Shia.az SonUmidTv media
» » » İmam Əli əleyhissalam və insanlarla birgə yaşayış əxlaqı .
Русская версия сайта Русская версия сайта
sitename

11 aprel = 13 Rəcəb günü Allahın vəlisi, həzrət Muhəmmədin (s) vəsisi və möminlərin əmiri imam Əli əleyhissalamın təvəllüdü günüdür!!!
Bayramınız mübarək olsun!
.
İmam Əli əleyhissalam və insanlarla birgə yaşayış əxlaqı
.
İnsan ictimai varlıqdır, yəni insanın tək yaşaması mümkün deyil. Hər birimiz istər istəməz insanlarla ünsiyyətdə olmalıyıq. Belə ki, bəziləri ilə yolda-küçədə qarşılaşırıq, bəziləri ilə iş yerində, mağazada, məhəllədə, parkda və ilaxır. Həmiçinin bəzi insanlara biz baş çəkməyə (və ya qonaq) gedirik yaxud onlar bizə qonaq gəlir. Bəs, görəsən gün ərzində rastlaşdığımız insanlar ilə necə davranmalıyıq?!
Bu məqalədə məqsədimiz möminlərin əmiri imam Əli əleyhissalamın insanlarla necə davrandığını araşdırmaqdır, təki hamımız insanlarla düzgün rəftar tərzini öyrənək, sonra isə icra edək.
.
1- İmam Əli əleyhissalamın dini azlıqların nümayəndələri ilə rəftarı
.
Biz müsəlman ölkəsində yaşayırıq, bununla belə Azərbaycan vətəndaşlarının az bir hissəsi qeyri-müsəlmandır. Müsəlmanlarla İslam haqqları əsasında, müsəlman olmayanlarla isə insanlıq haqqları əsasında rəftar etməliyik.
İmam Əli əleyhissalam səhabəsi Mailk Əştəri Misirə vali göndərərkən ona yazdığı məktubunda buyurur:

وأشعر قلبك الرحمة للرعية والمحبة
لهم واللطف بهم . ولا تكونن عليهم سبعا ضاريا تغتنم أكلهم ،
فإنهم صنفان إما أخ لك في الدين وإما نظير لك في الخلق

"Əhali ilə qəlbən mehriban, xoş rəftarlı və yaxşı ol. Heç vaxt onlara (vətəndaşlara) qarşı, yeməklərini qənimət bilən yırtıcı heyvan (kimi) olma. Çünki onlar iki dəstədirlər: Ya sənin din qardaşındırlar, ya da yaradılışda sənin kimidirlər.”

-İmam Əli əleyhissalam günlərin birində piyada səfərə çıxarkən həmin yol ilə addımlayan bir xristian ilə həmsəfər oldu. Xristian kişi İmamdan (ə) hara getdiyini soruşduqda İmam (ə) "Kufəyə gedirəm” deyə cavab verdi. Bir azdan yol ayrıcına çatdılar. Kufə yolu xristian kişinin getdiyi yoldan fərqli istiqamət idi. İmam Əli (ə) o kişi ilə onun getdiyi məntəqəyə sarı addımlayırdı. Xristian kişi dedi: -Məgər siz Kufəyə getmirsinizmi? İmam Əli (ə) buyurdu: -Bəli, mən Kufəyə gedirəm. Lakin sizinlə bir miqdar yol getmək yoldaşlıq haqqıdır, bu haqqı və insanlığı bizlərə həzrət Muhəmməd (s) tapşırmışdır. Xristian kişi dedi: -Doğrudanmı bunu Muhəmməd (s) deyib? İmam Əli (ə) buyurdu: -Bəli. 
İmam Əlinin (ə) bu gözəl əxlaqından təsirlənən xristian kişi kəlmeyi-şəhadətini deyərək müsəlman oldu.
.
2- İmam Əli əleyhissalamın qadınlarla rəftarı
.
Cəmiyyətdə naməhrəm qadınlar və qızlarla qarşılaşmalar, beləliklə də onlarla ünsiyyətdə olmaq məcburiyyəti hər zaman kişilər üçün, xüsusilə də gənclər üçün ən çətin problemlərdən biri olmaqdadır.
Qadınlarla rəftarın necəliyi ilə əlaqədar nümunə və ülgünün insanlara tanıtdırılmaması, qadın-kişi münasibətlərinin sərtləşməsi və yanlışı bəzi insanların əyrilik və pozuculuğa meyillənmələrinə, bəzilərinin isə qeyri-normal münasibət yaratmalarına səbəb olmuşdur.
İmam Əli əleyhissalamın həyatına nəzər saldıqda görürük ki
- İmam Əli (ə) gənc yaşlarında olarkən yaşlı qadınlarla rastlaşanda onlara salam vermiş, hal-əhvallarını soruşmuş, lakin gənc qızlarla belə rəftardan çəkinmiş və onların salamlarının cavabını almaqla kifayətlənmişdir.

- Ehtiyaclı və yoxsul olan qadınlara, xüsusilə də dul qadınlara Allah rizası üçün yaxşılıqlar edər, bazardan onlar üçün ərzaq alıb evlərinə aparar, uşaqları sevindirərdi. Lakin bu münasibətlərin heç birində şeytanın (nəfsin) əlinə bəhanə verməzdi. Şeytan və nəfsin hiylələrindən, yəni yardım və yaxşılıqdan sui istifadə edərək tanışlıq, ünsiyyət qurmaq, tamah, cismi ləzzətlər kimi çirkin və iyrənc məqsədlərdən tamamilə uzaq idi.

- Qadınlarla ehtiram və hörmətlə davranar, buyurardı: "Qadınlara yalnız alicənab insanlar hörmət edər, yalnız alçaq adamlar qadınları təhqir edərlər.”

-Hər bir qadının qeyrətini çəkər, onların namusunu qorumağı özünə şərəf bilərdi.

- Uzaqgörən və ağıllı qadınlarlın məsləhətlərini dinləyərdi. İnsanlara xitabən buyurardı: "Hər qadınla məsləhətləşməyin, yalnız təcrübəsi ilə dərin düşüncə və dərketməyə malik olduğunu göstərmiş qadınlarla məsləhətləşin.”
.
3- İmam Əli əleyhissalamın xəstələr ilə rəftarı
.
İnsan elə bir varlıqdır ki, ictimai həyatdan başqa yol ilə ömür sürə bilməz. Təbiidir ki, ictimai həyatda insanların bir-birlərinin üzərində məsuliyyət və haqqları vardır. Bu qarşlıqlı məsuliyyyət və haqqlara riayət etmək ictimai ünsiyyət qaydaları və yaşayış ədəbləri adlanır. İctimai ünsiyyət qaydalarından biri də xəstələnmiş şəxslərə baş çəkməkdir.
Tanıdığımız insan xəstələndikdə biz həmin şəxsə baş çəkməyi özümüzə borc bilirik. Xəstənin ziyarətinə getmək və ona baş çəkmək çox yaxşı işdir, lakin əgər xəstəyə baş çəkmək qaydalarına düzgün riayət etməsək bizim rəftarımız xoşagəlməz olacaqdır.
İmam Əli əleyhissalamın həyatına nəzər saldıqda görürük ki:
- Xəstənin görüşünə gedəndə onun sinəsi tərəfdə oturar xəstənin şəfası və sağalması üçün dua edərdi.

- Xəstənin yaxınlarına tapşırardı ki, sədəqə verməklə xəstələrini sağaltsınlar.

- Xəstəyə baş çəkməyin savab və mənəvi mükafatlarını camaata açıqlayar və onlara baş çəkməyi tövsiyə edərdi.

- Tapşırardı ki, xəstənin yanında çox oturmasınlar. Buyurardı: "Xəstəyə baş çəkənlərdən ən çox savab ən az oturana verilər.”

- Tapşırardı ki, xəstənin görüşünə cəm şəklində gedin, bu iş xəstənin ruhiyyəsinə çox müsbət təsir edir. Həmçinin, xəstə ilə görüş üçün münasib zaman seçin, ona hədiyyə (meyvə, şirniyyat və sair) aparın. Xəstə ilə görüşəndə ümidverici sözlər danışın. Xəstə ilə görüş zamanı şad və sevincli olun, müsbət və könül açan sözlərdən istifadə edin, onun xəstəliyinin qorxu və ziyanları barədə danışmayın...
.
4- İmam Əli əleyhissalamın yetim uşaqlar ilə rəftarı
.
Yetim sözü ərəb dilindən tərcümədə tənha mənasınadır. Yetim o uşaqlara deyirlər ki, həddi buluğu çatmamışdan əvvəl atasız qalmışlar, yəni ataları vəfat etmişdir. 
İslam dini yetim üşaqlar üçün xüsusi haqqlar təyin etmiş və müsəlman cəmiyyətindən istəmişdir ki, o haqqlara düzgün riayət etməklə yetim uşaqlara atanın yoxluğunu unutdurub onların himayə və təlim-tərbiyəsini öz üzərlərinə götürməklə bu boşluğu doldursunlar.
İmam Əli əleyhissalamın həyatına nəzər saldıqda görürük ki:
- İmam Əli (ə) yetim uşaqlarla rastlaşanda o qədər təvazökar və mehriban olurdu ki, yetim uşağın yanında torpağın üzərində oturar, şəfqət əli ilə onun başını siğallayar, dərindən ah çəkərək buyurardı: "Yetim uşaqlara görə ah-nalə etdiyim kimi heç bir şeyə ah-nalə etməmişəm.”

- İmam Əli (ə) yetimlərə qayğı ilə əlaqədar buyurur:

الله الله في الأيتام فلا تغبوا أفواههم ولا يضيعوا بحضرتكم فقد سمعت رسول الله
صلى الله عليه وآله يقول : " من عال يتيما حتى يستغني أوجب الله عز وجل له بذلك الجنة كما أوجب
لآكل مال اليتيم النار

"Yetimlərlə əlaqədar Allahdan qorxun. Onları ac qalmağa və cəmiyyət içində zay olmağa qoymayın. Mən Allahın Rusulundan (s) eşitdim ki, buyurdu: -Yetim uşağı öz himayəsinə götürərək onu ehtiyacsız edən şəxsə onun bu xeyir işinin əvəzində Allah cənnəti həmin şəxsə vacib edər. Eləcə də yetimin malını (haqqını) yeyən şəxsə cəhənnəmi vacib edər.”
əl-Kafi 7-ci cild 51-ci səhifə

- İmam Əlinin (ə) xilafəti dövründə biri Həmədan o biri isə Həlvan şəhərlərindən olan iki nəfər Kufəyə bal və əncir gətirərək imam Əliyə (ə) təqdim etdilər. İmam Əli (ə) həmin an göstəriş verdi ki, yetim uşaqları çağırsınlar. Yetim uşaqlar gəldikdə İmam Əli (ə) tapşırdı ki, uşaqlar bal çəlləklərinin qapağını açsınlar, istədikləri qədər yesinlər. Sonra o balı müxtəlif qablara töküb camaat arasında böldü. Bəzi adamlar bu işə görə etiraz etdilər ki, nə üçün yetim uşaqlara bal çəlləklərinin ağzından yeməyə icazə verdiniz?
İmam Əli əleyhissalam buyurdu:

ان الامام ابوالیتامى و انما العقتهم هذا برعایة الاباء

"İmam yetimlərin atasıdır, ona görə də ata olaraq övladlarına belə bir icazəni verməlidir ki, onlar yetimliklərini hiss etməsinlər.”
Biharul ənvar 41-ci cild 123-cü səhifə

- Bir çox insanlar yetim uşaqlara maddi yardımlar etməklə kifayətlənirlər. Lakin imam Əli əleyhissalam onların maddi ehtiyaclarını təmin etməkdən əlavə onların ruhi-mənəvi ehtiyaclarını da nəzərə alardı, təki yetim uşaqlar ruhları düyünlü və duyğulardan məhrum halda böyüməsinlər. İmam Əli (ə) uşaqları öz əli ilə yedizdirərdi, təki onlar atanın əlindən xörək yeməyin şirinliyini dadsınlar.

- İmam Əli (ə) yetim uşaqları yanına çağırar, onlarla oynayardı. Dizlərini torpağa qoyub uşaqlar üçün qoyun səsini çıxararaq onları güldürərdi.
Belə bir davranış tərzi atasını itirmiş uşaqların ruhiyyələrinə çox böyük təsirlər qoyur, təki onlar itkini hiss etməsinlər. Onlar da başqaları kimi şad və xürrəm böyüsünlər.
Son: Bu yazdıqlarım bəşəriyyətin kamin insanlıq nümunəsi olan imam Əli əleyhissalamın həyat yolundan bir damla idi.
Allah Taala bizləri o həzrətin yolunu getməyə çalışanlardan etsin və bizi bu yolda müvəffəq etsin.

Rza Əzizoğlu İrəvani


www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Bu gün doqquzuncu imam Məhəmməd Təqi əleyhissalamın təvəllüdü günüdür!!! Bayramınız mübarək olsun!
Bu gün doqquzuncu imam Məhəmməd Təqi əleyhissalamın təvəllüdü günüdür!!! Bayramınız mübarək olsun!
Mübarək Rəcəb ayının daxil olması və imam Məhəmməd Baqir əleyhissalamın təvəllüdü günü münasibətilə hamınızı təbrik edirəm!
Mübarək Rəcəb ayının daxil olması və imam Məhəmməd Baqir əleyhissalamın təvəllüdü günü münasibətilə hamınızı təbrik edirəm!
Dostluq bəhanəsi ilə hörmətsizlik
Dostluq bəhanəsi ilə hörmətsizlik
Sağ-salamatlığın dəyəri
Sağ-salamatlığın dəyəri
Məgər Kufəyə getmirsən?
Məgər Kufəyə getmirsən?
Xanım Zeynəb əleyhasalam bütün bəşəriyyət üçün Səbir və Dözümlülük nümunəsidir.
Xanım Zeynəb əleyhasalam bütün bəşəriyyət üçün Səbir və Dözümlülük nümunəsidir.
İmam Zaman əleyhissalamın namazı
İmam Zaman əleyhissalamın namazı
Günahların gizlədilməsi
Günahların gizlədilməsi
Qara simalı kəndli kişi İmam Kazimin (ə) nəyi idi?
Qara simalı kəndli kişi İmam Kazimin (ə) nəyi idi?
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Allahın Rəsulu (s) bütün müsəlmanlara nümunədir.
Allahın Rəsulu (s) bütün müsəlmanlara nümunədir.
Ən ağlıllı insanlar kimlərdir?!
Ən ağlıllı insanlar kimlərdir?!
İmam Rza əleyhissalamın axlaqlından damlalar
İmam Rza əleyhissalamın axlaqlından damlalar
5 noyabr = 5 Səfər imam Hüseyn əleyhissalamın kiçik qızı həzrət Rüqəyyənin səhid olduğu gündür!
5 noyabr = 5 Səfər imam Hüseyn əleyhissalamın kiçik qızı həzrət Rüqəyyənin səhid olduğu gündür!
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
ŞƏRAFƏTLİ "İLƏLUŞ-ŞƏRAYE" KİTABINDAN ƏHLİ-BEYT SEVGİSİ HAQQINDA DƏYƏRLİ HƏDİSLƏR
ŞƏRAFƏTLİ "İLƏLUŞ-ŞƏRAYE" KİTABINDAN ƏHLİ-BEYT SEVGİSİ HAQQINDA DƏYƏRLİ HƏDİSLƏR
Əxlaq nümunəsi -Fatimeyi Məsumə
Əxlaq nümunəsi -Fatimeyi Məsumə
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
Fitr bayramında Əxlaq dərsi
Fitr bayramında Əxlaq dərsi
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Zamanın imamı həzrət Mehdi əleyhissalamın zühuru astanasında Əxlaqi vəziyyət
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Zühur üçün dua etməkdən daha mühüm...
Zühur üçün dua etməkdən daha mühüm...
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümüdür
10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümüdür
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
DÖRD MÜHÜM VƏZİFƏ
DÖRD MÜHÜM VƏZİFƏ
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))