Shia.az SonUmidTv media
sitename

 

İmam Mehdinin (ə.c) həyatının bütün yönləri – təvəllüdü, uşaqlıq dövrü, kiçik və böyük qeyb dövrləri, zühurununİMAM MEHDİ (Ə) HƏDİS İŞIĞINDA nişanələri, zühur əsri, dünyamiqyaslı hökuməti və bu kimi mövzular haqqında din rəhbərlərindən nəql edilmiş rəvayətlər olduqca çoxdur. O həzrətin xarici görünüşü, əxlaqi səciyyələri, qeyb dövrünün xüsusiyyətləri, zühurunun intizarını çəkənlərə veriləcək savab və mükafatlar haqqında da qiymətli hədis külliyyatı vardır. Bu hədislərin çoxunun şiə və sünni qaynaqlarında nəql edilməsi diqqəti daha cəlb edir və hətta onların bir çoxu "təvatür” həddinə belə çatmışdır.

Bu haqda diqqəti cəlb edən məsələlərdən biri də, bütün məsum rəhbərlərin (ə) imam Mehdi (ə) haqqında çox həssas və qiymətli hədislər nəql etmələridir və doğrudan da, bu hədislər, sanki ədalət bayraqdarının misilsiz qıyamı və inqilabını açıqlayan böyük hədis ensiklopediyasından ibarətdir. Burada məsum rəhbərlərin (ə) hər birindən imam Mehdi (ə) haqqında buyurduqları hədislərdən bir nümunə qeyd etməklə kifayətlənirik:

İslam Peyğəmbəri (s) buyurur: "Axır zamanda mənim ümmətim hökmranlar tərəfindən ağır bəlalara məruz qalacaq. Belə ki, ondan ağır və şiddətlisi eşidilməmişdir! Hətta yer üzü bu qədər genişliyi ilə belə, onlara dar olacaq, zülm və haqsızlıq hər yeri tutacaq. Mömin bir kəs zülmdən pənah aparmağa yer üzündə bir yer tapmayacaqdır. Bu zaman Allah-Taala mənim sülaləmdən olan bir nəfəri göndərəcək ki, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldursun. Göy və yerin sakinləri ondan razı olarlar, yer üzü özünün bütün toxumlarını cücərdər, səma bütün yağışını onun üzərinə tökər (və hər yeri xeyir-bərəkət bürüyər)!” ("Əl-müstədrəkü ələs-səhiheyn”, 4-cü cild, səh.465. Heydərabad çapı.)

İmam Əli (ə) buyurur: "Zühuru (Ali-Muhəmmədin (s) zühurunu) gözləyin və Allahın rəhmətindən ümidinizi üzməyin. Heç şübhəsiz, Allah dərgahında ən üstün əməllərdən biri də onun zühurunun intizarında olmaqdır.” ("Biharül-ənvar”, c. 52, səh.123.)

Həzrət Fatimeyi-Zəhranın (ə) "Səhifə”sində belə buyurulur: "(Allah-Taala buyurdu ki:) …Kainatda olanlara Öz rəhmətim sayəsində vəsilər silsiləsini Həsən Əskərinin (ə) oğlu ilə tamamlayacağam. O, (bir kəsdir ki;) Musanın (ə) kamalına, İsanın (ə) heybətinə və Əyyubun səbrinə malikdir...” ("Kəmalud-din”, c. 1, fəsil 28, hədis 1, səh.569.)

İmam Həsən (ə) Rəsulullahdan (s) sonrakı dövrlərdə baş verəcək çətinliklərə toxunduğu xütbəsrində belə buyurur: "Allah axır zamanda bir nəfəri göndərəcək, onu mələkləri ilə dəstəkləyib kömək edəcək və dostlarını qoruyacaq... Onu yer üzündə hamıdan üstün edəcək... O, yer üzünü haqq-ədalət, aydınlıq və aşkar dəlillərlə dolduracaq... O günü görən və onun sözlərini eşidənin xoş halına!...” ("Əl-ehticac”, c. 2, səh.70.)

İmam Hüseyin (ə) buyurur: "...Allah onun əli ilə ölmüş yer üzünü yenidən dirildib canlandıracaq, sonra müşriklərin xoşuna gəlməsə də, haqq dini digər dinlərə qalib edəcək. Onun üçün bir qeyb dövrü olacaq ki, bəziləri dindən dönəcək, bəziləri isə sabit qalacaqlar. Bilin ki, qeyb dövründə təkzib və əziyyətlərə səbir edənlərin mükafatı Rəsulullahın (s) yanında qılıncla cihad edən mücahidlər kimidir.” ("Kəmalud-din”, c. 1, fəsil 30, hədis 3, səh.584.)

İmam Səccad (ə) buyurur: "Kim, Qaimimizin (ə) qeyb dövründə bizə məhəbbətdə sabit və sadiq qalsa, Allah ona "Bədr” və "Ühüd” müharibələrində şəhadətə yetən min şəhidin savabını verər.” ("Kəmalud-din”, c. 1, fəsil 31, hədis 3, səh.592.)

İmam Baqir (ə) buyurur: "Bir zaman gələr ki, İmam qeybə çəkilər. O zaman "əmr”imizdə (vilayətdə) sabit qalan kəslərin xoş halına!...” ("Kəmalud-din”, c. 1, fəsil 32, h153, səh.602.)

İmam Sadiq (ə) buyurur: "Qaimin (ə) biri qısa, biri də uzunmüddətli olmaqla (ə) iki qeyb dövrü vardır.” ("Qeybəti-Nömani”, fəsil 10, fəsil 4, hədis 5, səh.176.)

İmam Kazim (ə) buyurur: "İmam (Mehdi (ə)) gözlərdən itsə də, heç vaxt möminlərin ürəklərindən çıxmayacaq.” ("Kəmalud-din”, c. 1, fəsil 34, hədis 6, səh.57.)

İmam Rza (ə) buyurur: "(Mehdi (ə)) qiyam etdiyi zaman yer üzü onun nuru ilə işıqlanacaq, insanlar arasında ədalət tərəzisi qurulacaq və heç kim başqasına zülm etməyəcək...” ("Kəmalud-din”, c. 1, fəsil 35, hədis 5, səh.60.)

İmam Cavad (ə) buyurur: "İnsanlar qeyb dövründə Qaimimizin (ə) zühurunun intizarını çəkməli, qiyam etdikdə əmrlərinə itaət etməlidirlər.” ("Kəmalud-din”, c. 1, fəsil 36, hədis 1, səh.70.)

İmam Hadi (ə) buyurur: "Məndən sonra imam, Həsəndir (ə) (Həsən Əskəridir). Sonra yerinə oğlu Qaim (ə) keçər və o, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq-ədalətlə doldurar.” ("Qeybəti-Nömani”, fəsil 37, hədis 10, səh.79.)

İmam Həsən Əskəri (ə) buyurur: "Məni öldürməyib canişinimi göstərən Allaha şükrlər olsun. O, insanlar içində yaradılış və əxlaqda Allahın Rəsuluna (s) ən çox bənzəyən kəsdir...” ("Qeybəti-Nömani”, fəsil 37, hədis 7, səh.118.)

Rza Şükürlü (Maide.az)

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Heç zaman qocalmayacaq İmamın (ə.f) mövludu mübarək!
Heç zaman qocalmayacaq İmamın (ə.f) mövludu mübarək!
Həzrət Sahibəzzamanın (ə) zühurunun ŞƏRTİ
Həzrət Sahibəzzamanın (ə) zühurunun ŞƏRTİ
İmam Zaman ağanın (ə.f) evi haradadır?
İmam Zaman ağanın (ə.f) evi haradadır?
İmam Mehdi (ə.f) Bermud adalarındadırmı? O evlidirmi?
İmam Mehdi (ə.f) Bermud adalarındadırmı? O evlidirmi?
Dəstəmaz alan zaman İmam Əli (ə) nə deyirdi?
Dəstəmaz alan zaman İmam Əli (ə) nə deyirdi?
Atanın haqqı. Ailəni idarə etmək üçün kişiyə lazım olan 3 xüsusiyyət
Atanın haqqı. Ailəni idarə etmək üçün kişiyə lazım olan 3 xüsusiyyət
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
Həzrət Qaim (ə.f), əynində Həzrət Yusifin (ə) köynəyi olaraq qiyam edəcəkdir
Həzrət Qaim (ə.f), əynində Həzrət Yusifin (ə) köynəyi olaraq qiyam edəcəkdir
İmam Baqir (ə) İmam Mehdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?
İmam Baqir (ə) İmam Mehdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?
Novruz bayramı hədislərdə
Novruz bayramı hədislərdə
Rəcəb ayının 1-ci günü
Rəcəb ayının 1-ci günü
Əhli-beyt (ə) nemətinə görə şükür
Əhli-beyt (ə) nemətinə görə şükür
Cəmadiül-əvvəl ayının 29-cu günü
Cəmadiül-əvvəl ayının 29-cu günü
Həzrət Məsumə (ə.s) haqqında hədislər
Həzrət Məsumə (ə.s) haqqında hədislər
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
İmamın adları (HZ.Mehdi (əf))
İmamın adları (HZ.Mehdi (əf))
Həzrət Məhdinin (ə.f.) təvəllüdü
Həzrət Məhdinin (ə.f.) təvəllüdü
Həzrət Məhdini (ə.f.) tanımaq vacibdir
Həzrət Məhdini (ə.f.) tanımaq vacibdir
Həzrət İmam Rzadan (ə) hədislər
Həzrət İmam Rzadan (ə) hədislər
İmam Zaman (ə) zühur edən zaman birinci bu sözü deyəcək~
İmam Zaman (ə) zühur edən zaman birinci bu sözü deyəcək~
Başın tükü haqqında 10 hədis
Başın tükü haqqında 10 hədis
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
QEYBƏTƏ MANE OLMAQ
QEYBƏTƏ MANE OLMAQ
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
Quran-Kərimdə 320 ayə Həzrət Mehdi (ə.f) haqqındadır
Quran-Kərimdə 320 ayə Həzrət Mehdi (ə.f) haqqındadır
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
"Azərbaycan biz "ƏHL-BEYT"ə lazımdır" hədisi ...
"Azərbaycan biz "ƏHL-BEYT"ə lazımdır" hədisi ...
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
12 İmamın adı
12 İmamın adı
Həzrət Məhdini (ə.f.) tanımaq vacibdir
Həzrət Məhdini (ə.f.) tanımaq vacibdir
Həzrət Məhdinin (ə.f.) təvəllüdü
Həzrət Məhdinin (ə.f.) təvəllüdü
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Imam Mehdi ə.f zuhurunu gözləyənlərə şad xəbər Səudiyyə Kralı öldü
Imam Mehdi ə.f zuhurunu gözləyənlərə şad xəbər Səudiyyə Kralı öldü
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Daha çox oxumaq istəyirsən? )))