Shia.az SonUmidTv media
» » » Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Русская версия сайта Русская версия сайта
sitename

 

Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri

.


Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alihin sevimli qızı, əmirəlmöminin Əli əleyhissalamın sədaqətli həyat yoldaşı, on bir məsum İmamın (onların hamısına Allahın salamı olsun) anası, aləmlərin qadınlarının sərvəri həzrət Fatimə əleyhasalamın təvəllüdü günü mübarək olsun.
.
İslam kamil və hər tərəfli bir məktəb olaraq insanın ruhi və cismi cəhətlərinə, xüsusilə də insanın tərəqqi və inkişafı yolundakı ehtiyaclarına diqqət etməklə elm və mərifətə böyük əhməmiyyət və dəyər verir. Qurani-kərimə nəzər saldıqda görürük ki, harada insanın yaradışıından söhbət gedirsə orada ilk öncə təlim və elmdən söz açılır.
Qurani-kərim Bəqərə surəsinin 31-ci ayəsində Adəmin yaradılışı barədə olan mövzunun davamında buyurur:

وَ عَلَّمَ ءَادَمَ الْأَسمْاءَ كلُّها

"(Allah) Adəmə hər şeyin adlarını (məna və xüsusiyyətlərini) öyrətdi.”
Həmçinin Nəhl surəsinin 78-ci ayəsində oxuyuruq:

وَ اللَّهُ أَخْرَجَكُم مِّن بُطُونِ أُمَّهَتِكُمْ لَا تَعْلَمُونَ شَيْا وَ جَعَلَ لَكُمُ السَّمْعَ وَ الْأَبْصَرَ وَ الْأَفْدَةَ لَعَلَّكُمْ تَشْكُرُونَ

"Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı, sizə qulaq (eşitmə), gözlər (görmə) və qəlb (dərk və şüur) verdi ki, bəlkə şükr edəsiniz.”
Bu qəbildən olan ayələr, eləcə də sonuncu peyğəmbər həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) və məsum İmamların (onların hamısına Allahın salamı olsun) hədisləri həddən çoxdur.
İnsanın təkamülü yolunda elm və mərifətin əhmiyyətini dərk edən şəxs insanların təlim və maariflənməsində vasitəçi olmağın necə böyük hünər və iftixar oladuğunu açıq şəkildə görə bilər.
Biz burada həzrət Fatimə əleyhasalamın elm və təlimə necə qiymət verməsi barədə iki hadisəni nəzərinizə çatdırırıq.
"Biri imanlı digəri isə dinin düşməni olan iki qadın bir elmi mövzu barədə ixtilafa düçar oldular, onlar ixtilaflarının həlli üçün xanım Fatimənin (ə) yanına gəlib mövzunu, eləcə də öz nəzərlərini açıqladılar. Həzrət Fatimə (ə) imanlı qadının haqlı olduğunu bildirib onun sözünü dəlil və sübutlarla təsdiqlədi. Beləliklə də imanlı qadın dinsiz qadına qalib gəlmiş oldu. O qadın buna görə çox sevindi. Həzrət Fatimə (ə) imanlı qadına buyurdu: (Elmini dəlil və sübutlarla möhkəmləndirdiyinə görə) mələklər səndən daha çox sevinirlər. Şeytan və onun yolunu gedənlər isə o düşmən qadından daha çox qəmli və dilxordurlar.
Allah Taala mələklərə buyurdu: - Fatimənin (ə) bu imanlı qadına (elm öyrətmə) xidmətinə görə onun üçün nəzərdə tutulmuş cənnət nemətlərini min dəfələrlə artırın, eləcə də öz elmi ilə hər hansı bir imanlı şəxsə elmi kömək edərək onun düşmənlər üzərində qalib gəlməsinə səbəb olan hər bir alimin cənnət nemətlərini min dəfələrdə artırın.”
Biharul ənvar 2-ci cild 8-ci səhifə (İmam Həsən Əskəri əleyhissalamın təfsirindən nəql edilib)
.
"Mədinə şəhərinin əhalisindən olan bir qadın xanım Fatimənin (ə) evinə gəldi və dedi: Mənim qoca anam var, onun namaz ilə əlaqədar suallarını cavablandırmağınız üçün məni sizin yanınıza göndərib. Təki suallarının cavabını öyrənib ona deyim. 
Həzrət Fatimə (ə) buyurdu: Suallarını soruş.
Qadın bir-bir suallarını soruşmağa başladı, belə ki, çoxlu sullar verdi. Birdən (vaxtın çox keçdiyini görüb) utandı (narahat oldu) və dedi: ey Allahın peyğəmbərinin qızı! Daha sizə əziyyət vermək istəmirəm.
Həzrət Fatimə (ə) buyurdu:

هاتي وسلي عما بدا لك ، أرأيت
من اكتري يوما يصعد إلى سطح بحمل ثقيل وكراه مائة ألف دينار ، يثقل
عليه ؟ فقالت : لا ، فقالت : اكتريت أنا لكل مسألة بأكثر من ملء ما بين
الثرى إلى العرش لؤلؤا ، فأحرى أن لا يثقل علي

Yenə də gəl, nə qədər sualın olsa məndən soruş. (Səndən bir söz soruşum,) əgər bir nəfəri əcir tutalar ki, ağır bir yükü evin damına qaldırsın, əvəzində isə həmin şəxsə yüz min dinar (yüz min qızıl sikkə) verəcəklərini desələr, həmin yükləri qaldırmaq əcir tutulmuş şəxsə ağır və çətin gələrmi?
Qadın dedi: Yox.
Həzrət Fatimə (ə) buyurdu: -Mən (sualı olanların) hər sualına cavab verdikdə yerdən ərşə (göyə) olan məsafə qədərində ləl və cəvahirat nəsibim olur. Deməli bu (elm öyrətmək, suallara vacab vermək, insanları maarifləndirmək) mənə ağır gəlməməlidir.”
Mustədrəkul vəsail 17-ci cild 318-ci səhifə 21460-cı hədis
.
Bu hədislərdə bir çox incəliklər vardır, o cümlədən:
1- Elm öyrətməyin dəyərini hər bir bilik əhli bilməlidir.
2- İnsanlara elm öyrətməkdən və insanların suallarına cavab verməkdən yorulmaq həqiqi alimlərə aid olsa xüsusiyyət deyil.
3- İnsanların elm öyrənmələrini və onların maariflənməyini istəyən şəxs onların suallarından qaçmamalı, əksinə insanları daha çox sual verməyə təşviq etməlidir.
4- Bəzi bilikli şəxslər çalışırlar ki, ən yaxşı bildiyi mövzuda, məsələn yarım saat, söhbət (moizə) edib canlarını qurtarsınlar və insanların suallarından qaçırlar, bu üslub Əhli-beytin üslubu deyil. 
5- İnsanların suallarını həvəslə dinləyin və onların suallarını təmkin və şövq ilə cavablandırın.
6- Verəcəyiniz cavabların dəqiq olduğuna əvvəlcə özünüz əmin olun, cavablarınız dəlil və sübutlar əsasında olsun.
7- İnsanların suallarına qaneedici cavablar verin.


Rza Əzizoğlu İrəvani

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Novruz barədə yeddi qeyd
Novruz barədə yeddi qeyd
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Əhlibeytin (ə) elmi məqamı (1)
Əhlibeytin (ə) elmi məqamı (1)
Həzrət Zəhra (s) nə vaxt şəhid olacağından xəbərdar idi?
Həzrət Zəhra (s) nə vaxt şəhid olacağından xəbərdar idi?
Tövbə qapısı
Tövbə qapısı
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Mübahilə günü
Mübahilə günü
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Əhli-Beytə (ə) nə üçün ağlayaq?
Əhli-Beytə (ə) nə üçün ağlayaq?
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Salavatın fəziləti
Salavatın fəziləti
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))