Shia.az SonUmidTv media
» » » Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Русская версия сайта Русская версия сайта
sitename

Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat

Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kə’bə evində dünyaya göz açmışdır.[1]Atası Əbutalib[2], anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir.

Həzrət Əli əleyhissəlamin həyatinin bölmələri

Həzrət Əli əleyhissəlamın be’sətdən (Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini, İslami hadisələrdə Peyğəmbərlə (səlləllahu əleyhi və alih) çiyin-çiyinə olmasını və o Həzrətin vəfatından sonra otuz il yaşamasını nəzərə almaqla onun (Həzrət Əlinin) altımış üç illik mübarək ömrünü aşağıdakı beş hissəyə bölmək olar:

1)–Təvəllüddən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be’sətinə qədər;

2)–Be’sətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) Mədinəyə hicrətinədək;

3)–Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək;

4)–Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından Əli əleyhissəlamın xəlifə olmasına qədər;

5)–Həzrət Əli əleyhissəlamın xəlifəlik dövrü (şəhadətinə qədər).

1. Əli əleyhissəlamın dünyaya gəlməsindən Həzrət Məhəmmədin (səlləllahu əleyhi və alih) be’sətinə (peyğəmbərliyə seçilməsinə) qədər

Yuxarıda qeyd etdik ki, əgər Əli əleyhissəlamın ömrünü beş hissəyə bölsək birinci hissə o Həzrətin təvəllüdündən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be’sətinə qədərki dövrü əhatə edəcək. Əli əleyhissəlamın ömrünün bu hissəsi on ildən çox deyil. Çünki Həzrət Əli (əleyhissəlam) doğulanda Peyğəmbərin (səlləllahu əleyhi və alih) artıq otuz yaşı var idi və o, peyğəmbərliyə qırx yaşında olarkən yetişmişdir. Deməli, Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilərkən Əli əleyhissəlamın cəmi on yaşı var idi.



[1] Mürucuz-zəhəb (Məs`udi), 21965, 2, səh. 349; Təzkirətül-xəvas, səh. 10; Nurul-əbsar... (Mö`min Şəblənci) səh. 76.

[2] Əli (ə)-ın atasının adının İmran və kunyəsininƏbu Talib olması və ya müstəsna olaraq adının elə kunyəsi olması yaxud, onun Əbdümənaf olması barədə nəzər müxtəlifliyi vardır. Şiə alimləri arasında "rical” katiblərindən olan Cəmaləddin Əhməd ibn Ənbə (təv. 828 hicri) üçüncü nəzəri səhih hesab etmişdir. ("Ümdətüt-talib fi mənaqibi Ali Əbi Talib”, səh. 20-21)

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
İmam Baqirin (ə) təvəllüdü günü
İmam Baqirin (ə) təvəllüdü günü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
Cümə günün duası
Cümə günün duası
Yuxunun Şərhi
Yuxunun Şərhi
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (2)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (2)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
Şeyx Səduqun Hz. Peyğəmbərin (s) məsumluğuna etiqadının olması:
Şeyx Səduqun Hz. Peyğəmbərin (s) məsumluğuna etiqadının olması:
İSLАM PEYĞƏMBƏRİNİN UŞАQLIĞI VƏ CАVАNLIĞI
İSLАM PEYĞƏMBƏRİNİN UŞАQLIĞI VƏ CАVАNLIĞI
İmam Həsən Əskəri əleyhissəlamın yeddi cəhətli fəaliyyəti
İmam Həsən Əskəri əleyhissəlamın yeddi cəhətli fəaliyyəti
İmam Həsən Əskəri əleyhissəlamın həyatı barədə  məlumat
İmam Həsən Əskəri əleyhissəlamın həyatı barədə məlumat
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Nəhcül Bəlağə xütbə 3
Nəhcül Bəlağə xütbə 3
Süd verən ananın vəzifələri
Süd verən ananın vəzifələri
Salavatın fəziləti
Salavatın fəziləti
Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram olmasının fəlsəfəsi nədir? Bu haqda hədis varmı?
Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram olmasının fəlsəfəsi nədir? Bu haqda hədis varmı?
Nəhcül Bəlağə xütbə-1
Nəhcül Bəlağə xütbə-1
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))