Shia.az SonUmidTv media
sitename

Vilayət şahı, hidayət şamı, müttəqilər və möminlərin mövlası, Allah və Peyğəmbərin (s) sevimlisi imam Əli ibn Əbu Talibin (ə) Fəzilətlər dəryasından bir damlafəzilətlərindən nə qədər desək və nə qədər yazsaq da, o həzrətin sonsuz hikmət, qeyrət, fəzilət, dəyanət və şücaət dəryası müqabilində yalnız bir damladır. Xəlil ibn Əhməd imam Əlinin (ə) fəzilətləri haqda necə də gözəl demişdir:

کیف اصف رجلاً کتم اعادیه محاسنه حسداً و احبّائه خوفاً و ما بین الکلمتین ملأالخائفین؛

"O kişini necə vəsf edim ki, düşmənləri həsəd üzündən, dostları isə düşmənlərinin qorxusundan onun fəzilət və gözəlliklərini gizlətdilər. Bununla belə, onun fəzilət və gözəllikləri qərb və şərqi bürümüşdür.” ("Rozətul-muttəqin”, 13-cü cild, səh.265.)

Bundan da uca bir məqam varmı ki, Əmirəlmöminin Əli (ə) Peyğəmbəri-Əkrəmə (s) iman gətirən və o həzrətin çiyninə çıxıb bütləri sındıran ilk şəxsdir. Peyğəmbəri-Əkrəm (s) tərəfindən dəfələrlə imamət və xilafət məqamına təyin edildi. Hicrət gecəsi, o qorxulu zamanlarda Peyğəmbəri-Əkrəmin (s) yatağında yatdı. Peyğəmbər (s) ümmətinin və on bir məsum imamın atası idi. Peyğəmbərin (s) sevimli qızı xanım Fatimeyi-Zəhra (s.ə.) həyat yoldaşı idi. "Xəndək” döyüşündə Peyğəmbərin (s) nidasına "ləbbeyk” deyən, küfr ordusunun pəhləvanı Əmr ibn Əbdəvüdün kürəyini yerə vuran, bir zərbəsi bütün cin və insanların ibadətindən fəzilətli sayılan, "Xeybər” döyüşündə "Xeybər” qalasının qapısını yerindən qoparıb İslam ordusunu nüsrət və qələbəyə yetirən yeganə şəxsdir.

İmam Əli (ə) elə bir şəxsiyyətdir ki, onu Allah və Peyğəmbərdən (s) başqası layiqincə tanıya bilmədi. Peyğəmbər (s) o həzrətə xitabən buyurmuşdur:

يَا عَلِيُّ مَا عَرَفَ اللَّهَ حَقَّ مَعْرِفَتِهِ غَيْرِي وَ غَيْرُكَ وَ مَا عَرَفَكَ حَقَّ مَعْرِفَتِكَ غَيْرُ اللَّهِ وَ غَيْرِي

"Ya Əli! Allahı mən və səndən başqa, layiqincə tanıyan olmadı. Səni də Allah və məndən başqası, layiqincə tanıyan olmadı.” ("Əl-mənaqib”, İbn Şəhr Aşub”, 3-cü cild, səh.268.)

Başqa bir hədisdə buyurmuşdur:

يا علي! لا يَعرفُ الله تَعالى إلا أنَا وَ أنتَ وَ لا يَعرِفني إلاّ الله وَ أنتَ وَ لا يَعرِفُك إلا الله وَ أنَا

"Ya Əli! Allahı mən və səndən başqası, məni Allah və səndən başqası, səni də Allah və məndən başqası tanımadı.” ("Rozətul-muttəqin”, Əllamə Məhəmməttəqi Məclisi, 13-cü cild, səh.273; "Əl-mənaqib”, İbn Şər Aşub, 3-cü cild, səh.268.)

İbn Abbas Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir:

لَو اَنَّ الرّیاضَ (الفیاض) اقلامٌ و البحرُ مدادٌ والجنُّ حُسّابٌ والانسُ کُتّابٌ ما اَحصوا فضائل علیِّ بن ابی طالبٍ

"Ağaclar (bağlar) qələm, dərya mürəkkəb, cinlər hesablayıcı, insanlar yazar olarsa, Əli ibn Əbu Talibin fəzilətlərini sayıb-qurtara bilməzlər.” ("Əl-mənaqib”, Xarəzmi, səh.177, hədis 99 və "Lisanul-mizan”, 5-ci cild, səh.62; "Mizanul-etidal”, Zəhəbi, səh.467.)

Yenə o həzrət başqa bir hədisdə belə buyurmuşdur:

إِنَّ اللَّهَ تَعَالَى جَعَلَ لِأَخِي عَلِيِّ بْنِ أَبِي طَالِبٍ فَضَائِلَ لَا تُحْصَى كَثْرَةً فَمَنْ قَرَأَ فَضِيلَةً مِنْ فَضَائِلِهِ مُقِرّاً بِهَا غَفَرَ اللَّهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَ مَا تَأَخَّرَ

"Həqiqətən, Allah-Taala qardaşım Əli ibn Əbu Talib üçün saysız-hesabsız fəzilətlər qərar vermişdir ki, əgər bir şəxs həmin fəzilətlərdən birini etiqad və ə etiraf üzündən zikr edərsə, Allah onun keçmiş və gələcək günahlarını bağışlayar.”

وَ مَنْ كَتَبَ فَضِیلَةً مِنْ فَضَائِلِه لَمْ تَزَلِ الْمَلَائِكَةُ تَسْتَغْفِرُ لَهُ مَا بَقِیَ لِتِلْكَ الْكِتَابَةِ رَسْمٌ...

"Əgər bir şəxs onun fəzilətlərindən birini yazarsa, həmin yazı qalacağı vaxta qədər mələklər onun üçün bağışlanma diləyərlər...”

Sonra o həzrət buyurdu:

النَّظَرُ إِلَى عَلِیِّ بْنِ أَبِی طَالِبٍ عِبَادَةٌ وَ ذِكْرُهُ عِبَادَةٌ وَ لَا یُقْبَلُ إِیمَانُ عَبْدٍ إِلَّا بِوَلَایَتِهِ وَ الْبَرَاءَةِ مِنْ أَعْدَائِهِ.

"Əli ibn Əbu Talibin üzünə baxmaq və adını çəkmək ibadətdir. Bəndənin imanı yalnız onun vilayətini qəbul etmək və düşmənlərinə nifrət bəsləməklə qəbul olunar.” ("Əmali”, Şeyx Səduq, məclis 28, son hədis.)

Bir sözlə, Əmirəlmöminin Əli (ə) fəzilətlər dəryasıdır və həmin fəzilətləri yazmaqla qurtarmaq mümkünsüzdür. Elə buna görə də, biz qeyd etdiklərimizlə kifayətlənirik. Şair demişkən:

کتاب فضل تو را آب بحر کافی نیست               که تر کنم سرانگشت و صفحه بشمارم

Fəzilət kitabını, ya Əli, saymaqdan ötər,            Dəryanın suyu ilə barmağı islatsam əgər,
Quruyar dərya, amma tükənməz bu səhifələr!

 

Rza Şükürlü (Maide.az)

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Əmirəlmöminin Əli (ə) öz kəlamında
Əmirəlmöminin Əli (ə) öz kəlamında
5-ci İmamdan 12 hədis
5-ci İmamdan 12 hədis
PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) XANIM XƏDİCƏ (S.Ə.) İLƏ İZDİVACI
PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) XANIM XƏDİCƏ (S.Ə.) İLƏ İZDİVACI
İSLAM PEYĞƏMBƏRİ (S) ÖMRÜNÜN SON GÜNLƏRİNDƏ
İSLAM PEYĞƏMBƏRİ (S) ÖMRÜNÜN SON GÜNLƏRİNDƏ
Qədir-Xum bayramı astanasında . Nə üçün “YA ƏLİ” deyirik?
Qədir-Xum bayramı astanasında . Nə üçün “YA ƏLİ” deyirik?
İMAM MUHƏMMƏD BAQİRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
İMAM MUHƏMMƏD BAQİRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
İMAM SADİQDƏN (Ə) QIZIL TÖVSİYƏLƏR
İMAM SADİQDƏN (Ə) QIZIL TÖVSİYƏLƏR
Peyğəmbəri (s) qocaldan surə hansıdır?
Peyğəmbəri (s) qocaldan surə hansıdır?
Alimlərin həzrət Zəhra (s) barədə sözləri
Alimlərin həzrət Zəhra (s) barədə sözləri
Peyğəmbər (s) –ın Fatiməyə (s.ə) olan məhəbbəti
Peyğəmbər (s) –ın Fatiməyə (s.ə) olan məhəbbəti
Cəmadiül-əvvəl ayının 13-cü günü
Cəmadiül-əvvəl ayının 13-cü günü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Zeynəbin (s) təvəllüdü
ƏXLAQIN TƏRİFİ VƏ ƏHƏMİYYƏTİ -1
ƏXLAQIN TƏRİFİ VƏ ƏHƏMİYYƏTİ -1
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
Şiəliyin Peyğəmbər (s) zamanında yaranması və sübutları
Şiəliyin Peyğəmbər (s) zamanında yaranması və sübutları
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
ƏLİNİN(Ə) NURANİ XİLQƏTİ VƏ PEYĞƏMBƏRLƏ(S) ORTAQLIĞI
ƏLİNİN(Ə) NURANİ XİLQƏTİ VƏ PEYĞƏMBƏRLƏ(S) ORTAQLIĞI
HZ ƏLİNİN(Ə) FƏZİLƏT VƏ TƏRİFİ HAQDA HƏDİSLƏR
HZ ƏLİNİN(Ə) FƏZİLƏT VƏ TƏRİFİ HAQDA HƏDİSLƏR
HZ ƏLİNİN(Ə) FƏZİLƏTLƏRİ SAYSIZ-HESABSIZDIR
HZ ƏLİNİN(Ə) FƏZİLƏTLƏRİ SAYSIZ-HESABSIZDIR
ŞƏRAFƏTLİ "İLƏLUŞ-ŞƏRAYE" KİTABINDAN ƏHLİ-BEYT SEVGİSİ HAQQINDA DƏYƏRLİ HƏDİSLƏR
ŞƏRAFƏTLİ "İLƏLUŞ-ŞƏRAYE" KİTABINDAN ƏHLİ-BEYT SEVGİSİ HAQQINDA DƏYƏRLİ HƏDİSLƏR
QEYBƏTƏ MANE OLMAQ
QEYBƏTƏ MANE OLMAQ
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Həzrət Əlinin(ə) Şurada çıхışı və Pеyğəmbərin(s) hədisi
Həzrət Əlinin(ə) Şurada çıхışı və Pеyğəmbərin(s) hədisi
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Daha çox oxumaq istəyirsən? )))