Shia.az SonUmidTv media
sitename

Əxlaqlı insan cəmiyyətin bütün üzvləri ilə təvazökarlıqla davranır, ehtiyaclı və çətinlikdə olan insanlara həmdəm olur.

Həzrət Muhəmməd (s) insanların çətinlikləri və problemlərini həll etməyə çalışmışdır.

Əxlaqi xislətlərdən biri də dərdli insanların halına acımaq, onlara dayaq olmaqdır.

Cəmiyyətin idarəetməsi və rəhbərliyi sahəsində uğur qazanmaq müxtəlif amillərdən asılıdır. Onların biri də cəmiyyətin aşağı və hüquqlardan məhrum olan təbəqəsindəki insanların çətinlikləri və düçar olduqları problemlərlə onları həll etmək məqsədi ilə tanış olmaqdır. Bütün İlahi peyğəmbərlər, xüsusilə də həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- belə bir ali xislətə malik olmuşdur. O həzrət özünü insanlardan biri bilmiş, heç vaxt özünü cəmiyyətin heç bir sinif və təbəqəsindən üstün saymamışdır.

Odur ki, Qurani-kərim Fussilət surəsinin 6-cı və Kəhf surəsinin 110-cu ayələrində həzrət Muhəmmədin (s) dilindən deyir:

انما انا بشر مثلكم‌

"Mən də sizin kimi bir insanam.”

Həmçinin Qurani-kərim Tövbə surəsinin 128-ci ayəsində həzrət Muhəmmədin (s) insanların yanına onları düz yola yönəltmək üçün gəlişini belə vəsf edir:

لقد جاءكم رسول من انفسكم‌

"Sizə özünüzdən olan bir peyğəmbər gəldi.”

 

Xalqdan olmaqdan əlavə, həm də cəmiyyətin bütün insanlarının vəziyyəti ilə yaxından maraqlanmaq və onların çətinliklərini hiss etmək, Peyğəmbərin (s) aşkar xislətlərindən idi.

Əlbəttə, özünü xalqın ayrılmaz bir üzvü bilən həzrət Muhəmməd (s) kimi pak insanlar ilə, insanları islah etmək və yaşayışlarında rifah yaratmaq şüarları ilə cəmiyyətin rəhbərliyinə can atan, lakin heç vaxt çətinlik və məhrumiyyətlər görməyən, buna görə də dərdli insanların durumlarını dərk və hiss edə bilməyən insanlar arasında böyük fərqlər vardır. Belələri həqiqətən də düzgün əməl etmək istəsələr belə müvəffəq olmayacaqlar.

Amma bu çətinlikləri, giriftarçılıqları və məhrumiyyətləri yaxından hiss etmiş insanlar, adətən cəmiyyətin 50%-indən çox olan aşağı təbəqənin dərdləri və əziyyətlərini daha yaxşı dərk edirlər. Həzrət Muhəmməd (s) də belə insanlardan idi, insanların məruz qaldıqları çətinlikləri o həzrət də dadmışdı.

Odur ki, Qurani-kərim Zuha surəsinin 6, 7 və 8-ci ayələrində buyurur:

الم يجدك يتيما فآوی ووجدك ضالا فهدی ووجدك عائلا فاغني‌

"Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!

Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?!

Səni yoxsul ikən tapıb ehtiyacsız etmədimi?!”

 

O zaman həmin cəmiyyətin varlıları və özlərini xalqdan üstün sayanlar həzrət Muhəmmədi (s) insanlardan uzaqlaşdırmağa çalışırdılar. Bu barədə Qurani-kərim Hud surəsinin 29-cu ayəsində buyurur:

وما انا بطارد الذين آمنوا

"Mən heç vaxt (Allaha) inanan insanları (onlar nə qədər kasıb və yoxsul olsalar belə) özümdən uzaqlaşdırmayacağam.”

Bəli, peyğəmbərlik məqamına yüksəlmək üçün bir çox ali xüsusiyyətlər, o cümlədən xalqdan olmaq və aşağı təbəqənin hüquqlarını bərpa etmək əzminin olması zəruridir. Gətirdiyi səmavi dinin əbədi qalmasını, bütün zamanlarda bütün xalqlar və millətlər üçün faydalı olmasını istəyən şəxs cəmiyyətdəki ədalətsizlikləri, yoxsulluğu və məhrumluğu yaxından hiss etməlidir, təki tarix boyu ədalətin bərpası və məhrumluqların götürülməsi fəryadını bütün dünya əhalisinə eşitdirsin.

Qurani-kərim Zuha surəsinin 9 və 10-cu ayələrində buyurur:

فاما اليتيم فلا تقهر واما السائل فلا تنهر

"Elə isə yetimi özündən uzaqlaşdırma. Ehtiyaclını yanından qovma.”

 

Həzrət Muhəmməd (s) Mədinə şəhərinə köç edən vaxtı da, Mədinə əhalisindən olan yüzlərlə insanın o həzrəti öz məhəllələrinə dəvət etməklərinə baxmayaraq, peyğəmbər (s) yaşayış üçün şəhərin yetimlər yaşayan məhəlləsini seçdi. İslamın yayım mərkəzini orada qərarlaşdırdı ki, sonralar həmin yer "Peyğəmbər məscidinə” və İslam dövlətinin mərkəzinə çevrildi. İslam dünyasının ən mühüm qərarları oradan dünyaya çatdırıldı.

Rza Əzizoğlu

www.axlaqimaarif.com

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Peyğəmbər (s) - Şölələnən çıraq
Peyğəmbər (s) - Şölələnən çıraq
Peyğəmbərin son günləri
Peyğəmbərin son günləri
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
Mübahilə günü
Mübahilə günü
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
Münafiq kimdir və onu necə tanımalı?
Münafiq kimdir və onu necə tanımalı?
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Əmirəlmöminin həzrət Əlinin (ə) buyuruqları
Əmirəlmöminin həzrət Əlinin (ə) buyuruqları
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Sabah günorta namazından 1 saat öncə "Hacı Cavad" məscidinin dini icması yanğın zamanı vəfat etmiş insanların ruhuna  Qurani-kərim xətm olunacaq
Sabah günorta namazından 1 saat öncə "Hacı Cavad" məscidinin dini icması yanğın zamanı vəfat etmiş insanların ruhuna Qurani-kərim xətm olunacaq
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
VALIDEYN HÜQUQU
VALIDEYN HÜQUQU
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
XEYIRLI IŞLƏRƏ DƏ’VƏT, PIS IŞLƏRDƏN ÇƏKINDIRMƏK
XEYIRLI IŞLƏRƏ DƏ’VƏT, PIS IŞLƏRDƏN ÇƏKINDIRMƏK
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
DÖRD MÜHÜM VƏZİFƏ
DÖRD MÜHÜM VƏZİFƏ
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Cümə günündə nə etməliyik!
Cümə günündə nə etməliyik!
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Aləmlərə rəhmət:
Aləmlərə rəhmət:
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))