Shia.az SonUmidTv media
sitename

 Əhlibeytin (ə) elmi məqamı

Əhlibeytin ( ə ) elmi məqamını əsas etibarı ilə üç yondən araşdırmağa çalışacağıq:
1. Əhlibeytin (ə) Allah tərəfindən seçilmiş olması məsələsi.
2. Əhlibeytin (ə) elminin mənbələri. 
3. Əhlibeytin (ə) elmi özəllikləri.
Əhlibeytin (ə) elmi məqamını sübut edən əsas və başlıca dəlil məhz birinci məsələdir, yəni seçkinlik məsələsi (1 - ci hissə), digər 2 məsələ isə köməkçı rolunu oynayırlar.

BİRİNCİ HİSSƏ 
Əhlibeytin ( ə ) elmi məqamını dərk etmək üçün, ilk öncə, onların Allah tərəfindən seçilmiş olduğunu bilmək ən vacib məsələdir. Əgər bu seçkinlik məsələsi sübuta yetirilsə, onların elmi məqamı və elmlərinin Allah tərəfindən onlara verilməsi də sübuta yetirilmiş olar. Çünki, seçilmiş şəxslərin ən başlıca xüsusiyyətlərindən biri də məhz elm və bilik olmuşdur. Bütün peyğəmbərlər elmli olmuşlar və onlar öz elmlərini Allah Təaladan əxz etmişlər. Bunda heç bir şübhə yoxdur. 
İnsanların hidayəti üçün seçilmiş olan şəxslərin xüsusi elmə sahib olmaları vacibdir. Əgər bu elmi və qeybi yardımdan məhrum olsalar, insanları düz yola necə hidayət edə bilərlər?
Təkcə peyğəmbərlər deyil, hətta, Allah tərəfindən rəhbərlik üçün seçilmiş olan qeyri-peyğəmbərlər də bu imtiyaza sahib olmuşlar. Nümunə üçün Qurani-Kərimin vurğuladığı Talutun seçilməsi hekayəsini qeyd edə bilərik. Musa (ə) peyğəmbərdən sonra, zülmə məruz qalmış Bəni-İsrail, dövrün peyğəmbərinin yanına gələrək, ondan Allah tərəfindən bir nəfərin rəhbər seçilməsini istədikdə, Allah da Talutu onlara rəhbər seçdiyini buyurmuşdur: 
"Peyğəmbərləri onlara dedi: «Həqiqətən, Allah Talutu sizə hökmdar göndərdi.» Dedilər: «Hökmdarlığa biz ondan daha layiq olduğumuz və ona çoxlu var-dövlət verilmədiyi halda o bizə necə hökmranlıq edə bilər?!» (Peyğəmbərləri) dedi: «Şübhəsiz, Allah onu sizin üzəriniz(d)ə (hökmranlıq etmək üçün) seçib və ona artıq elm və cismani güc verib. Allah Öz hökmdarlıq və şahlığını istədiyi şəxsə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.» 
(Bəqərə 246-247) 
Ayədən göründüyü kimi, onlar bu seçimə etiraz edərək "Talut bizə necə rəhbər ola bilər, hal bu ki, onun var-dövləti yoxdur, biz rəhbərliyə ondan daha layiqik!"- dedilər. Allah Təala da bu seçimin səbəblərini qeyd edərək, özünün seçim üçün şərt bildiyi meyarların iki ən mühümmünü açıqlayır: " Biz ona geniş ELM və qüvvət vermişik". 
Bəli, seçilmiş insanların elmli olması, öz elmlərini Allahdan alması qəti bir məsələdir. 
Mən istəmirəm Əhlibeytin seçilməsi məsələsini burada araşdırım. O, çox geniş bəhsdir və bu müxtəsər yazı onun üçün nəzərdə tutulmamışdır. Sadəcə Əhlibeytin (ə) Allah tərəfindən seçilməsinə dəlalət edən bəzi ayə və hədislərə müraciət etmək kifayət edər. Nümunə üçün aşağıdakılara müraciət edin:
1. Təbliğ ayəsi (Maidə 67)
2. İkmal ayəsi (Maidə 3)
3. Ulul əmr ayəsi ( Nisa 59)
4. Vilayət ayəsi (Maidə 55) 
5. Təthir ayəsi (Əhzab 33) 
6. Qədirxum hədisi. (Mütəvatirdi)
7. Səqəleyn hədisi (Mütavatirdi)
8. Mənzilət hədisi (Mütəvatirdi) və s...
(Ardı var)


Müəllif Samir Ağayev

www.ehlibeyt.info


 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Mübahilə günü
Mübahilə günü
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
“ Vəli ” kəlməsi şəriətdə
“ Vəli ” kəlməsi şəriətdə
Quranın ən ümidverici ayəsi
Quranın ən ümidverici ayəsi
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
Allahın adları və sifətləri ilə təvəssül
Allahın adları və sifətləri ilə təvəssül
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
“Nə çox hədis danışırsan” tənəsi:
“Nə çox hədis danışırsan” tənəsi:
Əbu Hureyrə və əməvi hakimiyyəti
Əbu Hureyrə və əməvi hakimiyyəti
Əbu Hureyrənin əvvəli və sonu: 1
Əbu Hureyrənin əvvəli və sonu: 1
Əbu Hureyrənin şübhəli kimliyi
Əbu Hureyrənin şübhəli kimliyi
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))