Shia.az SonUmidTv media
» » » Həzrət Mehdinin (ə.f) uzunömürlülüyü əqli və nəqli dəlillər baxımından (2)
Русская версия сайта Русская версия сайта
sitename

 

Yazımızın birinci hissəsində qeyd etdiyimiz kiçik müqəddimədən sonra mövzu barədə əhatəli izahata başlayaq.Həzrət Mehdinin (ə.f) uzunömürlülüyü əqli və nəqli dəlillər baxımından (2)

 

İmam Mehdinin (ə.f) sağ qalması barədə tibbi arqumentlər

Dünyadan köçən hər bir kəsin ölüm səbəbi hər hansısa bir xəstəlikdir. Tibb deyir ki, əgər hər bir insan gigiyenik qaydalara riayət edərsə, daim sağlam qalaraq uzun müddət yaşamağa qadirdir. Bu insan orqanizmindəki bütün hüceyrələrə də aiddir. Bu mənada ki insan orqanizmini təşkil edən hər bir kiçik hüceyrə zərərli və məhvedici təsirlərdən uzaq olarsa, uzun müddət yaşama qabiliyyətinə malikdir.

 

Dr. Karl: "Zaman ötməsi qocalığa gətirib çıxaran səbəb deyil”.

Bioloq, fizioloq və cərrah Dr. Aleks Karl "İnsan adlı məchul” kitabının beşinci fəslində bu barədə əhatəli şəkildə danışaraq qeyd edir ki, əgər qidaların tərkibi sabit saxlanılarsa (yəni sağlam və sabit qida rasionuna malik olsaq), hüceyrələr kompleksi daim öz fəaliyyətinə davam edəcəkdir. Əgər həcmin artmasının (kökəlmənin) qarşısı alınarsa, insanda qocalma da baş verməyəcək. O, Amerikanın "Rokfeller” elmi-tədqiqat mərkəzində tədqiqatla məşğul olduğu zaman heyvanın bədənindən ayrılmış üzvünün heyvanın adi yaşayış müddətindən də çox saxlanılmasına nail olmuşdur. O, cücənin bədənindən ayrılmış üzvü 8 il diri və canlı saxlamağa nail olmuşdur. Bu alim öz elmi araşdırmaları və apardığı təcrübələr barədə ətraflı söhbət açaraq deyir:

"Əgər diri hüceyrələrdə qida çatışmamazlığı olmayıb onlara mikrobların nüfuzunun qarşısı alınarsa, onlar davamlı olaraq sağ və diri qalacaqdır. Əlavə olaraq qeyd olunan bu üzvlər (hüceyrələr) heyvanın bədəninin bir parçası olduğu zaman inkişaf edib çoxalmaya malik olduqları kimi, diri olduqda da inkişaf və çoxalma qabiliyyətinə də malikdirlər. Hətta bu inkişaf və çoxalmanın əndazəsini onları qidalandırmaqla da ölçmək olar”.

Bu böyük alimin əhatəli araşdırmasının nəticəsi bundan ibarətdir ki, hüceyrələrin zəifləməsinin və onların fəaliyyətinin dayanmasının səbəbi zamanın ötməsi ola bilməz. Onlarda qocalığın azacıqda olsa təsiri müşahidə olunmur. Deməli, məlum olur ki, qocaqlıq səbəb deyil, nəticədir.

 

Qocalıq səbəb deyil, nəticədir

Dr. Aleks və həmçinin digər elm adamları bu təcrübəni insandan ayrılan ürək, böyrək, əzələ, dəri və s. üzvlər üzərində keçirmişlər. Nəticədə həmin üzvlərə lazımi qida maddəsinin ötürüldüyü müddətcə diri və inkişaf etdiyinin şahidi olmuşlar. Dr. Alex toyuqdan ayrılmış bir ürək üzərində apardığı təcrübə zamanı onu qida maddələri ilə zəngin bir mühitdə saxlamışdır. Əldə etdiyi böyük elmi nailiyyət və nəticədən biri də zamanın ötməsinin həmin ürəyin zəifləməsinə, inkişaf və fəaliyyətinin dayanmasına az da olsa təsir etməməsi olmuşdur. Buna əsasən, alimlərin əldə etdiyi nəticə budur ki, lazımi qida maddələri və diri bir mövcudun ehtiyac duyduğu hər bir şey ona yetişərsə, zamanın ötməsi onun zəifləmə və qocalmasına azacıq da olsa, təsir etmə imkanına malik deyil.

İlk olaraq bu təcrübəni heyvanlardan ayrılmış üzvlər üzərində aparan şəxs "Rokfeller” elmi-tədqiqat mərkəzində fəaliyyət göstərən Dr. Bob Lob olmuşdur. O, mayalandırılmış yumurta hüceyrələrindən qurbağaların inkişafını tədqiq etdiyi zaman onlardan bəzilərinin uzun müddət yaşadığını və bəzilərinin isə tez öldüyünü müşahidə etmişdir. Elə bu məsələ onun bu təcrübəni qurbağadan ayrılmış üzvlər üzərində həyata keçirməsinə bais olmuşdur. Bu təcrübələr nəticəsində onların uzun müddət diri qalmasına nail ola bilmişdir.

Qocalığın səbəb olmadığı aşkarlandıqdan sonra insanın nə üçün və hansı səbəbdən ölməsini və yaşayış müddətinin qısalmasını araşdırmaq maraqlı olardı.

 

Nəyə görə qocalırıq?

Bu sualın cavabında deyə bilərik ki, insanın və heyvanın bədən üzvləri çox və müxtəlifdir. Bu üzvlərin arasında müxtəlif rabitə və bağlılıq vardır ki, birinin həyatı digərinə bağlı və ondan üstündür. Əgər hər hansısa bir səbəbdən bu üzvlərdən biri zəifləyib ölərsə, digərlərinin də zəifləməsinə və nəticədə ölməsinə gətirib çıxaracaq. Buna dəlil olaraq mikrobların hücumundan baş verən ani ölümləri misal göstərmək olar. Bu məsələlər insanlardakı orta ömür müddətin 80 ildən az olmasına gətirib çıxarmışdır. Xüsusilə də bəzi uşaqlar bu təsirlər nəticəsində hələ körpə ikən dünyasını dəyişir. Bu günə qədər isbatlanan şey budur ki, bir şəxsin ölümünün səbəbi onun 70 və ya 80 il yaşaması deyil, hansısa xəstəlik və dağıdıcı amil bədən üzvlərindən (hüceyrələrindən) birinə həmlə edərək, onun müqavimətini sarsıdaraq məhv etməsidir. Üzvlər arasındakı rabitənin varlığını nəzərə alaraq deyə bilərik ki, bir üzvün ölməsi (hüceyrə kompleksinin dağılması) digərinin də zəifləməsi və nəticədə ölümünə gətirib çıxarır. Deməli, elm bu yan təsirlərin və insan orqanizminin məhvinə gətirib çıxaracaq amilləri zərərsizləşdirərək onların təsirinin qarısını alacaq vasitələri taparsa, artıq bir neçə yüz və ya min il yaşamaq üçün heç bir maneə olmayacaq.

Gofland adı ilə tanınmış Almaniyalı alim bəşərin adi yaşayış müddətinin 200 il, 19-cu əsrin məşhur fiziloqu Flüger bunun 600, İngiltərəli Cou Bink isə min ilə bərabər olduğunu qeyd etmişlər. Lakin onlar bu dedikləri konkret yaş sərhədləri üçün heç bir dəlil təqdim etməmişlər.

Həkimlərdən biri deyir: "İnsanın ömrünün müddəti və həmin müddəti keçdikdən sonra yaşamasının qeyri-mümkün olması üçün heç bir hədd təyin olunmamışdır. İnsanın bədən üzvləri ayrı-ayrılıqda uzun müddət yaşamaq xüsusiyyətinə malik olaraq qurulub”.

Alimlərdən biri insan ömrünün digər varlıqların ömrü ilə müqayisəsi barədə geniş araşdırmalar apardıqdan sonra insan bədəninin min illərlə yaşamaq xüsusiyyətinə malik olaraq qurulduğu qənaətinə gəlmişdir.

 

İnsanın bədən üzvləri uzunmüddətli yaşayış qabiliyyətinə malikdir

Bəzi alimlər deyirlər: "Canlıların bədən üzvləri uzunmüddətli yaşamaq qabiliyyətinə malikdirlər. Heç bir hadisə baş verməzsə (yan təsirlər olmazsa), insan min illərlə ömür sürə bilər”

"Cons Mans” Universitetinin müəllimi Raymon Virl deyir: "İnsanın bədən üzvlərini uzunmüddətli yaşamaq qabiliyyətinə malikdir. Bu məsələ dəfələrlə aparılmış təcrübələr nəticəsində də öz isbatını tapmışdır".

"Kaliforniya” Universitetinin patoloji dəyişkənliklər üzrə mütəxəssisi olan Roy Li və Valfordun dediklərinə əsasən, qocalıq hüceyrələrin yerini dəyişməsindən qaynaqlanan uzunmüddətli bir xəstəlikdir. Qocaqlığın müəyyən mərhələləri maddələr mübadiləsinin, vəzilərdəki ifrazatın və s. pozulması kimi fiziologiyanın dağılmasındakı qanunauyğunluqlarla bağlıdır”.

Qərb alimlərindən biri deyir ki, bağırsaqdakı mikrobların fermentasiyasından yaranan zəhərli maddələr və qəbizlik qocalığa gətirib çıxaran amillərdən olması mümkündür. Əgər bunların qarşısı alınarsa, insan ömrünün müddəti uzana bilər. Elmi cəhətdən də bu xəstəliyin müalicəsi mümkündür. Təcrübəli mütəxəssislərin səyi nəticəsində bu iş gələcəkdə praktiki olaraq həyata keçiriləcək.

Qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, İmam Mehdinin (ə.f) uzunömürlü olması elm və əqlin ziddinə deyil. Bəlkə də, bu cür məsələlər yeni elmi kəşflərin yaranmasına səbəb olmuşdur. Belə ki bu əqidə nəticədə bəşərin uzun müddət elmi araşdırmalardan sonra uzunömürlülüyün sirrini kəşf edəcəyinə gətirib çıxaracaq.

 

Ardı var...

 

İmamzaman.az

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Əsrin İmamının (ə.f) uzunömürlülüyü "Yasin" surəsinin 68-ci ayəsi ilə ziddiyyət təşkil etmirmi?
Əsrin İmamının (ə.f) uzunömürlülüyü "Yasin" surəsinin 68-ci ayəsi ilə ziddiyyət təşkil etmirmi?
Həzrət Mehdinin (ə.f) uzunömürlülüyü əqli və nəqli dəlillər baxımından (3)
Həzrət Mehdinin (ə.f) uzunömürlülüyü əqli və nəqli dəlillər baxımından (3)
Həzrət Mehdinin (ə.f) uzunömürlülüyü əqli və nəqli dəlillər baxımından
Həzrət Mehdinin (ə.f) uzunömürlülüyü əqli və nəqli dəlillər baxımından
Mehdinin (ə.f) uzunömürlülüyü barədə
Mehdinin (ə.f) uzunömürlülüyü barədə
İmam Zamanın (ə.f) ömrü
İmam Zamanın (ə.f) ömrü
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
İslam əxlaqı çərçivəsində danlaq, məzəmmət və qınaq
İslam əxlaqı çərçivəsində danlaq, məzəmmət və qınaq
Bədən üçün altı halət vardır.
Bədən üçün altı halət vardır.
Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər
Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər
Daim dəstamazlı olmaq
Daim dəstamazlı olmaq
Qərb alimlərinin araşdırmalarının nəticələrinə əsasən insanı təbii haldan çıxaran musiqiləri (ğina) dinləməyin insan orqanizminə göstərdiyi mənfi təsirləri
Qərb alimlərinin araşdırmalarının nəticələrinə əsasən insanı təbii haldan çıxaran musiqiləri (ğina) dinləməyin insan orqanizminə göstərdiyi mənfi təsirləri
"İnsan" Qur'ani-Kərimin nəzərində (4):
"İnsan" Qur'ani-Kərimin nəzərində (4):
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
İnsan nə üçün yalan danışır?
İnsan nə üçün yalan danışır?
NAMAZ İLAHİ DƏSTƏKDİR
NAMAZ İLAHİ DƏSTƏKDİR
ELMİ DƏLİLLƏRLƏ ALLAHIN SÜBUT EDİLMƏSİ
ELMİ DƏLİLLƏRLƏ ALLAHIN SÜBUT EDİLMƏSİ
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
ALLAHI TANIMAQ
ALLAHI TANIMAQ
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
İman
İman
Insan öləndən sonra baş verənlər.
Insan öləndən sonra baş verənlər.
UZUN-UZADI ARZULAR
UZUN-UZADI ARZULAR
Qəflət cisim və nəfsdəndir.
Qəflət cisim və nəfsdəndir.
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
İsti havada ürəyi necə qorumalı?
İsti havada ürəyi necə qorumalı?
Ramazanı sağlam keçirməyin 9 yolu
Ramazanı sağlam keçirməyin 9 yolu
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
“Nə çox hədis danışırsan” tənəsi:
“Nə çox hədis danışırsan” tənəsi:
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (2)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (2)
Ali Lider Ayətullah Xameneinin Avropa və Şimali Amerika gənclərinə çağırışı
Ali Lider Ayətullah Xameneinin Avropa və Şimali Amerika gənclərinə çağırışı
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
Daha çox oxumaq istəyirsən? )))