Shia.az SonUmidTv media
sitename

"Saleh əməl” nədir?!
.
Saleh sözü "layiqli” və "nöqsanı olmayan yaxşı” iş ya şəxs mənasınadır. 
Saleh sözü fəsad və pozuculuq sözünün tam ziddi, əksidir.
Qurani-kərimdə saleh kəlməsi iki mənada işlənmışdir.
1- Fəsad və pozuculuq sözünün ziddi olaraq;

وَ لَا تُفْسِدُواْ فىِ الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَ

"Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən (saleh olduqdan) sonra, orada fəsad törətməyin.”
2- Pis iş və pislik sözünün ziddi olaraq;

خَلَطُواْ عَمَلًا صَالِحًا وَ ءَاخَرَ سَيّ

"Saleh əməli pis işlə qarışdırdılar.”
Saleh əməl iki növdür. 
a) Dinin şəxsən, yəni Quran və Peyğəmbərin (s) dili ilə dediyi işlər; 
b) Allahın razılığına uyğun olan ədalət və insafdan doğan hər hansı saleh (yaxşı) işlər.
Deməli, saleh əməlin mənası üç tərkibdən ibarətdir;
1) Dinin hökmlərindən doğan və Allahın razılığına əsasən olan,
2) Tam mənada yaxşı olan və heç bir nöqsanı olmayan,
3) İçində heç bir eyib, yanlışlıq, fəsad və pozuculuq olmayan.
Bu üç xüsusiyyət hansı əməldə olarsa, həmin əməl saleh əməl sayılır. Başqa sözlə bütün vacib və müstəhəb əməllər, eləcə də ağılın hökmü ilə Allahın razılığı üçün olan və ədalətə, insafsa uyğun olan əməl saleh əməl sayılır, bir şərtlə ki, münasib, nöqsansız və fəsaddan tamamilə uzaq olsun.
.
Onu da qeyd edək ki, saleh əməl xeyir və yaxşı əməldən bəzi şərtlərlə fərqlənir. Yaxşı iş ümumi məna daşıyır. Saleh əməl isə münasib və uyğun əməldir; şəxsə, zamana, məkana ... uyğun olan əməl. Ola bilsin ki, hansısa əməl yaxşı ola, ancaq pozucu ola. Məsələn: Mütaliə etmək yaxşı işdir, ancaq namazın əvvəl vaxtında namaz qılmaq əvəzinə mütaliə etmək fasid (pozucu) işdir, münasib deyil, Allah ilə insan arasındakı rabitəni pozur. Halbuki namazı əvvəl vaxtında qılmaq bu rabitəni nizamlayır, islah edir.
Azan və iqamədə deyilən "həyyə əla xəyril əməl” cümləsinin mənası sadəcə yaxşı əməl mənasına deyil, əksinə "ən yaxşı əməl” mənasınadır. Ən yaxşı əməl də saleh əməl deməkdir.
.
Saleh əməlin xüsusiyyətləri
.
1- Rəd surəsinin 22-ci ayəsindən məlum olur ki, saleh əməl Allahın razılığını qazanmaq üçün olan və çətinliklərə dözməklə baş verən (icra edilən) əməldir.
2- Qəsəs surəsinin 80-ci ayəsindən bəlli olur ki, saleh əməl gözəl əcir, mükafat və savaba layiq olan əməldir.
3- Fatir surəsinin 10-cu ayəsindən məlum olur ki, saleh əməl pak kəlməni (la ilahə illAllahı və ümuminiyyətlə əqidəvi şüarları) göylərə qaldıran (qəbul etdirən) əməldir.
.
Saleh əməlin İman ilə rabitəsi
.
"İman gətirən və saleh əməllər edənlər” sözü Qurani-kərimdə əlli dəfədən çox təkrar edilmişdir.
Saleh əməl barədə yuxarıda qeyd etdiklərimizdən bəlli olur ki, saleh əməlin iman ilə çox yaxın rabitəsi vardır. Saleh əməlin Allahın və Peyğəmbərin (s) birbaşa göstərişləri əsasında olduğuna əsasən, onun iman, əqidə və dinin haqq olduğuna etiraf etmək ilə yanaşı olmasının zərurəti aşkar olur.
Bilməliyik ki, iman ilə saleh əməlin arasında qarşılıqlı rabitə vardır. Yəni təklikdə heç biri digəri olmadan qəbul deyil, həm də biri digərini tərəqqi etdirəndir. İnsanın imanı çaxaldıqca saleh əməlləri də artır, saleh əməlləri çoxaldıqca imanı da artır.
Qurani-kərim Hücurat surəsinin 15-ci ayəsində buyurur:

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ ءَامَنُواْ بِاللَّهِ وَ رَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُواْ وَ جَاهَدُواْ بِأَمْوَالِهِمْ وَ أَنفُسِهِمْ فىِ سَبِيلِ اللَّهِ أُوْلَئكَ هُمُ الصَّدِقُونَ

"Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!”
Bunun əksi də belədir, yəni pis işlərin (günahın) birbaşa olaraq Allaha inamsızlıq və küfr ilə rabitəsi vardır.
Qurani-kərim Rum surəsinin 10-cu ayəsində buyurur:

ثُمَّ كاَنَ عَاقِبَةَ الَّذِينَ أَسَواْ السُّوأَى أَن كَذَّبُواْ بِايَاتِ اللَّهِ وَ كاَنُواْ بهِا يَسْتَهْزِءُونَ

"Sonra isə pis iş görənlərin (günah edənlərin) aqibəti bu oldu ki, onlar Allahın ayələrini inkar etdilər, hətta onları ələ saldılar.”
Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

الايمان والعمل قرينان لا يصلح واحد منهما الا مع صاحبه

"İman ilə əməl yoldaşdırlar, onların heç biri yoldaşı olmadan səhih və kamil olmazlar.”
Təfsirul Bəsair 277-ci səhifə
.
Saleh əməlin atası (Əba Saleh) olan zamanın imanı həzrət Mehdi əleyhissalamın dostları və ardıcıllarından olmaq istəyiriksə, deməli əməllərimizi saflaşdırmalı və saleh əməllər etməliyik. Saleh əməllərimiz nə qədər çox olaraqsa, biz bir o qədər həzrət Sahibəzzamana (ə) yaxşın yaxınlaşmış olacağıq.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?
İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?
İlahi ərşi titrədən 5 əməl
İlahi ərşi titrədən 5 əməl
Qurani-Kərimdə İmam Məhdi (ə.f) haqqında
Qurani-Kərimdə İmam Məhdi (ə.f) haqqında
Əməl ilə cəza arasında olan uyğunluq
Əməl ilə cəza arasında olan uyğunluq
Xalis ibadət və İlahi məsləhət
Xalis ibadət və İlahi məsləhət
İmam Zamanın (əf) zühurundan öncə peyda olan Şueyb ibni Saleh kimdir?
İmam Zamanın (əf) zühurundan öncə peyda olan Şueyb ibni Saleh kimdir?
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
Allah könül xoşluğu ilə digərlərinə borc verənlərə çox böyük mükafat verəcəyini bildirir
Allah könül xoşluğu ilə digərlərinə borc verənlərə çox böyük mükafat verəcəyini bildirir
"Dünyada yaxşı iş görənlər deyil də AXİRƏT dünyasına yaxşı iş aparanlar nicat əhli olacaqlar
"Dünyada yaxşı iş görənlər deyil də AXİRƏT dünyasına yaxşı iş aparanlar nicat əhli olacaqlar
Ayətullah seyid Həsən Amili ➡ Qəlblərə məhəbbət salmaq Allahın işidir
Ayətullah seyid Həsən Amili ➡ Qəlblərə məhəbbət salmaq Allahın işidir
Bu əməl tərk olunan kimi ilahi bərəkət də çəkiləcək
Bu əməl tərk olunan kimi ilahi bərəkət də çəkiləcək
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə mənfi nümunələr və pis örnəklər
Qurani-kərimdə mənfi nümunələr və pis örnəklər
Allah Taala kimlərdən razıdır? Hər kəsdən ki, Allah razıdır, behişt əhlidirmi?
Allah Taala kimlərdən razıdır? Hər kəsdən ki, Allah razıdır, behişt əhlidirmi?
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
İman
İman
Allah hansı işləri qəbul edir?
Allah hansı işləri qəbul edir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
«NƏCVA» (PIÇILTI) AYƏSI İMAM ƏLİ(Ə)-DAN BAŞQA HEÇKİM ƏMƏL ETMIDİ
«NƏCVA» (PIÇILTI) AYƏSI İMAM ƏLİ(Ə)-DAN BAŞQA HEÇKİM ƏMƏL ETMIDİ
“Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar”
“Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar”
Əməl olunmayan imanın dəyəri varmı?
Əməl olunmayan imanın dəyəri varmı?
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Adəm (ə) günahkardırmı?
Adəm (ə) günahkardırmı?
İMAN VƏ ƏMƏL – İKİ ƏBƏDİ DOST
İMAN VƏ ƏMƏL – İKİ ƏBƏDİ DOST
BEHİŞTİN QİYMƏTİ VAR!
BEHİŞTİN QİYMƏTİ VAR!
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Hacı Samir _ Ramazan moizəsi  (Saleh peyğəmbər (ə)-ın dastanı) [07.07.2015]
Hacı Samir _ Ramazan moizəsi (Saleh peyğəmbər (ə)-ın dastanı) [07.07.2015]
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
VALIDEYN HÜQUQU
VALIDEYN HÜQUQU
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Daha çox oxumaq istəyirsən? )))