Shia.az SonUmidTv media
sitename
Hicri təqvimi ilə 212-ci il, rəcəb ayının 2-ci günü, imamət və vilayətin parlaq ulduzu imam Hadi (ə) Mədinə şəhərinin yaxınlığında, "Sürəyya” kəndində dümyaya göz açdı. (Vəqayeül-əyyam, s. 311)
Onun əziz atası imam Cavad (ə), anası isə böyük şəxsiyyətli, dəyərli xanım, Səmanə idi. İmam Hadi (ə) anası haqqında belə deyir: "Anam, Haqq arifi və cənnət əhlidir. Azğın şeytan ona yaxın gəlmir, Allah onu qoruyur. O sədaqətli və saleh analar zümərsində sayılır.” (Dəlayilül-imamə, s. 216)
Onuncu imamın künyəsi, Əbülhəsən idi. Ona üçüncü Əbülhəsən də deyirdilər. O həzrətin ləqəbləri aşağıdakılardan ibarətdir: Nəqi, Hadi, Alim, Əmin, Təyyib, Mömin və Nasihdir. Onlardan ən məşhurlar Nəqi və Hadidir.
Unutmaq lazım deyil ki, imam Əli Ən-Nəqinin (ə) təvəllüdü daha məşhur rəvayətə əsasən hicri təqvimi ilə 212- il, zilhiccə ayının on beşinə təsadüf edir.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))