Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename

Elmləri fəth edən, bilik qapılarını açan
Elmləri
fəth edən, bilik qapılarını açan

İmam Baqir əleyhissəlamın parlaq elmi əsərləri  İslam cəmiyyətinə təhvil verdiyi dəyərli şagirdləri İslam Peyğəmbərinin uzaqgörənliyini çin çıxartdıPeyğəmbərin (səlləllahu əleyhi  alihuzaqgörənliyini ehtiva edən bu hədisin ravisi (rəvayətçisiİslamın ilkin çağlarının görkəmli şəxsiyyətlərindən biri olan Cabir ibn Abdullah Ənsaridirİslam Peyğəmbərinin dostlarından olan  o Həzrətin ailəsinə xüsusi əlaqə ilə yanaşan Cabir deyir: “Bir gün Peyğəmbər (səlləllahu əleyhi  alihmənə buyurdu: Məndən sonra mənim nəslimdən olan elə bir şəxsi görəcəksən ki, onun adı mənim adıma, özü  mənə oxşayacaqO, elm qapılarını camaatın üzünə açacaq.” İslam Peyğəmbəri bunu deyəndə hələ İmam Baqir (əleyhissəlamdünyaya gəlməmişdiBu hadisədən neçə illər ötdüDördüncü İmamın dövrü yetişdiBir gün Cabir Mədinənin küçələrinin birindən keçəndəgözü Həzrət Baqir əleyhissəlama sataşdıGördü ki, Peyğəmbərin (səlləllahu əleyhi  alihbuyurduğu bütün nişanələr onda varSoruşdu: “Adın nədir?” Həzrət Baqir (əleyhissəlambuyurdu: “Adım Məhəmməd ibn Əli ibn Hüseyndir.” Cabir onun alnından öpüb buyurdu: “Cəddin Peyğəmbər (səlləllahu əleyhi  alihmənim vasitəmlə sənə salam göndərdi.” Cabir o gündən etibarən İslam Peyğəmbərinin hörmətini qorumaq  İmam Baqir əleyhissəlamın əzəmətini göstərmək məqsədilə gündə iki dəfə o Həzrətin görüşünə gedərdiCabir Peyğəmbər məscidində camaatın arasında oturub (İmam Baqir əleyhissəlamın işlərinə irad tutan zi şəxslərin cavabındaPeyğəmbərin (səlləllahu əleyhi  alihuzaqgörənliyini rəvayət edirdi.[1]

Bir incəlik

Burada qeyd etməliyik ki, Cabirin İmam Baqir (əleyhissəlamilə görüşü  Peyğəmbərin (səlləllahu əleyhi  alihsalamını İmama çatdırması Ricali-Kəşşi, Kəşfül-ğümmə, Əmaliyi-Səduq, Əmaliyi-Şeyx Tusi, İxtisasi-Müfid  bu kimi kitablarda müxtəlif rəvayətlər  bir-birinə oxşar məzmunlarla qeyd olunmuşdurBu rəvayətlər iki cəhətdən bir-birinə zidd nəzərə yetişir:

1) Bu rəvayətlərin bir qisminin nasından belə başa düşülür ki, Cabir İmam Baqir əleyhissəlamı Mədinə küçələrinin birində görmüş, ikinci qismi rəvayətlərin nasından belə başa düşülür ki, Cabir İmam Baqir əleyhissəlamı İmam Zeynül-abidin əleyhissəlamın (ni atasınınevində görmüş, üçüncü qisim rəvayətlərdən isə belə başa düşülür ki, İmam Baqir (əleyhissəlamözü Cabirin yanına getmiş, Cabir  onu orada tanımışdır.

2) Bu rəvayətlərin zisində deyilir ki, Cabir həmin vaxt kor olmuş, zilərində isə deyilir ki, Cabir diqqətlə İmam Baqir əleyhissəlamı nəzərdən keçirtdiTəbii ki, bu məsələ Cabirin kor olması ilə heç  uyğun gəlmir.

Birinci ziddiyyətin cavabında deməliyik ki, bir az diqqət etsək, bu rəvayətlər arasında heç bir ziddiyyət olmadığını görərikÇünki zi faktlar göstərir ki, Cabirin Peyğəmbər ailəsi ilə xüsusi əlaqə  məhəbbəti olduğundan Peyğəmbərin (səlləllahu əleyhi  alihuzaqgörənlik  İmam Baqir (əleyhissəlamüçün göndərdiyi salamı dəfələrlə təkrar edir, bu yolla da İmam Baqir əleyhissəlamın məqamının  əzəmətinin yaxşı aydın olmasını istəyirdiBelə olduqda bu məsələnin bir neçə dəfə müxtəlif yerlərdə təkrar olunmasının  eybi var?

İkinci ziddiyyətin cavabı isə budur ki, Cabirin İmam Baqir əleyhissəlamı görüb onu diqqətlə nəzərdən keçirməsindən söhbət edən rəvayətlər ola bilsin onun kor olmazdan qabaqkı vaxtına aiddirBelə ki, Şeyx Müfid İmam Baqir əleyhissəlamdan rəvayət edirCabir ibn Abdullah Ənsarinin yanına gedib ona salam verdimSalamımın cavabını alıb soruşdu: “Kimsən?” Bu hadisə onun gözləri tutulandan sonra olmuşdur.[2] Bu rəvayətə bənzər digər birisini  Səbt ibn əl-Cuzi nəql etmişdir.[3]

İctimai-siyasi durum

Qeyd etdik ki, İmam Baqir (əleyhissəlambeş Əməvi xəlifəsinin müasiri olmuşdurİndi isə İmam Baqir əleyhissəlamın hansı ictimai-siyasi şəraitdə yaşadığını bilmək üçün o Həzrətin müasiri olmuş xəlifələrin idarə sistemindəki xüsusiyyətlərini izah edirik.

Vəlid ibn Əbdülməlik

Vəlid ibn Əbdülməlik İmam Baqir əleyhissəlamın müasiri olmuş ilk xəlifədirOnun xüsusiyyətləri barədə İmam Səccad əleyhissəlamın həyatı bölməsində şərh verdiyimiz üçün burada təkcə bunu əlavə edib deyirikVəlidin hakimiyyət dövrü müsəlmanların kafirlərlə mübarizədə zəfər  qələbə dövrü olmuşdurOnun hakimiyyəti dövründə xilafət ərazisi həm Şərqə, həm  Qərbə doğru genişləndiVəlid öz hakimiyyəti zamanı ölkədə hökm sürən asayiş nəticəsində özündən qabaqkı xəlifələrin dövründə ələ gəlmiş qələbələri davam etdirə bildiBuna görə onun hakimiyyət dairəsi Şərq  Qərb istiqamətlərində genişlənərək Hindistanın bir hissəsi, həmçininKabul, Kaşğar, Tus  bir çox digər böyük ərazilər geniş İslam ölkəsinə birləşdirildiOnun zəfərləri İspaniyaya qədər gedib çatmış, İspan imperiyasının qoşunları Musa ibn Nüseyrin başçılığı altında idarə olunan İslam ordusu ilə mübarizədə məğlub olmuş  bu ölkə müsəlmanların əlinə keçmişdi.[4]

Süleyman ibn Əbdülməlik

Süleyman ibn Əbdülməlikin hakimiyyət dövrü çox qısa olmuşdurO, üç ildən çox hakimiyyətdə qalmamışdır.[5] Süleyman hakimiyyətə gəldiyi ilk çağlarda özünü bir az mülayim aparmış, İraq həbsxanalarının qapılarını açdıraraq Həccac ibn Yusif tərəfindən həbsə alınmış minlərlə günahsız məhbusu azad etmiş, Yusif ibn Həccacın maliyyə işlərinə yin etdiyi şəxsləri işdən uzaqlaşdırıb onun zalımcasına qurulmuş bir çox proqramlarını ləğv etmişdi.

İntiqam alovu

Süleyman ibn Əbdülməlikin İraqın günahsız məhbuslarını azad etməsi ötəri bir şey idiO, sonradan özünün bu metodunu dəyişərək şəxsi hesablar  hissiyyatların siri nəticəsində zülm  cinayətə əl atdıQəbilə təəssübkeşliyi məqsədilə Müzəri qəbiləsindən olanları təzyiqlərə ruz qoyub onların rəqibləri olan Qəhtani qəbiləsini (Yəmən qəbilələrinimüdafiə edirdi.[6] O, həmçinintanınmış şəxsiyyətləri  ordu başçılarından zilərini öldürərək İspaniya zəfərinin iki cəsur qəhrəmanları Musa ibn Nüseyr  Tariq ibn Ziyada soyuq yanaşıb onları işdən qovdu.[7] 

İslamın siyasi tarixi” kitabının müəllifi yazır: “Süleyman ibn Əbdülməlik öz valiləri barədə xüsusi ölçülər götürürdüzilərinə məhəbbətlə yanaşır, zilərini isə aradan qaldırmaq üçün plan çəkirdiHindistan əmiri Məhəmməd ibn Qasim, Mavəraun-nəhrin əmiri Qüteybə ibn Müslim  İspaniya əmiri Musa ibn Nüseyr Süleymanın düşmənçilik etdiyi şəxslərdən olmuşlar.”[8] Bu düşmənçiliklərin hamısı şəxsi  qəbilə məqsədləri nəticəsində əmələ gəlmişdiTəəssüflər olsun ki, burada bu barədə çox söhbət etmək mümkün deyil.

Hökumət sarayının özbaşınalığı və fəsad işləri

Süleman ibn Əbdülməlik çox acgöz, qarınqulu, kefcil  gözəllikpərəst bir adam olmuşdurO, bir neçə adi adamın yediyi qədər yemək yeyərdiOnun üçün açılmış süfrələr həmişə təmtəraqlı olardıO, l-cəvahiratla bəzədilmiş, qıraqları zərli saplarla toxunulmuş qiymətli paltarlar geyər  bu işdə o qədər ifrata yol verərdi ki, hətta onun aşbazxana işçilərinin onun yanına adi paltarda gedib-gəlməsinə icazə verməzdiOnlar məcbur idilər ki, onun yanına gedəndə rəngli  üzərində ipək saplarla işlənilmiş paltarlar geysinlərHökumət sarayındakı bu gözəllikpərəstlik yavaş-yavaş digər şəhərlərə  gəlib çıxdı, Yəmən, Kufə  İskəndəriyyə şəhərlərində  camaat bu cür paltarlar geyməyə öyrəşdi.[9]

[1] Biharül-әnvar, c.46, sәh.226.

[2] Əl-İrşad, sәh.262.

[3] Tәzkirәtül-xәvass, sәh.337.

[4] İspaniya, yaxud müsәlmanların Avropada hakimiyyәti, sәh. 17-18.

[5] Əl-Kamilu fit-tarix, c.5, sәh.11 vә 37.

[6] Tarixi-sәdril-İslam vәd-dövlәtül-Əmәviyyә, sәh.197.

[7] Müxtәsәri-tarixil-әrәb, sәh.125.

[8] İslamın siyasi tarixi (Doktor İbrahim Hәsәn), c.1, sәh.401.

[9] Mürucuz-zәhәb, c.3, sәh.175.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))