Shia.az SonUmidTv media
» » » İmam Həsənin (ə) Müaviyyəni (lən) bircə kəlmə ilə ifşa etməsi
Русская версия сайта Русская версия сайта
sitename

Əxlaq, insanı həm dünyada və həm də axirətdə başı uca edən sifətlərdəndir. İnsanın kamala çatması və tərəqqi etməsi üçün məkarim əxlaqa ehtiyacı vardır. Məkarim əxlaq bulağından sirab olmuş Məsum İmamlarımızdan biri də İmam Həsən Müctəbadır (ə).İmam Həsənin (ə) Müaviyyəni (lən) bircə kəlmə ilə ifşa etməsi

 

İmamHəsənin (ə) fəzilətli sifətlərindən nümunələr ilə tanış olaq:

 

1. İbadət. İmam Sadiq (ə) buyurur: "İmam Müctəba (ə) öz zamanının ən abid insanı idi. Çox sayda həcci piyada halda və bəzən də yalın ayaqla yerinə yetirmişdir. Onu həmişə zikr deyən halda görürdülər”.

 

2. Allah qorxusu. İmam Sadiq (ə) buyurur: "Nə zaman (İmam Həsən (ə)) ölümü yada salsa idi, ağlayardı. Nə zaman qəbri yada salsa, ağlayardı. Nə zaman Qiyaməti yada salsa, nalə çəkərdi. Nə zaman (Sirat) körpüsündən keçməyi yada salardı, ağlayardı. Nə zaman əməllərinin Allaha təqdim olmasını yada salardı, nalə çəkər və huşdan gedərdi. Nə zaman namaza dayanardı, bədəni Allah qarşısında titrəyərdi. Nə zaman behişt və cəhənnəmi yada salardı, zəhərli ilanın çaldığı şəxs kimi narahat olar və Allahdan behişti istəyərdi. Cəhənnəm atəşindən Ona pənah aparardı”.

 

3. Quranla munis idi. İmam Həsən (ə) elə bir ailədə dünyaya gəlmişdi ki, Quran vəhy olunan yer idi və atası İmam Əli (ə) – Quran ayələrini bir yerə toplayan ilk şəxs idi. Bütün ailə üzvləri Qurana ən yaxşı şəkildə əməl edirdilər. Qurani-Kərim bütün Məsumlar (ə) kimi, İmam Həsən Müctəbanın (ə) da munisi idi.

 

4. Mehribanlıq. Nəql olunur ki, İmam Həsən (ə) yemək yeyən zaman bir it gəlir və Həzrətin (ə) qarşısında dayanır. İmam (ə) yediyi hər tikədən birini onun qabağına atırdı. Bir nəfər soruşur: "Ey Allah Rəsulunun oğlu! İcazə verin, bu heyvanı uzaqlaşdırım”.

İmam (ə) buyurur: "Xeyr, onu boş buraxın. Mən Allahdan həya edirəm ki, Onun canlısı mənim üzümə baxır və mən də yemək yeyən halda olum və ona yemək verməyim”.

 

5. Güzəşt. İmam Həsənin (ə) yəhudi bir qonşusu var idi və bir gün divarından deşik açılır və çirkabın bir hissəsi İmamın (ə) evinə axmağa başlayır. İmamın (ə) evinin divarını napak edir. İmam (ə) bu haqda sükut edir və qonşusuna heç nə demir. Bir gün həmin yəhudinin xanımı İmamın (ə) evinə gəlib bir şey istəyir və bu zaman həmin deşiyi görür və çox xəcalət çəkir. Tez evə gedib, ərinə xəbər verir. Onlar hər ikisi İmamın (ə) yanına gəlib üzr istəyirlər. İmam (ə) da daha çox xəcalət çəkməsinlər deyə, buyurur: "Cəddim Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: "Qonşunuza mehribanlıq edin!””.

Həmin şəxs evinə qayıdır və uşaqlarını da yığıb İmamın (ə) yanına gəlir və İslam dinini qəbul edir.

 

6. Təvazökarlıq. İmam (ə) da cəddi kimi təkəbbürdən uzaq halda torpağın üzərində əyləşərdi , yoxsullar ilə birlikdə yemək yeyərdi. Bir gün İmam (ə) yoxsulların yanından keçir ki, süfrə açıb yemək yeyirdilər. Onlar İmamı (ə) süfrəyə dəvət edirlər və İmam (ə) da miniyindən yerə düşür və bu ayəni tilavət etdikdən sonra onların süfrəsinə əyləşib, onlarla yemək yeyir: "Şübhəsiz, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir və həqiqətən O, təkəbbürlüləri sevmir”. ("Nəhl” 23).

 

7. Helm və səbir. Bir gün İmam Həsən (ə) Müaviyyənin (lən) məclisinə daxil olur və məclis dolu olduğu üçün özünə əyləşməyə yer tapmır. Nəhayət gəlib Müaviyyənin minbərinin aşağısında əyləşir. Müaviyyə isə İmam Əlini (ə) təhqir edən sözlər deyirdi və Aişə tərəfindən özünün xəlifəliyə qəbul olunmamasına tənə vururdu. Sonra əlini İmama (ə) uzadaraq deyir: "Bu kişinin atası xəlifəlik məsələlərində mənimlə müharibə edərdi. Allah da canını aldı”.

Həzrət Həsən (ə) buyurur: "Ey Müaviyyə! Aişənin sözlərinə təəccüb edirsən?”.

Müaviyyə deyir: "Bəli, Allaha and olsun!”.

İmam (ə) buyurur: "İstəyirsənmi ki, ondan da təəccüblüsünü sənə deyim?”.

Müaviyyə deyir: "De”.

İmam (ə) buyurur: "Aişənin səni qəbul etməməsindən təəccüblüsü budur ki, mən sənin minbərinin aşağısında və ayaqlarının yanında əyləşmişəm”. (Beytutə)

Yəni, İmam Həsən (ə) çatdırır ki, o, Həzrət Peyğəmbərin (s) birbaşa canişini olduğu halda, xilafəti qəsb edən Müaviyyə (lən) həyasızcasına onun yerində oturub və hələ bir nəyəsə təəccüblənməyə cürət də edir. Üstəlik, İlahi canişinə layiq olduğu minimal ehtiramı və diqqəti də təzahür etdirmir. Bir halda ki, Müaviyyə (lən) hamıdan yaxşı bilirdi ki, oturduğu kürsü qeyd-şərtsiz İmam Həsənə (ə) aiddir.

 /Deyerler.org/

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Kərbəla qəhrəmanları: İmam Əlinin (ə) sirr səhabəsi Həbib ibn Məzahir Əsədi
Kərbəla qəhrəmanları: İmam Əlinin (ə) sirr səhabəsi Həbib ibn Məzahir Əsədi
İmam Hüseyn (ə) məktəbində həqiqi azadlıq
İmam Hüseyn (ə) məktəbində həqiqi azadlıq
Məhərrəmliyin ideal əzadarlığı
Məhərrəmliyin ideal əzadarlığı
İmam Hadi (ə) çətinliyə düşmüş möminin borcunu belə ödədi
İmam Hadi (ə) çətinliyə düşmüş möminin borcunu belə ödədi
İmam Cavad (ə) qısa ömrü boyu möminlər üçün qaranlıqda parlayan məşəl kimi idi.
İmam Cavad (ə) qısa ömrü boyu möminlər üçün qaranlıqda parlayan məşəl kimi idi.
Məşhədin sönməz ulduzunun mövludu
Məşhədin sönməz ulduzunun mövludu
Bu gün İmam Həsənin (ə) mövlud günüdür
Bu gün İmam Həsənin (ə) mövlud günüdür
İmam Zaman ağanın (ə.f) azərbaycanlı vəkili
İmam Zaman ağanın (ə.f) azərbaycanlı vəkili
Niyə Cəmkəran məscidini İmam Zaman ağaya (ə.f) aid edirlər?
Niyə Cəmkəran məscidini İmam Zaman ağaya (ə.f) aid edirlər?
Heç zaman qocalmayacaq İmamın (ə.f) mövludu mübarək!
Heç zaman qocalmayacaq İmamın (ə.f) mövludu mübarək!
12 imamın Allah tərəfindən seçilməsinə inam
12 imamın Allah tərəfindən seçilməsinə inam
İmam Zaman ağanın (ə.f) evi haradadır?
İmam Zaman ağanın (ə.f) evi haradadır?
İmam Musa Kazımdan (ə) əxlaq dərsi
İmam Musa Kazımdan (ə) əxlaq dərsi
Qəmdən nicat verən zikr
Qəmdən nicat verən zikr
İmam Cavadın (ə) möcüzəli mövludu
İmam Cavadın (ə) möcüzəli mövludu
Xoşagəlməz gün olurmu? – İmam Hadidən (ə) mübarək aydınlatma
Xoşagəlməz gün olurmu? – İmam Hadidən (ə) mübarək aydınlatma
Allahın varlığının bir neçə dəqiqəyə sübutu
Allahın varlığının bir neçə dəqiqəyə sübutu
İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir
İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?
İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Ananın matəmində
Ananın matəmində
Məgər Kufəyə getmirsən?
Məgər Kufəyə getmirsən?
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
“Qəlblər paslanar, necə ki, dəmir paslanar”.
“Qəlblər paslanar, necə ki, dəmir paslanar”.
İmam Həsənin (ə) səxavətindən üç nümunə
İmam Həsənin (ə) səxavətindən üç nümunə
QONAĞA HÖRMƏTİN VACİBLİYİ
QONAĞA HÖRMƏTİN VACİBLİYİ
Pulla olmayan 7 sədəqə növü
Pulla olmayan 7 sədəqə növü
12 İmamın adı
12 İmamın adı
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
İmam Sadiq (ə)buyurur:«Atam İmam Baqir (ə) Allahı çox zikr edərdi.
İmam Sadiq (ə)buyurur:«Atam İmam Baqir (ə) Allahı çox zikr edərdi.
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Daha çox oxumaq istəyirsən? )))