Shia.az SonUmidTv media
sitename

Evində 20 il həbsdə olan mübariz İmam (ə)Evində 20 il həbsdə olan mübariz İmam (ə)

Həzrət Əli ibni Muhəmməd (ə) 214-cü hicri ilində dünyaya gəlmiş və 254-cü ildə şəhid olmuşdur. O Həzrətin (ə) ləqəbi Hadi idi. Həzrət 233-cü ilə qədər Mədinədə yaşamışdır. Bu ildən sonra isə Samirra şəhərinə aparılmışdır. Ömrünün axırına qədər bu şəhərdə nəzarət altında yaşamışdır. İmam Hadinin (ə) imaməti də atası kimi uşaq yaşlarından başlamışdır. Əhli-Beyt (ə) cəmiyyəti haim Həzrətin (ə) xidmətinə hazır idi.


İmam Hadi (ə) bir neçə Abbasi xəlifəsinin dövründə imamlıq etmişdir. Daha çox Mütəvəkkil Abbasinin dövründə yaşamışdır.


Mütəvəkkilin xilafətinin ilk illərində yəni, 233-cü ildə İmamı (ə) Samirraya göndərir. O zaman Samirra Abbasi xilafətinin mərkəzi idi.


Xəlifənin hədəfi əziz İmamı (ə) nəzarəti altında saxlamaq idi. Mütəvəkkil başqa xəifələr kimi Əli (ə) ardıcıllarının qiyamından qorxurdu. Həzrəti (ə) Samirraya gətirməklə bu qiyamın qarşısını almış oldu. Mütəvəkkil zahirdə İmama (ə) hörmət etdiyini göstərməyə çalışırdı. Ancaq əslində bütün hədəfi İmamın (ə) Əhli-Beyt (ə) davamçıları ilə əlaqəsini kəsmək olmuşdur.


Bəzən əsgərlər hətta İmamın (ə) evini axtarırdılar. Bir gün hətta gecə yarısı İmamın (ə) evinə girərək, onu ibadət halında gördülər və Mütəvəkkilin yanına apardılar. İmam (ə) elə bir şeir zümzümə etdi ki, xəlifə fikrə gedir. Bu şeir, axirətlərini fikirləşməyən hegemon insanlar haqqında idi. "Elə bilirlər ki, həmişə bu dünyada qalacaqlar".

Mütəvəkkil o qədər qatı düşmən idi ki, hətta aşkarda İmama (ə) düşmənçiliyini bəzən göstərməyə cürət edirdi.


237-ci ildə Mütəvəkkil İmam Hüseynin (ə) Kərbəladakı hərəmini dağıtmağı əmr etdi. Əmr etdi ki, hərəmə gedən suyu bağlasınlar və qəbri yerlə yeksan edərək, şumlasınlar.


Mütəvəkkil (lən) ölməmişdən qabaq İmamın (ə) qətlinə əmr edir, amm əmri yerinə yetməmiş özü yatağında öldürülür.


Ən üstün Əhli-Beyt (ə) alimləri, hədis yazanları hər bir şəhərdə İmam (ə) tərəfindən vəkil seçilirdilər. İnsanların İmamla (ə) aralarında olan yazışmalarına kömək edirdilər. Bu məsələ elmi və maliyyə cəhətindən olurdu. İnsanlar İmamın (ə) əmri ilə mali haqlarını (xüms, zəkat) vəkilə verirdilər. Vəkil də bu pulu İmama (ə) çatdırırdı. Suallara cavab vermək də onların vasitəsilə həyata keçirilirdi.


İmam Hadidən (ə) bizə çox sayda hədis çatmışdır. Bu hədislərin bir çoxu Əhli-Beyt (ə) davamçılarının düşüncələrinin islah olmasına aiddir. İmamın (ə) başqa bir mirası - dua, Allahla münacatdır. İmamın (ə) dualarda irəli sürdüyü hədəf - insanların arasında vahid rabitənin olması və Əhli-Beyt (ə) davamçılarının birləşməsidir. Buna misal - "Cameyi-kəbirə”dir. Bu ziyarətdə İmam (ə) Əhli-Beytin (ə) kamalından və fəzilətindən bəhs etmişdir. Bu ziyarət həqiqətdə imamşünaslıqdır. (abna Deyerler.org)


İmamın (ə) tərəfdaşları arasında Əli ibni Cəfər Minavi kimi şəxsiyyətlərə rast gəlirik. O, Mütəvəkkil tərəfindən zindana atılmışdı. Xəlifə onu öldrümək istəyirdi. Başqa bir tanınmış isim - İbni Səkiyyətdir ki, xəlifə onu şəhid edir. Bu qətlin səbəbini belə izah edirlər ki, Mütəvəkkil övladlarının ikisini İbni Səkiyyətin yanına göndərir ki, onlara dərs versin. Sonralar başa düşür ki, İbni Səkiyyət İmam Hadinin (ə) tərəfdarlarındandır, onu çağırıb, deyir: "Mənim övladlarımın fəziləti vardır, yoxsa, Həsənlə Hüseynin?”. İbni Səkiyyət çəkinmədən cavab verir: "Sənin iki övladın, iki cənnət seyyidi olan İmam Həsən (ə) və İmam Hüseynlə (ə) müqayisə edilə bilməz. Sənin övladların hətta İmam Əlinin (ə) nökəri Qənbərlə müqayisə edilə bilməz”. Mütəvəkkil bu sözlərdən çox əsəbiləşir və əmr edir ki, onun dilini başının arxasından çıxartsınlar.


İmam Hadinin (ə) tərəfdaşlarından biri də Həzrət Əbdüləzim Hüseyni idi. Onun nəsli İmam Həsən Müctəbaya (ə) çatır. O, məşhur hədis yazan, zamanının abidi idi. Həzrət Cavadın (ə) və Həzrət Hadinin (ə) xüsusi səhabələrindən idi.


İmam (ə), Abbasi xəlifəsi Mötəmid Abbasinin dövründə 254-cü ildə Samirrada zəhərlənib, şəhid edilmişdir.

İmam Hadi (ə) 20 il həbsdə olduğu elə həmin evdə də dəfn edilmişdir.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Əliyyən-Nəqinin (ə) həyatı
İmam Əliyyən-Nəqinin (ə) həyatı
İmam Əliyyən-Nəqinin (ə) şəhadəti
İmam Əliyyən-Nəqinin (ə) şəhadəti
Əhli-Beytdən (ə) olmayan Kərbəla əsirləri
Əhli-Beytdən (ə) olmayan Kərbəla əsirləri
Hərəmi mələklərin qibləgahı olan Əhli-Beytin (ə) kəriməsi, Həzrət Muhəmməd (ə) nəslinin Məryəmi
Hərəmi mələklərin qibləgahı olan Əhli-Beytin (ə) kəriməsi, Həzrət Muhəmməd (ə) nəslinin Məryəmi
Qərib İmam Rzanın (ə) müsibətli şəhadət gecəsidir
Qərib İmam Rzanın (ə) müsibətli şəhadət gecəsidir
Bu gün qərib İmam Rzanın (ə) müsibətli şəhadət günüdür
Bu gün qərib İmam Rzanın (ə) müsibətli şəhadət günüdür
Kərbəla qəhrəmanları: İmam Əlinin (ə) sirr səhabəsi Həbib ibn Məzahir Əsədi
Kərbəla qəhrəmanları: İmam Əlinin (ə) sirr səhabəsi Həbib ibn Məzahir Əsədi
İmam Hadi (ə) çətinliyə düşmüş möminin borcunu belə ödədi
İmam Hadi (ə) çətinliyə düşmüş möminin borcunu belə ödədi
İMAM HADİNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ
İMAM HADİNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ
İmam Əliyyən-Nəqinin (İmam Hadinin (ə)) mövlud günüdür
İmam Əliyyən-Nəqinin (İmam Hadinin (ə)) mövlud günüdür
İmam Sadiq ələyhis-salamın həyatı haqqında  qısa məlumat
İmam Sadiq ələyhis-salamın həyatı haqqında qısa məlumat
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
Məşhur Rey müsafiri – Seyyid Əbduləzim Həsəni (ə)
Məşhur Rey müsafiri – Seyyid Əbduləzim Həsəni (ə)
Heç zaman qocalmayacaq İmamın (ə.f) mövludu mübarək!
Heç zaman qocalmayacaq İmamın (ə.f) mövludu mübarək!
12 imamın Allah tərəfindən seçilməsinə inam
12 imamın Allah tərəfindən seçilməsinə inam
İmam Zaman ağanın (ə.f) evi haradadır?
İmam Zaman ağanın (ə.f) evi haradadır?
İmam Hüseynin (ə) kəramət dəryasından bir neçə damla
İmam Hüseynin (ə) kəramət dəryasından bir neçə damla
Xoşagəlməz gün olurmu? – İmam Hadidən (ə) mübarək aydınlatma
Xoşagəlməz gün olurmu? – İmam Hadidən (ə) mübarək aydınlatma
Bu gün İmam Əliyyən-Nəqinin (ə) şəhadət günüdür
Bu gün İmam Əliyyən-Nəqinin (ə) şəhadət günüdür
Rəcəb ayının 2-ci günü
Rəcəb ayının 2-ci günü
Kərbəla şəhidləri...
Kərbəla şəhidləri...
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
İmam Hüseynin (ə) qəbrini kimlər dağıtmışdır?
İmam Hüseynin (ə) qəbrini kimlər dağıtmışdır?
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
12 İmamın adı
12 İmamın adı
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
İmam Rza (ə) vəliəhdliyi niyə qəbul etdi?
İmam Rza (ə) vəliəhdliyi niyə qəbul etdi?
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Hadinin (ə) təvəllüdü
İmam Hadinin (ə) təvəllüdü
Daha çox oxumaq istəyirsən? )))