Shia.az SonUmidTv media
sitename

İmam Cavad (ə) kamillik yolunu getmək istəyənlərə fərdi və ictimai siması ilə bənzərsiz bələdçi və bəşəriyyət simvollarından biridir. O həzrətin gözəl əxlaq və rəftarları ilə bağlı nəql edilən rəvayətləri ətraflı şəkildə burada qeyd edə bilmədiyimizdən, insanlara yaxşılığı, düyaya rəğbətsizliyi, kəramət və səxavətliliyi ilə əlaqədar bir neçə nümunəni qeyd etməklə kifayətlənirik:

1. İnsanlara yaxşılığı:

Əhməd ibn Zəkəriyya Seydəlani "Sicistan (Heratın cənubunda yerləşən və əhalisi şərafətli şiələrdən olan bir məntəqə) əhalisindən və Bəni-Hənifə qəbiləsinin bir nümayəndəsindən belə nəql edir: "Mötəsimin xilafətinin ilk vaxtlarında imam Cavadla (ə) həcc yoldaşı oldum. Süfrə başında yemək yeyərkən İmama (ə) dedim: "Sənə fəda olum, bizim valimiz siz Əhli-beyti (ə) sevənlərdəndir. Mənim də dövlətə vergi borcum var. Sənə fəda olum, əgər məsləhət bilirsənsə, ona bir məktub yazıb mənə yaxşılıq etməsini buyurardın.”

İmam (ə) əvvəl üzr istədi, sonra valinin imamətə əqidəli olduğunu bildikdən sonra müsbət cavab verdi. Həzrət valiyə məktubunda "Bismillah”dan sonra belə yazdı: "Mənim bu məktubumu çatdıran sənin haqq məzhəbdə olduğunu dedi. Bu Əhli-beytin məzhəbidir. Əməllərindən yalnız etdiyin yaxşılıq sənə qalacaq. Elə isə qardaşlarına yaxşılıq et və bil ki, Allah-Taala zərrə və xardal dənəsi qədər kiçik əməllərinə görə səndən sorğu-sual edəcək.”

Həmin şəxs vətəninə dönüb valiyə imam Cavadın (ə) ona məktub göndərdiyini bildirdi. Vali tez məktubu alıb öpdü. Məktubu oxuyandan sonra onun ehtiyacının nədən ibarət olduğunu soruşdu. Həmin şəxs ehtiyacını açıqladı. Vali dedi: "Mən nə qədər valiyəmsə, vergi vermə.” Sonra vali ona və ailəsinə hədiyyə və ehsan verilməsini əmr etdi. Həmin şəxs valinin rəhbərlik etdiyi müddətdə əsla vergi vermədi və vali də öz hədiyyə və ehsanlarını ondan əsirgəmirdi.” ("Biharül-ənvar”, c.12, səh.129.)

2. Dünyaya rəğbətsizliyi:

İmam Cavad (ə) ömrünün baharında, elə gənc ikən dünyanın bütün zinətlərindən üz döndərmişdi. Şiələrdən İmama (ə) çatan şəri-dini vergilərdən və Qum şəhərində vəqflərin gəlirlərindən əlavə, Məmun tərəfindən də o həzrətə çoxlu miqdarda pul verilirdi. İmam (ə) pulları şəxsi işlərinə xərcləmir və yoxsullara paylayırdı.

Hüseyn Məkari Bağdadda rəsmi dairələr və xalq tərəfindən imam Cavada (ə) böyük hörmət olunduğunu gördükdə, öz-özünə dedi: "İmam (ə) Bağdadda bu cür neməti qoyub vətəninə dönməz.” İmam (ə) onun qəlbindən keçənləri duyub buyurdu: "Ey Hüseyn, babam Rəsulullahın (s) türbəsində duz-çörək mənim üçün gördüyün halımdan çox xoşdur.”

3. Kəramət və səxavətliliyi:

Səxavət imam Baqirin (ə) ən bariz xüsusiyyətlərindən biri idi. O həzrət həmişə yoxsullara və məhrumlara yaxşılıq edər, onları sevindirərdi. O həzrət yoxsullara etdiyi çoxlu yaxşılıq və ehsanlarına görə "Cavad” (səxavətli) ləqəbi ilə məşhurdur. Tarixçilər onun səxavəti barədə bir çox rəvayətlər nəql etmişlər. O cümlədən:

1. Nəql olunur ki, Ələvilərdən biri Mədinədə bir xidmətçi almaq istəyirdi, amma baha olduğu üçün imkanı çatmırdı. İmam Cavadın (ə) yanına gəlib vəziyyətindən şikayət edir. İmam (ə) sahibinin kim olduğunu soruşur. Sonra onun yanına gedib xidmətçini və onun işlədiyi bağı satın alır. Bundan xəbərsiz olan Ələvi yenidən xidmətçi ilə maraqlandıqda onun satıldığından agah olur. Ələvi müştərinin kim olduğunu soruşduqda, "bilmirik” cavabını eşidir. Tez imam Cavadın (ə) hüzuruna gedib uca səslə deyir: "Xidmətçi alınıb.” İmam (ə) gülümsəyərək buyurur: "Bilirsənmi, onu kim alıb?” Ələvi deyir: "Xeyr.” İmam (ə) Ələvi ilə birlikdə xidmətçinin işlədiyi bağa gəlir. İmam (ə) əmr edir ki, bağa daxil olsun. O, bağın sahibini tanımadığı üçün daxil olmaq istəmir. İmam (ə) isə israr edir. O, İmam (ə) ilə bağa daxil olur. Xidmətçini görəndə İmam (ə) ona buyurur: "Onu tanıyırsanmı?” Ələvi deyir: "Bəli.” İmam (ə) buyurur: "Xidmətçi, qəsr, bağ və bütün gəlirləri və qəsrdə olan bütün avadanlıqlar sənindir.” Ələvi sevincindən dərisinə sığmır və başa düşür ki, imam Cavad (ə) xidmətçini və digər şeyləri onun üçün alıb.

2. Əhməd ibn Hədid dostları ilə birlikdə həccə gedirdi. Yolda quldurlar hücum edib, onların pulları və digər əşyalarını qarət edirlər. Mədinəyə çatanda Əhməd imam Cavadın (ə) yanına gəlib başına gələn macəranı danışır. İmam (ə) ona paltar və karvandan qarət olunmuş miqdarda pul verir. O da pulları dostları arasında paylayır. Beləcə, imam Cavad (ə) ona və dostlarına lütf-mərhəmət göstərib, dəymiş ziyanlarını ödəyir. ("Əl-vafi bil-rafiyyat”, c.4, səh.105; "Biharül-ənvar”, c.12, səh.109.)

Rza Şükürlü

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
Sənə yaxşılıq edənin haqqı budur ki
Sənə yaxşılıq edənin haqqı budur ki
Xanım Məsumə(s.ə)-nın həyatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?

Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?
Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?
12 İmamın adı
12 İmamın adı
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
İmam Hüseyn (ə) həsr olunmuş Quran gecesi _ Meherremlik (Hacı Cavad Məscidi )25.10.2015
İmam Hüseyn (ə) həsr olunmuş Quran gecesi _ Meherremlik (Hacı Cavad Məscidi )25.10.2015
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Hacı Rza - Imam Cavad (ə)-ın şəhadəti 12092015
Hacı Rza - Imam Cavad (ə)-ın şəhadəti 12092015
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?
Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Hadinin (ə) təvəllüdü
İmam Hadinin (ə) təvəllüdü
İmam Baqirin (ə) təvəllüdü günü
İmam Baqirin (ə) təvəllüdü günü
VALIDEYN HÜQUQU
VALIDEYN HÜQUQU
Qunutda dünyasını dəyişən Ayətullah
Qunutda dünyasını dəyişən Ayətullah
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Daha çox oxumaq istəyirsən? )))