Shia.az SonUmidTv media
» » » Xəvaricin yağış kimi yağan sualları və Həzrət Əlinin (ə) mübarək cavabları
Русская версия сайта Русская версия сайта
sitename

Əsbəğ ibni Nəbatə nəql edir: "İmam Əli (ə) Kufə məscidinin minbərində xütbə oxuyurdu. O HəzrətXəvaricin yağış kimi yağan sualları və Həzrət Əlinin (ə) mübarək cavabları (ə) sonra buyurdu: "Ey insanlar! Məndən soruşun, çünki mənim elmim çoxdur”.

 

Bu zaman İbni Kəvva ayağa qalxdı və dedi:

 

"Ey Əmirəl-möminin! " وَالذَّارِيَاتِ ذَرْوً  ” nə deməkdir?”.

Həzrət (ə) buyurdu: "Küləklər”.

 

Dedi: "Bəs "   فَالْحَامِلَاتِ وِقْرً ” nədir?”.

Buyurdu: "Buludlar”.

 

Dedi: "Bəs "  فَالْجارِیاتِ یسْراً  ” nədir?”.

Buyurdu: "Yəni, gəmilər”.

 

Dedi: "Bəs " فَالْمُقَسِّماتِ أَمْراً  ” nədir?”.

Buyurdu: "Mələklər”.

 

Dedi: "Ey Əmirəl-möminin! Mən bəzi ayələri naqis hesab edirəm”.

İmam (ə) buyurdu: "Anan yasına əyləşsin! Allah Kitabının ayələri bir-birini tamamlayandır, naqis deyildir. Hər nə istəyirsənsə, soruş!”.

 

Dedi: Ey Əmirəl-möminin! Quran ayələrinin biri belə buyurur: " بِرَبِّ
الْمَشارِقِ وَ الْمَغارِبِ  ”.

 

Bir başqasında belə buyurur: "  رَبُّ
الْمَشْرِقَینِ وَ رَبُّ الْمَغْرِبَینِ  ”

 

Başqasında belə buyurur: " قالَ
رَبُّ الْمَشْرِقِ وَ الْمَغْرِبِ؟! ”

 

İmam (ə) buyurdu: "Anan yasına əyləşsin. Ey ibni Kəvva! Bu, qərbdir, bu da şərqdir.

Ancaq "  رَبُّ الْمَشْرِقَینِ وَ رَبُّ الْمَغْرِبَینِ  ” bu ayə buyurur ki, qışın şərqi bir həddədir, yayın şərqi başqa həddədir. Bunu günəşin yaxın və uzaq olmasından dərk etmirsənmi?

 

Ancaq bu ayədə "  رَبِّ
الْمَشارِقِ وَ الْمَغارِبِ  ” onun 360 bürcü vardır. Bəzi günləri aydındır, bəziləri isə qaibdir. Ancaq gələn ildə həmin gündə həmin bürcə geri qayıdar.

 

İbn Kəvva dedi: "Ey Əmirəl-möminin! Sizin ayağınızdan İlahi ərşə qədər nə qədər fasilə vardır?”.

Buyurdu: "Anan yasına əyləşsin. Öyrənmək üçün sual ver, inad etmək üçün deyil.

Mənim ayağımdan İlahi ərşə qədər fasilə - ixlasla " لا إله إلّا اللَّه ” ("Lə iləhə illləllah”) deməkdir”.

 

Dedi: " لا إله إلّا اللَّه "” ("Lə iləhə illləllah”) deməyin nə savabları vardır?”.

Buyurdu: "Hər kim onu ixlasla deyərsə, onun günahları, ağ təsvirdə olan qara hərfin silinməsi kimi silinər. Əgər ikinci dəfə ixlascasına deyərsə, səmada mələklər bir-birinin sırasından çıxar və başqa mələklərə deyərlər: "Allahın əzəməti üçün müti olun”.

 

Əgər bu kəlməni üçüncü dəfə ixlascasına deyərsə, ərşin altı hərəkətdən dayanar. Cəlil Allah xitab edər: "Sakit olun. İzzət və Cəlalıma and verirəm ki, deyəni hansı halda olursa-olsun, əfv edərəm””.

 

Sonra Həzrət (ə) bu ayəni tilavət etdi: «Elə bir Allah ki, Öz lütf və kərəmi ilə bizə daimi iqamətgah olan mənzillərdə yer verdi. Orada bizə nə bir əziyyət yetişər və nə də bir yorğunluq üz verər». ("Fatir” 35).

 

İbni Kəvva dedi: "Ey Əmirəl-möminin! Qəvsi-qəzəh nədir?”.

Buyurdu: "Ey ibni Kəvva! Demə: qəzəh. Çünki qəzəh – şeytanın adıdır.

Bəlkə de: Qəvsillah! O, nə zaman zahir olarsa, çoxlu bolluq da aşkar olar”.

 

Dedi: "Səmada olan möcüzə nədir?”.

Buyurdu: "O, ulduzlardır. Onlar yer əhlini qərq olmaqdan amanda saxlayarlar”.

 

Dedi: "Ey Əmirəl-möminin! Ayda zahir olan qaralıq nədir?”.

Buyurdu: "Allahu Əkbər! Allah Əkbər! Allahu Əkbər! Kor insan kor şeydən sual verər. Məgər bu ayəni eşitməmisən ki, Allah buyurur: "Biz, gecə ilə gündüzü (Öz tövhid, qüdrət və hikmətimizin) iki nişanə(si) etdik.

Beləliklə gecə olan nişanəni qaranlıq, gündüz olan nişanəni isə işıqlı etdik ki, siz (aydınlıqda) Rəbbinizdən lütf və mərhəmət istəyəsiniz (işləmək və qazanc əldə etməklə məşğul olasınız) və həmçinin (gecə ilə gündüzün birləşməsindən ay, ayların birləşməsindən il düzəldəsiniz və onun vasitəsi ilə) illərin sayını və hesabı (işlərin, müqavilələrin, ömürlərin, hadisələrin hesabını) biləsiniz. Biz hər bir şeyi ona münasib təfsilatı ilə izah etmişik”. ("İsra” 12).

 

Dedi: "Mənə Peyğəmbərin (s) səhabələrindən xəbər ver!”.

Buyurdu: "Hansının haqqında istəyirsən?”.

Dedi: "Əbuzər Ğəffari!”.

Buyurdu: "Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: "Heç kəs Əbuzər qədər danışığında doğruçu deyildir”.

 

Dedi: "Bəs Salman Farsi necə idi?”.

Buyurdu: "Salman – biz Əhli-Beytdəndir. O, Loğman Həkim kimi idi. Əvvəl və axır elmi bilirdi”.

 

Dedi: "Bəs Həzifə ibni Yəmani necə idi?”.

Buyurdu: "O, həmin kəs idi ki, münafiqlərin adını bilirdi. Əgər ondan İlahi hədd barəsində sual versəydilər, hamısına agah idi”.

 

Dedi: "Bəs Əmmar ibni Yasir necə idi?”.

Buyurdu: "O, həmin kəs idi ki, Allah onun ətini və qanını cəhənnəm atəşinə haram buyurmuşdu”.

 

Dedi: "Özünüz haqqında danışın”.

Buyurdu: "Mən o cürəm ki, sual verən zaman cavab verərəm. Sakit olan kimi mən başlayaram”.

 

Sonra İmam (ə) minbərdən endi və əlini İbni Kəvvanın çiyninə vurub, buyurdu: "Ey ibni Kəvva! Sən Nəhrivan və Xəvaric əhlindən uzaq deyilsən!””.(Həvzəh)

 

Əsbəğ deyir: "Biz ibni Kəvvanı Nəhrivanda gördük və ona dedilər: "Dünən İmamdan (ə) o qədər şeyi soruşurdun, amma bu gün onunla vuruşursan?!”.

Bu zaman bir nəfər ona hücum etdi və onu məhv etdi”.

 

/Deyerler.org/

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Ustad Ənsarian: “İblis 3 mövzuda bizim hamımıdan güclüdür
Ustad Ənsarian: “İblis 3 mövzuda bizim hamımıdan güclüdür
İmam Zaman ağanın (ə.f) azərbaycanlı vəkili
İmam Zaman ağanın (ə.f) azərbaycanlı vəkili
İmam Hüseynin (ə) kəramət dəryasından bir neçə damla
İmam Hüseynin (ə) kəramət dəryasından bir neçə damla
Bu mövludda sevinclə göz yaşı bir-birinə qarışır..
Bu mövludda sevinclə göz yaşı bir-birinə qarışır..
Dəstəmaz alan zaman İmam Əli (ə) nə deyirdi?
Dəstəmaz alan zaman İmam Əli (ə) nə deyirdi?
İmam Musa Kazımdan (ə) əxlaq dərsi
İmam Musa Kazımdan (ə) əxlaq dərsi
İmam Cavadın (ə) möcüzəli mövludu
İmam Cavadın (ə) möcüzəli mövludu
Xoşagəlməz gün olurmu? – İmam Hadidən (ə) mübarək aydınlatma
Xoşagəlməz gün olurmu? – İmam Hadidən (ə) mübarək aydınlatma
Bu kişi bizim atamızı öldürüb İBRƏTAMİZ HEKAYƏ
Bu kişi bizim atamızı öldürüb İBRƏTAMİZ HEKAYƏ
Allah yolunda infaq
Allah yolunda infaq
Peyğəmbərə (s) ən sevimli kəslər
Peyğəmbərə (s) ən sevimli kəslər
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
NALAYİQ SÖZLƏR DANIŞAN DOSTDAN UZAQ OLMAQ
NALAYİQ SÖZLƏR DANIŞAN DOSTDAN UZAQ OLMAQ
Aclığın dəyəri nədir?!
Aclığın dəyəri nədir?!
Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm
Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
Şeytanla ən çox danışan Peyğəmbər, İblis sonda niyə ümidini ondan kəsdi?
Şeytanla ən çox danışan Peyğəmbər, İblis sonda niyə ümidini ondan kəsdi?
Bəlanı, qəmi dəf edən, ölümü təxirə salan, yoxsulluğu aradan aparan zikr
Bəlanı, qəmi dəf edən, ölümü təxirə salan, yoxsulluğu aradan aparan zikr
Halal zəhmətlə çörək qazananın sirat körpüsündəki vəziyyəti
Halal zəhmətlə çörək qazananın sirat körpüsündəki vəziyyəti
Həzrət Əliyə (ə) verilən 7 sual..
Həzrət Əliyə (ə) verilən 7 sual..
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
Ölülər bizləri ziyarət edirmi?
Ölülər bizləri ziyarət edirmi?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Paklıq və Təmizlik ayı -Ramazan.
Paklıq və Təmizlik ayı -Ramazan.
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Qoyunun (əti halal olan heyvanların) doqquz şeyini satmağa qadağandır
Qoyunun (əti halal olan heyvanların) doqquz şeyini satmağa qadağandır
Tövbə qapısı
Tövbə qapısı
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Salavatın fəziləti
Salavatın fəziləti
Daha çox oxumaq istəyirsən? )))