Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Əsbəğ ibn Nəbatə deyir:
"Həzrət Əmirəl-mömininin (ə) yanına getdim. Dərin fikrə gedib, əlindəki çubuğu yerə vururdu. Ərz etdim:
"Ya Əmirəl-möminin, nə olub bu qədər fikrə getmisiniz, yoxsa yerə rəğbətiniz artıb?”
Həzrət buyurdu:
"Yox, and olsun Allaha mən bir gün olsun belə, dünyaya rəğbət göstərməmişəm. Məndən olası birinin mövludu haqqında düşünürəm. O, mənim övladlarımdan оn birincisidir. Adı Mehdidir. Yer üzü zülm-sitəmə büründükdən sonra ədaləti bərpa edəcək. Onunla bağlı heyrət və qeyb dövrü var. Həmin vaxt kimi yolunu azar, kimi haqqı tapar...
Kafi”, c. 1, s. 338; "Kəmalud-din”, s. 289.
Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!
Həmçinin baxın