Shia.az SonUmidTv media
sitename

 

Həzrət Sahibəzzamanın (ə) zühurunun ŞƏRTİ
.
Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd (s) buyurur:

لولم یبق من الدنیا الایوم واحد لطول الله عزوجل ذلك الیوم حتی یخرج رجل من ولدی
فیملأها عدلا و قسطاً كما ملئت جوراً و ظلماً

"Əgər dünyanın sonuna bir gün vaxt qalmış olsa belə, Allah Taala o günü o qədər uzadacaq ki, Mənim nəslimdən olan bir şəxs zühur edərək zülm və haqsızlıq ilə dolu olan dünyanı ədalət və düzlüklə dolduracaqdır.”
.
Dini , dünyəvi və fəlsəfi məktəblərin hamısı dünyanın axırının sülh və əmin-amanlıqda olacağına etiqad edirlər.
Hədislərin hamısında dünyanın axırına yaxın zamanda zülm və haqsızlıq ilə dolu olan dünyanı ədalət və düzlüklə dolduracaq şəxsin həzrət Muhəmmədin (s) nəslindən və Əhli-beytdən olacağı vurğulanmışdır.
Hədislərdə gəlmiş "zülm və haqsızlıq ilə dolu olan dünyanı ədalət və düzlüklə dolduracaq” ifadəsinin mənası barədə müxtəlif nəzər və rəylər söylənilmişdir.
Elə isə bu ifədənin həqiqi mənası nədən ibarətdir?!
Görəsən, zamanın İmamının (ə) zühur etməsi üçün dünya zülm, haqsızlıq və ədalətsizlik ilə dolmalıdırmı? Dünya zülm və haqsızlıq ilə dolmayınca İmam (ə) gəlməyəcəkmi?
Bunun ardınca belə bir sual da qarşımıza çıxır ki, elə isə İmamın (ə) zühuru üçün bəs bizim vəzifəmiz nədən ibarətdir? Zülm və haqsızlığın çoxalmasına vasitəçi olmaqdanmı?
Bəziləri bunu səhv başa düşüblər. Sanki müəllim dərsə gəlməyi üçün "sinifdəki bütün stullar şagird ya tələbə ilə dolu olmayınca sinifə girməyəcəm” deyə şərt qoyur. Elə isə bəs dərs almaq və elm öyrənmək istəyənlər nə etsinlər?
Sevimli Peyğəmbərimizin (s) "əməllərin ən üstünü fərəci (zühuru) gözləməkdir” hədisinin mənası zülm və haqsızlığın yayılmasına kömək etməkdirmi? Əsla yox!!!
Əvvəlcə onu deyək ki, "zülm və haqsızlıq ilə dolu olan dünyanı ədalət və düzlüklə dolduracaq” hədisində işlədilən dolmaq sözü nisbi anlayışdır. Çünki hər bir şeyin dolmaq nisbəti fərqlidir; İnsanlarla dolu otaq, gül-çiçəklə dolu otaq, çini qablarla dolu otaq və ilaxır. Otağa bahalı bir ətir qoyulduqda o ətirin iyi otağı bütünlüklə bürüyür, otaq gözəl ətir iyi ilə doludursa bu, o demək deyil ki, həmin otaqda adam yoxdur, stol-stul yoxdur və ilaxır. Həmiçinin "binanın həyəti maşınlarla doludur” deyirik, halbuki həmin həyətdə adamların daha çox olduğunu görürük. "Bulvar ağaclar və güllər ilə doludur” dedikdə məqsədimiz bulvarda ağacdan başqa heç həyin olmadığını bildirmək deyil.
Odur ki, "zülm və haqsızlıq ilə dolu olan dünya” sözündən məqsəd bu deyil ki, yer üzü yalnız namaz qılmayanlardan, oruc tutmayanlardan ..... ibarət olacaqdır. "Zülm və haqsızlıq ilə dolu olan dünya”nın misalı bir az əvvəl qeyd etdiyimiz "ətirli otaq” kimidir. Buna əsasən dünya zülm və haqsızlıq ilə dolu olan anda saleh əməlli və əxlaqlı möminlərin sayı əks tərəfdən, yəni zalım, insafsız və ədalətsiz insanlardan dəfələrlə çox ola bilər.
Deməli, şərt ilə zaman fərqli anlayışlardır.
Bəhs etdiyimiz hədisdə həzrət Mehdinin (ə) gəlişinin (zühurunun) zamanı təyin edilib şərti yox.
Dostlar, baxın, mən sizə deyirəm ki, sabah günortadan sonra sizin evə gələcəyəm; bu zamandır. Ancaq, məsələn, desəm ki, sizin evinizin darvazası nə vaxt açıq olsa onda sizin evə gələcəyəm, bax bu şərtdir.
Zülm və haqsızlıq İmamzamanın (ə) zühurunun şərti deyil, zamanıdır.
Bəs bu sözlərə dəlil və sübutumuz varmı? Bəli var!
Dəlil budur ki:
İmamzamanın (ə) qeybə çəkilməsinin səbəbi nə idi? Nə üçün İmamzaman (ə) qeybə çəkildi? Dünyada zülm az idi ona görəmi? Məgər İmamzaman (ə) dövrün zalım xəlifəsi Mötəmidə belə deyibmi ki, "siz az zülm edirsiniz, ona görə mən qeybə çəkilirəm, nə vaxt lap çox zülm etsəniz onda gələcəyəm”?!
Xəlifə Mütəvəkkil 14 illik hakimiyyəti dövründə 17 (on yeddi) dəfə Kərbəlanı dağıdıb. 200.000 (iki yüz min)-ə yaxın günahsız insanı müxtəlif işkəncələrlə qətlə yetirib...
İkinci dünya müharibəsində təxminən 50.000.000 (əlli milyon) insan ölüb, görün hələ nə qədər yaralı, viran olmuş evlər, dağılmış iş yerləri, yetimlər...
Təsəvvür edin, əgər İmamzamanın (ə) gəlişinin (zühurunun) məqsədi zülmün çoxalmasıdırsa, onda İmamzaman (ə) hal-hazırda dünyada baş alıb gedən zülm, haqsızlıq, sitəmkarlıq, ədalətsizlik nəticəsində ölkələrin işğalı, insanların aclıq, yoxsulluq və səfalətinə sevinməlidir?!
Zamanın İmamının (ə) gəlişinin bizlərə aid olan şərti budur ki:
.
1- Yer üzündə İslam əxlaqı yayılsın, 
2- Sözləri ilə əməlləri bir olan həqiqi möminlərin sayı çoxlasın, 
3- Dünya səhnəsində mənəvi-əxlaqi mühit yaransın, təki beynəlxalq cəmiyyət həzrət Mehdinin (ə) gəlişini qəbul etməyə hazır olsunlar.
4- Dünya əhalisindən çoxlu sayda insanlar cahanda İlahi ədalət quruluşunun yaranmasını ürəkdən istəsinlər və həzrət Mehdiyə (ə) bu işdə yardım etməyə hazır olsunlar.
5- Beynəlxalq ictimaiyyət dərketmə və mənəvi cəhətdən yetkinlik həddinə çatsınlar, təki mənəvi-əxlaqi fəza və mühitdə yaşamağa hazır olsunlar.
Çünki beynəlxal ictimaiyyət zülm və ədalətsizliyin içində fəsad, əxlaqsızlıq və pozuculuğa aludə olarsa, bununla Həzrət Sahibəzzamanın (ə) zühurunun ŞƏRTİda insanlar mənəvi-əxlaqi mühiti qəbul etmək şüuru, dərrakəsi və düşüncəsinə malik olmazlarsa həzrət Mehdi (ə) hansı zülmə və kimlərə qarşı mübarizə edəcək?
Qurani-kərim Ali İmran surəsinin 104-cü ayəsində buyurur:

وَ لْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلىَ الخْيرْ وَ يَأْمُرُونَ بِالمْعْرُوفِ وَ يَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَ أُوْلَئكَ هُمُ الْمُفْلِحُونَ

"(Ey müsəlmanlar!) İçərinizdə (insanları) xeyirə çağıran, yaxşı işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.”
Bu ayənin bizlərə bir çox mesajları vardır, o cümlədən müntəzirlərin (İmamı gözləyənlərin) vəzifələrindən biri də insanları xeyirə dəvət etməkdir, xeyirin ən üstünü insanları zamanın İmamına (ə) sarı dəvət etmək və onlara həzrət Mehdini (ə) tanıtdırmaqdır.
Deməli, həzrət Mehdinin (ə) zühuru üçün bizim boynumuzda iki vacibi vəzifə vardır:
.
1- O həzrətin dostu olmaq. 
Bunun üçün layiqli bəndə və həqiqi mömin olmalıyıq. Vaciblərin hamısını yerinə yetirməliyik, haramların hamısından çəkinməliyik, faydasız və mənasız işlərdən uzaq olmalıyıq.
.
2- Dünya əhalisini, beynəlxalq ictimaiyyəti o həzrətin dostu və yardımçısı etmək. 
Bunun üçün əvvəlcə gözəl əxlaqımız və düzlüyümüz ilə dünya əhalisinə Əhli-beyt əleyhimussalamı sevdirmək, sonra isə onları maarifləndirmək və həzrət Mehdiyə (ə) dost və yardımçı etməkdir.


Rza Əzizoğlu İrəvani‎ 
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Zaman (ə) üçün necə dua edək?
İmam Zaman (ə) üçün necə dua edək?
İmam Zamanın (ə.f) ömrü
İmam Zamanın (ə.f) ömrü
Dünyada rahat yaşamaq üçün 5 tövsiyə
Dünyada rahat yaşamaq üçün 5 tövsiyə
Qəmdən nicat verən zikr
Qəmdən nicat verən zikr
Ey Allah bəndələri bunları bilin və agah olun! – Hz. Əli (ə)
Ey Allah bəndələri bunları bilin və agah olun! – Hz. Əli (ə)
İmam Baqir (ə) İmam Mehdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?
İmam Baqir (ə) İmam Mehdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?
İslam əxlaqı çərçivəsində danlaq, məzəmmət və qınaq
İslam əxlaqı çərçivəsində danlaq, məzəmmət və qınaq
Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur
Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur
Günəşlər günəşi imam Rza əleyhissalam
Günəşlər günəşi imam Rza əleyhissalam
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
Dünya keçid yeridir, Axirət isə mənzil
Dünya keçid yeridir, Axirət isə mənzil
Peyğəmbərə (s) salavat göndərənə, Allah əzab verməz
Peyğəmbərə (s) salavat göndərənə, Allah əzab verməz
NƏFSLƏ MÜBARİZƏNİN YOLLARI
NƏFSLƏ MÜBARİZƏNİN YOLLARI
“Saleh əməl” nədir?!
“Saleh əməl” nədir?!
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
Rəcəb ayı kimin ayıdır?
Rəcəb ayı kimin ayıdır?
Zühurdan sonra insanlar niyə günahdan uzaq olacaqlar?
Zühurdan sonra insanlar niyə günahdan uzaq olacaqlar?
Həzrət İmam Zamanın (ə.f) intizarı
Həzrət İmam Zamanın (ə.f) intizarı
Mömində olmayan altı sifət
Mömində olmayan altı sifət
Həzrət Muhəmmədin (s) Kövsəri
Həzrət Muhəmmədin (s) Kövsəri
Allahın Rəsulu (s) bütün müsəlmanlara nümunədir.
Allahın Rəsulu (s) bütün müsəlmanlara nümunədir.
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
Mübarək ayın astanasında
Mübarək ayın astanasında
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Ayətullah Sübhani "imamın ğeybəti" barədə suala Qurandan cavab verdi
Ayətullah Sübhani "imamın ğeybəti" barədə suala Qurandan cavab verdi
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Zühur üçün dua etməkdən daha mühüm...
Zühur üçün dua etməkdən daha mühüm...
Ən pis peşə
Ən pis peşə
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
Qadının insani məqamı
Qadının insani məqamı
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Aləmlərə rəhmət:
Aləmlərə rəhmət:
Daha çox oxumaq istəyirsən? )))