Shia.az SonUmidTv media
sitename

İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat


O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq (əleyhissəlam) olmuşdur. İmam Kazim (əleyhissəlam) hicrətin yüz iyirmi səkkizinci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva’ adlı bir yerd dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur.

İmam Kazim əleyhissəlamın müasiri olmuş xəlifələr

Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (əleyhissəlam) şəhid olduqdan sonra İmam Kazim əleyhissəlamın İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun müasiri olmuşdur:


Mənsur Dəvaniqi (137-158 h.q);

Məhəmməd − Məhdi adı ilə tanınmış (158-169);

Musa − Hadi adı ilə tanınmış (169-170);

Harun Ər-Rəşid (170-193).


İmam Sadiq (əleyhissəlam) şəhid olan zaman Mənsur Dəvaniqi öz hakimiyyətinin kulminasiya mərhələsini yaşayırdı.


Mənsur elə bir şəxsiyyət idi ki, öz hakimiyyət dayaqlarını möhkəmləndirməkdən ötrü saysız-hesabsız insanları qətlə yetirirdi. O, bu işdə təkcə şiələri deyil, eləcə də, onunla müxalif olan sünni məzhəbinin fəqih və digər böyük şəxsiyyətlərinə ağır əzablar verirdi. Belə ki, Əbu Hənifəni (Abdullahın oğlu və İraqda Abbasilər qiyamının müxaliflərinin başçısı olan) İbrahimi himayə edərək onun (Mənsurun) əleyhinə fətva verdiyinə görə şallaq vurduraraq həbs etdirmişdi.1

İmam Kazim (əleyhissəlam) atasının vəfatından sonra iyirmi yaşında İslam hökumətinin (bütün xilafət ərazisinin) xəlifəsi sayılan belə bir zalım hakimlə üzləşmişdi. Mənsur (Mədinə hakimi olan) Məhəmməd ibn Süleymandan İmam Sadiq əleyhissəlamın şəhadət xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki, əgər Cə’fər ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)) öz yerinə bir nəfər canişin tə’yib edibsə, onu çağırtdır və boynunu vur! Çox çəkmədi ki, Mədinə hakimi Bağdada (Mənsura) aşağıdakı məzmunda bir məktub yazdı: "Cə’fər ibn Məhəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində beş nəfəri öz canişini tə’yin etmişdir. O beş nəfər bunlardır:

Dövrün xəlifəsi – Mənsur Dəvaniqi;

(Mədinə hakimi və məktubu yazanın özü) Məhəmməd ibn Süleyman;

Abdullah ibn Cə’fər ibn Məhəmməd (İmam Kazim əleyhissəlamın böyük qardaşı);

Musa ibn Cə’fər (İmam Kazim (əleyhissəlam));

Həmidə (İmam Sadiq əleyhissəlamın həyat yoldaşı);”

Mədinə hakimi bunları yazdıqdan sonra qeyd etmişdi ki, bunlardan hansını çağırıb boynunu vurdurum?

Vəziyyətin belə alınacağını gümanına belə gətirməyən Mənsur həddən artıq bərk qəzəblənib qışqırır ki, bunları öldürmək olmaz![1]

İmam Sadiq əleyhissəlamın bu vəsiyyətnaməsi tamamilə siyasi bir hərəkət idi. Çünki İmam Sadiq (əleyhissəlam) özündən sonrakı İmamı və öz canişinini qabaqcadan şiələrə tanıtdırmış,[2] lakin Mənsurun bu cür təhlükəli planlarından xəbərdar olduğu üçün yeddinci İmamın canını qorumaq məqsədilə vəsiyyətini bu şəkildə yazmışdı.


’fəri məktəbinin hamisi


O dövrün vəziyyətinə nəzər saldıqda mə’lum olur ki, Mənsur hökumətinin əvvəlcədən üzərində nəzarəti olan hər hansı bir qəti iş və proqramı həyata keçirmək məsləhət olmamışdır. Buna görə də, İmam Kazim (əleyhissəlam) atasının tutduğu elmi yolu davam etdirərək böyük elm ocağı (lakin İmam Sadiq əleyhissəlamın təşkil etdiyi elm ocağından kiçik) yaradıb tanınmış elmli və fəzilətli şəxsiyyətləri yetişdirməyə başlayır.

Seyyid ibn Tavus yazır: "İmam Kazim əleyhissəlamın xüsusi dostlarından böyük bir qismi və həmçinin, Bəni-Haşim qəbiləsinin böyük şəxsiyyətləri o Həzrətin ətrafına yığışaraq onun dürəfşan kəlamlarını, suallara verdiyi cavabları və irəli çıxan məsələlər haqqında verdiyi hökmləri qeyd edirdilər.”[3]

Seyyid Əmir Əli yazır: "Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (əleyhissəlam) Mədinə şəhərində vəfat etdi. Ancaq xoşbəxtlikdən onun təşkil etdiyi elm ocağı bağlanmadı, əksinə o Həzrətin canişini – oğlu İmam Kazim əleyhissəlamın rəhbərliyi sahəsində bu elm ağacı öz parlaqlığını daha da qorudu.[4]

Musa ibn Cə’fər (İmam Kazim (əleyhissəlam)) öz dövrünün bütün alimlərini heyrətə gətirməklə yanaşı, həm də əxlaqi dəyərlər və ali insani sifətlər baxımından da ad çıxarmışdı. Belə ki, o Həzrətin iftixar dolu həyatı ilə tanışlığı olan alimlərin hamısı onun əxlaqı qarşısında baş əyirlər.

Sünni məzhəbinin görkəmli hədisçisi və alimi ibn Həcər Heytəmi yazır: "Museyi-Kazim (əleyhissəlam) atasının elm və biliyini irs aparmış, atasının fəzilət və kamalına malik olmuşdur. O, (cahil və nadan insanlarla) fövqəl’adə güzəşt və səbrlə davrandığına görə Kazim[5] ləqəbini almış, onun dövründə heç kim İlahi maarif və bilik baxımından ona çatmamışdır.[6]


Mənbə: Mehdi Pişvayinin Məsum İmamların Tarixi Kitabından Tərcümə edən: Mais Ağaverdiyev

1 Tarixül-xüləfa, səh.259.

[1] Üsuli-kafi, c. 1, səh. 310-311; Biharül-ənvar, c. 47, səh. 3; E`lamül-vəra, səh. 299.

[2] İrşad, səh. 304-306; Biharül-ənvar, c. 47, səh. 253. c. 48, səh. 16-17.

[3] Əl-ənvarül-bəhiyyə, səh.170.

[4] Müxtəsəri-tarixil-ərəb, səh.209.

[5] Kazim ərəb dilində "qəzəbini boğan” deməkdir.

[6] Əs-səvaiqül-mühriqə, səh.203.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Hadinin (ə) təvəllüdü
İmam Hadinin (ə) təvəllüdü
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
İmam Baqirin (ə) təvəllüdü günü
İmam Baqirin (ə) təvəllüdü günü
Qunutda dünyasını dəyişən Ayətullah
Qunutda dünyasını dəyişən Ayətullah
Novruz və İslam.
Novruz və İslam.
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
İmam Sadiq (ə) buyurmuşdur: “Dişləri fırça ilə yumaq sünnədir və onun on bir xüsusiyyəti vardır:
İmam Sadiq (ə) buyurmuşdur: “Dişləri fırça ilə yumaq sünnədir və onun on bir xüsusiyyəti vardır:
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Əbu Hureyrənin əvvəli və sonu:4
Əbu Hureyrənin əvvəli və sonu:4
Yuxunun Şərhi
Yuxunun Şərhi
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
Imam Mehdi ə.f zuhurunu gözləyənlərə şad xəbər Səudiyyə Kralı öldü
Imam Mehdi ə.f zuhurunu gözləyənlərə şad xəbər Səudiyyə Kralı öldü
Hacı Əhliman Vəhdət həftəsi Hz.Peyəmbərin (s) və İmam Sadiq (ə) Mövlüdu təbriki
Hacı Əhliman Vəhdət həftəsi Hz.Peyəmbərin (s) və İmam Sadiq (ə) Mövlüdu təbriki
İmam Həsən Əskəri əleyhissəlamın yeddi cəhətli fəaliyyəti
İmam Həsən Əskəri əleyhissəlamın yeddi cəhətli fəaliyyəti
İmam Həsən Əskəri əleyhissəlamın həyatı barədə  məlumat
İmam Həsən Əskəri əleyhissəlamın həyatı barədə məlumat
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Ayətullah Behcət Ağanı tanıyaq
Ayətullah Behcət Ağanı tanıyaq
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Salavatın fəziləti
Salavatın fəziləti
ŞİƏNİN TARİXİ (1)
ŞİƏNİN TARİXİ (1)
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))