Shia.az SonUmidTv media
» » » Əsrin İmamının (ə.f) uzunömürlülüyü "Yasin" surəsinin 68-ci ayəsi ilə ziddiyyət təşkil etmirmi?
Русская версия сайта Русская версия сайта
sitename

Sual: Əsrin İmamının (ə.f) ömrünün uzunluğu "kimə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik (uşaq kimi olar)” Əsrin İmamının (ə.f) uzunömürlülüyü "Yasin" surəsinin 68-ci ayəsi ilə ziddiyyət təşkil etmirmi?[1] ayəsi ilə ziddiyyət təşkil etmirmi?

 

Cavab: Bu irada cavab verməzdən öncə  "Nur” və "Əl-Mizan” təfsirlərindən bu ayə barədə müəyyən məqamlara işarə edək:

1. Əvvəlki ayələrdə Allah-taalanın "Əgər istəsəydik, kor edərdik”[2] və "Əgər istəsəydik, onların qiyafələrini dəyişərdik” [3]buyurması yaşlı insanlarda baş verəcək dəyişikliklərdən söhbət açır.

Ayədəki "nunəkkisu” (ننكسه) kəlməsi "tənkis” (تنكيس) kəlməsindən törəyib "dəyişdirmək”  mənasını ifadə edir. Bu ifadənin çatdırmaq istədiyi məna insanın uşaqlıq vaxtında olduğu vəziyyətinə qaytarılmasıdır. Elmi cəhlə çevrilərək unudulacaq. Qüdrəti zəifliklə dəyişdiriləcək və s.

Nöqtələr:

a)    Əmr Allahın əlindədir (Allaha məxsusdur)

b)    İlahi qanunlarında isə belədir ki, insanlar qocaldıqca qüvvələri zəifləyər, yəni qüdrətə doğru deyil, məğlubiyyətə (zəifliyə) doğru yönələrlər. Lakin əgər əmr Allaha məxsusdursa, o zaman istədiyi şəxsi uzunömürlü edər (Həzrət Nuh (ə) və Həzrət Mehdi (ə.f) kimi) və onlarda heç bir dəyişiklik də baş verməz.  (Nur təfsiri, Yasin/68-in təfsiri)

 

2. "Nuəmmirhu” (نعمّره) "təmir” (تعمير) məsdərindən törəmiş və "ömrü uzatmaq” mənasındadır (Evi təmir etmək də məhz bu mənadadır, yəni təmir vasitəsilə onun ömrünün uzadılması).

Ayədəki "nunəkkisuhu” (ننكسه)  kəlməsi "tənkis” (تنكيس) kəlməsindən törəyib bir şeyin yaxarısını aşağıya doğru "çevirmək” (dəyişdirmək) və gücünün  zəifləməsi  mənasını ifadə edir. İnsan qocalıq zamanı belə olur. Qüdrəti və gücü zəifliyə, elmi cəhlə çevrilərək dəyişir.  Yaddaşını isə huşsuzluq və unutqanlıq əvəz edir.

Bu mübarək ayə ondan əvvəlki iki ayənin (Yasin/66-67) məzmununun mümkünlüyünə işarə edərək demək istəyir ki, insanları qocalıq anında dəyişdirəcək və verdiyini almağa qadir olan Allah kafirlərin gözlərini çıxarmağı və onları olduqları yerdə məsx edərək cürbəcür varlıqlara döndərməyi də bacarar.

Ayənin sonundakı "Məgər başa düşmürlər?” (افلا يعقلون)  deməklə isə Allah kafirləri düşünmədiklərinə görə məzəmmət edərək onları bu məsələdə diqqətli olmağa və fikirləşib nəticə çıxarmağa çağırır. (Əl-Mizan, Yasin/68-in surəsinin təfsiri)


Deməli, ayədə ilahi bir qayda, təbiət qanunu açıqlanılır. Yəni fiziki yetkinliyə çatmış hər bir insan tədricən öz qüvvələrini itirməyə başlayır. Beləcə, o öz körpəliyindəki zəiflik halına qayıdır. Belə bir qayda bütün canlı aləm üçün öz qüvvəsindədir. Bütün canlıları belə bir aqibət gözləyir.

Əvvəlcə, onu qeyd edək ki, təbiət elmlərinə əsasən, əsrin İmamının (ə.f) uzunömürlülüyü mümkün hesab edilir. Bunu da qeyd etməliyik ki, imama məxsus olan ömür istisna bir ömrüdür.

Başqa sözlə desək, elm min illik və daha uzun ömrü mümkün sayır. Bu iş mümkün sayılmasaydı, məşhur təbiətşünas alimlər insan ömrünü uzatmaq üçün ciddi araşdırmalarla məşğul olmazdılar. Onlar insanlara ümid verirlər ki, bir gün uzun ömrün sirri açılacaq.

Bunu da inkar etmək olmaz ki, hazırda belə bir ömür istisna sayılmalıdır. Hələ ki bəşəriyyət uzunömürlülüyün sirrini tapmamışdır. Allah seçilmiş bir bəndəsinə ona görə belə uzun ömür vermişdir ki, müəyyən bir məqamda həmin şəxs qiyam etsin və yer üzündə ədalət bərqərar olsun. Qeyd olunan Quran ayəsi isə adi insanlar haqqındadır və müstəsna bir şəxsə aid edilməyə bilər.

Bir sözlə, istisna olaraq bir şəxsə belə uzun ömür verən Allah onu istənilən zəiflikdən də qoruyar. Bu məsələ nəzərdə tutulmuş Quran ayəsinə qətiyyən zidd deyil. Çünki ayə əksər adi insanlara aiddir.

 

 www.imamzaman.az

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Həzrət Mehdinin (ə.f) uzunömürlülüyü əqli və nəqli dəlillər baxımından (3)
Həzrət Mehdinin (ə.f) uzunömürlülüyü əqli və nəqli dəlillər baxımından (3)
Həzrət Mehdinin (ə.f) uzunömürlülüyü əqli və nəqli dəlillər baxımından (2)
Həzrət Mehdinin (ə.f) uzunömürlülüyü əqli və nəqli dəlillər baxımından (2)
Həzrət Mehdinin (ə.f) uzunömürlülüyü əqli və nəqli dəlillər baxımından
Həzrət Mehdinin (ə.f) uzunömürlülüyü əqli və nəqli dəlillər baxımından
İmam Mehdi (ə.f) Bermud adalarındadırmı? O evlidirmi?
İmam Mehdi (ə.f) Bermud adalarındadırmı? O evlidirmi?
Mehdinin (ə.f) uzunömürlülüyü barədə
Mehdinin (ə.f) uzunömürlülüyü barədə
İmam Zamanın (ə.f) ömrü
İmam Zamanın (ə.f) ömrü
“Əl-həmdu lillah” zikrinin tərcümə və təfsiri
“Əl-həmdu lillah” zikrinin tərcümə və təfsiri
QUR᾽ANIN E᾽CAZI İLƏ TOPLANMASI ARASINDA OLAN UYĞUNLUQ
QUR᾽ANIN E᾽CAZI İLƏ TOPLANMASI ARASINDA OLAN UYĞUNLUQ
“Yunis” surəsinin 35-ci ayəsi ümmət arasında imamın ən fəzilətli və ən üstün şəxs olmasına necə dəlalət edir?
“Yunis” surəsinin 35-ci ayəsi ümmət arasında imamın ən fəzilətli və ən üstün şəxs olmasına necə dəlalət edir?
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
Qəmdən nicat verən zikr
Qəmdən nicat verən zikr
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
ALLAHIN HƏR YERDƏ HAZIR VƏ NAZİR OLMASINA ƏQİDƏLİ OLMAQ
ALLAHIN HƏR YERDƏ HAZIR VƏ NAZİR OLMASINA ƏQİDƏLİ OLMAQ
“Quran diri olanları qorxutmaq üçündür” ayəsində diri kimlərdir?
“Quran diri olanları qorxutmaq üçündür” ayəsində diri kimlərdir?
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
İBADƏT TÖVFİQİ, ALLAHIN BƏNDƏYƏ MİNNƏTİ
İBADƏT TÖVFİQİ, ALLAHIN BƏNDƏYƏ MİNNƏTİ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
Allah qorxusunun insan qəlbinə təsiri
Allah qorxusunun insan qəlbinə təsiri
Ömür sənə faydası olan bütün elmləri öyrənmək üçün lazım olan zamandan çox qısadır,
Ömür sənə faydası olan bütün elmləri öyrənmək üçün lazım olan zamandan çox qısadır,
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Quran-Kərimdə 320 ayə Həzrət Mehdi (ə.f) haqqındadır
Quran-Kərimdə 320 ayə Həzrət Mehdi (ə.f) haqqındadır
İlahi sevgi
İlahi sevgi
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
Əhlibeytin (ə) elmi məqamı (1)
Əhlibeytin (ə) elmi məqamı (1)
UZUN-UZADI ARZULAR
UZUN-UZADI ARZULAR
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Yuxunun Şərhi
Yuxunun Şərhi
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Daha çox oxumaq istəyirsən? )))