار

Aişədən belə nəql olunur:"Zil-hiccə ayından 4 və ya 5 gün keçmiş Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) qəzəbli bir halda mənim yanıma gəldi. Mən dedim: "Kim səni qəzəbləndirib, ey Allahın Rəsulu? Allah onu Cəhənnəmə daxil etsin!.”

3. "Feyzül-Qədir”: 4/431, hədis: 5833:

Mənavi "Fatiməni qəzəbləndirən məni qəzəbləndirmişdir” hədisinin izahında deyir:

استدل به السهيلي على أن من سها كفر لأنه يغضبه وأنها أفضل من الشيخين

"Süheyli bu hədisə əsaslanaraq demişdir ki, kim Fatiməni söysə, kafir olmuşdur. Çünki, belə etməklə Peyğəmbəri qəzəbləndirmişdir. Həmçinin, demişdir ki, bu sözə əsasən, Fatimə Əbu Bəkr və Ömərdən üstündür...”

Bu kiçik araşdırmanı Allahın kəlamı ilə bitirmək istərdik.

Qurani-Kərim Allahı və Peyğəmbəri (s.ə.a) incidənlər haqqında buyurur:

Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır. (Əhzab, 57)

313news.net

www.ehlibeyt.info

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Xanım Fatimeyi Zəhra ələyhəs-səlam niyə gecə dəfn olunub? -
Xanım Fatimeyi Zəhra ələyhəs-səlam niyə gecə dəfn olunub? -
Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) xəmr (şərab) barəsində on şəxsi lənətləmişdir
Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) xəmr (şərab) barəsində on şəxsi lənətləmişdir
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
Tövbə qapısı
Tövbə qapısı
"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
12 İmamın adı
12 İmamın adı
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
Mübahilə günü
Mübahilə günü
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
İmam Hadinin(ə) fəziləti
İmam Hadinin(ə) fəziləti
Qurban bayramının namazı
Qurban bayramının namazı
Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Fatiməni sevmək 100 yerdə fayda verər,
Fatiməni sevmək 100 yerdə fayda verər,
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(1)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(1)
Həzrət Əlinin(ə) Şurada çıхışı və Pеyğəmbərin(s) hədisi
Həzrət Əlinin(ə) Şurada çıхışı və Pеyğəmbərin(s) hədisi
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (2)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (2)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
“Nə çox hədis danışırsan” tənəsi:
“Nə çox hədis danışırsan” tənəsi:
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Ağlamağın hikməti
Ağlamağın hikməti
Salavatın fəziləti
Salavatın fəziləti
Daha çox oxumaq istəyirsən? )))