Shia.az SonUmidTv media
» » » İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
Русская версия сайта Русская версия сайта
sitename
Bir gün İmam Əli (ə) məscidə daxil oldu. Bir cavanı görür ki, ağlayır və insanlar da onu əhatə edib, təsəlli verirlər. İmam (ə) ona yaxınlaşır və soruşur: "Niyə ağlayırsan?
Cavan deyir: "Ya Əli! Qazi mənim üçün bir hökm vermişdir ki, bilmirəm doğrudur, yoxsa yanlış. Bu camaat atamı özləri ilə səfərə aparmışdı. İndiki qayıdıblar, atam onlarla birlikdə deyildir. Atamı onlardan soruşanda, dedilər ki, ölübdür. Dedim: "Bəs malı nə oldu?”. Dedilər: "Heç bir mal qoyub getməyibdir”. Onları qazinin yanına apardım və onlar and içdilər və getdilər. Halbuki, mən yaxşı bilirəm ki, atam özü ilə səfərə çoxlu mal aparmışdı”.
İmam (ə) özü, həmin cavan və o camaat bir yerdə qazinin yanına gəldilər. İmam (ə) buyurdu: "Ey qazi! Bu insanların arasında necə hökm vermisən?”.
Qazi dedi: "Bu cavan iddia edir ki, atası bu insanlarla səfərə gedib və geri qayıtmayıbdır. Onlardan soruşdum və dedilər ki, ölübdür. Soruşdum malı nə oldu? Dedilər: "Malı qalmayıbdır”. Cavana dedim ki, şahidin var, o da dedi ki, yoxdur. Ona görə də onları and içdirdim.
İmam (ə) buyurdu: "Heyhat! Belə bir hadisədə belə hökm verirsən? Bu məsələdə elə hökm verərəm ki, məndən əvvəl heç kəs verməmişdir, məgər Davud peyğəmbərdən (ə) başqa”.
Nökərinə əmr etdi ki, pəhləvanları çağırsın. Hər birini bir dəstəyə vəkil etdi və sonra buyurdu: "Nə deyirsiniz? Güman edirsiniz ki, mən bu cavanın atası ilə nə etdiyinizi bilmirəm? Əgər bunu bilməsəm, nadan olaram”. Buyurdu: "Bunları bir-birlərindən ayırın və hər birini məscidin bir sütunun arxasında saxlayın. Başlarını paltarları ilə bağlayın ki, bir-birini görə bilməsinlər”.
Sonra öz katibini çağırdı və buyurdu: "Kağız və mürəkkəb hazır et!”.
İnsanlar Həzrətin (ə) ətrafında toplaşdılar. Həzrət (ə) buyurdu: "Nə zaman mən "Allahu Əkbər” desəm, siz hamınız "Allahu Əkbər” deyin”.
İmam (ə) onlardan birini tək çağırdı və yanında əyləşdirdi. Üzünü açdı və katibinə deyilənləri yazmasını əmr etdi. İmam (ə) buyurdu: "Nə zaman bu cavanın atası ilə evindən çıxmısan?”. Dedi: "Filan gündə”. Buyurdu: "Hansı ay idi?”. Dedi: "Filan ayda”. Buyurdu: "Hara çatan zaman o, öldü?”. Dedi: "Filan yerə”. Buyurdu: "Kimin evinin qapısında öldü?”. Dedi: "Filan şəxsin”. Buyurdu: "Nə xəstəliyi var idi?”. Dedi: "Filan xəstəlik”. Buyurdu: "Neçə gün xəstə oldu?”. Xəstə olduğu günlərin sayını dedi. Buyurdu: "Hansı gündə öldü? Kim ona qüsl verdi? Kim onu dəfn etdi? Kəfəni hansı parçadan idi? Kim ona namaz qıldı? Kim onu qəbrə qoydu?”. O, bütün bu sualların cavabını verdi. İmam (ə) bütün bu sualları verəndən sonra buyurdu: "Allahu Əkbər”. İnsanların hamısı təkbir deməyə başladı. Dostları yəqin etdilər ki, artıq həmin kişini öldürdüklərini etiraf etmişdir. Həzrət (ə) əmr verdi və üzünü bağlayıb yerinə apardılar.
Başqa birini çağırdı və yanında əyləşdirdi, üzünü açdı və buyurdu: "Güman edirsiniz ki, mən sizin nə etdiyinizi bilmirəm?”.

O, dedi: "Ey Əmirəl-möminin! Mən onlardan biri idim. Ancaq onu öldürməyə razı deyildim”. Sonra hər biri gəlib cavanın atasını öldürdüklərini və malını götürdüklərini etiraf etdilər. İmam (ə) həmin malları alıb, cavana qaytardı. Atasının öldürülməsinə görə də hökm çıxartdı.

/Deyerler.org/
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Şeytanla ən çox danışan Peyğəmbər, İblis sonda niyə ümidini ondan kəsdi?
Şeytanla ən çox danışan Peyğəmbər, İblis sonda niyə ümidini ondan kəsdi?
Ananın matəmində
Ananın matəmində
Fatimeyi-Zəhra (s) zikrini deməyin vaxtı
Fatimeyi-Zəhra (s) zikrini deməyin vaxtı
Məgər Kufəyə getmirsən?
Məgər Kufəyə getmirsən?
Ayətullah Bürucerdi (r) və orta səviyyəli ruhanilər
Ayətullah Bürucerdi (r) və orta səviyyəli ruhanilər
Halal zəhmətlə çörək qazananın sirat körpüsündəki vəziyyəti
Halal zəhmətlə çörək qazananın sirat körpüsündəki vəziyyəti
Həzrət Əliyə (ə) verilən 7 sual..
Həzrət Əliyə (ə) verilən 7 sual..
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Təsbih, yəni Allah-Taalanı zehnimizə və dilimizə gələ biləcək bütün pis və aşağı sifətlərdən uzaq bilməkdir
Təsbih, yəni Allah-Taalanı zehnimizə və dilimizə gələ biləcək bütün pis və aşağı sifətlərdən uzaq bilməkdir
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
Ölülər bizləri ziyarət edirmi?
Ölülər bizləri ziyarət edirmi?
Axirət səfəri üçün azuqə
Axirət səfəri üçün azuqə
İmam Həsənin (ə) səxavətindən üç nümunə
İmam Həsənin (ə) səxavətindən üç nümunə
Həzrət Rüqəyyənin (ə) şəhadəti
Həzrət Rüqəyyənin (ə) şəhadəti
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
Paklıq və Təmizlik ayı -Ramazan.
Paklıq və Təmizlik ayı -Ramazan.
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri
Qoyunun (əti halal olan heyvanların) doqquz şeyini satmağa qadağandır
Qoyunun (əti halal olan heyvanların) doqquz şeyini satmağa qadağandır
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
Övladların hamısına bərabər nəvaziş
Övladların hamısına bərabər nəvaziş
Tövbə qapısı
Tövbə qapısı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
12 İmamın adı
12 İmamın adı
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
Əbu Bəkirin İmamətini puç edən dəlillər(1)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(1)
25 fevral - 6 cəmadil-əvvəl - Cəfər Təyyarın şəhadət günüdür
25 fevral - 6 cəmadil-əvvəl - Cəfər Təyyarın şəhadət günüdür
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Salavatın fəziləti
Salavatın fəziləti
"Bəqərə" surəsinin fəziləti
"Bəqərə" surəsinin fəziləti
Daha çox oxumaq istəyirsən? )))