Shia.az SonUmidTv media
» » » Yəhudilərin müqəddəs kitabında fərəc intizarı haqqında danışılırmı?
Русская версия сайта Русская версия сайта
sitename

 

Sual: Yəhudilərin müqəddəs kitabında fərəc intizarı haqqında danışılırmı?Yəhudilərin müqəddəs kitabında fərəc intizarı haqqında danışılırmı?

Cavab: Yəhudilərin enişli-yoxuşlu tarixində vəd olunmuş xilaskarın zühuru ilə bağlı məlumatlar var. Müqəddəs kitablardan olan "Əhdi-qədimdə” Davudun nəğmələri kitabında 37-ci nəğmədə oxuyuruq: "Şər adamların və zalımların varlığı səni məyus etməsin; Çünki zalımların nəsli yer üzündən kəsiləcək. İlаhi ədalətin intizarında olanlar yer üzünə varis olacaq. Allahın lənətinə gələnlər arasında təfriqə düşəcək. O kəslər salehdirlər ki, yer üzünə varis olub, tarixin sonunadək yer üzündə ömür sürəcəklər”.

Rum valilərinin Fələstinə hökmranlığı zamanı ilahi yardıma intizar həyəcanı zirvə həddinə çatdı. Bu səbəbdən də Yəhya "Tövbə edin, fələklər yaxındadır” deyərək nida çəkdiyi vaxt xalq onun çağırışına can-dildən səs verdi. Yəhyanın sözləri eşidənlərin qəlbini silkələdi, məzlumlar bu sözlərdən şövqə gəldi, onların qəlbində Məsihin intizar şövqü daimi olaraq alovlanırdı.

 

Sual: Məsih (xilaskar) intizarı nə deməkdir?

Cavab: Yəhudilər möhnət dolu tarixləri boyu ümid etmişlər ki, bir gün Məsih gələcək, dünyaya hakim olub onları zillət girdabından xilas edəcək. İndi də Fələstini işğal etmiş sionistlər qəsbkar İsrail rejiminin banisinin ildönümünün sonunda ibadət şeypurlarını üfürdükdən sonra bu sayaq dua edirlər: "Allahımızın iradəsi budur ki, Onun lütfü ilə azadlıq üfüqünü görək və Məsiha surunun səsi qulaqlarımıza nəvaziş versin”.[1]

Bəni-İsrail qövmünün öz qaranlıq keçmişi ilə xoşbəxt gələcək intizarında olması çox təbiidir. Bu həmin qövmdür ki, xilaskar kimi onlara üz tutmuş Həzrət Musanı tərəddüdlə qarşıladı. Bu ruhiyyə hələ də onlardan əl çəkməmişdir. Yalnız Həzrət Davudu padşah seçməklə bu qövmün arzusu yerinə yetmiş oldu. Davud yəhudi padşah nümunəsi olaraq əbədi xilaskarlıq simvoluna çevrildi. Əslində bəzi peyğəmbərlər və hikmət sahibləri də onu məsih kimi tanıyırlar.[2]

Davud və Süleyman əsrini yəhud qövmünün düşüncəsində Məsiha amanlarının çiçəklənməsi dövrü saymaq olar. Məsiha ümidi Bəni-İsrail hökumətinin ikiyə bölünməsi ilə (Həzrət Süleymandan sonra) daha da ciddiləşdi.

Peyğəmbərlər nəinki şövq atəşini diri saxlayır, hətta Məsiha məfhumunu daha da genişləndirirdilər. Onlar inanırdılar ki, Allah tərəfindən xilaskar göndəriləcək şəxs əksər peyğəmbərlər tərəfindən qəbul olunmuşdur.

"İşəya”nın verdiyi xəbərlərdə xilaskar haqqında aşkar məlumatlar var. Yəhud qövmünə təsəlli verən xilaskarlıq ideyası həmin şəxsin öncəgörmələrində təsvir  olunmuşdur. Xilaskar ideal ədalətli hökumət qurmalı və həmin dövrdə bütün yer üzü ilahi mərifətə bürünəlidir. Necə ki sular dənizi örtür. Bu hadisə Bəni-İsrail dininin bütün yer üzünə yayılmasından sonra baş verməlidir. Möminlərin bayrağı ucaldılmalı, ümmətlər isə xilaskarı tələb etməlidirlər.[3]

Həmin xəbərlərdə oxuyuruq: "Axır əyyamda Allah evinin damı dağların qülləsində qərar tutacaq. Bütün ümmətlər ona doğru yola düşəcək...”[4]

Səfənyanın bəzi xəbərləri İşəyanın xəbərlərindən əhatəlidir. Onun nəzərincə, Məsiha əsri bütün yer üzünün islah dövrüdür. Çünki həmin dövrdə bütün ümmətlərə pak din veriləcək və onları birlikdə "Yəhvə” deyə çağıracaqlar. Hamı birlikdə ona ibadət edəcək. Məsihanın ardıcılı olan Təlmud belə təsvir olunur: "O, Davud səltənətindən olan bir şəxsdir. Onun müqəddəsliyi yalnız təbii bəxşişləri səbəbindəndir. Müşrik ümmətlər onun əli ilə məhv ediləcək, Bəni-İsrail qüdrətə çatacaq”. ("Yəhud ayinində Məsiha intizarı”, səh.65) [5]



[1] "Yəhudi ayinində Məsih intizarı”, səh.65.

[2] "Huşə”, 3:5; "Ərəmya”, 30:9; "Hizqiyal”, 37:24, 25.

[3] "İşəya”, 11:10; "Səfənya”, 3:9.

[4] "Səfənya”, 2: 2-4.

[5] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Məsihilər kimi xilaskar sayır?
Məsihilər kimi xilaskar sayır?
İncil kitabında İmam Mehdi (ə.f)
İncil kitabında İmam Mehdi (ə.f)
Həzrət İsanın (ə) missiyası nədir?
Həzrət İsanın (ə) missiyası nədir?
Yəhudilikdə məhdəviyyət inancı
Yəhudilikdə məhdəviyyət inancı
Yəhudilər kimi xilaskar sayır?
Yəhudilər kimi xilaskar sayır?
İMAM MEHDİ (Ə) HƏDİS İŞIĞINDA
İMAM MEHDİ (Ə) HƏDİS İŞIĞINDA
Quran körpənin imamət və nübuvvətini təsdiq edirmi?
Quran körpənin imamət və nübuvvətini təsdiq edirmi?
Uşaq yaşında imam olmaq barədə iradlara cavab
Uşaq yaşında imam olmaq barədə iradlara cavab
Həzrət İsaya (ə) niyə Ruhullah deyirlər?
Həzrət İsaya (ə) niyə Ruhullah deyirlər?
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
Vəhy günəşinin doğuşu (Məbəs bayramı münasibəti ilə)
Vəhy günəşinin doğuşu (Məbəs bayramı münasibəti ilə)
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Zeynəbin (s) təvəllüdü
Zühurdan sonra insanlar niyə günahdan uzaq olacaqlar?
Zühurdan sonra insanlar niyə günahdan uzaq olacaqlar?
Həzrət İmam Zamanın (ə.f) intizarı
Həzrət İmam Zamanın (ə.f) intizarı
Qurani-Kərimdə İmam Məhdi (ə.f) haqqında
Qurani-Kərimdə İmam Məhdi (ə.f) haqqında
Kərbəla meydanının qadın qəhrəmanı
Kərbəla meydanının qadın qəhrəmanı
İmam Zaman (ə) zühur edən zaman birinci bu sözü deyəcək~
İmam Zaman (ə) zühur edən zaman birinci bu sözü deyəcək~
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Adəm (ə) günahkardırmı?
Adəm (ə) günahkardırmı?
Əhlibeytin (ə) elmi məqamı (1)
Əhlibeytin (ə) elmi məqamı (1)
“Fərəc”  nə deməkdir?
“Fərəc” nə deməkdir?
Peyğəmbər (s) - Şölələnən çıraq
Peyğəmbər (s) - Şölələnən çıraq
Bayraq haqqında
Bayraq haqqında
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Hacı Rza İnsanin dindən intizarı (3-cü dərs)
Hacı Rza İnsanin dindən intizarı (3-cü dərs)
Hacı Rza İnsanin dindən intizarı (2-ci dərs)
Hacı Rza İnsanin dindən intizarı (2-ci dərs)
Hacı Rza İnsanin dindən intizarı (1-ci dərs)
Hacı Rza İnsanin dindən intizarı (1-ci dərs)
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Daha çox oxumaq istəyirsən? )))