Shia.az SonUmidTv media
sitename

 

Hər bir ailədə yeni körpə dünyaya gələn zaman sevincə və şadlığa səbəb olur. Ancaq Həzrət Peyğəmbərin (s) ailəsində dünyaya gələn bu ikinci körpə sevinclə bir yerdə özü ilə qəm də gətirmişdi. O, Seyyidi-şühəda olan İmam Hüseyndir (ə).

 

İmam Rza (ə) nəql edir: "O zaman ki, İmam Hüseyn (ə) dünyaya gəlir, Həzrət Peyğəmbər (s) Əsma binti Əmisə buyurur: "Ey Əsma, övladımı mənə gətir!”. İmamı (ə) ağ parçaya büküb, Həzrətin (s) yanına gətirdilər. Həzrət (s) onu aldı və ətəyinə qoydu. Sağ qulağına azan və sol qulağına iqamə oxudu.

 

Cəbrayil (ə) nazil olub dedi: "Allah Təala sənə salam göndərir və buyurur: "Əlinin (ə) sənə nisbəti Harunun Musaya (ə) nisbəti kimi olduğu üçün, onu Harunun kiçik oğlunun adı ilə adlandır. Sənin dilin ərəb dili olduğu üçün, onu Hüseyn adlandır”. Peyğəmbər (s) onu öpdü və ağladı. Buyurdu: "Sənin qarşıda böyük müsibətin vardır, Allah onu öldürənə lənət etsin”. Sonra buyurdu: "Ey Əsma! Bu xəbəri Fatiməyə (s.ə) demə”.

 

Yeddinci gün olan zaman Peyğəmbər (s) gəldi və buyurdu: "Övladımı mənə gətir”. Körpəni Həzrətin (s) yanına aparan zaman onun üçün ağ və qara olan qoyunu əqiqə qurbanı olaraq kəsdi. Bir budunu doğum mamasına verdi. Başını qırxdılar, saçının ölçüsü qədər gümüş sədəqə etdi və başına xluq çəkdi. Onu ətəyinə qoyub, buyurdu: "Ey Əba Abdullah! Sənin öldürülməyin mənim üçün nə qədər də ağırdır”. Sonra çoxlu ağladı. Əsma dedi: "Atam-anam sənə fəda olsun, bu, nə xəbərdir ki, birinci gün də buyurdunuz, indi də deyirsiniz? Şadlanmaq yerinə ağlayırsınız?”. Həzrət (s) buyurdu: "Bu əziz övladım üçün ona görə ağlayıram ki, Bəni-Üməyyədən olan kafir dəstə onu öldürəcəkdir. Allah mənim şəfaətimi onlara çatdırmasın. Onu o insan öldürəcəkdir ki, dinimin pozulmasına səbəb olacaqdır. Böyük Allaha kafir olacaqdır. Allahım! Sənə bu iki övladın haqqına dua edirəm, o duanı ki, İbrahim (ə) zümrəsinin haqqında etmişdi. Allahım! Sən onları sev və onları sevənləri sev. Lənət et hər kim onları düşmən bilər, elə bir lənət ki, yeri və göyü doldursun””.

 

İmam Sadiq (ə) buyurur: "O zaman ki, Həzrət İmam Hüseyn (ə) dünyaya gəlir, Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olur və deyir: "Sizin ümmətiniz sizdən sonra Hüseyni (ə) öldürəcəkdir. Onun türbətini sizə göstərimmi?”. Qanad çalıb bir qədər Kərbəla torpağından gətirdi və onu Peyğəmbərə (s) göstərdi. Sonra buyurdu: "Bu, o türbətdir ki, Hüseyn (ə) onun üzərində öldürüləcəkdir””.

 

Bəli, bu, elə mövluddur ki, möminləri həm sevindirir və həm də Həzrətin (ə) çəkdiyi müsibətlərə görə göz yaşı tökməyinə səbəb olur.

 

Salam olsun sənə, ey Şəhidlər Sərvəri!

Mövludun mübarək, ey Əba Abdullah!/Deyerler.org/


www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Həzrət Əlinin (ə) mövlud günüdur
Həzrət Əlinin (ə) mövlud günüdur
Həzrət Fatimə (s.ə) – nübuvvət ağacının səmərəsi, Məsum İmamların (ə) anası, nümunəvi insan
Həzrət Fatimə (s.ə) – nübuvvət ağacının səmərəsi, Məsum İmamların (ə) anası, nümunəvi insan
Bəşəriyyətin üzərində olan rəhmət Günəşi
Bəşəriyyətin üzərində olan rəhmət Günəşi
Bu gün qərib İmam Rzanın (ə) müsibətli şəhadət günüdür
Bu gün qərib İmam Rzanın (ə) müsibətli şəhadət günüdür
Vəhy ailəsinin ilk övladının - İmam Həsənin (ə) şəhadət gecəsidir
Vəhy ailəsinin ilk övladının - İmam Həsənin (ə) şəhadət gecəsidir
İmam Hüseynin (ə) hərəmini ziyarət etmək – Peyğəmbərlə (s) birlikdə yerinə yetirilən qəbul olunmuş həccə bərabərdir
İmam Hüseynin (ə) hərəmini ziyarət etmək – Peyğəmbərlə (s) birlikdə yerinə yetirilən qəbul olunmuş həccə bərabərdir
İMAM MUHƏMMƏD BAQİRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
İMAM MUHƏMMƏD BAQİRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
İmam Cavad (ə) qısa ömrü boyu möminlər üçün qaranlıqda parlayan məşəl kimi idi.
İmam Cavad (ə) qısa ömrü boyu möminlər üçün qaranlıqda parlayan məşəl kimi idi.
Heç zaman qocalmayacaq İmamın (ə.f) mövludu mübarək!
Heç zaman qocalmayacaq İmamın (ə.f) mövludu mübarək!
Mövludun mübarək, ey Qəməri-Bəni-Haşım!
Mövludun mübarək, ey Qəməri-Bəni-Haşım!
Bu mövludda sevinclə göz yaşı bir-birinə qarışır..
Bu mövludda sevinclə göz yaşı bir-birinə qarışır..
Dəstəmaz alan zaman İmam Əli (ə) nə deyirdi?
Dəstəmaz alan zaman İmam Əli (ə) nə deyirdi?
İmam Cavadın (ə) möcüzəli mövludu
İmam Cavadın (ə) möcüzəli mövludu
Peyğəmbərə (s) ən sevimli kəslər
Peyğəmbərə (s) ən sevimli kəslər
Fatimənin (s.ə) necə doğulması
Fatimənin (s.ə) necə doğulması
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm
Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Məgər Kufəyə getmirsən?
Məgər Kufəyə getmirsən?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Salavatın fəziləti
Salavatın fəziləti
Daha çox oxumaq istəyirsən? )))