Shia.az SonUmidTv media
sitename

 

Uşaq yaşlarında imamətin mümkünlüyünü kimlər şübhə altına alır?Uşaq yaşında imam olmaq barədə iradlara cavab

Həzrət Mehdi (ə.f) ilə bağlı ünvanlanmış suallardan biri də budur ki, insan uşaq yaşlarında imamət və xilafətə necə çatar?

Əhli-sünnə alimlərindən olan İbn Hicr Heytəmi deyir: "Pak şəriətdə təsbit olunmuşdur ki, körpə uşağın vilayəti, hakimiyyəti düzgün deyil. Bəs necə olur ki, şiələr  beş yaşa çatmamış uşağın imamətinə inanırlar?![1]

Əhməd Katib yazır: "Allahın körpə uşağı müsəlmanlara rəhbər təyin etməsi ağlabatan deyil.”[2]

 

Tarixi baxımdan uşaqda imamət məqamı görünmüşdürmü?

Tarixə müraciət etdikdə görürük ki, körpənin rəhbərlik etməsi faktdır. Filosoflar, hikmət sahibləri deyir: "Bir işin mümkünlüyünün ən güclü dəlili onun baş verməsidir.”

Həzrət Peyğəmbər (s) hicrətin üçüncü ili "və ənzir əşirətəkə...” ayəsi nazil olduqdan sonra аzyaşlı Əli ibn Əbutalibi (ə) canişinliyə təyin etdi və öz qövmünə göstəriş verdi ki, onun əmrlərinə tabe olsunlar.[3]

Şeyx Müfid yazır: "Şiələr və əhli-sünnə yekdil olaraq bu rəydədir ki, Həzrət Peyğəmbər (s) yaşı az olmasına baxmayaraq, Əlini (ə) canişinliyə təyin etdi...”[4]

 

Uşağın imam olmasını ağıl təsdiq edirmi?

Bəziləri deyirlər ki, azyaşlı uşağın imamlığı ağla sığmır. Nəzərinizə çatdırmalıyıq ki, mahal, mümkünsüz iş üç qismdir: Zatən mahal (istənilən bir şəraitdə mümkünsüz); baş tutması mahal (səbəb olmadan bir işin baş verməsinin mümkünsüzlüyü); adi mahal (təbiət qanunlarına əsasən baş verməsi mümkünsüz olan möcüzə kimi işlər.)

Erkən yaşlarında imamət haqqında bunu deyə bilərik ki, bu iş nə zatən mahaldır, nə də baş verməsi mümkünsüzdür. Çünki Allah risalət və imamətin bütün şərtlərini bir körpədə ödəməyə qadirdir. Bundan əlavə, Həzrət Yəhya və İsanın nəbiliyi deyilənlərə ən gözəl sübutdur.

Məhəmməd ibn Həsən Səffar Əli ibn Əsbatdan belə nəql edir: "Əba Cəfərin mənə yaxınlaşdığını gördüm. Həzrəti Misirdə yaxınlarıma təsvir etmək üçün onu diqqətlə nəzərdən keçirdim. O qəfildən səcdəyə düşüb buyurdu: "Allah peyğəmbərlik əmrində gətirdiyi dəlili imamət əmrində gətirdi.” Hikmət qırx yaşında əta olunduğu kimi, bir insana uşaq yaşlarında da əta oluna bilər.”[5]

 

Körpədə inkişaf etmiş düşüncə ola bilərmi?

Əqli inkişaf üçün hansısa yaş müəyyənləşməmişdir. Bəzilərində bu inkişaf beş yaşında müşahidə olunur. Bəli, Allah Öz qüdrəti ilə körpəyə kamil düşüncə əta edə bilər.

Əllamə Hilli deyir: "Uşağın xarakterində ata-ananın məhəbbətinə ehtiyac var. Körpənin ata-anadan uzaqlaşıb Allah-taalaya üz tutması ondakı düşüncənin kamilliyini göstərir.”

Alim sözünün davamında yazır: Düşüncə ilə bağlı işlər və ilahi vəzifələr uşaq təbiətinə uyuşmur. Uşaq xaraktercə oyuna, əyləncəyə meyllidir. Əgər bir uşaq təbiətinə uyğun olmayan işlərə meyl göstərirsə, bu onun düşüncə baxımdan inkişafını göstərir.”[6]

Səfvan ibn Yəhya deyir: "İmam Rza (ə) İmam Cavadı (ə) imamət məqamına təyin etdiyi vaxt onun yaşı üçdən çox deyildi. Ona ərz etdim: "Sənə fəda olum! Övladının üç yaşı yoxdurmu?” Həzrət buyurdu: "Bir halda ki, İsa üç yaşında Allahın höccəti olub, bunun eybi yoxdur.”[7]

İmam Cаvada (ə) ərz etdilər: "Sizin yaşınız az olduğu üçün xalq imamət məqamınızı inkar edir.” Həzrət buyurdu: "Allah öz Rəsuluna buyurub: "Ey mənim Rəsulum! Ümmətə de ki, mənim və mənə tabe olanların yolu xalqı bəsirətlə Allaha doğru dəvət etməkdir.” And olsun Allaha! Həmin vaxt ona doqquz yaşlı Əlidən (ə) başqası tabe olmadı. Mənim də doqquz yaşım var.”[8]

 

Şiələr azyaşlı məsumların imamətinə inanırmı?

Əhli-beyt (ə) məktəbinin ardıcılları tarix boyu imamət əqidələrinin sübutu üçün böyük fədakarlıqlar göstərmişlər. Azyaşlı məsumun imamətinə şübhə Əhli-beyt (ə) düşməni olan xəlifələrin yoludur. Bu məsələyə görə hakim quruluşla Əhli-beyt (ə) və onların tərəfdarları arasında qarşıdurmalar olmuşdur. Bir çoxları zindana salınmış, bir çoxları qətlə yetirilmişdir. Bütün bu fədakarlıqlar təsdiq edir ki, Əhli-beytin (ə) hətta uşaq yaşlarında imamətə çatmasına etiqad şiələr tərəfindən qəbul olunmuşdur və onlar bu yolda canlarından, mallarından keçmişlər.

 

Şiə alimləri azyaşlı imama etiqadı xalqa necə qəbul etdirmişdir?

Bəziləri iddia edirlər ki, belə bir etiqad xalqa məcburən qəbul etdirilmişdir. Bu iddia batildir. Belə bir münasibət imamiyyə alimlərinin ləyaqətinə uyğun gəlmir. Alimlərin xalqı məcbur etməsi inandırıcı deyil. İmamiyyə böyükləri tarix boyu ən çətin şəraitlərdə Əhli-beytin (ə) imamətini sübuta yetirməyə çalışmışlar.

Əhli-beytə (ə) itaətə dəvət və bu dəvətin qəbul olunmasının heç bir maddi mənfəəti olmamışdır. Öz dəvətlərinə görə böyük məhrumiyyətlərə düçar olan alimlər xalqı nahaq bir şeyə məcbur etməzdilər. Demək, bütün şiə alimləri məsumların körpə yaşında imamətə çatmasına qəlbən inanmışlar.

 

Xəlifələr məsumların körpə yaşında imamətinə inanmışlarmı?

İmamların müasiri olmuş xəlifələr onların uşaq yaşında vilayət məqamına çatmasını etiraf etmişlər. Bu səbəbdən də onların varlığını öz hakimiyyətləri üçün təhlükə bilərək imamlar və onların fəzilətlərinə qarşı mübarizə aparmışlar.

Deyilənlərdən aydın olur ki, uşaq yaşında imamət məqamının verilməsi təsdiqlənmiş bir həqiqətdir. Xəlifələr məsum imamları fəzl və kamillik baxımından dəfələrlə imtahana çəkmiş və onların məqamına əmin olmuşlar.

 

Əvvəlki imamlar körpə yaşında imaməti mümkün saymışlarmı?

Uşaq yaşında imamətə çatmış hər bir məsum haqqında özündən öncəki imamın buyuruqları var.

a) İmam Cavad (ə) haqqında – Məhəmməd ibn Əbu Nəsr deyir: Nəccaşinin övladı mənə dedi: "Sahibindən sonra imam kimdir?” İmam Rzanın (ə) yanına gedib Nəccaşinin sualını ona ərz etdim. Həzrət buyurdu: "İmam mənim övladımdır.”[9]

b) Həzrət Mehdinin (ə) imamlığı – Məhəmməd ibn Əli ibn Bilal deyir: Vəfatından iki il öncə İmam Əskəri (ə) tərəfindən məktub aldım. Bu məktubda İmam Əskəri (ə)  öz canişini haqqında xəbər verirdi. Vəfatından üç gün öncə də başqa bir məktub gəldi. Bu məktubda isə özündən sonrakı canişinini tanıtdırırdı.”[10]

Əmr Əhvazi deyir: İmam Əskəri (ə) övladını mənə göstərib buyurdu: "O, məndən sonra sizin sahibiniz və imamınızdır.”[11]

Həmidan Qalansi deyir: "Əmriyə ərz etdim: İmam Əskəri (ə) dünyasını dəyişibmi?” Buyurdu: "Bəli, amma özündən sonra canişin təyin edib.”[12]

 

Şəriət uşağa mülkünü sərf etmək icazəsi verməyibsə, onun imamlığı necə mümkün olar?

Bəziləri iddia edirlər ki, insan körpə yaşında imamət məqamına çata bilməz. Onlar dəlil olaraq "Nisa” surəsinin 6-cı ayəsini göstərirlər. Bu ayədə göstəriş verilir ki, yetimlər yalnız yetkinlik həddinə çatdıqda mülklərini sərf edə bilərlər. İddia olunur ki, mülkündən istifadə etmək haqqı olmayan uşaq imamət məqamına çata bilməz.

Bu sayaq sualları doğuran dindən yetərincə məlumatlı olmamaqdır. Sübut göstərilən ayə xüsusi ünvanlıdır və məsum imamlara aid deyil. Allah əqli və nəqli dəlillərə əsasən, məsumların imamətini sübut etmişdir. Bu səbəbdən də yetimlər haqqındakı hökm azyaşlı imama tətbiq olunmamalıdır. Şübhə yox ki, bu ayə ağıl baxımından yetkinləşməmiş insanlara aiddir. Əhli-beyt (ə) imamları uşaq yaşından kamala çatdıqlarından onların hər hansı mülkün sərfində problemləri yoxdur.[13]

Qeyd etməliyik ki, yetimlərə münasibətdə müəyyənləşdirilmiş bu qadağanın əsl səbəbi onların ağıl baxımından qeyri-yetkin olmasıdır. Aydın olur ki, bir insan yetkinlik yaşına baxmayaraq, ağıl baxımından yetkinləşməsə, mülkünü özbaşına sərf edə bilməz. Demək, ayədə yaş yox, ağıl səviyyəsi nəzərdə tutulur. Məsum imamlarda isə belə düşüncə uşaq yaşlarından mövcuddur.

 

Beş yaşlı uşaq imam üçün cənazə namazı qıla bilərmi?

Belə bir sualı yalnız imamı adi insanlardan üstün saymayanlar ünvanlaya bilər. Əgər qəbul etsək ki, körpənin imaməti möcüzə və etibarlı məlumatlarla təsdiqlənmişdir və düşüncəsi kamildir, оnu adi xalqla müqayisə etmərik. Soruşurlar ki, hər birinin öz ağırlığı olan təkvini (təbii), təşrii (şəriətlə bağlı) və batini rəhbərlik hansı əsasla azyaşlı uşağa həvalə olunur? Öncə işarə etdik ki, Allah bir şəxsə hidayət və imamət məqamı verdikdə onun ağlını kamala çatdırır. Bu kamilləşmə Allahın lütf və inayətidir.

 

Heç bir dini vəzifə daşımayan körpə hansı əsasla imam ola bilər?

Yetkinlik yaşına çatmamış, heç bir dini vəzifəsi olmayan bir uşağın imamət kimi bir məsuliyyəti qəbul etməsi bəzilərinə şübhəli görünür. Əslində büluğ, yetkinlik həddi dedikdə ağıl baxımından yetkinlik nəzərdə tutulur. Oğlanlar üçün on beş yaşın həddi-büluğ təyin olunmasının səbəbi onların, adətən, bu yaşda düşüncə yetkinliyinə çatmasıdır. Əgər bir şəxs on beş yaşından qabaq şübhə doğurmayacaq şəkildə yetkinlik həddinə çatmışdırsa, onun imaməti də mümkündür. Ağıl baxımından kamil, məqam baxımından məsum insanda imamət üçün heç bir nöqsan yoxdur.

Bəzi sünni alimləri Həzrət Əlinin (ə) doqquz yaşında ikən iman gətirməsinə şübhə ilə yanaşırlar. Onlar bildirirlər ki, Əli (ə) həmin vaxt yetkinlik yaşına çatmadığından onun İslamı qəbul etməsi dəyərsizdir. Onların nəzərincə Əbubəkrin yuxarı yaşda iman gətirməsi daha qiymətlidir.

Doqquz yaşında İslamı qəbul etmiş Həzrət Əli (ə) uşaq yaşlarından kamal həddinə çatmışdı. O, öz uşaqlıq dövrünü Həzrət Peyğəmbərin (s) yanında keçirmişdi. İslamı tam bəsirətlə, agahlıqla qəbul edən Əli (ə), həqiqətən də, ilk mömin və müsəlmandır.

Axı kim iddia edə bilər ki, yaşlı olmaq ağıllı olmaqdır? Bəs nə üçün bir çox yaşlıların uşaqca ağlı yoxdur?!

Bu səbəbdən də Həzrət Peyğəmbər (s) Həzrət Zəhraya (ə) xitabən buyurur: "Əli səhabələrimdən mənə ilkin iman gətirmiş kəsdir.”[14]

Ənəs ibn Malik deyir: "Peyğəmbərə ilkin iman gətirən kəs Əli ibn Əbutalib idi.”[15]

İbn Kəsir deyir: "Peyğəmbər (düşənbə günü) məbus oldu, Əli (ə) (seşənbə günü) bir gün sonra ona iman gətirdi.”[16]

Şeyx Məhəmməd Xızri deyir: "İslam dəvətini ilkin qəbul edən Əlidir.”[17]

İbn Əbülhədid deyir: "Doğru yola çıxmaqda başqalarından önə keçən kəs haqqında nə deyim?! O, bütün yer üzü daşa ibadət edib, Allaha arxa çevirdiyi vaxt Allaha iman gətirib, Ona ibadət etdi.”[18]

Bu səbəbdən də Həzrət Peyğəmbər (s) besətin üçüncü ili "Ənzir əşirətəkə...” ayəsi nazil olduqdan sonra Həzrət Əlini (ə) özünə canişin seçib, qövmünə göstəriş verdi ki, onu dinləyib itaət etsinlər.[19]

 

Bəziləri nöqsan tuta bilər ki, uşağın imamət məqamına təyin olunması bir çoxlarında şəkk-şübhə yaratdığı üçün lütf prinsipinə uyğun deyil. Amma bəzən Allahın lütfü tələb edir ki, məsum şəxs uşaq yaşında imamətə təyin olunsun. Qeyd olunduğu kimi, bu yolla həm xalq imtahana çəkilir, həm də çoxları uşaq yaşında bu məqama təyin olunmuş şəxsin imamətinə əmin olur. Bir daha təsdiqlənir ki, imamət yaşa yox, ləyaqətə əsaslanır. Bu imtiyazları və hər bir şəxsin araşdırma aparmalı olduğunu nəzərə alsaq, heç bir şəkk-şübhə qalmır.[21]

 

 

www.imamzaman.az



[1] Səvaiqul-mühriqə, səh.166

[2] Tətəvvürəl-fikrul-siyasi, səh.102

[3] Tarixe-Təbəri, c.2, səh.62-63; Kamile-ibn-Kəsir, c.2, səh.40-41

[4] Əl-füsulul-muxtarə, səh.316

[5] Bax: Məryəm, 12; Yusuf, 22; Bəsairul-dərəcat, səh.258

[6] Kəşful-Murad, səh.388-389

[7] Kafi, c.1, səh.383

[8] Kafi, c.1, səh.384

[9] Kafi, c.1, səh.320

[10] Kafi, c.1, səh.328

[11] Həmin mənbə

[12] Həmin mənbə

[13] Əl-Füsulul-Muxtarə, səh.149-150

[14] Müsnəde-Əhməd, c.5, səh.662

[15] Səvaiqul-Muhriqə, səh.118

[16] Üsdul-ğabə, c.4, səh.17

[17] Tarixul-Əməmul-islamiyyə, c.1, səh.400

[18] Şərhe-Əbil-Hədid, c.3, səh.260

[19] Tarixe Təbəri, c.2, səh.62, 63; Kamile-İbn-Əsir, c.2, səh.40-41

[20] Əqdud-durər, səh.188; Əl ğeybət, Nemani, səh.184, Bihar, c.51, səh.38

[21] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Nə üçün Allah uşağı imam təyin etdi?
Nə üçün Allah uşağı imam təyin etdi?
Həzrət Mehdinin (ə.f) uzunömürlülüyü əqli və nəqli dəlillər baxımından (3)
Həzrət Mehdinin (ə.f) uzunömürlülüyü əqli və nəqli dəlillər baxımından (3)
12 imamın Allah tərəfindən seçilməsinə inam
12 imamın Allah tərəfindən seçilməsinə inam
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
Rəcəb ayının 1-ci günü
Rəcəb ayının 1-ci günü
Əhli-beyt (ə) nemətinə görə şükür
Əhli-beyt (ə) nemətinə görə şükür
Cəmadiül-əvvəl ayının 15-ci günü
Cəmadiül-əvvəl ayının 15-ci günü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN?
İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN?
İMAMƏT, YAXUD CANİŞİNLİK NƏDİR?
İMAMƏT, YAXUD CANİŞİNLİK NƏDİR?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
Bir şəxs İmam Sadiqdən(ə.s)soruşdu: "Ey Peyğəmbər övladı, (bəzən) bir uşaq fərasətsiz və zəif olur.(bunun səbəbi nədir)
Bir şəxs İmam Sadiqdən(ə.s)soruşdu: "Ey Peyğəmbər övladı, (bəzən) bir uşaq fərasətsiz və zəif olur.(bunun səbəbi nədir)
Nə üçün həzrət Mehdi (ə) uşaq yaşında qeybə çəkildi?
Nə üçün həzrət Mehdi (ə) uşaq yaşında qeybə çəkildi?
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Məhəmməd Əlinin İslam haqqında dedikləri
Məhəmməd Əlinin İslam haqqında dedikləri
Mən Əlini (ə) sevir və onun vilayətini qəbul edirəm
Mən Əlini (ə) sevir və onun vilayətini qəbul edirəm
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Mübahilə günü
Mübahilə günü
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Daha çox oxumaq istəyirsən? )))