Shia.az SonUmidTv media
» » » Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Русская версия сайта Русская версия сайта
sitename

 

Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
.
Zühur öncəsi dünyanın əxlaqi vəziyyəti ilə əlaqədar ayə və hədislərə nəzər saldıqda görürük ki, İmamın zühuru ərəfəsində dünyada bütün sahələrdə olduğu kimi mənəvi və əxlaqi sahədə də müxtəliflik olacaqdır. İnsanların bir çoxları əxlaqi və mənəvi tənəzzülə məruz qalacaq, qalan hissə isə əxlaqlarını tərəqqi etdirə və kamil əxlaqa malik ola biləcəklər.
1- Sileyi-rəhmin (qohumluq tellərinin) qırılması
Zühur ərəfəsində cəmiyyətin məruz qalacağı çox ciddi mövzulardan biri insanların bir-birləri ilə ünsiyyətlərinin dayandırılması, onların arasında soyuqluq, etibarsızlıq və etimadsızlıqdır. 
Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih həzrət Mehdi əleyhissalamın zühuru öncəsi zamandan danışarkən buyurur:

فلا الکبیر یرحم الصغیر، و لا القوی یرحم الضعیف، فحینئذ یأذن الله له بالخروج

"Həmin zaman böyüklər kiçiklərə rəhm etməyəcəklər, güclülərin zəiflərə yazığı gəlməyəcək, elə o zaman Allah ona (zamanın imamına) zühur etmə icazəsi verəcək.”
Biharul ənvar52-ci cild 380-cı səhifə

Qohumluq telləri və əlaqələrin süstləşməsi, insanların öz yaxınlarına get-gəl etməmələri, qohum əqrəba ilə ünsiyyətin soyuqluğu və mehribansızlıq həmin zamanda bir çox insanlar üçün adi şeyə çevriləcəkdir. İnsanlar öz qohum əqrəbası ilə münasibətlərdə xırda şeyləri bəhanə edərək bir-birlərinin toyunda, yasında, ad günlərində, sünnət mərasimlərində və sair başqa yığıncaqlarında iştirak etməkdən boyun qaçıracaqlar. Hətta bir çoxları qohum əqrəba ilə pis münasibətlərinə dəlil və sübutu dinin adından gətirəcəklər, yəni qohumluq tellərinin qırılmasına dini müqəssir biləcəklər. Günahlarını dinin boynuna atacaqlar. 
Halbuki qohum əqrəba ilə əlaqələrin qurulması hər bir müsəlmanın boynunda olan vacibi əməllərdəndir. Qurani-kərim üç yerdə qohumları ilə əlaqəni kəsənlərə lənət etmişdir.
Qurani-kərim Muhəmməd surəsinin 22 və 23-cü ayələrində buyurur:

فَهَلْ عَسَيْتُمْ إِن تَوَلَّيْتُمْ أَن تُفْسِدُواْ فىِ الْأَرْضِ وَ تُقَطِّعُواْ أَرْحَامَكُمْ
أُوْلَئكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ فَأَصَمَّهُمْ وَ أَعْمَى أَبْصَرَهُمْ

"Əgər (Peyğəmbərdən və Qurandan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini (əlaqələrini) qırmaqdan başqa nə gözləmək olar ki?!
Onlar (fəsad törədən və qohumlarla əlaqəni kəsənlər) Allahın lənət etdiyi və (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir.”

Qohumlarla əlaqəni kəsməyin bu dərəcədə pislənməsi və onların Allahın lənətinə məruz qalması qohumluq əlaqələrini isti saxlamaq, eləcə də qohumlarla mehribanlıqla ünsiyyətdə olmağın vacibi bir İlahi tapşırıq olmasına görədir. Allahın vacib etdiyi hökmlərdən boyun qaçırmağın şiddətli cəzaları vardır.
Hədislərdə hətta Peyğəmbərin(s) və İmamların(ə) ziyarətlərinə getmək də sileyi-rəhm yəni "qohumlarla yaxınlarla əlaqə”dən sayılmış və tapşırılmışdır ki, Əhli-beyti(ə) ziyarət etməyin insanın bəsirətli olmasında fövqəladə müsbət təsirləri vardır. 
Amma azğınlıq yolunu seçən, İlahi göstərişləri və Quranın əmrlərini saymamazlığa vuran kimsələrin ilk ziyanları yer üzündə fitnə-fəsad törətmək və qohumlarla, yaxınlarla əlaqəni kəsməkdən ibarətdir.
Həyatda böyük süqut və uçurumlar məhz insanın kiçik saydığı şeylərə məhəl qoymamaq, onlarla rəftarını düzgün tənzimləməmək ilə başlayır. İlk baxışda çox sadə görünən qohum-əqraba ilə rabitə və əlaqəni kəsmək, onları incitmək... zaman keçdikcə insanı inhiraf və tənəzzülə sürükləyir, imanı və ixlası tamamilə həmin insanın qəlbindən çıxararaq yerində inadkarlıq, şəkk-şübhə, kin, nifrət toxumları əkir.
Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

ان الساعه لا تقوم حتی یدخل الرجل علی ذی رحمه، یسأله برحمه فلا یعطیه، و الجار علی جاره یسأله بجواره فلا یعطیه

"Həmin zamanda çətinə düşmüş insanlar yaxın qohumlarından kömək istəsələr də qohumları onlara heç nə verməyəcəkdir. Eləcə də qonşu qonşudan nəsə istəyəcək, amma o qonşusuna istədiyini verməyəcək.”
Əmali liş-Şicri 2-ci cild 271-ci səhifə

Başqa bir hədisdə həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

من اشراط الساعه سوء الجوار، و قطیع الارحام

"Həmin zamanın şərtlərindən biri də budur ki, qonşular bir-birlərinə pislik edəcək, qohumlar bir-birləri ilə əlaqələri kəsəcəklər.”
əd-Durrul mənsur 6-cı cild 50-ci səhifə


Rza Əzizoğlu İrəvani

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Quran-Kərimdə 320 ayə Həzrət Mehdi (ə.f) haqqındadır
Quran-Kərimdə 320 ayə Həzrət Mehdi (ə.f) haqqındadır
Ayətullah Sübhani "imamın ğeybəti" barədə suala Qurandan cavab verdi
Ayətullah Sübhani "imamın ğeybəti" barədə suala Qurandan cavab verdi
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Zühur üçün dua etməkdən daha mühüm...
Zühur üçün dua etməkdən daha mühüm...
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümüdür
10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümüdür
“Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar”
“Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar”
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Novruz barədə yeddi qeyd
Novruz barədə yeddi qeyd
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
BİDƏT NƏDİR VƏ BİDƏT ƏHLİ KİMDİR?
BİDƏT NƏDİR VƏ BİDƏT ƏHLİ KİMDİR?
İnsan şeytana necə çevrilir?!
İnsan şeytana necə çevrilir?!
Xanım Məsumə(s.ə)-nın həyatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Mübahilə günü
Mübahilə günü
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Allah və Əhli-Beyt (ə) sevgisi
Allah və Əhli-Beyt (ə) sevgisi
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
VALIDEYN HÜQUQU
VALIDEYN HÜQUQU
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))