Shia.az SonUmidTv media
sitename

İmam Əli (ə) bir kəlamında özü haqda belə buyurmuşdur:Əmirəlmöminin Əli (ə) öz kəlamında

اللَّهُ قَدْ اعْطانى مِنَ الْعَقْلِ ما لَوْ قُسِّمَ عَلى‏ جَميعِ حُمَقاءِ الدُّنْيا وَ مَجانينِها لَصارُوا بِه‏ عُقَلاءَ، وَ مِنَ الْقُوَّةِ ما لَوْ قُسِّمَ عَلى‏ جَميعِ ضُعَفاءِ الدُّنْيا لَصارُوا بِه‏ اقْوِياءَ، وَ مِنَ الشُّجاعَةِ ما لَوْ قُسِّمَ عَلى‏ جَميع جُبَناءِ الدُّنْيا لَصارُوا بِه‏ شَجْعاناً؛

"Allah mənə o qədər ağıl verib ki, əgər onu dünyanın bütün ağılsızları arasında bölüşdürsələr, onların hamısı ağıllanar. O qədər güc və qüdrət verib ki, əgər onu bütün gücsüzlər və zəiflər arasında bölüşdürsələr, onların hamısı güclənər. O qədər şücaət verib ki, əgər onu bütün qorxaqlar arasında bölüşdürsələr, onların hamısı şücaətli olar.” ("Biharul-ənvar”, 19-cu cild, səh.83.)

İslam düşmənləri "Leylətül-məbit” hadisəsində Peyğəmbəri-Əkrəmin (s) evinə hücum edib, o həzrətin yatağında imam Əlinin (ə) yatdığını gördükdə, onlardan bəziləri dedilər: "Gəlin Peyğəmbərin (s) əvəzində Əlini (ə) öldürək!” Əbu Cəhl "Bu gənc oğlanla işiniz olmasın, Muhəmməd onu aldadıb!” – deyə istehza etdikdə, imam Əli (ə) onun cavabında yuxarıdakı cümlələri söylədi ki, onların kiminlə üz-üzə durduğunu və yanıldıqlarını anlasınlar.

Doğrudan da, o həzrət dünya qədər əql, elm və şücaət məcmusudur, yəni Allah-Taala bir dünyanı bir insanın vücudunda yerləşdirmişdir.

İmam Əli (ə) ən çətin anlarda belə, İslam Peyğəmbərini (ə) tək qoymamışdır. İslam Peyğəmbərinin (ə) bərəkətli ömrünün ağır günləri az olmamışdır, amma bu ağır günlər üç yerdə daha da şiddətlənmiş və imam Əli (ə) hər üç yerdə mühüm rol oynamışdır: 1. İslam Peyğəmbəri (s) hicrət edən zaman ("Leylətül-məbit” hadisəsində); 2. "Ühüd” döyüşü; 3. "Xəndək” döyüşü.

"Ühüd” döyüşü qurtardıqdan sonra imam Əli (ə) yaralı və qana boyanmış bədənlə İslam Peyğəmbərinin (s) hüzuruna gəlib dedi: "Sizi müdafiə edərkən və pərvanə tək ətrafınıza dolanarkən mənə çoxlu qılınc zərbəsi endirildi ki, on altı zərbə daha ağır idi və hətta zərbənin ağırlığı nəticəsində dörd dəfə yerə yıxıldım. Hər dəfə yerə yıxılanda, böyük bir şəxs gəlib qollarımdan tutaraq qaldırır və deyirdi: "Peyğəmbəri (s) müdafiə et!” Ey Allahın Rəsulu! Həmin şəxs kim idi?”

Peyğəmbər (s) buyurdu: "Allahın vəhy əmanətdarı Cəbrail-Əmin.”

İmam Əlinin (ə) Əmr ibn Əbdəvüdlə mübarizə apardığı "Xəndək” döyüşündə də, Peyğəmbəri-Əkrəm (s) həmin gün o həzrətin mübarizəsini bütün insan və cinlərin ibadətindən üstün hesab edir. Çünki heç kim Əmr ibn Əbdəvüdlə döyüşməyə qadir deyildi. Məhz imam Əli (ə) onu, yəni düşmənin ən böyük qəhrəmanını məğlub etməyə qadir oldu və beləcə, düşmənin canını qorxu bürüdü. ("Füruği-əbədiyyət”, 2-ci cild, səh.27.)

Bəli, o həzrət ən çətin anlarda İslam Peyğəmbərini (s) tək buraxmadı və o həzrətin ən yaxın köməkçisi oldu.

Biz də Əmirəlmöminin Əli (ə) – şiələrin birinci imamı ilə fəxr edirik! Amma görəsən, yalnız o həzrətin fəzilətləri ilə fəxr etmək kifayətdir və onun müqabilində heç bir məsuliyyət daşımırıq? Sözsüz ki, o həzrətin fəzilətləri bizim üçün məsuliyyət doğurur və biz o həzrətin uca səciyyələrindən bəhrələnməli, öz vücudumuzu onun şüaları ilə işıqlandırmalıyıq!

Rza Şükürlü (Maide.az)

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Fəzilətlər dəryasından bir damla
Fəzilətlər dəryasından bir damla
5-ci İmamdan 12 hədis
5-ci İmamdan 12 hədis
Ümmül-Bəninin (Həzrət Əbəlfəzl Abbasın (ə) anası) vəfatı
Ümmül-Bəninin (Həzrət Əbəlfəzl Abbasın (ə) anası) vəfatı
İmam Zaman ağada (ə.f) 5 peyğəmbərin (ə) 5 xüsusiyyəti vardır
İmam Zaman ağada (ə.f) 5 peyğəmbərin (ə) 5 xüsusiyyəti vardır
PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) XANIM XƏDİCƏ (S.Ə.) İLƏ İZDİVACI
PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) XANIM XƏDİCƏ (S.Ə.) İLƏ İZDİVACI
İmam Əli (ə) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (s) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
İmam Əli (ə) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (s) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
İSLAM PEYĞƏMBƏRİ (S) ÖMRÜNÜN SON GÜNLƏRİNDƏ
İSLAM PEYĞƏMBƏRİ (S) ÖMRÜNÜN SON GÜNLƏRİNDƏ
Bu gecə əziz İslam Peyğəmbərinin (s) rehlət gecəsidir: İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) rehləti barədə
Bu gecə əziz İslam Peyğəmbərinin (s) rehlət gecəsidir: İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) rehləti barədə
Səfər ayının 28-ci günü
Səfər ayının 28-ci günü
Qədir-Xum bayramı astanasında . Nə üçün “YA ƏLİ” deyirik?
Qədir-Xum bayramı astanasında . Nə üçün “YA ƏLİ” deyirik?
İMAMIN (Ə.C) İNTİZARINDA OLANLARIN MÜKAFATI
İMAMIN (Ə.C) İNTİZARINDA OLANLARIN MÜKAFATI
Cəmadiül-əvvəl ayının 13-cü günü
Cəmadiül-əvvəl ayının 13-cü günü
Cəmadiül-əvvəl ayının 10-cu günü
Cəmadiül-əvvəl ayının 10-cu günü
Günəşlər günəşi imam Rza əleyhissalam
Günəşlər günəşi imam Rza əleyhissalam
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Niyə İmam Əli (ə) Həzrət Fatiməyə (s.ə) edilən haqsızlığın qarşısında səbr etdi?
Niyə İmam Əli (ə) Həzrət Fatiməyə (s.ə) edilən haqsızlığın qarşısında səbr etdi?
Həzrət Muhəmmədin (s) səbir və dözümü
Həzrət Muhəmmədin (s) səbir və dözümü
RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
QEYBƏTƏ MANE OLMAQ
QEYBƏTƏ MANE OLMAQ
2016-cı ilin iyul ayı üçün İslam təqvimi
2016-cı ilin iyul ayı üçün İslam təqvimi
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Leylətul-məbit hadisəsi
Leylətul-məbit hadisəsi
Peyğəmbərin son günləri
Peyğəmbərin son günləri
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Daha çox oxumaq istəyirsən? )))