Shia.az SonUmidTv media
sitename

 

Quran baxımından körpənin nübuvvət və vilayəti nəinki mümkündür, hətta ilahi kitabda bu mövzuda xəbərlər var.Quran körpənin imamət və nübuvvətini təsdiq edirmi?

a) Allah-taala Həzrət Yəhyaya xitabən buyurur:

"Ey Yəhya! Sən bizim səmavi kitabdan möhkəm tut. Biz ona uşaq yaşlarında nübuvvət məqamı verdik.”[1]

Fəxr Razi Allah-taalanın Həzrət Yəhyaya buyurduğu haqqında deyir: "Şərif ayədə, həqiqətən, nübuvvət məqamı nəzərdə tutulmuşdur. Çünki Allah-taala Yəhyanın əqlini uşaq yaşlarında kamilləşdirdi və ona vəhy göndərdi. Allah-taala orta yaşlarında peyğəmbərliyə çatmış Həzrət Musa və Muhəmməddən (s) fərqli olaraq, Həzrət Yəhya və İsanı uşaq yaşlarında peyğəmbərliyə seçdi.”[2]

b) Həzrət İsa haqqında isə belə buyurulur: "Məryəm körpəyə işarə etdi. Onlar dedilər: "Beşik uşağı ilə necə danışaq? O uşaq dedi: "Həqiqətən, mən Allahın bəndəsiyəm, O, mənə səmavi kitab və nübuvvət şərəfi əta etdi...”[3]

Qunduzi Hənəfi İmam Mehdinin (ə.f) dünyaya gəlişini qeyd etdikdən sonra yazır: "Deyirlər ki, Allah-taala ona uşaq yaşlarında hikmət əta etdi və aləmlərdəkilər üçün nişanə buyurdu. Necə ki Həzrət Yəhya və Həzrət İsaya belə lütf etmişdi. Allah Həzrət Mehdinin (ə.f) ömrünü Həzrət Xızrın ömrü kimi uzatdı.”[4]

Qütb Ravəndi və başqaları Yezid Kənasidən belə nəql edirlər: Həzrət Əbu Cəfərdən (ə) soruşdum: "Həzrət İsa beşikdə danışdığı vaxt Allahın yer əhlinə höccəti idimi?” Həzrət buyurdu: "İsa həmin gün Allahın peyğəmbəri və mürsəl höccəti idi. Məgər belə bir buyuruğu eşitməmisən: "Mən Allahın bəndəsiyəm, O mənə kitab verib, məni peyğəmbər seçib, harada olsam vücudumu bərəkətli edib; nə qədər ki diriyəm, mənə namaz və zəkatı tapşırıb.” Ərz etdim ki, onda İsa beşikdə ikən Zəkəriyya Allahın höccəti idi? Həzrət buyurdu: "İsa həmin halda xalq üçün nişanə, Həzrət Məryəm üçün Allah tərəfindən bir rəhmət idi. Danışıb təbir etdiyi halda onu eşidənlərə peyğəmbər və höccət idi. Sonra İsa susdu və iki il danışmadı. Həmin arada xalqa höccət Zəkəriyya oldu. Onun vəfatından sonra Yəhya körpə yaşında kitab və hikmətə varis oldu. Allahın Yəhyaya müraciətini eşitməmisənmi?! İsa yeddi yaşına çatdıqda ilk nazil olan vəhy peyğəmbərlikdən xəbər verdi. Həmin vaxtdan İsa Yəhyaya və bütün xalqa höccət oldu. Ey Әba Xalid! Adəm yaranan gündən bir gün olsun belə, yer üzü ilahi höccətsiz olmayıb...”[5]

İrad tutulmasın ki, Həzrət İsa ilə bağlı bəyanatlar qrammatik baxımdan keçmiş zamana aiddir, amma əslində gələcək zaman nəzərdə tutulur. Əvvəla, bu ehtimal keçmiş zaman formasına zahirən xilafdır və belə bir ehtimal üçün dəlil lazımdır. İkincisi, "nəbi” ilə "rəsul” arasında fərq var. Həzrət İsa ilə bağlı "rəsul” yox, "nəbi” təbiri işlədilmişdir. Belə bir nəticə çıxarmaq olar ki, azyaşlı olduğu üçün risalət məqamına çatmamış İsa öncə nəbi məqamına çatmışdı.[6]



[1] Məryəm, 12

[2] Təfsire-Fəxr-Razi, c.11, səh.192

[3] Məryəm, 29-30

[4] Yәnabiul-mәvəddət, səh.454

[5] Kafi, c.1, səh.382

[6] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Nə üçün Həzrət Mehdi (ə.f) uşaq yaşında qeybə çəkildi?
Nə üçün Həzrət Mehdi (ə.f) uşaq yaşında qeybə çəkildi?
Nə üçün Allah uşağı imam təyin etdi?
Nə üçün Allah uşağı imam təyin etdi?
Uşaq yaşında imam olmaq barədə iradlara cavab
Uşaq yaşında imam olmaq barədə iradlara cavab
12 imamın Allah tərəfindən seçilməsinə inam
12 imamın Allah tərəfindən seçilməsinə inam
Həzrət İsaya (ə) niyə Ruhullah deyirlər?
Həzrət İsaya (ə) niyə Ruhullah deyirlər?
“Mən – Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm” - Həzrət Peyğəmbər (s) özü barədə
“Mən – Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm” - Həzrət Peyğəmbər (s) özü barədə
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
Vəhy günəşinin doğuşu (Məbəs bayramı münasibəti ilə)
Vəhy günəşinin doğuşu (Məbəs bayramı münasibəti ilə)
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir
İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir
Fatimənin (s.ə) necə doğulması
Fatimənin (s.ə) necə doğulması
Bu gün həzrət Zeynəbin (s) mövludu günüdür
Bu gün həzrət Zeynəbin (s) mövludu günüdür
Cəmadiül-əvvəl ayının 13-cü günü
Cəmadiül-əvvəl ayının 13-cü günü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Gənclərin məclisində Quran qiraəti
Gənclərin məclisində Quran qiraəti
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Bir şəxs İmam Sadiqdən(ə.s)soruşdu: "Ey Peyğəmbər övladı, (bəzən) bir uşaq fərasətsiz və zəif olur.(bunun səbəbi nədir)
Bir şəxs İmam Sadiqdən(ə.s)soruşdu: "Ey Peyğəmbər övladı, (bəzən) bir uşaq fərasətsiz və zəif olur.(bunun səbəbi nədir)
Nə üçün həzrət Mehdi (ə) uşaq yaşında qeybə çəkildi?
Nə üçün həzrət Mehdi (ə) uşaq yaşında qeybə çəkildi?
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Allahın həzrət Musaya (ə) 4 sifarişi
Allahın həzrət Musaya (ə) 4 sifarişi
Ayətullah Sübhani "imamın ğeybəti" barədə suala Qurandan cavab verdi
Ayətullah Sübhani "imamın ğeybəti" barədə suala Qurandan cavab verdi
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Həzrəti Məryəm (ə.s) dən ibrət götürsün
Həzrəti Məryəm (ə.s) dən ibrət götürsün
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Daha çox oxumaq istəyirsən? )))