Uşaq portalı Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename

"Kərrəməllahu Vəchəhu"
Bu hörmət və ehtiram bildirən gözəl ifadəni, yəni "Kərrəməllahu Vəchəhu" sözünü Əhli-Sünnə alimləri qədim dövrdən İmam Əlinin (ə) adının ardınca işlədiblər. Digər səhabələr üçün isə "Rəziyəllahu Ənhu" (Allah ondan razı olsun) ifadəsini istifadə etmişlər. Şiələr isə İmam Əli (ə) və Peyğəmbər ailəsindən olan digər imamların adlarını deyəndə ardınca "əlyhis-səlam" (Allah ona salamı olsun) ifadəsini işlədirlər. 
Əhli-Sünnə alimlərinin bütün səhabələr üçün "Rəziyəllahu Ənhu" ifadəsini işlətdikləri halda təkcə İmam Əli (ə) üçün "Kərrəməllahu Vəchəhu" (Allah onu şərafətli, girami və əziz etsin) ifadəsini istifadə etməklərinin səbəbini bəzi araşdırmaçılar aşağıdakı kimi izah etmişlər:
Birinci izah:
İmam Əli (ə) heç vaxt bütə sitayiş və pərəstiş etməmişdir. Başqa sözlə desək İmam Əli (ə) bütün digər səhabələrdən bir çox üstünlüklərə malikdir ki, onların ən ümdəsi bunlardır: 
1). İmam Əli (ə) uşaqlıqdan Peyğəmbərin (s) tərbiyəsi və elmi ilə qidalanıb və uşaqlığından Peyğəmbərə (s) ehtiram və itaət edib; 
2). İmam Əli (ə) heç vaxt bütə siyayiş və pərəstiş etməyib və Allaha şərik qoşmayıb. Halbuki İslamdan öncə doğulan və sonradan İslamı qəbul edən bütün səhabələr bütə tapınmışlar və ya digər batil dinlərə xidmət etmişlər. Amma bu hal heç vaxt İmam Əlinin (ə) həyatında baş verməyib, o həzrət (ə) Allaha heç vaxt şirk qoşmayıb və hətta heç kim onun ən kiçik günah etdiyini belə görməyib. (Mömin Şiblənci, "Nurul-Əbsar", s.156). 
3). Peyğəmbər (s) heç bir səhabəni Əli (ə) qədər sevməyib; 
4). Səhabələrin arasında heç kim Əli (ə) qədər şücaətli, elmli və digər üstün xüsusiyyətlərə malik olmayıb və s...
Buan görə də "Kərrəməllahu Vəchəhu" ifadəsi dolayısı ilə Əhli-Sünnə alimlərinin etirafıdır buna ki: Peyğəmbərin (s) səhabələri arasında heç kim Əlidən (ə) üstün və fəzilətli deyil. (İbn Həcər Heytəmi, "əl-Fətava əl-Hədisiyyə", c.1, s.41). 
İkinci izah: 
Bəzi araşdırmaçılar isə Əhli-Sünnə alimlərinin bu ifadəsini Qurani-Kərimin "mənim əhdim (imamət məqamı) zalimlərə çatmayacaq" (Bəqərə/14) və "və onlardan bəziləri özlərinə zülm edəndirlər" (Fatir/32) ayələri ilə əlaqələndiriblər və buradan yola çıxaraq bu ifadəni bir növ İmam Əlinin (ə) məsumluğuna və digər xəlifələrin xilafət məqamına İmam Əli (ə) qədər layiq olmadıqlarına dəlil kimi istifadə ediblər. Çünki bu ayələrə əsasən günahkar şəxs özünüə zülm etmiş sayılır və Allahın "əhdi" (imamət məqamı) zalimə çatmayacaq. 
Necə ki, Əhli-Sünnə alimləri İbn Həcər Heytəmi (əl-Fətava əl-Hədisiyyə, c.1, s.41) və Mömin Şiblənci (Nurul-Əbsar, s.156) bu ifadəni belə məna etmişlər: "Allah onu (Əlini) özündən başqasına tapınmaqdan qorudu". 
Buradan da belə anlaşılır ki, İmam Əlini (ə) Allah-Taala seçib və günah etməkdən qoruyub və ona məsum kəslərə aid olan "imamət" məqamını vermişdir.
Üçüncü izah:
Əhli-Sünnə məzhəbinin hədis alimi, fəqihi və məzhəb imamı Əhməd bin Hənbəl bu ifadə barədə belə deyir (əl-Müsnəd, c.17, s.197) ki, Xeybər müharibəsində Həzrət Peyğəmbər (s) digər səhabələr məğlub qayıtdıqdan sonra bayrağı İmam Əliyə (ə) verərək buyurdu: "O bir kəsdir ki, Məhəmmədin (s) başını ucaltdı, girami və şərəfli etdi". Bu hadisəyə görə Əhli-Sünnə alimləri digər səhabələr barədə "Allah razı olsun", İmam Əli (ə) barədə isə "Kərrəməllahu Vəchəhu" ifadəsini işlədirlər. 
Qeyd: Bu ifadə bu günə qədər təkcə İmam Əli (s) barəsində istifadə edilib. Buna bütün əhli-sünnə alimləri etiraf ediblər. Təkcə müasir dövrdə Bin Baz kimi təkfirçi və nasibi vəhabi-sələfi "fətvager"ləri çox gülünc bir iddia ilə çıxış edərək bu ifadənin də şiələrin "bidət"i olduğunu deyiblər və bu ifadəni işlətmirlər. Çünki bütün əhli-sünnə alimlərin öz dövründə azğın və axmaq hesab etdiyi və vəhabi-sələfilərin şeyxi və Əhli-Beytə (ə) xüsusi düşmənçiliyi ilə fərqlənən İbn Teymiyyə yazdığı kitablarda bu ifadəni İmam Əli (ə) barədə işlətməyib. Hətta Ben Bazın şagirdi Məhəmməd Saleh əl-Münəccid (Movqiul-İslam, sualun və cavabun, c.9, s.101) keçmiş əhli-sünnə alimlərini bu ifadəyə görə nadan adlandırıb. (İlyas Qasımov, "İbn Teymiyyə, Sələfilərin imamı", s.199).  /@mirmehemmed_beshir
Mirməhəmməd Bəşir (wikishia.net)
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))